Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1388/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkil təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 25.04.2024 Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına qarşı “AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yeni dən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-941/2023 nömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 28 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi, ekspertiza təyin olunaraq yenidən şəhadətləndirilməsi və Zəfər alt sisteminə yerləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
2. İddi a tələbi onunla əsaslandırılmışdır ki, o, 2011-ci ildən AR Müdafiə Nazirliyinin milli ordu sıralarında hərbi qulluqçusu olmuşdur, N saylı hərbi hissədə xidmət göstərmişdir, Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Hərbi xidmət dövründə aldığı xəstəliklərlə əlaqədar dəfələrlə hərbi qospitallarda müayinə və müalicələr almışdır, lakin aldığı müalicələr nəticəsində sağalmamışdır. 2020-ci ilin axırından dəfələrlə etdiyi müraciətlərə baxmayaraq onu qospitala müalicəyə buraxmayıblar, məzuniyyət götürüb qospitala gedib özünü qeydiyyata salmışdır və sonradan müayinə və müalicə üçün 19 may 2021-ci il tarixindən 19 iyun 2021-ci il tarixindən hərbi qospitalda müalicə olunaraq kafi vəziyətində ordan buraxılmamış, lakin travmatoloqiya şöbəsində yer olmadığına görə bir aydan sonra əməliyyata gə lməsini yazıblar. Qospitaldakı müalicələr və müayinələrlə tam narazılığı var, ona xidmətə tam yararsız diaqnozun qoyulmasına söz verildiyinə baxmayaraq komissiyaya iki gün qalmış tərkibi dəyişdirilmişdir, qoyulmuş diaqnoza görə aldığı xəstəliklərin hamısı hərbi xidmət dövründə olmuşdur, həm də hərbi travma Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Hərbi-həkim komissiyası tərəfindən hərbi xidmətə müvəqqəti yararsız sayılmışdır, halbuki dəfələrlə həkimlər bildiriblər ki, xəstəliklərinə görə hərbi xidmətə yararsızdır, hansı səbəblərə görə belə yazılması aydındır. Buna görə onlardan arayış alınmalı və ekspertiza təyin olunmalıdır. Anasının qan xəstəliyi ilə əlaqədar da əlilliyin təyin edilməsi üçün müraciət edəndə də eyni vəziyyəti görmüşdür, müvafiq təşkilatlara müraciətdən sonr a və məhkəmə ekspertizası rəyinə əsasən də xeyrinə qərar çıxarılmışdır. Halhazırda da iddiaçının hərbi xidmət dövründə aldığı xroniki xəstəlikləri ilə bağlı vəziyyəti kafidir, hərbi xidmətə tam yararsızdır və qüvvədə olan qanunvericiliyə görə də ona əllilik təyin olunmalıdır. Rəsmi müraciətlərinə də rəsmi cavab verilmişdir ki, yaşadığı ərazi üzrə həkim komissiyasına müraciət olunmalıdır. Hərbi qospitalda komissiyada olanda bu barədə maraqlanmaq istədikdə onları heç kim qəbul etməmiş, nə də cavab verməmişdirlər. Avqust ayının axırında cərrahiyə şöbəsində əməliyyatdan sonra eyni epikrizi yazıb vermişdirlər, lakin komissiyaya çıxarmamışdırlar. Məhkəməyə müraciət etməkdə qərəzli olaraq işlərə baxmırlar, ordudan tərxis olandan sonra Quba rayon hərbi komissarlığından göndəriş alaraq yenidən komi ssiyadan keçməyinə baxmayaraq 28 iyul 2022-ci il tarixli qərarı ilə şablon şəklində əvvəlki kimi sıradan kənar hərbi xidmətə yararlıdır yazılmışdır, hərbi hospitalda tomoqrafiya və MRT olmadığından rayon xəstəxanasına yönləndirilmiş, qərarda da konsultasiya olunmuşdur sözləri yazılmışdır, aldığı travmalar və xəstəliklər yazılmamışdır. Qərəzli olaraq yararsızdır yazmamışdırlar. İnzibati məhkəməyə müraciət etdikdə yenidən ekspertizanın keçirilməsini təmin olunması üçün iddia ərizəsi ilə müraciət etməyi tövsiyə olunmuşdur. AR NK-nin 2008-ci il 59 nömrəli qərarı ilə təsdiq edilmiş "hərbi-həkim ekspertizası haqqında əsasnamənin" və HK-nin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair əsasnam ənin" 2.2 bəndinə əsasən iddiaçıya ikinci dərəcəli əllilik təyin olunmalıdır..
3. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-958/2023 nömrəli, 14 sentyabr 2023-cü il tarixli qərarı ilə (hakim İ.Quliyev) iddia rədd edilmişdir.
4. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın mübahisələndirən qərar və hərəkətlərinin qanuni olduğu ekspert rəyi ilə öz təsdiqini tapmışdır və bu da iddianın əsassız olduğunu göstərir.
5. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilərək birinci instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
6. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)941/2023 nömrəli, 22 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov sədrlik edən və m əruzəçi, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
7. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
8. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. Həmin qərardan iddiaçı kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə müraciət edərək, dövlət hesabına vəkillə təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, heç yerdə işləmir, maddi imkanı olmadığından vəkillə müqavilə bağlaya bilmir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)941/2023 n ömrəli, 26 yanvar 2024-cü il tarixli qərardadı ilə İddiaçı Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-941/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkillə təmin olunma barədə ərizəsi təmin edilməmişdir.
11. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə göndərdiyi sənədlər üzrə də əvvəllər Bakı apellyasiya məhkəməsində dövlət hesabına vəkillə təmin olunmağı barədə qərar qəbul olunub, həyat yoldaşı və iki oğlu işsiz kimi qeydiyyatdadır, həyat yoldaşına xəstəliyinə görə əlilliyin təyin olunması üçün 5 ildən artıqdır ki məhkəm ələrdədir, qətnamə olmasına baxmayaraq icrasına imkan vermirlər. Qarabağ müharibəsi iştirakçısı olan keçmiş hərbçi oğlu da hazırda heç yerdə işləmir, əlilliyi ilə bağlı 3 ildir iş məhkəmələrdə süründürülür,ailəsini də o saxlayır. Qüvvədə olan qanunvericiliyə görə yə AİHVAHK-nın maddələrinə əsasən məhkəmə iclası tərəflərin iştirakı ilə keçirilməli, sübutlar araşdırılmalı və onlara qiymət verilməlidir, fərziyələrlə qəbul edilmiş qərarların heç bir əsası yoxdur, dərhal ləğv olunmalıdır. TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
61. Hüquqi yardım almaq hüququ I. Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. İİ. Qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz, dövlət hesabına göstərilir. 14. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
20. Dövlət hesabına hüquqi yardımın göstərilməsi İ. İnzibati qaydada tutulmuş şəxslərə, cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə və məhkəmədə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hər hansı bir məhdudiyyət qoyulmadan vəkil tərəfindən göstərilən hüquqi yardım dövlət hesabına həyata keçirilir. Ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkil tərəfindən göstərilən hüquqi yardımın ödənilməsi də, məhkəmə tərəfindən məhkumun üzərinə qoyulduğu hallar istisna olmaqla Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin edilir. Dövlət hesabına ödənilən hüquqi yardımın məbləği və ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
15. Azərbaycan Respubli kasının Mülki Prosessual Məcəlləsi: Maddə
14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.5. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onlar maraqlarının təmsil olunması və prosessual hüquqlarının həyata keçirilməsi üçün pulsuz (dövlət hesabına) peşəkar hüquqi yardım almaq hüququna malikdirlər. Maddə
67. Vəkilin prosesdə məcburi iştirakı 67.1. Kassasiya və əlavə kassasiya şikayətləri, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxılması haqqında ərizələr yalnız vəkil tərəfindən tərtib edildikdə icraata qəbul edilir. Kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. 67.2. Bu Məcəllə ilə vəkilin prosesdə məcburi iştirakı tələb olunduğu hallarda işdə iştirak edən şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, məhkəmə aktını qəbul etmiş məhkəmə işdə iştirak edən şəxslərin yazılı müraciəti əsasında vəkilin prosesdə iştirakını təmin edir. Maddə
121. Nümayəndəyə və vəkilə göstərdiyi yardıma görə xərclərin ödənilməsi 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər.
16. İnzibati Prosessual Məcəllə: Maddə
1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 9 4.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
18. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASS ASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması üçün əsas yoxdur. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
20. Nəzərə alınmalıdır ki, məhkəmə icraatının iştirakçılarına hüquqi yardım göstərilməsi üçün təyin edilən vəkilə ödəniş dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirildiyindən həmin məbləğdən istifadə olunması hallarında məhkəmələr tərəfindən xüsusi həssaslıq göstərilməli, sui-istifadə hallarının qarşısının alınması üçün mümkün qədər ehtiyatlı davranılmalıdırlar. Həmçinin qeyd olunmalıdır ki, aşkar surətdə əsassız kassasiya şikayətinin verilməsi üçün proses iştirakçısına dövlət büdcəsi hesabına vəkil təyin edilməsi, dövlət büdcəsi vəsaitinin səmərəsiz və təyinatına uyğu n olmayan tərzdə xərclənməsi ilə nəticələnə bilər.
21. Həmçinin qeyd edilməlidir ki, yuxarıda sadalanan qanunvericilik normalarının müddəalarından göründüyü kimi proses iştirakçılarının dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməsi həmin şəxslərin vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitlərinin olmadığının müəyyən olunmasından asılıdır.
22. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya məhkəməsinin mövqeyini haqlı hesab edərək qeyd edir ki, hazırkı halda sübutetmə yükünün iddiaçının üzərində olmasına baxmayaraq, iddiaçı maddi imkanının aşağı olduğuna dair kifayət qədər mötəbər sübutlar təqdim etməmişdir. Belə ki, həmin hala dair iddiaçı tərəfindən ərizəyə müharibə veteranı olması və buna görə təqaüd almasına dair sənəd əlavə edilmişdir. Bununla bağlı məhkəmə koll egiyası qeyd edir ki, iddiaçının işləməməsi halı özü-özlüyündə aztəminatlılığının təsdiqi üçün yetərli deyildir. İndiki halda isə iddiaçı hazırkı iş üzrə vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaitə malik olmadığına dair başqa sübutlar təqdim edə bilməmişdir. Bundan başqa, iddiaçının vəkilin xidmətlərindən istifadə etmək üçün hansısa hüquq məsləhətxanasına müraciət etdiyi və ondan göstəriləcək xidmət müqabilində tələb olunan məbləğ də bəlli deyildir. Bu isə onun imkanları nəzərə alınmaqla dövlət hesabına vəkillə təmin edilməsi məsələsinə qiymət verməyə də imkan vermir.
23. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanunun 1.2-ci maddəsinə görə, heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istif adə etməməlidir.
24. Belə ki, ərizəçinin dövlət büdcəsinin vəsaiti hesabına vəkillə təmin edilməməsi onun hüquq və azadlıqlarının məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Belə ki, əsassız olaraq kassasiya şikayəti tərtib olunması üçün dövlət hesabına vəkillə təmin edilmə qanun və məhkəmə qarşısında bərabərlik hüququnun pozulmasına (hazırkı iş üzrə cavabdehə münasibətdə), süründürməçiliyə səbəb olur, şəxslərin intizamsızlığına şərait yaradır.
25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq normaları pozulmadığından şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.
26. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Koll egiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(105)-941/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.