Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1389/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: yeni açılmış hallarla bağlı icraat, ərizənin verilmə müddəti Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Mü dafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-250/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnaməsi ilə İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X13 Mədəndə fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixə kimi Q ubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün əmək stajının mövcudluğu faktı müəyyən edilmişdir.
2. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli, 2-1(85)1343/2018 saylı qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qubadlı rayon şöbəsinə qarşı iddia tələbi təmin edilmiş, İddiaçı 50 yaşdan, yəni 22 fevral 2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və onun 01 mart 1974-cü ildən 30 noyabr 1988-ci il tarixə kimi Ermənistan Respublikasının Qafan rayonunda yerləşən Aqarak Mis-Molibiden kombinatında X13 Mədəndə fəhlə kimi mədənçıxarma sahəsində işlədiyi nəzərə alaraq orta aylıq əmək haqqının Dövlət Statistika Komitəsi nin təsdiq etdiyi nominal orta aylıq əmək haqqına uyğun olaraq 2007-ci ilin yekunlarına görə iqtisadi fəaliyyət növləri üzrə işçilərin orta aylıq mədən çıxarma sənayesi üzrə 846 manat olmaqla pensiyanın yenidən hesablanması və xx.xx.2008-ci il tarixdən hal hazırkı tarixədək yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
3. Həmin qərardan cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 iyun 2018-ci il tarixli, 2-1(105)- 340/2018 saylı qərarı ilə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
4. Bundan sonra qərar icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmişdir.
5. Cavabdeh məhkəməyə ünvanladığı xx.xx.2019-cu il tarixli məktubunda qərarın icra edildiyini bildirmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ərizə ilə birinci instansiya məhkəməsinə müraciət edərək yeni açılmış hallarla bağlı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1343/2018 nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraatın təzələnməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. Ərizə onunla əsaslandırılımışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2-1 (85)-1343/2018 saylı qərarı ilə müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 2(060)-3544/2017 saylı qətnaməsi ilə ərizə çi İddiaçı 01 mart 1974-cü il tarixdən 30 noyabr 1988-ci il tarixədək Ermənistan Respublikası Qafan rayonunda yerləşən X10 kombinatında X11 fəhlə, xx.xx.1988-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Qubadlı rayonu Hat kənd orta məktəbində gözətçi işləməklə həmin dövr üçün stajının olmasına dair hüquqi əhəmiyyətli olan fakt müəyyən edilmişdir. Həmin qətnamə əsasında müəyyən edilmiş fakt əsas götürülməklə iddiaçının DSMF-nin Qubadlı rayon şöbəsinə qarşı yuxarıda göstərilən iddiası təmin edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin keçmiş hakimi işlədiyi dövr ərzində icraatında olan digər işlər üzrə qəbul etdiyi 25 qətnaməyə əvvəlcədən bilə-bilə yalan məlumatlar daxil etməsinə, əmək stajı və əlilliyin müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktları müəyyən edən qanunsuz məhkəmə aktla rı aidiyyəti qurumlara təqdim edilməsinə nail olmasına, bu hərəkətləri ilə də qanunazidd əsaslarla təyin olunmuş pensiyalar üzrə cəmi 243.441 manat məbləğində ödənişin verilməsinə səbəb olmaqla dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurulması səbəbi ilə onun barəsində ittiham irəli sürülmüşdür. İş üzrə Dövlət Sosial Müdafiə Fondu zərərçəkmiş şəxs qismində tanınmışdır. Həmin qətnamənin həqiqliyinə şübhələr yarandığından, Dövlətə Sosial Müdafiə Fondu tərəfindən qətnamənin əldə edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə sorğu verilmiş və sorğuya cavab olaraq məhkəmə tərəfindən Mərkəzi Filiala xx.xx.2023-cü il tarixdə daxil olmuş 21 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3544/2017 (İddiaçı) və 2(060)-3524 /2017 saylı (X1) saylı mülki işlər üzrə sorğuda qeyd olunmuş şəxslər barəsində deyil, tamamilə fərqli şəxslərin tərəf kimi iştirak etdiyi işlərdir. Beləliklə, mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş qətnamənin həqiqiliyi öz təsdiqini tapmamışdır.
8. Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(85)-1343/2028 nömrəli qərardadı ilə (hakim X4) ərizə təmin edilməmişdir.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqanda baş vermiş struktur dəyişlikliyinə, səlahiyyətlərinin başqa idarəyə (filiala, şöbəyə və s.) ötürülməsi ilə əlaqədar olaraq İPM-in 100-cü maddəsinə əsaslanaraq yeni açılmış hallarla bağlı icraatın təzələnməsi hüquqi müəyyənlik prinsipinə ziddir.
10. Ərizəçi apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iş ü zrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-250/2024 nömrəli iş üzrə 19 yanvar 2024-cü il tarixli qərardadı ilə (hakimlər Cabbarova Gülnar İnqilab qızı sədrliyi və məruzəsi ilə, X2 və X5) apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 25 sentyabr 2023-cü il tarixli, 2-1(85)-1343/2028 nömrəli qərardadı ləğv edilmiş, ərizəçinin iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır.
12. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, iş materiallarından görünür ki, hazırki iş üzrə iddia tələbinə dair müvafiq məhkəmə qərarı 10 aprel 2018-ci il tarixdə qəbul edilmiş və 30 iyul 2018 -ci il tarixdə qanuni qüvvəyə minmişdir. Həmçinin, iş materiallarından görünür ki, məhkəmə qərarının icra olunması üçün cavabdehə 06 avqust 2018-ci il tarixli məktub ünvanlanmış, cavabdeh inzibati orqanın 04 iyun 2019-cu il tarixli məktubunun məzmununda isə müvafiq məhkəmə qərarının icra olunması halı qeyd edilmişdir. Cavabdehin nümayəndəsi xx.xx.2023-cü il tarixdə iş üzrə qəbul edilmiş məhkəmə qərarının ləğv edilməsini və icraatın təzələnməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə verilməsinin mümkün olduğu hal kimi yalnız bir hal (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiha m hökmü ləğv olunduğu hallarda) qeyd edilmişdir. İndiki halda isə hazırki iş üzrə həmin halın mövcud olması müəyyən edilməmişdir. Həmçinin, İPM-in 103.3-cü maddəsinə əsasən qeyd edilən müddətin bərpasına yol verilmir. Belə olan halda hazırki iş üzrə cavabdeh tərəfindən yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizənin verilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və İPM-in 103.2-ci maddəsində nəzərdə tutulmuş müddətin bərpasına yol verilmədiyindən, hazırkı ərizə üzrə icraat mümkün sayıla bilməz.
13. Ərizəçi kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və verilmiş ərizənin təmin edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şika yətində İnzibati Prosessual Məcəllənin 100-cü maddəsinə istinad edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni olmamışdır.
15. Belə ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsi tərəfindən İddiaçı güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən onun əmək stajı ilə bağlı məsələdə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnaməsi preyudisial əsas kimi qəbul edilmişdir. Lakin cavabdeh tərəfindən həmin qətnamə ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə sorğu ünvanlanarkən məlum olmuşdur ki, 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnamə tamamilə fərqli şəxslər barəsində qəbul edilmişdir. Bu barədə məlumat xx.xx.2023-cü il tarixdə daxil olmuş, yeni açılmış hallarla bağlı ərizə isə qanunla müəyyən edilmiş müddətdə yən i xx.xx.2023-cü il tarixdə verilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, inzibati məhkəmə icraatının iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı əri zə verilmiş məhkəmə tərəfindən baxılır. Maddə
102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə ye ni sübutlar və hallar barədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə
105. Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması 105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü mad dəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə
107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açılmış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apelyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apel yasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.
21. İş materiallarından görünür ki, hazırkı iş üzrə yeni açılmış hallarla bağlı ərizənin verilməsinə səbəb iddiaçıya güzəştli şərlərlə pensiya təyin edilərkən hüquqi fakt qismində əsas götürülmüş məhkəmə qətnaməsinin mötəbərliyinin şübhə doğurması olmuşdur.
22. Ərizəçi qeyd etmişdir ki, həmin qətnamə ilə əlaqədar olaraq sorğu verilmiş və müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsində eyni nömrəli başqa iş mövcud olmuşdur.
23. Bu halla əlaqədar olaraq ərizəçi məhkəməyə müraciət etmiş, apelyasiya instansiyası məhkəməsi isə yeni açılmış hallarla bağlı ərizəni mümkün saymayarkən İPMin 103.3-cü maddəsinə istinad edərək bildirmişdir ki, mübahisəli qərarın qəbulundan 3 ildən artıq vaxt keçdiyindən ərizə qəbul edilə bilməz.
24. Məhkəmə kollegi yası apelyasiya instansiyası məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmır və öz mövqeyini İPM-in yeni açılmış hallarla bağlı müddəalarına istinad etməklə əsaslandırmağı məqsədə müvafiq hesab edir.
25. Əvvəla iş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli məktubundan məlum olur ki, iddiaçı barəsində olan 2(060)-3544/2017 saylı məhkəmə qətnaməsi əslində tamamilə fərqli şəxsin tərəf kimi iştirak etdiyi işdir (iş vər 62).
26. Yeni açılmış hallarla bağlı ərizəçi tərəfindən ərizə verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi ilə bağlı apelyasiya instansiyası məhkəməsinin mövqeyinə gəlincə məhkəmə kollegiyası bildirir ki, İPM-in tələbinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.
27. Başqa sözlə qanunvericiliyin mənasına əsasən yeni açılmış hallarla bağlı icraat zamanı müddətlə bağlı müddəa həmin iş üzrə ittiham hökmü mövcud olduğu təqdirdə nəzərə alınmır.
28. Lakin hazırki iş üzrə yuxarıda göstərilmiş halların mövcud olub olmadığı müəyyən edilmir. Belə ki, iş materiallarıdan görünür ki, İddiaçı güzəştli şərtlərlə əmək pensiyası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 10 aprel 2018-ci il tarixli 2-1 (85)-1343/2018 saylı qərar ı ilə təyin edilmişdir (sonradan bu qərar cavabdeh tərəfindən apellyasiya qaydasına mübahisələndirilmiş, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmışdır). Həmin qərarın məzmunundan görünür ki, iddiaçı tələb edilən sosial sığorta stajının mövcudluğunu təsdiq etmək məqsədi ilə Sumqayıt şəhər məhkəməsinə iddia ərizəsi təqdim etmiş, Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 2(060)-3544/2017 saylı qətnaməsi ilə hüquqi fakt təsdiqlənmişdir.
29. Məhkəmə kollegiyası qeyd edir ki, həmin hüquqi faktı təsdiq edən hakim X3 həmin dövrlərdə yol verdiyi ciddi qanun pozuntuları əsasında hakimlik fəaliyyətinə xitam verilmiş, eyni zamanda o, CM-in müxtəlif maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmışdır.
30. Apelya siya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməli olan hal sabiq hakimə verilmiş ittihamda qeyd edilən iddiaçı ilə əlaqədar qəbul edilmiş qətnamənin saxta olması ilə bağlı hər hansı məlumatın aydınlaşdırılmasına yönəlməlidir. Həmin hal, yəni 2(060)-3544/2017 saylı qətnamədə olan məlumatların saxtalaşdırılması ilə bağlı ittiham hökmündə məlumatın olduğu təqdirdə yeni açılmış hallarla bağlı ərizəyə müddət tətbiq edilməməklə baxıla bilər.
31. Yeni apelyasiya icraatı zamanı İddiaçı iddiası üzrə Sumqayıt şəhər Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2(060)-3544/2017 saylı qətnaməsi ilə bağlı İ.Mahmudova ittiham verilməsi, həmin ittihamla əlaqədar qanuni qüvvəyə minmiş hökmün mövcud olması yoxlanılmalı, bundan asılı olaraq yeni açılmış hallarla bağlı ərizəyə hüquqi qiymət verilməlidir. 3
2. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, iş üzrə araşdırmaya zərurət olduğundan şikayət ərizənin təmin olunması hissəsində rədd olunmalıdır.
33. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçinin kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-250/2024 nömrəli, 19 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.