Məhkəmə qərarları › İş №2-1(102)-1388/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1388/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1388/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: sosial müavinətin birdəfəlik ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1967-ci il təvəllüdlü, FİN 1D4C1A) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dö vlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1301/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçıya 2015-ci ildə “arterial hipertenziya İİİ dərəcə QDÇ İİ dərəcə” diaqnozu qoyulmuş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarına əsasən xx.xx.2015-ci ildə 1 il, xx.xx.2016-cı ildə 1 il, xx.xx.2021-ci ildə isə 5 il müddətinə ümumi xəstəlik səbəbi ilə İİ dərəcə əlilliyi müəyyən edilmiş, cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixindən xx.xx.2020-il tarixədək, xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci ilə tarixədək aylıq sosial müavinət təyin olunmuş və ödənilmişdir. 2. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək iddiaçının əlilliyi ilə bağlı elektron sistemdə məlumat qeyd olunmadığından cavabdeh müvafiq aylıq müavinəti dayandırmışdır.

3. Daha sonra, Tibbi-Sosial Ekspert Komissiyasında qiymətləndirmə üzrə məlumata əsasən, xx.xx.2021-ci il tarixdə qiymətləndirmə aparılaraq iddiaçıya ümumi xəstəlik səbəbilə ikinci dərəcəli əlillik təyin olunmuşdur.

4. İddiaçı cavabdehə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün İİ dərəcə əlilliyə görə sosial müa vinətin ödənilməsini xahiş etmişdir.

5. Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli, **********6 nömrəli məktubuda bildirilmişdir ki: “Sizə xx.xx.2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək İİ dərəcə əlilliyə görə müavinət təyin edilmiş və əlilliyinizin müddətinin bitməsi ilə əlaqədar müavinətinizin ödənişi xx.xx.2020-ci il tarixindən dayandırılmışdır. X2 Sisteminin Əlillik altsisteminə əsasən, Sizin xx.xx.2021-ci il tarixindən xx.xx.2026-cı il tarixinədək İİ dərəcə əlilliyiniz müəyyən edilmiş və müvafiq olaraq Sizə xx.xx.2021-ci il tarixindən İİ dərəcə əlilliyə görə müavinət təyin olunmuşdur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən, sözüge dən Qanuna 3.3-1-ci maddə əlavə olunmuşdur (Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli №356-VİQD nömrəli Fərmanına əsasən). Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Belə ki, xx.xx.2021-ci il tarixindən əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə, əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İİ dərəcə əlilliyiniz xx.xx.2021-ci il tarixindən müəyyən edildiyi üçün (“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda sözügedən dəyişiklik xx.xx.2021-ci il tarixindən qüvvəyə mindiyi üçün) Sizə ərizənizdə qeyd etdiyiniz dövrlər üzrə müavinətin təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur”. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 25 iyul 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, “ona ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci il tarixdə ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2016-ci il tarixdə isə təkrar müayinədən keçdikdən sonra növbəti müayinə tarixi xx.xx.2020-ci il müəyyən olunmaqla, həmin dövrdə ona əlilliyə görə müavinət ödənilmişdir. Daha sonra, 2020-ci ilin noyabr ayından etibarən səhhətində xəstəliyi ilə əlaqədar ağırlaşmalar olduğuna görə, o, əvvəlcə xx.xx.2020-ci il tarixində Akademik C.Abdullayev adına X1 müayinə olunmuş, xx.xx.2020-ci il tarixdə 3 saylı şəhər Klinik Xəstəxanası tərəfindən verilmiş göndərişə əsasən Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müəyyən müayinələrdən keçirilmişdir. Bundan sonra isə xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 saylı şəhər Klinik Xəstəxanasında stasi onar müalicə almış və xx.xx.2020-ci il tarixində müalicə aldığı xəstəxana tərəfindən 39 saylı poliklinikaya göndərilmişdir. Həmin gündən 39 saylı poliklinikada ambulator müalicəsini davam etdirmiş və poliklinika tərəfindən əlilliyin təkrar qiymətləndirilməsi məqsədilə göndəriş elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilmişdir. Lakin TSEK tərəfindən ona imtina verilmiş və Forma -88-də imtinanın əsası kimi “dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndərişin natamam doldurulduğu” qeyd olunmuşdur. Bundan bir müddət sonra 39 saylı poliklinika tərəfindən yenidən əlilliyinin təkrar qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilm işdir. Nəticədə onun əlilliyi təkrar qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixində yenidən əvvəlki meyarla ikinci dərəcəli əlillik təyin olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrə görə müavinət ona ödənilməmişdir. Qeyd etdiklərindən də məlum olur ki, iddiaçının əlilliyinin təkrar qiymətləndirilməsi onun təqsirindən yox, dövlət tibb müəssisələrinin səhlənkarlığından bu qədər uzanmışdır. Odur ki, müvafiq dövlət qurumlarının təqsiri üzündən əlilliyinin təkrar qiymətləndirilməsinin gec həyata keçirilməsi onun sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Bu səbəbdən də hesab edir ki, xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövrə görə müavinət ona ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, o, cavadehə müraciət e dərək qeyd olunan dövr üçün İİ dərəcəli əlilliyə görə ödənilməli olan müavinətin ən qısa zamanda ödənilməsini xahiş etmiş, xx.xx.2022-ci il tarixli məktubla müraciətinin təmin olunmadığı bildirilmişdir. İddiaçı göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

8. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmiş və əlilliyin müddətinin bitməsi ilə əlaqədar ödənişi xx.xx.2020-ci il tarixdən dayandırılmışdır. X2 Sisteminin Əlillik altsisteminə əsasən iddiaçının xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixədək İİ dərəcə əlilliyi müəyyən edilmiş və müvafiq olaraq xx.xx.2021-ci il tarixdən İİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Bel ə ki, xx.xx.2021-ci il tarixdən sonra əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi müəyyən edildikdə, yəni şəxsə əlillik müddəti bitəndən sonra 6 aya qədər dövr ərzində yenidən əlillik təyin edilibsə, bu yeni əlillik təyinatı onun əvvəlki əlillik müddətinin bitdiyi tarixdən, 6 ay keçibsə əlilliyin təkrar qiymətləndirilməsi tarixindən bərpa edilir. İddiaçı əlillik statusunu xx.xx.2021-ci il tarixdə “qazanmışdır”. İddiaçıya qeyd olunan tarixdə əlillik verildiyindən həmin tarixdən etibarən əlilliyə görə müavinət bərpa edilib ödənilir. Lakin 6 ay ötürüldüyündən qanunun tələblərinə müvafiq olaraq mübahisələndirilən dövrün ona ödənilməsi qanunun tələblərinə ziddir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

9. Bakı İnzibati Məh kəməsinin (hakim M.Hacıbəyova) 2-1(112)-10813/2022 nömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsinin əsaslandırması: 10. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün iddiaçıya müavinət ödəməkdən imtinasını yuxarıda göstərilən qanun normasının iddiaçıya əlilliyi müəyyən edildikdən (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə minməsi ilə əsaslandırmışdır. Məhkəmə cavabdehin etirazının əsasları ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X4ın qüvvəsi geriyə şamil edilir. “X4 haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib- göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunu ilə əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə tətbiq edilməlidir. Bundan başqa nəzərə alınmalıdır ki, iddiaçının əlilliyi müddəti xx.xx.2020-ci il tarixdə bitdikdən sonra əlilliyinə əsas olan xəstəliklə bağlı müalicə və müayinələr aparılmış, əlilliyi müəyyən edən dövlət orqanına dövlət tibb müəssisəsi tərəfindən müvafiq elektron sənədlər göndərilmiş, nəhayət 2021–ci ilin iyul ayında əvvəlki diaqnoz əsasında əlillik təyin edilmişdir. Göründüyü kimi, əlillik müddəti bitdikdən sonra iddiaçının əli lliyinin təkrar qiymətləndirilməsi nəticəsində əlilliyi yenidən müəyyən edilmiş, müddətin ötürülməsi iddiaçıdan asılı olmayan səbəblərdən baş vermişdir. Belə olan halda, iddiaçı, ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab olunmalı, bu dövrlə bağlı müavinət ona ödənilməlidir.

11. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.Ə.Səmədov /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və X.A.Cəmilova) 2-1(103)-1301/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10813/2022 n ömrəli, 27 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlilləri mahiyyətcə imtina məktubunun və iddia ərizəsinə qarşı təqdim edilmiş etirazın dəlilləri ilə uyğunluq təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə

3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 2 iyul 2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (“Azərbaycan” qəzeti, 24 iyul 2021-ci il, № 151, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 7, maddə 710) yeni məzmunda 3.3-1-ci maddə əlavə edilmişdir: 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.

18. İnzibati Prosessual Məcəllə: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya insta nsiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat 96.5. Şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə əməl edilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

22. İlk öncə, iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı ona ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödə nilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına yönəlmişdir.

23. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, cavabdeh tərəfindən hazırkı qərarın 5-ci bəndində qeyd olunan məzmunda müraciətin icrasından imtina edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçı övladına xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, “X4 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87-ci maddəsinə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-1-ci maddəsinə (bu maddə “Əlilliyi olan şəxslərin h üquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmişdir) istinad etmişdir.

25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iddia tələbinin təmin edilməsinə yönələn hüquqi mövqeyi ilə razılaşmır.

26. Belə ki, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair 03/2020 nömrəli, 8 oktyabr 2020-ci il tarixli kollegial Qərardadında aşağıdakılar qeyd edilmişdir: (...)77. Sosial hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra özünəməxsus səciyyəvi xüsusiyyətlər mövcuddur və bu hal, onların özəl hüquqi təbiətini Konstitusiyada təsb it olunmuş digər şəxsi, iqtisadi, siyasi və mədəni hüquqlardan fərqləndirir. Sosial təminat hüququnun xüsusi hüquqi təbiəti isə ilk növbədə ondan irəli gəlir ki, Konstitusiyada eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, digər hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəli və bəzən hətta ondan asılıdır. Qeyd olunan xüsusiyyət, həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.

78. Azərbaycan Respublikası Konstitusiyasının yuxarıda sadalanan müddə aları (bax: 911-ci bəndlər) sosial dövlət prinsipinə uyğun olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər qoyur. Hər nə qədər sosial hüquqların təmin edilməsi dövlətin maddi imkanlarından birbaşa asılı olsa da, dövlətin ən azı minimum səviyyədə bu hüquqları təmin etmək vəzifəsi də var. Bundan başqa, dövlət büdcə sabitliyinin və uzun müddətli maliyyə dayanıqlılığının qorunması maraqlarından çıxış etməklə özünün bu pozitiv öhdəliklərinin yerinə yetirilməsində müəyyən mülahizə səlahiyyətinə malik olmaqla yanaşı, həm də həmin səlahiyyətlərini hüquqi dövlətin hamılıqda qəbul edilmiş prinsiplərinə uyğun həyata keçirmək öhdəliyi daşıyır. (...)92. Kollegiya qeyd edir ki, sosial təminat hüququ sahəsində normativ-hüquqi aktların geriyə şamil edilməsinin yol verilməzliyinə cinayət və inzibati xət alarla bağlı hüquq sahəsində olduğu kimi mütləq bir qayda olaraq deyil, daha çox bir prinsip kimi yanaşılmalıdır. Ona görə də, geriyə şamil edilmənin yarada biləcəyi problemləri həll etmək üçün əksər hallarda bir çox ümumi hüquq prinsiplərinin birgə dəyərləndirilməsi tələb olunur. Bu mənada, hüquqi təhlükəsizlik, qazanılmış hüquqlar və mütənasiblik prinsipləri onların mahiyyətinə xələl gətirəcək dərəcədə pozulmadıqda, eləcə də ictimai maraqlarla fərdin hüquqları arasındakı ağlabatan tarazılığa riayət edildikdə sosial təminat hüququ sahəsində normaların geriyə şamil edilməsi yol verilən hesab edilə bilər.

93. Normativ-hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi ilə bağlı məsələ özünün tənzimlənməsini Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində tapmışdı r. Buna görə, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyəti aradan qaldıran və ya yüngülləşdirən X4ın qüvvəsi geriyə şamil edilir. Başqa X4ın qüvvəsi geriyə şamil edilmir. 94. “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87-ci maddəsində isə təsbit edilmişdir ki, normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir....

27. Yuxarıda əks olunan hüquqi mövqedən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mübahisələndirdiyi zaman kəsiyində (xx.xx.2021 - xx.xx.2021) qüvvədə olan qanunvericilik normalarının tələbləri cavabdeh tərəfindən düzgün tətbiq edilməklə inzibati icraat aparılmış, iddiaçının sosial təminat hüququ pozulmamış, onun hüququnun mahiyyətinə zərər yetirilməmişdir.

28. Belə ki, mübahisələndirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qi ymətləndirilməsi Qaydası”nın 1.7-ci bəndinə əsasən, şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir.

29. Həmçinin, həmin dövrdə qüvvədə olan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.

30. Qanunun yuxarıda göstərilən müddəalarından (bax: 17-ci bənd) göründüyü kimi, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə (25 iyul 2021-ci il dən qüvvəyə minmişdir) gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəti cəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu yeni normanın əlilliyi olan şəxslərin xx.xx.2021-ci il tarixdən sonra yaranan hüquqlarına münasibətdə tətbiq ediləcəyi ilə bağlı şübhə yoxdur. Lakin, bu normanın Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsaslanmaqla geriyə tətbiq edilməsi yolverilməzdir.

31. Əvvəla, sözügedən Qanunun özündə onun yeni müddəasının geriyə tətbiq edilməsinə dair müddəa nəzərdə tutulmamışdır. Bundan başqa, nəzərə alınmalıdır ki, qanunla əvvəllər mövcud olmayan yeni məzmunlu normativ tənzimləmə həyata keçirilmişdir. Sözügedən tənzimləmələr əlillik təyin edilmiş şəxsin - iddiaçının hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən xarakterli tənzimləmə olmamış, eləcə də onların qazanılmış hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, “fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran hallar” dedikdə, hüquq və azadlıqlara qoyulmuş məhdudiyyətlərin götürülməsi, şəxsin əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilməsi, əvvəllər verilməmiş hüquqların verilməsi və s. başa düşülür. Beləlilklə, xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yeni norma, dövlətin sosial təminat hüququ sahəsində malik oldluğu geniş mülahizə sərbəstliyi çərçivəsində həyata keçirilmiş yeni tənzimləmə olmuşdur. Müvafiq olaraq qanunun özündə onun əvvəlki münasibətlərə tətbiq ediləcəyinə dair müddəa olmadığından, normayaratma fəaliyyətinin ümumi prinsipinə əsasən bu Qanun qü vvəyə mindiyi tarixidən sonra yaranmış münasibətlərə şamil edilməlidir.

32. Yuxarıda da qeyd edildiyi kimi, hazırkı işin hallarından iddiaçının cavabdeh tərəfindən sosial təminat hüququnun hər hansı şəkildə pozulması və ya onun sosial vəziyyətinin pisləşməsi ilə nəticələnən qərarın qəbul edilməsi müəyyən edilmir.

33. Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin müəyyən olunmuş hallarına hüquq normaları apellyasiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmişdir. Odur ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya məhkəməsinin qərarı ləğv edilməklə iddia rədd edilməlidir.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1301/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ikinci dərəcəli əlilliyə görə xx.xx.2021-ci il tarixindən xx.xx.2021-ci il tarixinə qədər olan dövr üçün müavinətin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar