Məhkəmə qərarları › İş №2-1(102)-1388/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1388/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1388/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icarə münasibətlərinə xitam verilməsi barədə sərəncamın mübahisələndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1980-ci il təvəllüdlü, FİN: 2PU8PHC) Cavabdehnə qarşı “sərəncamın iddiaçıya aid hissədə ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-264/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışa əsasən, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi 4 mart 2008-ci il tarixli icarə müqaviləsi və 30 aprel 2014-cü il tarixli 3M/436 nömrəli icarə hüququnun alqı-satqı müqaviləsinə əsasən, 24 may 2014-cü ildən icarə hüququ əsasında iddiaçının adına qeydiyyata alınmış, yüklülüyün müddəti 4 mart 2008-ci il tarixdən başlayaraq 99 il müəyyən edilmiş, hüququn əvvəlki sahibi isə X4 olmuşdur.

2. Cavabdeh başçısının 9 mart 2018-ci il tarixli, 069 nömrəli sərəncamı ilə iddiaçının icarəsinə verilmiş Abş eron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi üzərindəki icarə hüququna xitam verilmişdir.

3. İddiaçının nümayədəsi və vəkili R.Z.İsmayılov iddiaçının icarəsinə verilmiş Abşeron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15,0 ha torpaq sahəsi üzərindəki icarə hüququnun digərinin adına keçirilməsinə razılıq verilməsi barədə cavabdehə ərizə ilə müraciət etmişdir.

4. Cavabdehin 25 may 2021-ci il tarixli, 5/1268 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq onun icarəsinə verilmiş Abşeron rayonu keçmiş 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 15 ha torpaq sahəsi üzərindəki icarə hüququna xitam verildiyi bildirilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 22 iyun 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 9 mart 2018-ci il tarixli, 069 nömrəli sərəncamının etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Sonradan 26 oktyabr 2021-ci il tarixdə iddiaçı iddianın dəqiqləşdirilməsinə dair məhkəməyə ərizə təqdim edərək, cavabdehin 9 mart 2018-ci il tarixli, 069 nömrəli sərəncamının ona aid hissədə ləğv edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi dövlət mülkiyyətində olmaqla Cavabdeh balansında olmuşdur. İddiaçı həmin ərazidə sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq parniklər tikmiş, pomidor və digər məhsullar yetişdirmişdir. Qeyd etmişdir ki, orada tə xminən 200 ailə işləyir. Qeyd olunan məhsulların yetişdirilməsi üçün iddiaçı sahəni hamarlamış, daş və çınqıldan, kollardan, yabanı bitkilərdən təmizləmiş və bütün sahəni peyin və yumşaq torpaqla torpaqlamış, əkinə yararlı hala salmışdır. Eyni zamanda iddiaçı torpaq sahəsində parniklərin böyüdülməsi üçün "xxxx" MMC ilə müqavilə bağlamışdır. Müqavilənin qiymətinin 1.000.000 manat təşkil etdiyini və icra müddətinin 2020-ci ilədək nəzərdə tutulduğunu qeyd etmişdir. Bildirmişdir ki, müqaviləyə əsasən parniklərin tikintisi üçün avadanlıqlar xaricdən gətirilmiş və tikinti işlərinə başlayarkən məlum olmuşdur ki, cavabdeh ona məlumat vermədən, birtərəfli qaydada xx.xx.2008-ci ildən onunla olan icarə müqaviləsinə xitam vermişdir. Qeyd etmişdir ki, o, cavabdehə ərizə ilə müraciət edərək, müqavilənin xitam olunması səbəbinin izah edilməsini xahiş etmiş və cavabdeh tərəfindən yuxarıda qeyd edilən xx.xx.2021-ci il tarixli, 5\1268 nömrəli məktubla müraciəti cavablandırılmışdır. İddiaçı hesab etmişdir ki, cavabdehin 9 mart 2018-ci il tarixli, 069 nömrəli sərəncamı ləğv olunmalı və icarə münasibətləri davam etdirilməlidir. Qeyd edildiyi kimi torpaq sahəsini xx.xx.2014-ci ildə aldığını, aldığı müddətdən sonra həmin torpaq sahəsində təsərrüfat işləri görüldüyünü və bu günə kimi də həmin torpaq sahəsinin bir hissəsində parniklərin faliyyət göstərdiyini bildirmişdir. Cavabdehin ləğv sərəncamında torpaq sahəsinin 3 illik istifadə edilməməsinin göstərildiyini və icarə müqaviləsini birtərəfli qaydada ləğv edilməsini qanunsuz hesab etdiyini qeyd etmişdir.

8. Cavabdeh orqan iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı tərəfindən guya icarə şərtlərinə əməl edilməsinə baxmayaraq, onunla icarə hüquq münasibətlərinə xitam verilməsi barədə iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir, iddiaçı müqavilədə nəzərdə tutlduğu qaydada icarə haqqlarının ödənişini həyata keçirmir və ümumiyyətlə torpaq sahəsindən icarəyə götürüldüyü tarixdən icarə hüququna xitam verilən günədək istifadə etməmişdir. Torpaq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmasına baxmayaraq, orada heç bir kənd təsərrüfatı məhsullarının əkini, istehsalı həyata keçirilməmişdir.

9. Bundan başqa, qeyd edilmişdir ki, rayon icra hakimiyyətində yaradılmış "Torpaqların təyinatı üzrə səmərəli istifadəsinə və mühafizəsinə nəzarətin gücləndirilməsi və kənd təsərrüfatı təyinatlı torpaqların mün bit qatının korlanması hallarının qarşısının alınması” məqsədilə RİH üzrə 24 noyabr 2016-cı il tarixli, 316 saylı sərəncamla yaradılmış komissiya (bundan sonra- Komissiya) tərəfindən mütəmadi olaraq X5 hüquqi və fiziki şəxslərin icarəsinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin məqsədli təyinatına uyğun istifadə edilib-edilməməsi daim diqqətdə saxlanılır və qanunvericiliyin, bağlanmış torpaq icarə müqavilələrinin tələblərini pozaraq torpaqdan təyinatına uyğun istifadə etməyən hüquqi və fiziki şəxslərin torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi üçün qanunamüvafiq tədbirlər həyata keçirilir. Növbəti dəfə aparılan müşahidələr zamanı Komissiyanın fəaliyyəti çərçivəsində 02 mart 2018-ci il tarixdə Bakı şəhərinin inzibati ərazisindən Abşeron rayonuna təhkim edilmi ş dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqların bir hissəsinə bilavasitə naturada baxış keçirilməklə torpaqların faktiki istifadə vəziyyəti son 3 illik müşahidələrin nəticələri ilə müqayisəli şəkildə araşdırılmışdır. Araşdırma nəticəsində adları aşağıda qeyd olunan fiziki və hüquqi şəxslərin icarəsində olan 425.074 ha torpaq sahəsindən cəmi 277.69 ha sahənin təyinatı üzrə istifadə olunmadığı müəyyən edilmişdir. Keçirilmiş monitorinqlə bağlı komissiya tərəfindən akt tərtib edilmiş, istifadəsiz saxlanılmış kənd təsərrüfatı təyinatlı torpaq sahələri üzərində icarə hüquqlarına xitam verilməsi məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin və "Yerli İcra Hakimiyyətləri haqqında " Əsasnamənin 28-ci maddəsinin tələblərini rəhbər tuta raq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən hazırlanmış **********05 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC-nin icarəsində olan 24,0 hektar torpaq sahəsi üzərində; **********07 nömrəli reyestrdən çıxarışa əsasən "xxxx" MMC- nin icarəsində olan 72,7636 hektar torpaq sahəsindən istifadə olunmayan 46,34 hektar torpaq sahəsi üzərində; **********79 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs İddiaçı Elbrus oğlunun icarəsində olan 15,0 hektar torpaq sahəsi üzərində; **********20 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 44,54 hektar sahədən istifadə olunmayan 14,62 hektar torpaq sahəsi üzərində; **********68 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X2 icarəsində olan 17,83 hektar sahədən istifadə olunmayan 11,75 hektar torpaq sahəsi üzərində; **********67 nömrəli reyestrdən çıxarışa əsasən hüquqi şəxs “AS İstehsal" MMC-nin icarəsində olan 11,6821 hektar sahədən istifadə olunmayan 0,90 hektar torpaq sahəsi üzərində; **********92 nömrəli reyestrdən çıxarışa əsasən “Grand Agro" MMC-nin icarəsində olan 30,1683 hektar torpaq sahəsindən istifadə olunmayan 5,72 hektar torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X3 icarəsində olan 7,8 hektar torpaq sahəsi üzərində; **********59 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X1 icarəsində olan 52,07 hektar torpaq sahəsi üzərində; **********58 nömrəli reyestrdən çıxarışa əsasən fiziki şəxs X1 icarəsində olan 88,93 hektar sahədən istifadə olunmayan 39,20 hektar torpaq sahəsi üzərində və **********80 nömrəli reyestrdən çıxar ışa əsasən hüquqi şəxs "xxxx" MMC-nin icarəsində olan 60,29 hektar torpaq sahəsi üzərində icarə hüquqlarına xitam verilməsi barədə yuxarıda qeyd olunan sərəncam verilmişdir. Torpaq sahəsindən uzun illər istifadə edilmədiyindən, icarə haqqları ödənilmədiyindən iddiaçı ilə icarə hüquq münasibətlərinə xitam verilmişdir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1417/2021 nömrəli, 17 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim L.E.Mirzəyeva) iddia təmin edilmiş, cavabdehin 9 mart 2018-ci il tarixli, 069 nömrəli sərəncamının iddiaçıya aid hissədə ləğv olunması qərara alınmışdır.

11. Məhkəmə qeyd etmişdir ki, qanunvericilik torpaq icarə müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğvini nəzərdə tutur. Lakin hazırki işin hallarından məlum olur ki, cavabdeh inzibati o rqan qeyd edilən şərtə əməl emtəmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir. Nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnu əldə etdiyi vaxtdan uzun müddət keçmişdir. Buna baxmayaraq cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqavilənin iddiaçının iradəsinin ziddinə birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir.

12. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhk əməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-264/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, Z.T.Məmmədov və F.Ə.Məmmədov) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1417/2021 nömrəli, 17 noyabr 2021ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayətində işin halları və idd ia ərizəsinə qarşı etirazın dəlilləri sadalanmışdır. b) kassasiya şikayətinə dair etirazın dəlilləri

17. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə

59. Azad sahibkarlıq hüququ İ. Hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi fəaliyyət növü ilə məşğul ola bilər. Maddə

60. Hüquq və azadlıqların inz ibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

19. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə

73. Torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları

1. Torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: (...) 5-ci abzas: Torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; (...)

2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir. Maddə

75. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları1-ci bənd. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərd ə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. (...) Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyy ən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. (...) Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nət icəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 423.2. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. 21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

13. Torpaq icarəsinin müddətləri tərəflərin razılığı ilə müəyyən edilir və onlar qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilədə təsbit olunurlar. Maddə

31. Torpaqların icarəyə verilməsi, istifadəsi, müqavilənin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı ilə əlaqədar mübahisəli məsələlər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. 22. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə min diyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

23. İnzibati Prosessual Məcəllə (İPM): Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövl ükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkə məsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Belə ki, apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsasən, torpaq icarə müqaviləsinin tərəflərin razılığı olmadığı təqdirdə məhkəmə qaydasında ləğvi nəzərdə tutulur. Lakin hazırki işin hallarından məlum o lur ki, cavabdeh inzibati orqan qeyd edilən şərtə əməl emtəmişdir. Belə ki, iddiaçıya öhdəliyin yerinə yetirilməməsi, xüsusən də torpaqdan təyinatı üzrə istifadə edilməməsi ilə bağlı xəbərdarlıq edilməmiş, iddiaçı torpaq icarəsindən yaranan münasibətlərə xitam verilməsi ilə bağlı öz razılığını ifadə etməmişdir.

30. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçının torpaq sahəsi üzərində icarə hüququnu əldə etdiyi vaxtdan uzun müddət keçmişdir. Buna baxmayaraq, cavabdeh məhkəməyə müraciət etmək əvəzinə müqavilənin iddiaçının iradəsinin ziddinə birtərəfli qaydada ləğv etmiş və bununla bağlı iddiaçıya münasibətdə qanunsuz sərəncam qəbul etmişdir.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, cavabdehin sərəncamının iddiaçıya aid hissədə ləğv olunması ilə bağlı məsələni apellyas iya instansiyası məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-264/2022 nömrəli, 6 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar