Məhkəmə qərarları › İş №2-1(102)-1387/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1387/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1387/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: növbədənkənar məhsullarının istehsalı yoxlamanın aparılması əsasları, kənd təsərrüfatı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Verg ilər İdarəsinə qarşı ““qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)589/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. 14 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarına əsasən iddiaçının sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********14 5143 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Eyni zamanda həmin yoxlamanın nəticələrinə əsasən qəbul edilmiş “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147061 nömrəli qərara əsasən iddiaçıya vergi qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş vergi borcu, maliyyə sanksiyaları üzrə və sığorta haqlarını vaxtında ödənilməməsinə görə ümumilikdə 922682.62 manat məbləğində vergi borcu hesablanmışdır İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021ci il tarixli **********147061 nömrə li “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı ərizəsində göstərmişdir ki, 14 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********144766 nömrəli qərarına əsasən onun sahibkarlıq fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və nəticəsi xx.xx.2021-ci il tarixli **********145143 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşd irilmişdir. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.2-ci maddəsində göstərilir ki, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Lakin vergi orqanı 30 günü 30 iş günü kimi nəzərdə tutmuş, kameral vergi yoxlaması üçün nəzərdə tutulmuş müddəti səyyar vergi yoxlamasının keçirilməsi üçün tətbiq etmiş və bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Ağstafa Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə iddiaçıya icarəyə verilmiş Ceyrançöl qışlağında 205 ha örüş sahəsində heyvandarlıq kompleksi, heyvanların bəslənməsi üçün fermalar, otlaq sahəsi, suvarma sistemi və çobanların yaşaması üçün tikililər mövcuddur. Səyyar vergi yoxlaması zamanı qeyd olunan əraziyə baxış keçirilməmişdir. Diri çəkisi 35-80 kq olan heyvanların kəsim və ya bəslənmədən satılması faydalı deyildir, yoxlanılan dövrdə 8440 baş belə heyvan idxal olunub ki, bunların da 90%-i dişi və ya boğaz heyvandır, yəni boğaz heyvanların balaları bəslənilərək böyüdüldükdən sonra satılır. Səyyar vergi yoxlamasına malların satışı ilə bağlı bütün sənədlər təqdim edilmişdir, lakin vergi orqanı əsassız olaraq, gəliri birbaşa müəyyən etmək mümkün olmadığından xərclərə əsasən Vergi Məcəlləsinin 83.9-cu maddəsini tətbiq edərək, 20% şərti rentabellik norması ilə gəlir vergisi hesablamışdır. Kənd təsərrüfatı məhsullarının istehsalı kimi qanunamüvafiq qaydada mühasibat uçotu aparılmış, səyyar vergi yoxlamasına kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi bütün sənədlər təqdim edilmişdir. Səyyar vergi yoxlaması aktı rəsmiləşdirilərkən iddiaçı vergi yoxlaması aktı ilə razılaşmamışdır və vergi orqanına akt ı imzalamamağın səbəblərini izah etmişdir. İlkin sənədlər iddiaçı tərəfindən vergi orqanına təqdim edilməsinə baxmayaraq, yoxlamanın materiallarına müəssisənin və ya nümayəndənin iştirakı olmadan baxılmışdır ki, bu hal da vergi orqanın qərəzli mövqe tutduğunu bir daha sübut edir. Həmçinin, səyyar vergi yoxlaması zamanı nə ekspertiza keçirilmiş, nə də ki, mütəxəssis dəvət edilmişdir, bu hal da vergi orqanının qərəzli mövqe nümayiş etdirməsini sübut edir.

5. Gəncə İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(114)-144/2022 nömrəli qərarı ilə (hakim X3) iddia tələbi təmin edilmiş, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməs i haqqında” xx.xx.2021-ci il tarixli **********147061 nömrəli qərarı ləğv edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2021-ci il tarixli **********147061 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulduğundan həmin qərar ləğv edilməlidir

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanı tərəfindən xx.xx.2021ci il tarixli **********147061 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulduğundan həmin qərar ləğv edilməlidir.

7. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbini n təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-261/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər X4 (məruzəçi), X5 və X2) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin 07 fevral 2022-ci il tarixli, 2-1(114)-144/2022 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarılmaqla iddia tələbi qismən təmin edilmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli **********147061 nömrəli qərarı qismən, yəni 23646,14 manat ƏDV-nin (əlavə dəyər v ergisi), 128217,23 manat 2018-ci il üzrə gəlir vergisinin, 91615,06 manat 2019-cu il üzrə gəlir vergisinin və 64775,15 manat 2020-ci il üzrə gəlir vergisinin müəyyən edildiyi hissədə ləğv edilmiş, qərar “Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi ödəyicisinə 40 manat maliyyə sanksiyasının müəyyən edildiyi” hissəsində dəyişdirilmədən saxlanılmışdır.

9. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə vergi orqanı diskresion səlahiyyətlərindən düzgün istifadə etməmiş, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırmamış, eyni zamanda yoxlamanın keçirilməsi üçün əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunl uğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir. Belə ki, hazırkı mübahisəyə münasibətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar qəbul etməsinə rəğmən, cavabdeh vergi orqanı qanunun həmin normasına istinad etməklə kifayətlənmiş, istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamamış, əldə etdiyi mənbəyi bəlli olan məlumatların nələrdən ibarət olduğunu dəqiq göstərməmiş, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmamışdır.

10. İddiaçı barəsində tətbiq edilmiş ma liyyə sanksiyası ilə əlaqədar olaraq isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, vergi orqanı vergi hesabatını və ya Vergi Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq etməkdə haqlı olmuşdur.

11. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsindəki birinci icraat

12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1059/2023 nömrəli, 16 may 2023-cü il tarixli qərarı ilə (ha kimlər X6 (məruzəçi), X1 və X11) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-261/2022 nömrəli, 22 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkəmənin iddia tələbini təmin etdiyi hissədə əks olunan məbləğlər (23646,14 manat ƏDV (əlavə dəyər vergisi), 128217,23 manat 2018-ci il üzrə gəlir vergisi, 91615,06 manat 2019-cu il üzrə gəlir vergisi və 64775,15 manat 2020-ci il üzrə gəlir vergisi) mübahisələndirilən qərarla hesablanmış maliyyə sanksiyalarının məbləğidir. Lakin qərarın nəticə hissəsində həmin məbləğlər əsas borc kimi göstərilmişdir. Bundan əlavə, məhkəmə qərarının əsaslandırmasında hansı səbəb və əsasla maliyyə sanksiyası həcmində vergi məbləğlərinin azaldılması nəticəsinə gəlindiyi göstərilməmişdir. Həmçinin, qərarın nəticə hissəsində yalnız 23646,14 manat ƏDV-nin (qərarın əlavə dəyər vergisi), 128217,23 manat 2018-ci il üzrə gəlir vergisinin, 91615,06 manat 2019-cu il üzrə gəlir vergisinin və 64775,15 manat 2020-ci il üzrə gəlir vergisi hissəsində ləğv edilməsi və vergi ödəyicisinə 40 manat maliyyə sanksiyası hissəsində dəyişdirilmədən saxlanılması qeyd edilmiş, mübahisələndirilən qərarla hesablanmış digər məbləğlərə münasibət bildirilməmişdir. İddiaçı tərəfindən də apellyasiya instansiya məhkəməsinin qərarından şikayət verilməmişdir ç) apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-589/2023 nömrə li, 17 noyabr 2023-cü il tarixli qərarı ilə (hakimlər X16 (məruzəçi), X7 və X12) apelyasiya şikayəti qismən təmin edilmiş, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(114)-114/2022 saylı qərarı qismən, yəni 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********147061 nömrəli qərarının tətbiq edilmiş 40 manat maliyyə sanksiyasının ləğv edildiyi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq iddia tələbi təmin edilməmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi 14 saylı Əra zi Vergilər İdarəsinin “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********147061 nömrəli qərarının MDSS üzrə bəyənnamənin müəyyən edilmiş müddətlərdə təqdim edilmədiyinə görə 40 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi qənaətinə gəlməkdə haqlı olmamışdır. Belə ki, vergi qanunvericiliyinə əsasən vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir. Müvafiq arayışın təqdim edilməməsinə görə cavabdeh orqan tərəfi ndən iddiaçı barəsində 2019-cu ilin 1-ci rübü üzrə 40 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən vergi qərarının həmin hissədə ləğv edilməsi üçün əsaslar olmamışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın qismən iddianın təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilmiş hissəsində rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

17. Kassasiya şikayətində Vergi Məcəlləsinin 67.1, 67.1.6, 67.14, 83.9, 106-cı maddələrinə, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına istinad edilərək qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi nin qərarı qanuni və əsaslı sayıla bilməz.

18. Belə ki, səyyar vergi yoxlaması zamanı iddiaçı tərəfindən gəlirləri təsdiq edən sənədlər yoxlamaya təqdim edilməmişdir. Həmçinin iddiaçı xx.xx.2021-ci il tarixli izahatında təsdiq edir ki, satışla bağlı heç bir sənədi yoxdur, yem, ot və arpa məhsullarının alışı ilə bağlı sənədləri də mövcud deyildir. Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergi tutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini qanunda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır.

19. Göründüyü kimi Vergi Məcəlləsinin 67.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə əlaqəli məlumatlardan istifadə edərək vergilərin hesablanması hüququ mövcud olmuş və vergi orqanı bu hüququndan istifadə edərək şərti rentabellik normaları tətbiq etməklə xərclərə əsasən iddiaçının mənfəətini müəyyən etmişdir.

20. Beləliklə məhkəmə kollegiyasının “bundan sonra Vergi Məcəlləsinin 67.1-ci maddəsinin digər alt maddələrində nəzərdə tutulan situasiyalar üçün gəlirlər və ya xərclər müəyyənləşdirilsin və yalnız bundan sonra həmin gəlirlər və ya xərclər üçün Vergi Məcəlləsinin 83.9-cu maddəsi tətbiq olunsun” dəlili birmənalı şəkildə təkzib olunmuşdur.

21. Daha sonra qeyd edilmişdir ki, məhkəmə təqdim olunmuş sənədlərdə səyyar vergi yoxlamasının təyini əsasları barədə məlumat verilmiş, lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən bu əsaslar nəzərə alınmamışdır. Belə ki, sözügedən səyyar vergi yoxlaması idarənin xx.xx.2021-ci il tarixli **********103500 nömrəli xidməti məlumatına əsasən təyin edilmişdir. Göründüyü kimi növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi üçün konkret əsaslar olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə

13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunveric ilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 13.2. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı anlayışlar istifadə olunur:... 13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi Maddə

38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əs asən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. 38.3. Növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hallarda keçirilə bilər: 38.3.1. verginin hesablanması və ödənilməsi üçün zəruri olan vergi hesabatı sənədləri müəyyən edilmiş müddətdə və bu barədə vergi orqanının xəbərdarlığından sonra da təqdim edilmədikdə; 38.3.2. vergi yoxlamasının nəticələri üz rə tərtib edilmiş aktda dürüst olmayan və (və ya) təhrif olunmuş məlumatlar aşkar edildikdə. 38.3.3. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 38.3.4. artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda; 38.3.5. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə, 38.3.6. cinayət prosessual qanunvericiliyi nə uyğun olaraq məhkəmənin və ya hüquq mühafizə orqanlarının vergi yoxlamalarının keçirilməsi barədə müvafiq qərarı olduqda; 38.3.7. bu Məcəllənin 42.4-cü maddəsində göstərilən sənədlər həmin maddədə göstərilən müddətdə təqdim edilmədikdə və ya dürüst olmayan, yaxud təhrif olunmuş məlumatlar təqdim edildikdə. 38.3.8. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda; 38.3.8-1. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda; Maddə

102. Gəlir vergisindən azadolmalar və güzəştlər 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.1. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda işləyən diplomatik xidmət əməkdaşlarına, diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci və 23.2-ci maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, Azərbaycan Respublikasının xarici ölkələrdə ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin və mühafizəsi zəruri hesab edilən Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və konsulluqlarının mühafizəsini həyata keçirən hərbi qulluqçuların xarici ölkədə aldığı əməkhaqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşının rəsmi məşğulluğundan gəlir. Maddə

164. Vergi ödəməkdən azad edilmə 164.1. Malların ixracından başqa, malların t əqdim edilməsinin, işlər görülməsinin və xidmətlər göstərilməsinin aşağıdakı növlərindən, habelə idxalın aşağıdakı növlərindən ƏDV tutulmur:... 164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014-cü il yanvarın 1-dən 13 il müddətinə;

23. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarı nın tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə k ollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Bununla yanaşı, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

30. İş materiallarından görünür ki, vergi orqanının mübahisələndirilən qərarının qəbul edilməsinin əsası xx.xx.2021-ci il tarixli səyyar vergi yoxlamasına dair akt olmuşdur. Həmin aktda vergi yoxlamasının başla nması üçün əsas kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad edilmişdir. Maddənin tələbinə görə növbədənkənar vergi yoxlaması vergi orqanları tərəfindən vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildiyi hallarda keçirilə bilər.

31. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır.

32. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

33. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq müəyyən edilməsi və bu əsasların siyahısının genişləndirici təfsirə malik olmaması, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

34. Məhz bu baxımdan, sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

35. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə, növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır.

36. Səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü və 14.3-cü maddələrinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məh z bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

37. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasınd a qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur. Bu mənada, cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.

38. Bundan əlavə cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin də qanuni mövqeyinə əsasən iddiaçının xarici ölkədən xırda və iribuynuzlu heyvanları idxal etməsi və satması işin mübahisəsiz halıdır.

39. İşin mübah isəli halı iddiaçının ölkəyə gətirdiyi iri və xırda buynuzlu heyvanların ölkəyə gətirildikdən sonra yetişdirmədən (cavabdehin mövqeyinə görə) dərhal satışını həyata keçirməsidir. İddiaçı xırda və iribuynuzlu heyvanları ölkə ərazisinə gətirdikdən sonra müəyyən müddət onlara qulluq edərək yetişdirdiyini iddia edir. O, heyvanlara qulluq etmək üçün təsərrüfatında fermasının və qazmalarının (onarın fotoşəkilləri iş materiallarına əlavə edilmişdir) mövcud olduğunu, heyvanları bəsləmək və qida ehtiyatını təmin etmək üçün mülkiyyətində və icarəsində kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin olduğunu bildirir. Cavabdeh isə bildirir ki, iddiaçı heyvanları ölkə ərazisinə gətirdikdən sonra onları bəsləmədən dərhal satışını həyata keçirmiş, yəni kənd təsərrüfatı məhsullarının istehsalı ilə deyil, t icarəti ilə məşğul olmuşdur.

40. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar qəbul edilən zaman aşağıdakı hallar nəzərə alınmamışdır.

41. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin dövlət reyestrindən çıxarış”dan görünür ki, İddiaçı qoyun və keçilərin yetişdirilməsi üzrə ilkin istehsalçı kimi qeydiyyatdan keçmişdir.

42. Bu hal iş materiallarına əlavə edilmiş X23 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 44 nömrəli məktubla, eləcə də Ağsatafa rayon Baytarlıq idarəsi tərəfindən verilmiş xx.xx.202 1-ci il tarixli, 43 nömrəli arayışla da təsdiqlənir.

43. Bundan əlavə Ağstafa Rayon İcra Hakimiyyəti başçısının Qıraq Kəsəmən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş müvafiq arayışlarla, İddiaçı 2.20 ha və qardaşı oğlu X9 məxsus 1.80 ha, ümumilikdə 4.00 ha torpaq sahəsində arpa əkməsi, həmçinin iddiaçının 2015-2022-ci illərdə Ağstafa rayonunun Ceyrançöl qış otlaq sahəsində sahəsi 692 kv.m olan özünə məxsus yataqda sahibkar kimi ailə üzvləri ilə birlikdə heyvandarlığın inkişafı ilə əlaqədar onların bəslənməsi və damazlığının inkişaf etdirilməsi ilə məşğul olması, onun icarəsində 206 ha örüş otlaq sahəsinin, 60 ha biçənək, 25 ha arpa və 4.5 ha yonca əkin sahəsinin olduğu, və fermasında 1327 baş iribuynuzlu mal-qara, 530 baş xırda buynuzlu davarın yetişdirildiyi m üəyyən edilir.

44. Beləliklə müvafiq dövlət qurumları tərəfindən verilmiş sənədlərlə təsdiq olunur ki, iddiaçı xırda və iribuynuzlu heyvanların yetişdirməsi ilə məşğul olmuşdur. İddiaçı mülkiyyətində və icarəsində olan torpaq sahəsində dənli bitkilər, yonca əkmiş, onlardan götürülmüş məhsul, həmçinin biçənək sahəsindən əldə edilmiş ot bilavasitə heyvanların bəslənməsi üçün qida ehtiyatı kimi istifadə edilmişdir. İş materiallarında olan sənədlərlə, həmçinin dindirilmiş şahid ifadələri ilə işin bu halı tam təsdiqini tapır. Beləliklə, iddiaçının özünə məxsus təsərrüfatında müəyyən müddət ərzində heyvanları bəsləyərək yetişdirilməsi üçün həm kifayət qədər yerə malik olmuş, həm də heyvanların bəslənilməsi üçün qida ehtiyatı olmuşdur.

45. Bundan əlavə iddiaçı inzibati orqanda aparılan icraat zam anı yazılı izahatında, həmçinin birinci instansiya məhkəməsindəki icraat zamanı və məhkəmə kollegiyasının iclasında verdiyi izahatında kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğunu bildirmişdir. İşin bu halı yuxarıda qeyd edilən mötəbər sübutlarla da öz təsdiqini tapır. Həmçinin məhkəmə kollegiyasının iclasında dindirilmiş şahidlərin ifadələri ilə də müəyyən edilmişdir ki, iddiaçıya məxsus təsərrüfatda gətirilmiş iribuynuzlu və xırda buynuzlu heyvanlar bir neçə ay ərzində bəslənərək yetişdirilmiş, sonradan isə respublikanın müxtəlif bazarlarında realizə edilmişdir.

46. Göründüyü kimi, cavabdeh inzibati orqan yalnız ehtimallara əsaslanaraq iddiaçının heyvanları ölkə ərazisinə gətirdikdən sonra onları bəsləmədən dərhal satışını həyata keçirdiyinə dair dəlili irəli sürmüş və bu ehtimallara əsasən iddiaçıya gəlir vergisi hesablamışdır. Bunu təsdiq edən mötəbər sübutlar isə səyyar vergi yoxlamasının materiallarına əlavə edilməmiş, həmçinin məhkəmələrə təqdim edilməmişdir. Yuxarıda qeyd edilən mötəbər sübutlarla iddiaçının xırda və iribuynuzlu heyvanların yetişdirməsi ilə məşğul olduğu təsdiq edilir. Beləliklə işin faktiki halları ilə iddiaçının bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olduğu müəyyən edilmişdir.

47. Beləliklə iddiaçının xidmət sahəsinin iribuynuzlu və xırdabuynuzlu heyvanların saxlanılması və yetişdirilməsi olması iş materialları ilə bilavasitə müəyyən olunur.

48. Məhkəmə kollegiyası qeyd edir ki, Vergi Məcəlləsi kənd təsərrüfatı məhsullarının istehsalına konkret anlayış verir, həmin formuləyə görə, bu istehsal-sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsidir.

49. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından (o cümlədən sənaye üsulu ilə) alınan gəlirlər, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərin bu fəaliyyət üzrə satışdankənar gəlirləri, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar fiziki şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar gəlir vergisindən azaddır. Həmçinin, kənd tə sərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

50. Beləliklə, hazırkı mübahisəyə münasibətdə cavabdeh inzibati orqanın Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarına istinad etməklə iddiaçıya şərti rentabelliyi tətbiq etməklə gəlir vergisini hesablaması əsassız olmuşdur.

51. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan də yişdirilmədən saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir.

52. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-589/2023 nömrəli, 17 noyabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar