Məhkəmə qərarları › İş №2-1(102)-1387/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1387/2025

05.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1387/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək xəsarətinə görə ödəncin inflyasiya nəzərə alınmaqla yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Bədəlov Kəmaləddin Nurəddin oğlu və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ta beliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 yanvar 2025-ci il tarixli, 2-1(106)94/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1990-cı il tarixdə traktorçu - maşinist vəzifəsində işlədiyi Ağcabədi rayonunun “Araz” kolxozunda istehsalatda baş vermiş qəza nəticəsində istehsalat xəsarəti almış və İİ qrup əlil hesab edilmişdir. 2. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)- 2405/14 saylı, xx.xx.2014cü il tarixli qərarı ilə “İstehsalat xəsarəti nəticəsində 1990-ci ildə təyin edilmiş və 1997-ci ildən 2010-cı ilə kimi ödənilməsi dayandırılmış ödənclərin yenidən hesablanmaqla ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə həvalə edilməsi” qərara alınmışdır.

3. İddiaçı ona ödənilməli ödəncləri hazırkı vaxta düzgün hesablanmamasını iddia edərək cavabdehə müraciət etmiş və əmək xəsarətinə görə ödəncin inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/12-c-139979/2023 saylı cavabında ona bildirilmişdir ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 19 mart tarixli, 51 saylı qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş” “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”nin 3.7-ci və 3.8-ci bəndləri qüvvədən düşmüş hesab edilmişdir. Bununla da sözügedən kompensasiya məbləğinin yenidən hesablanması nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla ye nidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1990-cı il tarixdə traktorçu maşinist vəzifəsində işlədiyi Ağcabədi rayonunun “Araz” kolxozunda istehsalatda baş vermiş qəza nəticəsində istehsalat xəsarəti almış və İİ qrup ömürlük əlil hesab edilmişdir. Aldığı xəsarətə görə ödənclər o zaman “Araz” kolxozu tərəfındən ona ödənilmişdir. Lakin 1997-ci ildən Aqrar İslahat nəticəsində “Araz” kolxozu ləğv edilmiş və həmin vaxtdan ona ödəniş dayandırılmışdır. Sonradan onun müxtəlif orqanlara şikayətləri nəticəsində 2010-cu ildən ödənclərin verilməsi bərpa edilsə də, lakin 1997-ci ildən 2010-cu ilə kimi ona ödənc ödənilməmişdir. Müraciəti əsasında 1 saylı Bakı İnzibati-İqti sadi Məhkəməsinin 2-1(81)2405/14 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə “İstehsalat xəsarəti nəticəsində 1990-ci ildə təyin edilmiş və 1997-ci ildən 2010-cı ilə kimi ödənilməsi dayandırılmış ödənclərin yenidən hesablanmaqla ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafıəsi Nazirliyinə həvalə edilməsi” qərara alınmışdır. Qərarı icra edilmiş və bu vaxta kimi icra edilir. Lakin cavabdeh ona ödənilməli ödəncləri hazırkı vaxta düzgün hesablamır və çox aşağı məbləğdə ödənc hesablayıb ödəmişdir. Halbuki, ona ödənilməli ödəncin məbləğ daha çox olmalı idi.

7. Cavabdeh iddiaya qarşı etirazında qeyd etmişdir ki, “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli 51 nömrəli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8.ci bəndləri qüvvədən düşdüyündən sözügedən kompensasiya məbləğinin yenidən hesablanması nəzərdə tutulmamışdır. İddiaçıya Fondun Beyləqan rayon filialı tərəfindən xx.xx.2012-ci il tarixli qərarla xx.xx.2010-cu il tarixdən 107 manat məbləğində ödənc təyin edilmişdir. 19 mart 2010-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.8-ci bəndi, yəni ləğv edilmiş təqsirkar kolxoz və sovxozların hüquqi varisi olmadıqda, zərərçəkənlərə və yaxud zərərin əvəzini almaq hüququna malik olan şəxslərə zərərə görə xərclərin bu qərar qüvvəyə mindiyi tarixdən Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına ödənilməsi və dövlət mülkiyyətində saxlanılan kolxoz və sovxozların siyahısının rübdə bir dəfə Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilməsinə dair bən d 19 mart 2010-cu il tarixdən qüvvədən düşdüyündən iddiaçıya təyin edilmiş xəsarətə görə ödəncin sözügedən maddədə göstərilən qaydada yenidən hesablanması mümkün hesab edilmir.

8. Şirvan İnzibati Məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli, 2-1(120)-2562/2024 nömrəli qərarı ilə (hakim: F.Abbasov) iddia təmin edilmiş, İddiaçı aldığı əmək xəsarətinə görə ödəncin 2015-ci ildən Azərbaycan Respublikasında inflyasiya nəzərə alınmaqla yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçının əmək xəsarətinə görə Dövlət Sosial Müdafiə Fondundan ödənc almaq hüququ 1997-ci il tarixdən, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “ İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 3.7 və 3.8-ci bəndlərinin qüvvədə olduğu dövrdə yaranmışdır və tərəflər arasında mülki-hüquq münasibətləri yarandığı zaman qüvvədə olmuş və iddiaçıya aldığı xəsarətə görə ödənilən ödəncin yenidən hüsablanması hüququ verən qeyd olunan normativ hüquqi akta əsasən İddiaçı aldığı xəsarətə görə ödəncin işləmiş olduğu sahə (traktorçu-maşinist) üzrə mövcud orta aylıq əmək haqqı hesabından müəyyən edilməsi və hər ilin birinci rübündə keçən ilin orta əmək haqqı əsasında yenidən hesablanaraq ona ödənilməsi hüququnu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 mart 2010-cu il tarixli, 51 saylı qər arı qəbul edilməmişdən əvvəl qanuni əsaslarla əldə etmişdir.

10. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmamasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

11. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 yanvar 2025-ci il tarixli, 2-1(106)-94/2025 nömrəli qərarı ilə (hakimlər: F.Hüseynov /sədrlik edən və məruzəçi/, S.Həsənov və H.Bəhmənov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 3 oktyabr 2024-cü il tarixli qərarı ləğv edilərək iddia rədd edilmişdir.

12. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş 3.7-ci bəndin dispozisiya şərtləri yalnız Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zərərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə şamil edilmişdir. 3.8-ci bənddə isə qeyd olunan qaydada ödənişin hesablanması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi iddiaçının xəsarət alması tarixi baxımından hazırki hüquq münasibətlərinə qeyd olunan bəndin tətbiq edilməli olmasına əsaslansa da, həmin norma ümumiyyətlə hazırki mübahisəyə tətbiq edilə bilməz və iddianın qanuni əsasını təşkil etmir.

13. İddiaçı kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməs ini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, onun tələbi aldığı əmək xəsarətinə görə ödəncin yenidən hesablanması deyil, Azərbaycan Respublikasında inflyasiyanın nəzərə alınmaqla indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, Azərbaycan Respublikasının “Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi” haqqında xx.xx.1992-ci il tarixli Qanunun 1, 3, 4 və 6-cı maddələrində əsasən, əmək xəsarətinə görə ödənişlərin indeksləşdirilməsi təsbit edilmişdir. Kassator hesab edir ki, apellyasiya məhkəməsinin istinad etdiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat q əzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 01 yanvar 2010-cu il tarixdə 3.7 və 3.8-ci bəndlərinin ləğv edilməsi ona heç bir aidiyyəti yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Cavabdeh kassasiya şikayətinə etiraz təqdim edərək Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 yanvar 2025-ci il tarixli, 2-1(106)-94/2025 nömrəli qərarını dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Sosial müavinətlər haqqında” Qanun: Maddə

4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə m üavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavi nət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən əlilliyi olan uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən əlilliyi olan uşağın tərbiyə edilməsinə görə müavinət.... 17. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanun: Maddə

1. İndeksləşdirmənin mahiyyəti və məqsədi İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə

3. İndeksləşdirmə obyektləri Aşağıdakılar indeksləşdirilməlidir: - müəssisələrin, idarələrin və təşkilatların (bundan sonra müəssisələr adlanacaqdır) işçilərinin əmək haqqı; - birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, işsizliyə görə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər); - vətəndaşların Azərbaycan Respublikasının Əmanət Bankında olan əmanətləri; - Azərbaycan Respublikasının dövlət istiqrazları və digər dövlət qiymətli kağızları; - Azərbaycan Respublikasının dövlət sığorta orqanlarına verilən haqlar; - aliment. Xüsusi mülkiyyət, sahibkarlığın fərdi əmək və digər bütün formaları əsasında, habelə fərdi icarə (qrup icarəsi) əsasında fəaliyyət göstərən müəssisələrdə və kooperativlərdə, eləcə də fərdi kəndli təsərrüfatlarında müqavilə və ya üzvlük şərtləri ilə çalışanların gəlir ləri də bu Qanuna müvafiq surətdə indeksləşdirilə bilər. həmin şəxslərin gəlirlərinin indeksləşdirilməsi şərtləri onların sahibkarla (idarə heyəti ilə) bağladıqları müqavilələrdə müəyyən olunur. İndeksləşdirmə vətəndaşların sahibkarlıq fəaliyyətindən və mülkiyyətdən götürdükləri gəlirlərə şamil edilmir.

18. İnzibati Prosessual Məcəllə: a) Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. b) Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.7. Mübahisə edilən məhkəmə qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən ş əkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgündürsə, Ali Məhkəmə şikayəti təmin etmir. Bu qayda bu Məcəllənin 92-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.

19. Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə 2 aprel 2020 -ci il tarixli qərarı. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarının əsaslandırma hissəsində qüvvədə olan hüquq normalarının məhkəmənin gəldiyi nəticəyə təsir etməyən şəkildə pozulması hallarının olmasına baxmayaraq, qərar digər əsaslar üzrə düzgün olduğundan, şikayət təmin edilməməli, qərar isə dəyişdiril mədən saxlanılmalıdır.

23. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı 1990-cı ildə “Araz” kolxozunda işləyərkən istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində ömürlük ikinci dərəcəli əlil olmuş və ona 1997-ci ilədək “Araz” kolxozu tərəfindən xəsarətə görə ödənişlər edilmişdir. Sonradan “Araz” kolxozunun ləğv edilməsi nəticəsində ona ödənilən ödənc dayandırılmışdır. Bununla bağlı iddiaçı məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)- 2405/14 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə “İstehsalat xəsarəti nəticəsində 1990-ci ildə təyin edilmiş və 1997-ci ildən 2010-cı ilə kimi ödənilməsi dayandırılmış ödənclərin yenidən hesablanmaqla ödənilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyinə həvalə edilməsi” qərara alınmışdır.

24. Hazırda iddiaçı 2015-ci ildən əmək xəsarətinə görə ona ödənilən kompensasiyanın inflyasiya göstəriciləri nəzərə alınmaqla yenidən hesablanması və uyğun məbləğdə ödənilməsi barədə iddia qaldırmışdır.

25. Apellyasiya instansiyası məhkəmələri iddianı rədd edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 01 yanvar 2010-cu il tarixədək qüvvədə olmuş 3.7 və 3.8-ci bəndlərə istinad edərək qeyd etmişdir ki, “3.7-ci bəndin dispozisiya şərtləri yalnız Ermənistan Respublikasının müəssisələrində əmək xəsarəti nəticəsində dəymiş zər ərə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə şamil edilmişdir. 3.8-ci bənddə isə qeyd olunan qaydada ödənişin hesablanması nəzərdə tutulmamışdır.”

26. İddiaçı kassasiya şikayətində isə qeyd etmişdir ki, onun tələbi ödəncin verilməsini hesablanması deyil, indekslədirmənin aparılmasıdır ki, ona ödənilən ödəncə “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” 17 iyun 1992-ciil tarixli Qanunun tələblərinə uyğun artımlar edilməlidir.

27. Kollegiya bununla bağlı qeyd edir ki, iddiaçının istinad etdiyi “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında istehlak mallarının qiymətlərinin və pullu xidmətlə rin tariflərinin artması ilə əlaqədar vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin təşkilatihüquqi əsaslarını müəyyən edir.

28. Həmin Qanunun 3-cü maddəsində indeksləşdirmə obyektləri qeyd olunmuş və həmin maddənin tələblərinə görə birdəfəlik müavinətlər istisna olmaqla, dövlət pensiyaları, təqaüdlər, sosial müavinətlər (uşaqlı ailələrə, ştatların ixtisarı, müvəqqəti əmək iqtidarsızlığı ilə, hamiləliklə əlaqədar verilən və başqa müavinətlər) indeksləşdirilməlidir.

29. İddiaçıya ödənilən ödəncin mahiyyət etibarilə nə dövlət pensiyası, nə də təqaüd olmadığı mübahisəsizdir.

30. Xəsarətə görə ödəncin sosial müavinətin olub-olmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı qərarın 17-ci bəndində qeyd olunmuş “Sosial müavinətlər haqqında” Qanunun 4-cü maddəsin də aylıq müavinətlərin konkret növləri sadalanmışdır. Lakin əmək xəsarətinə görə ödənilən ödənc həmin siyahıda öz əksini tapmamışdır.

31. Göründüyü kimi, əmək xəsarətinə görə iddiaçıya ödənilən ödəncin indeksləşdirilməsi üçün, həmin ödənc “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun təsiri altına düşməlidir.

32. Lakin hazırkı halda, iddiaçıya əmək xəsarətinə görə ödənilən ödənc yuxarıda qeyd olunan Qanunun təsiri altına düşmədiyindən onun indeksləşdirilməsinin də hüquqi əsası yaranmır.

33. Odur ki, cavabdeh imtinasında haqlı sayılmalı, kassasiya şikayətin əsassız olduğundan təmin edilməməli, şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiy a şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 yanvar 2025-ci il tarixli, 2-1(106)-94/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar