Məhkəmə qərarları › İş №2-1(102)-1389/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1389/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1389/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, cavabdehin vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna (Azərbaycan Respublikasının Həmkarlar Konfederasiyası üçüncü şəxs olmaqla) qarşı kompensasiya tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2904/2018 nömrəli 14 d ekabr 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 08 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikası Baş Prokurorluğuna (bundan sonra - cavabdeh) qarşı 7.771.200 ABŞ dolları məbləğində pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 may 1993-cü il tarixdən 25 noyabr 2009-cu il tarixə kimi Azərbaycan Respublikasının Prokurorluq Orqanlarında, o cümlədən Yevlax, Xaçmaz və Qusar rayon prokurorluqlarında böyük müstəntiq vəzifəsində işləmiş, ali təhsilli hüquqşünasdır. İdd iaçı Prokurorluq orqanlarında işlədiyi müddət ərzində əvvəl Respublikamızda olan ictimai-siyasi vəziyyətlə əlaqədar, sonra isə icraatında olan cinayət işlərinin çoxluğu və tək müstəntiq olması ilə bağlı, bir dəfə də olsun məzuniyyətə çıxmamışdır. Hətta məzuniyyət barədə Baş Prokurorun müvafiq əmri olsa da iddiaçı yuxarıda göstərdiyi səbəbdən məzuniyyətə çıxa bilməmiş, məzuniyyətdə olduğu vaxt xidməti vəzifəsini yerinə yetirmiş, lakin məzuniyyətdə olduğu vaxt faktiki olaraq işlədiyinə görə ona heç bir əlavə haqq ödənilməmişdir. Bundan başqa, iddiaçı 20 iyul 2007-ci il tarixdən 25 noyabr 2009-cu il tarixə kimi Qusar rayon prokurorluğunda böyük müstəntiq vəzifəsində işləyərkən ştat cədvəlində rayon prokurorluğunda 2 müstəntiq ştatı olduğu halda, tək işlədiyinə görə 2 il 4 ay ərzində prokurorl uqda istirahət günləri, iş günü olmayan bayram günləri, iş vaxtından sonra hər gün məsul növbətçi olmaqla yanaşı, iki müstəntiqin iş yükünü tək işləsə də ona əlavə istirahət günləri verilməmiş, tək olduğuna görə bu praktiki olaraq heç mümkün də olmamışdır. Həmçinin, həmin dövr ərzində istirahət günləri, iş günü olmayan bayram günlərində, gecə vaxtı məsul növbətçi kimi işləsə də, bütün bunların müqabilində iddiaçıya heç bir əlavə haqq ödənilməmişdir. İddiaçı Prokurorluq orqanlarında işlədiyi cəmi 16 il 7 ay ərzində bir dəfə də olsun məzuniyyətdən istifadə etmədiyinə baxmayaraq bunun müqabilində ona heç bir əlavə haqq ödənilməmiş, son 2 ildən başqa məzuniyyət əmri verilsə də ona ikiqat əmək haqqı məbləğində pul təminatı verilməmiş, cəmi 5 dəfə məzuniyyətə çıxması barədə əmr verilsə də, qalan 12 il 7 ay məzuniyyətə çıxmadığına və məzuniyyət ərzində işlədiyinə baxmayaraq ona heç bir kompensasiya ödənilməmişdir. Lakin bütün bunlara baxmayaraq iddiaçı heç bir pul kompensasiyası almamış, işdən çıxarılan zaman son hesablaşmada ona çox az vəsait ödənilmişdir. Ona Prokurorluq orqanlarında işlədiyi müddət ərzində bir dəfə də olsun maddi yardım ödənilməmişdir. İddiaçı 24 may 1993-cü il tarixdən 20 iyul 2007-ci il tarixə kimi 14 il ərzində iki nəfər müstəntiqdən biri kimi hər ilin istirahət və qeyri-iş günü olan bayram günlərində məsul növbətçi kimi işləmiş, buna görə ona istirahət günləri verilməmiş və əlavə heç bir haqq ödənilməmişdir. Təxminən 2000-ci ildən başlayaraq iddiaçının öd kisəsində problemlər yarandığından dəfələrlə ambulator şəraitdə müalicə olunsa da bunun xeyri olmamış, ona görə də o, işdən çıxarılandan dərhal sonra, 2 dekabr 2009-cu il tarixdə Akademik M.Ə.Mirqasımov Respublika Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə daxil olmuş və 8 dekabr 2009-cu il tarixdə əməliyyat olunaraq öd kisəsi cərrahiyyə yolu ilə çıxarılmışdır. Lakin iddiaçı Prokurorluqdan çıxdıqdan sonra ona Prokurorluqdan müalicə haqqı və maddi yardım verilməmşdir. İddiaçının prokurorluqda işlədiyi müddətdə məzuniyyətdən istifadə etmədiyi, məzuniyyət barədə əmr verilsə də xidməti işdə olduğu, buna görə ona heç bir haqqın ödənilməməsi icraatında olan cinayət işləri və cinayət xarakterli materiallar üzrə aparılmış araşdırma materialları ilə tam təsdiq edilmişdir. İddiaçının xidmət etdiyi dövrdə onun barəsində cəmi 5 dəfə məzuniyyət əmri verilmiş, lakin yuxarıda göstərilən səbəblərdən bunda n istifadə etməmiş, edə bilməmişdir. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə, “Prokurorluq haqqında”, “Prokurorluqda qulluqkeçmə haqqında” qanunlarına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 41-ci maddəsinə, həmin Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı 05.1993-cü ildən 11.2009-cu ilə kimi Azərbaycan Respublikası Prokurorluğu orqanlarında işləmiş, Azərbaycan Respublikası Baş Prokurorunun 25.11.2009-cu il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqib olunan əməlləri törətməklə, prokurorlu q işçisinin nüfuzuna xələl gətirən və müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə “Azərbaycan Respublikası Baş Prokurorluğu işçilərinin X1”nin tələblərini kobud şəkildə pozduğuna görə, rütbədən məhrum olunmaqla, prokurorluq orqanlarından xaric edilmişdir. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Qanun Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmişdir. Qanun prokurorluq orqanlarında qulluqkeçmə qaydalarını və şərtlərini tənzimləyir. Qanunda həmçinin prokurorluq işçilərinin hüquqi, sosial, məhkəmə müdafiəsi və maddi təminatı öz əksini tapmışdır. «Prokurorluq orqanlarında qulluqkeçmə haqqında» Azərbaycan Respublikası Qanununun 21.4 maddəsində qeyd olunur ki, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat h əcmindən az olmayaraq maddi yardım verilir. 1993-2009-cu illər ərzində iddiaçıya ümumilikdə 26,5 vəzifə maaşı, 21 əmək haqqı həcmində maddi yardım və mükafat verilmişdir. Orta hesabla əmək haqqı 1200 manat hesabı ilə götürüldükdə, ona 1200 x 21 ə/haqqı = 25200 və 26,5x 1020 = 27030+25200=52230 manat məbləğində maddi yardım, mükafat ödənilmişdir. Qanun 2001-ci ildə qəbul olunmuşdur və 20.9-cu maddədə Prokurorluq işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvlərinin pulsuz dövlət tibb xidməti ilə təmin olunması nəzərdə tutulmuşdur. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. Müalicə üçün müavinət almaqdan ötrü işçinin yazılı müraciəti olmalıdır və müraciəti nə xəstəliyini təsdiq edən sənədlər (epikriz, bülleten və arayış və s.) əlavə olunmalıdır. Araşdırma nəticəsində iddiaçının müraciətinin olduğu müəyyən olunmamışdır. İddiaçının əmək məzuniyyətlərindən geri çağırılması barədə Baş Prokurorluq üzrə müvafiq əmrlərin və ya bununla əlaqədar hər hansı bir sənədin olmaması səbəbindən ona əlavə vəsait ödənilə bilməz. Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq əmrlərinə əsasən iddiaçı 1994 -1999, 2004-2008-ci illərə görə əmək məzuniyyətinə buraxılmış və ona müvafiq vəsait ödənilmişdir. İddiaçının istifadə etmədiyi 1993, 2000, 2001, 2002 və 2003-cü illər üçün 9440,96 manat kompensasiya, 2004-2006-cı illər üçün 3629,02 manat məbləğində ikiqat məzuniyyət pulu hesablanmış, gəlir vergisi və sair tutulmalardan sonra 12377 manat vəsait onun hesabı na ödənilmişdir. Əmək Məcəlləsinin 61.1-ci maddəsində qeyd edilir ki, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı Əmək Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Əmək Məcəlləsinin 162.2-ci maddəsinə əsasən, əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə, işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. İddiaçının müraciətində qeyd olunan digər müstəntiqin işini aparmağına razılıq verilməsi barədə əmr, sərəncam, ona əlavə haqq ödənilməsi barədə müraciəti yoxdur. Eləcə də onun istirahət günləri işə cəlb olunması barədə Azərbaycan Respublikası Baş Prokurorunun heç bi r əmri olmamışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3277/2018 nömrəli, 30 avqust 2018-ci il tarixli qərarı ilə (hakim: Ş.A.Məmmədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı iddia tələbində qeyd olunan digər müstəntiqin işini aparmağına razılıq verilməsi barədə əmr, sərəncam, yaxud ona əlavə haqq ödənilməsi barədə müraciətinin, həmçinin istirahət günləri işə cəlb olunma barədə Azərbaycan Respublikası Baş Prokurorunun hər hansı bir əmrinin və iddiaçının müalicə üçün müavinətin almasına dair hər hansı müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığına görə iddia əsaslı deyildir. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2904/2018 nöm rəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qərarı ilə (sədrlik edən: S.S.Seyidova, hakimlər: V.M.Məmmədov və İ.B.Əhmədov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 2-1(81)-3277/2018 nömrəli, 30 avqust 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Apelyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2904/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qərarının ləğv edilməsini və iddiaçıya 647.600 manat məbləğində pul vəsaitinin və 20 il ərzində əldə çıxmış faydaya görə hər il üçün 5% olmaqla 647.000 manatın, cəmi 1.295.200 manat məbləğində pul vəsaitinin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz, əsassız və ədalətsizdir. Belə ki, apelyasiya instansiya məhkəməsi iş üzrə heç bir araşdırmadan aparmadan, mütəxəssis dəvət etmədən, məhkəmə mühasibatlıq ekspertizası keçirmədən, iddiaçı tərəfindən verilmiş vəsatətləri müzakirə etmədən qərar qəbul etmişdir. Bundan əlavə qeyd edilir ki, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası öz qərarında istinad etdiyi “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun 20.9 və 21.4-cü maddəsinin tələblərini yanlış şərh etmiş, iddiaçının deyil, cavabdehin mənafeyini qoruyaraq qanunsuz, əsassız və ədalətsiz qərar qəbul etmişdir. Həmçinin cavabdeh tərəfindən verilmiş etiraz da doğru deyil və obyektiv həqiqəti əks etdirmir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyası iclasında cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2904/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış inzibati məhkəmə icraatının digər iştirakçıları (iddiaçı və üçüncü şəxs) məhkəmə kollegiyasının iclasında təmsil olunmamışlar. Buna baxmayaraq məhkəmə kollegiyası işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, onlara təqdim edilmiş məhkəmə bildirişində iclasda iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlk öncə qeyd edilməlidir ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şika yətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Belə ki, cavabdehin iddiaçıya ünvanlandığı 30.12.2015-ci il tarixli 15/375 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, onun 21 iyul, 23 sentyabr, 25 oktyabr, 29 oktyabr, 26 noyabr 2015-ci il tarixli müraciətinə baxılmışdır. Müraciətində o, prokurorluq orqanlarında işlədiyi dövr ərzində istifadə etmədiyi əmək məzuniyyətlərinə görə kompensasiyanın, vakansiya olan digər müstəntiq əvəzinə işlədiyi halda əlavə əmək haqqı almadığını, eləcə də məzuniyyətdə olarkən işlədiyini və buna görə əlavə əmək haqqının ödənilmədiyini bildirərək, həmin vəsaitlərin hesablanaraq ona ödənilməsini xahiş etmişdir. Baş Prokurorluğunun Kadrlar İdarəsinin 02.12.2009-cu il tarixli arayışına əs asən 1993, 2000, 2001, 2002 və 2003-cü illərin əmək məzuniyyətlərindən istifadə etmədiyi üçün kompensasiya olaraq 07.12.2009-cu il tarixdə (ödəniş tapşırğı № 2811) ona 12377 manat məbləğində vəsait ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 61.1-ci maddəsində qeyd edilir ki, müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasının digər əməkdaşa həvalə edilməsi tərəflərin razılığı ilə həyata keçirilir. Bu zaman əvəz edən əməkdaşın əmək haqqına əlavə Əmək Məcəlləsinin 162.2-ci maddəsində nəzərdə tutulan qaydada müəyyən edilib verilir. Verilən əlavə əmək haqqı işçinin və işəgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Onun məzuniyyət vaxtı, digər prokurorluq əməkdaşlarının əvəzinə işləməyini təsdiq edən sənədlərin, əmək məzuniyyətlərindən geri çağırılması, e ləcə də istirahət günlərində işə çıxması barədə Azərbaycan Respublikası Baş Prokurorunun hər hansı bir əmrləri və ya sərəncamlarının olmaması səbəbindən qeyd edilən vəsaitin ona verilməsi qanunda nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun Kadrlar İdarəsində aparılmış yoxlamada 24.05.1993-cü ildən 25.11.2009-cu ilədək Azərbaycan Respublikasının prokurorluq orqanlarında işləmiş iddiaçının işlədiyi müddət ərzində 1993, 2000, 2001, 2002 və 2003-cü illərin əmək məzuniyyətlərindən istifadə etmədiyi qeyd edilmişdir. İddiaçıya 1993-2009-cu illər ərzində ümumilikdə 26,5 vəzifə maaşı, 21 əmək haqqı həcmində maddi yardım və mükafat verilmişdir. Orta hesabla əmək haqqı 1200 manat hesabı ilə götürüldükdə, ona 1200 x 21 ə/haqqı = 25200 və 26,5 x 1020 = 27030+25200=52230 manat məb ləğində maddi yardım, mükafat hesablanmışdır. Azərbaycan Respublikası Baş Prokurorluğunun müvafiq əmirlərinə əsasən iddiaçı 1994, 1995, 1996, 1997, 1998, 1999, 2004, 2005, 2006, 2007, 2008-ci illərə görə əmək məzuniyyətinə buraxılmış və ona müvafiq vəsait ödənilmişdir. Onun istifadə etmədiyi 1993, 2000, 2001, 2002 və 2003-cü illər üçün 9440,96 manat kompensasiya, 2004-2006-cı illər üçün 3629,02 manat məbləğində ikiqat məzuniyyət pulu hesablanmış, gəlir vergisi və sair tutulmalardan sonra onun hesabına 12377 manat vəsait ödənilmişdir. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununun: 20.9-cu maddəsinə əsasən, prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prok urorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 21.4-cü maddəsinə əsasən, prokurorluq işçilərinə hər il onların əmək haqqının ikiqat həcmindən az olmayaraq maddi yardım verilir. Apelyasiya instansiyası məhkəməsi iddianın təmin edilməməsi barədə gəldiyi nəticəni belə əsaslandırmişdir ki, iddiaçının iddia tələbində qeyd olunan digər müstəntiqin işini aparmağa razılıq verilməsi barədə əmr, sərəncam, yaxud ona əlavə haqq ödənilməsi barədə müraciətinin olması, həmçinin istirahət günləri və başqa qeyri-iş günlərində işə cəlb olunması barədə Azərbaycan Respublikası Baş Prokurorunun hər hansı bir əmrinin olması və iddiaçının müalicə üçün müavinətin almasına dair hər hansı müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmamişdir. Məhkəmə kollegiyası apelyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir; qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl ed ilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2904/2018 nömrəli iş üzrə 14 dekabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar