Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1387/2023 31.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1599/2023 nömrəli, 14 mart 2023-cü il tarixl i qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ünvan 1 ünvanda yerləşən, İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manatın Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir.
2. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-226/2015 nömrəli, 18 mart 2015-ci i l tarixli qərarı ilə 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli qərarı iddianın təmin edilmiş hissəsində dəyişdirilmiş, iddia qismən təmin edilmiş, ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən iddiaçının xeyrinə tutulması qərara alınmışdır.
3. Qərar hüquqi qüvvəsini almış və icra olunmuşdur.
4. İşə əlavə edilmiş qəbzə əsasən xx.xx.2015-ci il tarixdə AR Vergilər Nazirliyinin hesabından İddiaçı hesabına 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat məbləğind ə vəsait keçirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin və üzərində yerləşən tikilinin məhv edilməsi nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım məktubu təqdim edilərək iddia tələbinin dəqiqləşdirilməsi bildirilmişdir.
7. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, ona məxsus olmuş Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən torpaq sahəsinin alınması nəticəsində vurulmuş maddi ziyanın əvəzi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat məbləğində pul vəsaitinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüququnun Qeydiyyat İdarəsi tərəfindən verilən 24 avqust 1998-ci il tarixli, 000277 saylı Qeydiyyat vəsiqəsinə əsasən Heydər Əliyev prospek ti, Müzəffər Nərimanov döngəsi 4 ünvanında yerləşən ictimai iaşə obyekti (X1) mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 oktyabr 2007-ci il tarixli, 332s saylı, 29 oktyabr 2007-ci il tarixli, 336s saylı, 19 mart 2012-ci il tarixli, 72s saylı və 22 yanvar 2013-cü il tarixli, 9s saylı sərəncamlarına əsasən mülkiyyətində olan torpaq sahəsi qanunsuz və əsassız olaraq əlindən alınmış və yerində hal-hazırda Vergilər Nazirliyinin inzibati binası tikilmişdir. Artıq uzun müddət ərzində mülkiyyət hüquqlarının kobud surətdə pozulması aradan qaldırılmamışdır. Belə ki, həmin sahədə əmlak yerləşdiyi halda boş torpaq kimi göstərilmişdir. "xxxx" MMC tərəfindən alınmış xx.xx.2013-cü il tarixli əmlakın qiymətləndirməsinin nəticələri haqqında hesaba tda qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinin dəyəri 2.998.650 (iki milyon doqquz yüz doxsan səkkiz min altı yüz əlli) manat, torpaq sahəsinin dəyəri isə 20.124.000 (iyirmi milyon yüz iyirmi dörd min) manat təşkil edir. Yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya cəmi olaraq 23.122.650 (iyirmi üç milyon yüz iyirmi iki min altı yüz əlli) manat ziyan dəymişdir.
9. Cavabdeh orqan iddiaya dair yazılı etirazını onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18 mart 2015-ci il tarixli qərarı ilə ünvan 2 ünvanda yerləşən əmlaka vurulmuş zərərin əvəzi olaraq 1400970,00 manat məbləğində kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən (İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti) iddiaçının xeyrinə tutulması qət e dilmiş və adı çəkilən məhkəmə qərarı tərəflərindən tam olaraq icra olunmuşdur. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3161/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə (hakim M.C.Qarayeva) iddiа mümkün sayılmamışdır.
11. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırki iddia tələbinin formal olaraq dəyişdirilməsi mahiyyət etibarı ilə eyni hüquqi nəticəyə - əmlakın alınması ilə bağlı kompensasiyanın verilməsinə yönəlmişdir. Bununla bağlı mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi təmin edilmiş və həmin mübahisəyə hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz.
12. İddiaçı apellyasiya şika yəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1599/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər R.Ə.Səmədov/sədrlik edən və məruzəçi/ X.A.Cəmilova və A.P.Oruczadə) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 2-1(112)-3161/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.
14. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, inzibati məhkəmə icraatı qaydasında baxılan istənilən iddia - inzibati icraat qaydalarına müvafiq olan iddia növ ünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfındən qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafıq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, qanunla qorunan hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, məhkəmə icraatı mümkün sayılıb baxıla bilsin. Əks təqdirdə, məhkəmə tərəfındən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır.
15. İddiaçı kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq mahiyyəti üzrə baxılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri
16. Əvvəlki məhkəmə qərarı ilə iddiaçıya məxsus olmuş torpaq sahəsi üzərində yerləşən tikililərin məhv edilməsi nəticəsində dəymiş zərəri n əvəzi ödənilmişdir. Torpaq sahəsinin məcburi şəkildə alınması ilə bağlı dəymiş zərərin ödənilməsi istinad edilən məhkəmə qərarında öz əksini tapmamışdır. İşin halları ilə müəyyən olunur ki, torpaq sahəsi icarə hüquqi əsasında iddiaçıya məxsus olmuşdur. Torpaq sahəsinin ondan alınması səbəbindən o torpaq sahəsini özəlləşdirə bilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1 (103)1599/2023 nömrəli qərardadının qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
18. Etiraz onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş xx.xx.2015-ci il tarixli qərarında iddia tələbi “Bakı şəhəri, Heydər Əliyev prospekti, Müzəffər Nərimanov döngəsi, 4 ünvanında yerləşən və İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzinin ödənilməsindən” ibarət olmuşdur ki, bu da iddiaçının həmin ünvan üzrə yerləşən bütün əmlakını əhatə edir. Həmçinin bununla bağlı birinci instansiya məhkəməsinin qeyd etdiyi və apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı mülahizəsi ondan ibarət olmuşdur ki, hazırkı iddia tələbinin formal olaraq dəyişdirilməsi mahiyyəti etibarı ilə eyni hüquqi nəticəyə - əmlakın alınması ilə bağlı kompensasiyanın verilməsinə yönəldilmişdir ki, bununla bağlı isə mövcud mübahisəyə məhkəmə müstəvisində artıq bir dəfə baxılaraq iddia tələbi təmin edildiyindən və bununla bağlı hüquqi qiymət verildiyindən, hazırkı işə yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz. TƏTB İQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olun ması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə
78. Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi t ərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdir mədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır. Mübahisələndirilən məhkəmə qərardadı kasasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kasasiya instansiyası məhkəmə lərinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Avropa İnsan Hüquqları Məhkəməsinin həmin mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya şikayətinin məzmununa uyğun kasasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla yanaşı, məhkəmə kollegiyası kasasiya şikayətinin dəlillərinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
25. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmal ı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir.
26. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzi bati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərədə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir.
27. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələl ərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur.
28. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 15.5-ci və 15.6-cı bəndlərinə görə, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir və qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə, məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.
29. Mübahisəyə dair iş üzrə materiallardan görünür ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3000/2014 saylı, 04 sentyabr 2014-cü il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-226/2015 saylı, 18 mart 2015-ci il tarixli qərarları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən ünvan 1 ünvanda yerləşən, İddiaçı məxsus əmlaka vurulmuş zərərin əvəzi olaraq 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat kompensasiyanın Azərbaycan Respublikası Vergilər Nazirliyindən iddiaçının xeyrinə tutulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra olunmuşdur. İşə əlavə edilmiş qəbzə əsasən xx.xx.2015-ci il tarixdə Vergilər Nazi rliyinin hesabından İddiaçı hesabına 1.400.970 (bir milyon dörd yüz min doqquz yüz yetmiş) manat məbləğində vəsait keçirilmişdir.
30. Həmin məhkəmə qərarının mövcudluğu MPM-nin 233.3-cü və İPM-in 78-ci maddələrinin mahiyyəti və tənzimləmənin məqsədi baxımından iddianın mümkünlüyünü istisna edən hal kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçının əvvəlki və hazırkı tələbinin ifadə tərzi fərqli olsa da belə, onun hüquqi marağı və nail olmaq istədiyi məqsəd hər iki halda eyni əmlakla bağlı eyni hədəfə-kompensasiyanın ödənilməsinə yönəlmişdir. Bu mənada tərəflər arasında mövcud olmuş hazırkı mübahisəyə məhkəmə qaydasında artıq bir dəfə baxılaraq qərar qəbul edildiyi və qərarın qanuni qüvvəsini aldığı nəzərə alınmalıdır. Tərəflər, o cümlədən iddiaçı da ona münasibətdə məcburi hüquqi qüvvəyə mal ik həmin qərara bağlıdır və iddiaçı həmin qərarla ona münasibətdə artıq həll olunmuş eyni mübahisəyə eyni əsasla yenidən baxılmasını tələb etməkdə MPM-nin 233.3-cü maddəsi baxımından haqlı sayıla bilməz. Ona görə də bu iddiaya yenidən mahiyyəti üzrə baxılması mümkün hesab edilə bilməz.
31. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1599/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.