Məhkəmə qərarları › İş №2-1(102)-1389/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1389/2022

09.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1389/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin təhkim olunmasına dair aktın verilməsi, iddianın mümkünlük şərti, düzgün olmayan inzibati orqana qarşı iddianın verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1953-cü il təvəll üdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli akt üzrə 0,10 ha torpaq sahəsinin iddiaçıya təhkim olunmasına dair aktın verilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(105)334/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli aktın kserosurətinə əsasən təsərrüfatda aparılan torpaq islahatları ilə əlaqədar torpaqlar ölçülərk ən faktiki artıq qalmış 0,10 ha torpaq sahəsi iddiaçıya təhkim edilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının 27 mart 2019-cu il tarixli, 514 nömrəli arxiv arayışın əsasən X2 X1 Komissiyasının heç bir il üçün sənədləri filiala təhvil verilməmişdir.

3. Cavabdehin 29 mart 2019-cu il tarixli, **********98 nömrəli məktubuna əsasən idarənin arxiv sənədlərində X2 X1 Komissiyasının iddiaçıya təhkim edilmiş 0,10 ha torpaq sahəsinə dair heç bir məlumat aşkar edilməmişdir.

4. Cavabdeh2 başçısı aparatının 2 aprel 2019-cu il tarixli, 546/3 nömrəli iddiaçıya ünvanlanmış məktubuna əsasən Aqrar islahat komissiyası 2005-ci il tarixdə ləğv edilmişdir. Torpaq sahəsinə dair itirilmiş sənədlərlə bağlı onun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

5. X3 xidmət mərkəzində Notariat ofisinin 21 aprel 2019-cu il tarixli, 524 nömrəli məktubuna əsasən 2008-ci ilə məxsus sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsinə dair reyestr kitabı (lS) Quba rayon notariat ofisinin arxivinə təhvil verilmədiyindən ərizədə qeyd edilən aktın həmin reyestr kitabında qeydiyyatdan keçib-keçməməsi, surətinin düzgünlüyünün təsdiq edilib-edilməməsi barədə heç bir məlumat aşkar edilməmişdir.

6. Quba polis şöbəsinin 9 oktyabr 2019-cu il tarixli məktubuna əsasən iddiaçı adına olan X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli, 0,10 hektar torpaq sahəsi üçün verilmiş Təhkim Aktı naməlum şəraitdə itirmiş, qeyd olunan aktın tapılması üçün axtarış tədbirləri keçirilmiş, lakin müsbət nəticə əldə olunmamış və təhkim aktı tapılmış sənəd kimi Quba RPŞ-nə daxil ol mamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Reyestr Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və Cavabdeh2nə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli aktı üzrə 0,10 ha torpaq sahəsinin ona təhkim olunmasına dair aktın verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

8. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, eyni tələb üzrə iddia ərizəsini təqdim edərək cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini göstərməklə X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli aktı üzrə 0,10 ha torpaq sahəsinin ona təhkim olunmasına dair aktın verilmə si öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 X1 Komissiyasının 13 yanvar 2001ci tarixli aktına əsasən təsərrüfatda aparılan torpaq islahatı ilə əlaqədar torpaqlar ölçülərkən faktiki artıq qalmış 0,10 ha torpaq sahəsi iddiaçıya təhkim olunmuş, həmin sahənin qanuna müvafiq şəkildə dövlət qeydiyyatdan keçirilməsi də Komissiya tərəfindən ona tapşırılmışdır. Belə ki, həmin 0,10 ha torpaq sahəsi iddiaçıya pay torpağı kimi ayrılmış 1.20 ha torpaq sahəsinin qarşısında yerləşir. Həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının istifadəsində olmuş, onu yararlı vəziyyətə gətirmiş, torpaq sahəsi üzərində sahiblik hüquqlarını həyata keçirmişdir. Lakin, qeyd olunan sənəd in əsli naməlum şəraitdə itdiyindən həmin sahəni öz adına sənədləşdirə bilməmişdir. Həmin sənədin axtarışı ilə əlaqədar müxtəlif dövlət orqanlarına – Azərbaycan Respublikası Dövlət Arxivinin Quba rayon filialına, Cavabdeh2nə, sənədin itkisi ilə bağlı rayon polis idarəsinə rəsmi ərizə ilə müraciət etsə də, sənədin əsli tapılmamış, bununla əlaqədar məhkəməyə ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Nə Arxiv idarəsi, nə də cavabdeh həmin sənədin əslini tapıb iddiaçıya verməmişdir. Həmin sənədin dövlət orqanlarının arxivlərində saxlanılmaması vətəndaşın üzərinə düşən məsuliyyət və ya vəzifə deyildir.

10. Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-442/2021 nömrəli qərarı (hakim V.E.Əzizova) ilə iddia rədd edilmişdir.

11. Birinci instansiya məhkəməsi Azərbay can Respublikası Torpaq Məcəlləsinin 65 və 68-ci maddələrinə istinad edərək qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sözügedən torpaq sahəsinin iddiaçıya ayrılmasını təsdiq edən sənəd aşkar edilməmişdir. İddiaçının sübut kimi təqdim etdiyi akt kserosurət olduğundan və üzərində olan möhür və imzalar faktiki oxunmadığından onun mötəbərliyinə şübhə yaranır. Aktın əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilsə belə, həmin sənədin DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir və bununla bağlı cavabdeh idarə həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımır.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiy ası məhkəməsində icraat

13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(105)-334/2022 nömrəli qərardadı (hakimlər: Z.T.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və F.Ə.Məmmədov) ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 17 dekabr 2021-ci il tarixli, 2-1(118)-442/2021 nömrəli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır.

14. Apellyasiya instansiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz qərarında cavabdehin həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımadığı nəticəsinə gəlsə də, iddiaya mahiyyəti üzrə baxaraq qərar qəbul etmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddi anın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında əks olunmuş hüquqi mövqeyə görə cavabdehin həmin iddiaya cavab verməli olmaması iddianın rədd edilməsi üçün deyil, mümkün hesab edilməməsi üçün əsas kimi çıxış edir. Buna baxmayaraq, işə baxan məhkəmə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamadan həmin şərtlərin mövcudluğu müəyyən olunmadan iddianın mahiyyəti üzrə araşdırılmasını aparmış və müvafiq qərar qəbul etmişdir.

15. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı hesab edir ki, apellyasiya məhkəməsi Azərbaycan Respublikasının İnzibati P rosessual Məcəlləsinin 12, 14.2, 68.2, 69.3 və 69.4-cü maddələrinin tələblərini pozmuş, bu isə nəticə etibarı ilə onun hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə prosesin bərabərlik prinsipləri əsasında aparılmasını təmin etməmişdir. Təkrara yol verməmək üçün apellyasiya şikayətində göstərilənləri kassasiya şikayətinə köçürməmiş, apellyasiya şikayətində göstərilənlərin kassasiya şikayətinin tərkib hissəsi kimi qəbul edilməsini və həmin hallara da qiymət verilməsini xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarı: 1.1. Məhkəmələr nəzərə almal ıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir....

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imt ina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131. 3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdı r. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

25. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya instansiya məhkəməsi iddianın mümkünlüyü ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələbləri ni nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərardadında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

26. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından məlum olduğu kimi iddiaçının hüquqi marağı ona X2 X1 Komissiyasının xx.xx.2001-ci il tarixli akt üzrə təhkim olunduğunu iddia etdiyi və həmin vaxtdan istifadəsində olan 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına yönəlmişdir.

27. Bununla əlaqədar olaraq iddiaçıya iza h edilməlidir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsinə, habelə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na uyğun olaraq müvafiq sənədləri cavabdeh inzibati orqana təqdim etməklə qeyd edilən torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydiyyata alınmasını tələb edə, cavabdeh inzibati orqan bundan imtina etdikdə isə hüquqi marağına uyğun müvafiq iddia növü və iddia tələbi ilə məhkəməyə müraciət edə bilər.

28. Nəzərə alınmalıdır ki, inzibati mühakimə icraatı qaydasında baxıla n iddianı hüquqi cəhətdən məhkəmə tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlayır və iddianın mümkünlüyünün yoxlanılmasına yönəlmiş fəaliyyət sırf prosessual hüquqi xarakterli olmaqla, özündə, ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasının, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasının, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyinin, prosessual həmiştirakçılığın yol verilənliyinin, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünün, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilibbilməməsinin, həmçinin, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcud olub-olmamasının, habelə iddianın lazımı qaydada qaldırılıb-qaldırılmamasının qiymətləndirilməsini ehtiva edir. İddianın mümkün sayılmaması barədə qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir.

29. Məhkəmə kollegiyası hazırkı mübahisə üzrə apellyasiya instansiya məhkə məsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, iddiaçının mübahisələndirdiyi və ona verilməsini tələb etdiyi X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli akt üzrə 0,10 ha torpaq sahəsinin ona təhkim olunmasına dair aktın cavabdehə təhvil verilməsini təsdiq edən hər hansı sübut mövcud deyildir və bununla bağlı cavabdeh həmin sənədin iddiaçıya verilməsi öhdəliyini daşımır.

30. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 7ci maddəsinin 1-ci bəndinə əsasən müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir.

31. İş materiallarından göründüyü kimi iddiaçı X2 X1 Komissiyasının 13 yanvar 2001-ci il tarixli təhkim aktının ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mübahisələndirilən aktı verən aqrar islahat komissiyası hal-hazırda mövcud olmadığından iddiaçı ya həmin aqrar islahat komissiyasının yaradılmasında birbaşa iştirak edən Cavabdeh2nə, ya da müvafiq bələdiyyəyə müraciət edə bilər. Belə ki, iddiaçının tələb etdiyi təhkim aktında göstərilən torpaq sahəsi dövlət mülkiyyətində saxlanılmadığı və digər şəxsin (şəxslərin) xüsusi mülkiyyətinə verilmədiyi halda bələdiyyə mülkiyyətində qalıbsa, bələdiyyəyə müraciət edə bilər.

32. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apell yasiya Məhkəməsinin İnzibati Kollegiyasının 5 may 2022-ci il tarixli, 2-1(105)-334/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar