Məhkəmə qərarları › İş №2-1(102)-1389/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1389/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1389/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: (hərəkətlərdən çəkinmək öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Binəqədi qəsəbə bələdiyyəsi) “hərəkətlərdən çəkinmək öhdəliyinin qoyulması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1242/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X1 xx.xx.2012-ci il tarixli, 422 nömrəli qərarı ilə fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin sahiblik və istifadə hüquqları İddiaçı2 verilmişdir.

2. X1 xx.xx.2013-cü il tarixli, 22 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-1324/2013 saylı, 08 aprel 2013-cü il tarixli qərarının icrası təmin olunmuş; Qərarın icrası ilə əlaqədar X1 61 saylı, 17 fevral 2006-cı il tarixli Sərəncamı ilə mərhum X2 ayrılmış 600 kv.m torpaq sahəsinin onun adından silinərək vətəndaş İddiaçı1 adına dəyişdirilməklə rəsmiləşdirilməsi qərara alınmışdı r.

3. İddiaçı yuxarıda qeyd olunan torpaq sahəsində hasar-bərpa işlərinin aparılmasına icazə verilməsi üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh 18 mart 2022-ci il tarixli, 02/13-11-11/H-29-151 nömrəli məktubla müraciətin icrasından imtina edərək bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq olunmuş surəti (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan-ölçüsü) rayon İcra Hakimiyyətinə təqdim olunduqdan sonra müraciətə yenidən baxıla bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı 8 aprel 2022-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin onun tərəfindən hasar-bərpa işlərinin dayandırılması üzrə hərəkətlərinin qeyri-qanun i olması və bu hərəkətlər nəticəsində ona dəymiş 500 manat dəyərində maddi ziyanın kompensasiya edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin iddia ərizəsində bəhs edilən ərazidə hasar-bərpa işlərinin dayandırılması üzrə hərəkətlərin qeyri-qanuni olması haqqında qərar qəbul edilməsi kimi icraata qəbul edilmişdir.

6. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə Binəqədi qəsəbə bələdiyyəsi 3-cü şəxs qismində inzibati icraata cəlb edilmişdir.

7. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi X1 xx.xx.2013-cü il tarixli 22 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 600 kv.m. torpaq sahəsinin və X1 xx.xx.2012ci il tarixli 422 nömrəli qərarı ilə İddiaçı2 istifadəs inə verilmiş 600 kv.m. torpaq sahəsinin hündürlüyü 2,20 m olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərin Binəqədi rayon İcra Hakimiyyətinə qadağan edilməsi kimi dəqiqləşdirilmiş, İddiaçı2 birgə iddiaçı qismində nəzərə alınmışdır.

8. İddia tələbi onunla əsaslandırmışdır ki, təxminən 2014-cü ildə sözügedən 12 sotluq ərazinin digər ərazilərdən ayrılması və qonşularla hər hansı mümkün mübahisələrin qarşısının alınması üçün qonşularla birgə müvafiq hasarın çəkilməsi həyata keçirilmişdir. Lakin ötən dövrdə ərazidən keçən yük maşınları hasarın bir hissəsini zədələmiş və yararsız hala salmışdır. Bununla əlaqədar, qeyd olunan hasarın müvafiq «Г» şəkilli hissəsinin öz hesabına bərpa etməyə icazə verilməsi məqsədilə Binəqədi qəsəbə Bələdiyyəsinə tərəfindən müraciət edi lmiş və bu barədə bələdiyyədən şifahi razılıq alınmışdır. Hətta bələdiyyənin memarı tərəfindən ayrılmış torpaq sahəsinə verilmiş sənədlərin sahəyə uyğunluğunu təftiş etmək üçün yerində ölçmə-yoxlama işləri aparılmışdır. Beləliklə, hündürlüyü təxminən 1,5 metr olan hasarın tikilməsi məqsədilə xx.xx.2022-ci il tarixdə müvafiq işlərə başlanılması məqsədilə material (daş, qum və sement) alınmışdır. Həmin gün ustalar tərəfindən hasarın tikintisi işlərinə başlanarkən özünü Binəqədi kənd İcra nümayəndəsi kimi təqdim edən Natiq adlı şəxs tərəfindən hasarçəkmə işləri dayandırılmış və Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən müvafiq icazənin alınmasına ehtiyac olduğu bildirilmişdir. İddiaçı məsələ ilə bağlı xx.xx.2022-ci tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imti na etmişdir. İddiaçı qeyd etmişdir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 1-ci maddəsinə əsasən, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələri müəyyən edilir. Qanunun 79.1.3-cü maddəsinə əsasən hündürlüyü 2,2 metrə qədər olan və qonşu torpaq sahəsi ilə sərhəddə və küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur. Bununla yanaşı, ötən dövrdə, yəni yuxarıda bəhs edilən hasarın bərpası üçün alınmış 10 ədəd (Norm 300) sement, 2 kub qum, 1000 ədəd daş yağış altında yararsız hala düşmüşdür və bununla bağlı iddiaçıya 500 beş yüz manat (10x6,5 manat (norm sement) + 0,40 x1000 manat (daş)+35 manat (qum və sürücüyə ödəniş) dəyərində maddi ziyan dəymişdir.

9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7643/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakim G.A.Sevdimalıyeva) iddia tələbi təmin edilmiş, X1 xx.xx.2013-cü il tarixli 22 nömrəli qərarı ilə İddiaçı1 ayrılmış 600 kv.m. torpaq sahəsinin və X1 xx.xx.2012-ci il tarixli 422 nömrəli qərarı ilə İddiaçı2 istifadəsinə verilmiş 600 kv.m. torpaq sahəsinin hündürlüyü 2 metr 20 santimetrədək olmaqla hasarlama-bərpa işlərinin aparılmasına maneəçilik yaradan hərəkətlərdən çəkinmək öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.

10. Məhkəmə qeyd etmişdir ki, cavabdehin yuxarıda qeyd olunan 18 mart 2022-ci il tarixli məktubunun məzmunu mahiyyət etibarilə iddiaçılara müvafiq işlərin görülməsi üçün inzibati orqanın razılığının (icazəsinin) alınmasını şərtləndirir.

11. Vətəndaşın istifadəsində olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan v ə qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmadığından hasarın çəkilməsinin müvafiq razılığın (icazənin) verilməsi ilə şərtləndirilməsi və inzibati orqanın hasar-bərpa işlərinin görülməsinə dair müdaxiləsi (olduğu təqdirdə) qanuni hesab edilə bilməz.

12. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1242/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: R.Ə.Səmədov /məruzəçi/, X.A.Cəmilova və A.P.Oruczadə) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsini n 2-1(112)-7643/2022 nömrəli, 4 oktyabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. Cavabdeh kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin qeyri-mümkün sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, a) kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh kassasiya şikayətində qeyd etmişdir ki, iddiaçının istinad etdiyi Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 422 nömrəli xx.xx.2012-ci il tarixli və 22 nömrəli xx.xx.2013- cü il tarixli qərarları ilə onun və həyat yoldaşının adına olan cəmi 12 sot torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtə lərindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsinin eskizində torpaq sahəsinin konkret göstəriciləri qeyd olunmamışdır, həmin eskiz sadə formada tərtib olunmuşdur. 17. “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları"nın təsdiq edilməsi barədə 319 nömrəli Qərarın 3.2.2-ci bəndində qeyd olunur ki, ərizə əsasında müvafiq ərazidə yerləşən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquqlar haqqında mövcud arxiv materialları götürülür (bu barədə ərizə jurnalında qeyd edilir), hüquq sahibinin iştirakı ilə obyektə tikintiyə icazə sənədlərinə və plan-cizgiyə uyğunluğunu v ə digər hüquq sahiblərinin mənafelərinin pozulub-pozulmamasını müəyyən etmək üçün baxış keçirilir. Obyektin icazə sənədlərinə və plan-cizgiyə uyğun olmadığı müəyyən edildikdə, tikinti işlərinin şəhərsalma norma və qaydalarına uyğunluğu baxımından aparılmasını təsdiq edən sənəd təqdim edilir. Baxışın nəticələri üzrə müayinə aktı tərtib edilir və müvafiq qaydada imzalandıqdan sonra bütün sənədlər arayışın tərtib və təsdiq edilməsi üçün aidiyyəti struktur bölməsinə təqdim olunur.

18. Torpaq sahəsi müvafiq dövlət orqanları tərəfindən qeydiyyata alındıqda vətəndaşa çıxarış və torpaq sahəsinin plan və ölçüsü təqdim olunur. Torpaq sahəsinin plan və ölçüsündə torpaq sahəsinin dəqiq miqyası və koordinatları göstərilir, ki bu da torpaq sahəsinin yerdə sərhədlərinin müəyyən edilməsində birmənalı rol oynayır.

19. Belə ki torpaq sahələrinin yerdə müəyyən edilməsi vətəndaşın torpaq sahəsini tanıtması ilə deyil müvafiq dövlət qurumlarının müəyyən etdiyi koordinatlar çərçivəsində həyata keçirilir.

20. Bundan başqa, rayon İcra Hakimiyyəti tərəfindən hasarlama işlərinin aparılmasından imtina olunmamış, qanunvericiliyin tələblərinə əsasən hüquqmüəyyənedici sənədlərin təqdim olunması bildirilmişdir. Məhkəmə isə müvafiq sənədlərin təqdim olunması barədə rayon İcra Hakimiyyətinin təklifini qanunsuz olaraq vətəndaşa, maneəçilik törədilməsi kimi qiymətləndirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərb aycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsi: Maddə 73.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallar istisna olmaqla, hasarların hündürlüyü 2 metr 20 santimetrdən çox olmamalıdır. Maddə 79.1. mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla).

23. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə

94. Kassasiya şikayətinin verilməsinə dai r tələblər Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə

96. Ali Məhkəmədə icraat Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsin in qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

28. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin də lillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

29. Əlavə olaraq, kassasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən, vətəndaşın istifadəsində olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla) tikintisinə icazə tələb olunmadığından, hasarın çəkilməsinin müvafiq razılığın (icazənin) verilməsi ilə şərtləndirilməsi və inzibati orqanın hasar-bərpa işlərinin görülməsinə dair müdaxiləsi (olduğu təqdirdə) qanuni hesab edilə bilməz.

30. Cavabdehin kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 422 nömrəli, xx.xx.2012-ci il tarixli və 22 nömrəli, xx.xx.2013-cü il tarixli qərarları ilə İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 adına olan 12 sot torpaq sahəsinə dair təqdim edilmiş planda miqyas, koordinatlar, hər hansı istinad nöqtələrindən məsafənin göstərilməməsi səbəbindən sözügedən qərarla ayrılmış torpaq sahəsinin coğrafi yerləşmə yerini dəqiqliklə müəyyən etmək mümkün deyildir. Torpaq sahəsi üzərində hüquqlar, yalnız torpağın qanunla müəyyən o lunmuş qaydada ayrılmasından və bu hüquqların dövlət qeydiyyatına alınmasından sonra yaranır, belə qeydiyyatın aparılmadığı halda isə dövlətin bu hüquqların müdafiəsinə təminat verməməsindən ibarətdir.

31. Halbuki, iş materiallarına əsasən müəyyən olunur ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 422 nömrəli, xx.xx.2012-ci il tarixli və 22 nömrəli, xx.xx.2013-cü il tarixli qərarları ilə 12 sot torpaq sahəsi iddiaçıların sahiblik və istifadəsinə verilmişdir və Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların tikintisinə icazə tələb olunmur.

32. Beləliklə, məhkəmə kollegiyası hesab ed ir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Binəqədi rayon İcra Hakimiyyətinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1242/2023 nömrəli, 28 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar