Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1389/2025 13.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Publik Hüquqi şəxsinə qarşı QƏRARİ (Açar sözlər: ikinci dərəcəli əlilliyin təyin edilməsindən imtina) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Rahib Nəbizadə və Sərvər Vəliyevdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3 Hüquqi şəxsinə qarşı “2-ci dərəcə əlillik dərəcəsin in təyin olunması” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1711/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019cu il tarixli, 0260003AAFKZ saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndirilmiş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.0 - Delta amil ilə gedən xroniki virus mənşəli В hepatiti; Diaqnoz: Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Xr.hepatitin kəskinləşməsi. Assit, Digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu. Pankreatik steatoreya, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, - “Odlu silah mərmi partlayışından sonrakı sol əlin İİ barmağının distal falanqasının ovuc səthində bir ədəd, sağ əlin İİ barmağının dırnaq falanqası nahiyəsində bir ədəd, sağ dirsək oynağında bir ədəd, sağ pəncənin alt səthində bir ədəd köhnə çapıq toxumalar, sağ əlin İİ barmağının yumşaq toxumalarının yad cismi (metal qəlpə)”; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış müalicə müsəssisəsində müayinə və müalicə davamı məsləhət görülür” səbəbi ilə əlillik təyinatından imtina edilmişdir.
2. Daha sonra həmin xəstəxananın xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişi əsasında xx.xx.2019-cu il tarixdə qiymətləndiril miş və “X1: İ Sinif - Bəzi infeksion və parazitar xəstəliklər => B15-B19 - Virus hepatiti => B18 - Xroniki virus hepatiti => B18.9 - Dəqiqləşdirilməmiş xroniki virus hepatiti; Diaqnoz: B18.9 Dəqiqləşdirilməmiş xroniki virus hepatiti, Qaraciyərin sirrozu-dekompensasiya mərhələsində. Qaraciyər - hüceyrə çatmamazlığı, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: diaqnoz və ağırlaşmaları təsdiq edən müayinələr ətraflı qeyd olunmayıb” səbəbi ilə imtina edilmişdir.
3. Daha sonra iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 0260003AAF61 saylı göndərişi əsasında həmin tarixdə qiymətləndirilmiş və “X1: İX Sinif - Qan dövranı sistemi xəstəlikləri => İ20-İ25 - Ürəyin işemik xəstəlikləri => İ21 - Miokard infarktı = > İ21.1 - Miokardın aşağı divarının kəskin transmural infarktı; Diaqnoz: Miokardın aşağı divarının kəskin transmural infarktı. Sol mədəcik çatmamazlığı. Essensial [birincili] hipertenziya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Xəstəliyin başlanmasından az vaxt keçib, stasionar müalicə müddəti yetərli deyil, həkim statusu səthi yazılıb. Əvvəlki göndərişdəki diaqnozla indiki diaqnoz tam fərqlidir. İxtisaslaşmış klinikada stasionar müayinə və müalicə təyin olunur” səbəbi ilə imtina verilmişdir.
4. Sonuncu dəfə iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0274003AALXW saylı göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz: Sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX X2 İİİ FS. Ağırlaşma Z95.5 Koronar angioplastik implantatın və transplantatın olması, Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ağırlaşma İ25 Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ağırlaşma İ50 Ürək çatmamazlığı, üç İ F.S. Ağırlaşma H90.5 Eşitmənin dəqiqləşdirilməmiş neyrosensor tipli itirilməsi, sağ tərəfli neyrosenser ağır eşitmə İİİ-İV dərəcə. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlillik dərəcəsinin təyin edilməsi üçün canlı şəxsin tibbi müayinə edilməsi üsulu ilə yoxlanılaraq onun barəsində komissiya tərəfindən müvafiq qərarın qəbu l edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək ona əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1989-1991-ci illərdə SSRİ SQ-də həqiqi hərbi xidmətdə olmuşdur. 1994-cü ildə könüllü olaraq hərbi xidmətə daxil olaraq Azərbaycan Respublikası SQ-də hərbi xidmətdə olmuşdur. 2005-ci il tarixinədək Azərbaycan Respublikası SQ-də müxtəlif vəzifələrdə hərbi xidmət keçmişdir. 1994-cü ilin aprel ayının son günlərində N nömrəli hərbi hissənin tərkibində Füzuli rayonunun Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlər zamanı düşmən tərəfindən atılan mərminin onların olduğu səngərdə partlaması nəticəsində hərbi xidmət vəzifələrinin icrası zamanı müxtəlif bədən xəsarətləri almışdır. Bədəninin müxtəlif yerlərində bu gündə çoxsaylı mərmi qəlpələri gəzdirir. Azərbaycan Respublikasının Silahlı Qüvvələrdə hərbi xidmət keçdiyi dövrdə döyüşlərdə düşmənlə təmas xəttində yaralanmış və sağlamlığını itirmişdir. Aldığı hərbi travma və stresslər səbəbindən ağır xəstələnmiş və hərbi xidmətini davam etdirə bilməmişdir. İmkansızlıqdan o, keyfiyyətli müalicələr ala bilməmişdir. Hal-hazırda sağlamlığı pis vəziyyətdədir. Onun barəsində dəfələrlə sənədlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə 3 dəfə təqdim edilsə də bu günədək müsbət qərar qəbul edilməmişdir. Qarabağ döyüşlərində müxtəlif bədən xəsarətləri almağıyla əlaqədar olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyası tərəfindən şəhadətləndirilmişdir. Həmin şəhadətləndirilmələr nəticəsində onun xəstəliyinin səbəb əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” qeyd edilmişdir. Zərdab rayonu Həkim Məsləhət Komissiyası tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına (VSEK-ə) 88 nömrəli forma təkrar olaraq 3 dəfə təqdim edilmişdir. Lakin müsbət heç nə əldə edə bilməmişdir. Artıq onun haqqında elektron qaydada göndərilən forma 88-ə 3 dəfə imtina edilmişdir. 3 dəfə Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətində qəbulu həyata keçirən mütəxəssislərin qəbulunda olsa da bir nəticə əldə edə bilməmişdir. Onun müalicəsini və müayinəsini düzgün təşkil edə bilmir. Dəfələrlə müayinələr keçirilsə də heç bir nəticə yoxdur. Artıq 3 dəfə 88 nömrəli forma Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə təqdim edilib. Zərdab rayon Mərkəzi Xəstəxanasının həkim mütəxəssisləri tərəfindən tərtib edilmiş 88 nömrəli formaya Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən 3 dəfə imtina cavabı verilmişdir. Səbəb kimi əlavə müalicəyə ehtiyacı olması göstərilmişdir. Amma bu ona əlillik dərəcəsinin verilməsinə maneəçilik etmir.
8. Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli, 2-1(112)-1409 /2022 saylı qərarı ilə (hakim A.Əhədova) iddia rədd edilmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı məhkəmənin aralıq qərardadı ilə Tibbi Sosial Ekspert Komissiyanın əyani müayinəsinə göndərilmiş, Komissiya təqdim edilən tibbi sənədlər və əyani müayinənin zamanı iddiaçının hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “X2 İİİ fs. Angioplastik stend əməliyyatından sonrakı vəziyyət. Ürəyin xroniki işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz. Ürək çatışmazlığı” diaqnozu anamnestik məlumatlar və obyektiv müayinələrdə öz təsdiqini tapmadığı müəyyən olunduğundan, tibbi göndərişdə qoyulmuş diaqnozun əlillik əlaməti təyin etmədiyi qərarını qəbul etmişdir. Məhkəmə icraatında iddiaçı barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirl iyinin Məhkəmə Tibbi-Ekspertiza və X5 tərəfindən verilmiş T 197/2022 nömrəli ekspert rəyi ilə də iddiaçıya sonuncu dəfə xx.xx.2021-ci il tarixli 0274003AALXW tibbi göndərişdə qoyulmuş “İ20.0-sənədlərlə təsdiqlənmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, X2 İİİ F.S. Ağırlaşma: koronar angioplastik implantatın və transplantatın olması; angioplastik stent əməliyyatından sonrakı vəziyyət; ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz, ürək çatışmazlığı, İ F.S” diaqnozun əyani müayinəsində iddiaçıda aşkar edilmiş patomorfoloji dəyişikliklər nəticəsində əlillik dərəcəsinin təyininə əsas vermədiyi nəticəsinə gəlinmişdir. Beləliklə məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı sağlamlıq vəziyyəti onun əlillik təyinatına imkan vermədiyindən əlilik təyinatının aparılmasından imtinas ı qanunazidd olmamış və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddiaçının əlillik dərəcəsinin təyin edilməsi barədə tələbi təmin oluna bilməz.
10. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-ci il tarixli, 2-1(103)-731/2023 nömrəli qərarı ilə (hakimlər: A.Hüseyn – sədrlik edən və məruzəçi, V.Baxışova və R.Qurbanov) iddiaçının apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilərək iddiaçıya qiymətləndirildiyi 07 dekabr 2019-cu il tarixdən İİ (iki nci) dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının əlillik vəziyyəti Zərdab Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib olunmuş Forma 88 0260003AAFW6 nömrəli göndərişdə xx.xx.2019-cu il tarixdə qiymətləndirildiyi vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərdən (ümumi qidalanmanın kəskin nəzərə çarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çə ki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9)) XBT10-əsas diaqnoz qaraciyərin fibrozu və sirrozu K74 kodu ilə əks olunmuşdur. Həmin forma 88 arayışına əsasən qeyd edilən xəstəliklə əlaqədar pasient əyani olaraq (infeksionist tərəfindən) və diaqnostik (USM və dopleroqrafiya) müayinə olunmuş və müayinələrin nəticələri qeyd edilmişdir. İddiaçının digər xəstəliklərlə bağlı əlillik təyininə dair növbəti müraciəti (stenokardiya) onun qeyd edilən xəstəlikdən (qaraciyərin fibrozu və sirrozu) əziyyət çəkdiyini və müva fiq əsaslar olduğu təqdirdə əlilliyinin təyin olunması hüququnu istisna etmir.
13. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya instansiyası məhkəməsində icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(102)-2633/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə (hakimlər: N.Rəsulbəyova – sədrlik edən və məruzəçi, K.Bədəlov və İ.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya məhkəməsinin 16 iyun 2023-ci il tarixli qərarı ləğv edilmiş və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir.
15. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “iddian ı təmin edən məhkəmə yalnız xx.xx.2019-cu il tarixli 0260003AAFW6 saylı göndərişdə göstərilən “qaraciyərin fibrozu və sirrozu” diaqnozunu əsas gətirərək, həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.5-ci maddəsində nəzərdə tutulmuş xəstəliklərin K74 kodu ilə əks olunmasını bildirmişdir. Məhkəmə kollegiyası həmin nəticəni əsaslı hesab etmir. Belə ki, səhiyyə müəssisəsi tərəfindən xx.xx.2019-cu il tarixli göndərişdə qaraciyərin sirrozu diaqnozu qeyd edilsə də, lakin sonrakı xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli göndərişlərdə həmin diaqnoz öz əksini tapmamış, sonuncu ekspert rəyindən də m üəyyən olunduğu kimi həmin göndərişlərdə olan patologiyalar ürək xəstəlikləri ilə əlaqədardır. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmə mübahisənin düzgün həllinə mane olan qeyd edilən ziddiyyəti aradan qaldırılması istiqamətdə müvafiq araşdırma aparmamışdır. Məhkəmənin bu cür araşdırması, Azərbaycan Respublikası İPM-in 12-ci maddəsində müəyyən olunmuş işin hallarının tam araşdırılması prinsipinə və 58-ci maddəsində müəyyən olunmuş sübutların araşdırılması qaydalarına cavab vermir. İşə təkrar baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq səhiyyə müəssisəsinin göndərişləri arasında yaranmış ziddiyyətlərin aradan qaldırılması istiqamətində müvafiq araşdırma aparmalı və bundan sonra qanuni və əsaslı qərar qəbul etməlidir. apellyasiya instansiy ası məhkəməsində ikinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1711/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı ilə (hakimlər: K.Əkbərov – sədrlik edən və məruzəçi, M.Tağızadə və S.Səlimova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin 02 avqust 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Əlavə olaraq məhkəmə kollegiyası qeyd etmişdir ki, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehi n üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə İddiaçı hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə həvalə edilmişdir. Qərardadın icrası ilə əlaqədar olaraq məhkəməyə ünvanlanmış Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyinin 30 iyul 2024-cü il tarixli, 3-17-4/220556/2024 saylı məktubunda qeyd edilmişdir ki, “Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdu r. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.” Təqdim edilmiş sənədlərdən görü ndüyü kimi iddiaçı cavabdeh inzibati orqan tərəfindən yenidən əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
19. İddiaçının kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından cavabdeh normalda göndərişlə bağlı natamam məlumatların tamamlanmasını təmin etmək məqsədi ilə aid iyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməli idi. Yalnız bundan sonra iddiaçıya münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilərdi. Başqa sözlə, məlumatların natamam olması səbəbindən cavabdeh imtina etməkdə haqlı sayıla bilməz. Bu eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. TƏTBİQ EDİLƏN HÜQUQ 20. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə
3. Əlilliyin müəyyən edilməsi 3.1. şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. əlilliyin qiy mətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”: 2.2. ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 2.3. üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. 4.1. birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2. ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsi z müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. 1.4. əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həy ata keçirilir. 2.1. şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. 2.2. göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini a ltsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.
21. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdi m olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməs inin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası iş üzrə materialları və kassasiya şikayətlərinin dəlillərini araş dıraraq hesab edir ki, kassasiya şikayətləri əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən edilməmişdir.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
27. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
28. İlk öncə, iddianın mahiyyəti ilə bağlı qeyd edilməlidir ki, hazırda iddiaçının hüquqi marağı ona əlillik dərəcəsinin təyin olunması ilə bağlıdır.
29. İddiaçı barəsində tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 0260003AAFW6 saylı, xx.xx.2020-ci il tarixli, 0260003AAF61 saylı tibbi göndərişlərin hər birində fərqli diaqnozlar olmaqla əlavə müalicəyə ehtiyacın o lması, göndərişin natamam doldurulması, sonuncu dəfə xx.xx.2021-ci il tarixli, 0274003AALXW göndərişində isə diaqnoz əlillik əlaməti təyin etmir səbəbi ilə cavabdeh əlillik dərəcəsinin təyin edilməsindən imtina etmişdir.
30. Qeyd olunmalıdır ki, bu iş üzrə kassasiya instansiyası məhkəməsi artıq bir dəfə işə baxmış, cavabdehin kassasiya şikayətini qismən təmin edərək apellyasiya məhkəməsinin 16 iyun 2023-cü il tarixli qərarını ləğv etmiş və işi yenidən baxılması üçün həmin məhkəməyə qaytarmışdır.
31. Kassasiya instansiyası həmin qərarında apellyasiya məhkəməsinə konkret göstərişlər vermiş və bu göstərişlər apellyasiya mərhələsində icra olunmuşdur.
32. Belə ki, məhkəmə kollegiyası bildirir ki, işin təkrar apellyasiya icraatı zamanı məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçın ın cavabdehə qarşı “iddiaçıya əlillik dərəcəsinin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə iddiaçının hazırkı sağlamlıq vəziyyətinin ona əlillik təyinatına əsas verib-verməməsinin yoxlanılması məqsədilə canlı müayinəsinin həyata keçirilməsi cavabdehə həvalə edilmişdir Məhkəmə qərardadına əsasən İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə ol an xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.”
33. Beləliklə, təqdim olunmuş sənədlər sübut edir ki, iddiaçı cavabdeh orqan tərəfindən yenidən əyani müayinədən keçirilmiş və diaqnozun əlillik əlaməti daşımadığı nəticəsinə gəlinmişdir.
34. Yuxarıda göstərilənlərə əsasən, iddiaçının mövcud sağlamlıq vəziyyəti əlillik təyinatına imkan vermədiyindən, cavabdeh tərəfindən təyinatdan imtina qanuni olmuş və bu, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır.
35. Nəticə etibarilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qənaəti qanunvericiliyə və işin faktiki hallarına uyğun olduğundan, kassasiya şikayəti əsassızdır və təmin olunmamalıdır. Apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1711/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.