Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-139/2020 10.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı iş üzrə QƏRAR iş № 2-1(102)-139/2020 Bakı şəhəri xx xxxx 2020-ci il Açar sözlər: dövlət qulluqçusunun pensiya təminatı hüququ, iddianın mümkünlüyü Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi hakimlər İlqar Hüseynov və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Elgün Lətifovun,İddiaçı və vəkili Vəkil,cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi rliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinin vəkili Vəkil iştirakları ilə, İddiaçı tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(102)-2104/2019 saylı qərarından verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhər Xətai rayon şöbəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 1980-ci ildən 1991-ci ilin oktyabr ayınadək partiya orqanlarında iş stajının dövlət qulluqçusu stajı kimi götürülməklə (“Təsnifat toplusu”na əsasən) onun partiya komitəsi katibi vəzifəsi ni rayon icra hakimiyyəti başçısının aparatında çalışan müvafiq əmək haqqı alan vəzifəyə uyğunlaşdıraraq həmin müddətlər üçün ona pensiya hesablanmasının 2013-cü ildən götürülməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İşin faktiki vəziyyəti İddiaçı bildirmişdir ki, Azərbaycan Kommunist Partiyasının Xətai rayon Komitəsində təlimatçı işləmiş, 1985-ci ilin noyabr ayından 1991-ci ilin sentyabr ayınadək V.İ.Lenin adına toxuculuq kombinatının partiya komitəsinin katibi vəzifəsində işləmiş, 1991-ci ilin sentyabr ayında Azərbaycan Kommunist Partiyasının fəaliyyətinin müvəqqəti dayandırılması səbəbindən həmin kombinatın baş mühəndisinin müavini vəzifəsinə təyin edilmiş və 2013cü ildə təqaüdə çıxmışdır. Ona 156 manat əmək pensiyası təyin olunmuşdur. Cavabdeh pensiyanı təyin edərkən işlədiyi dövrləri tam nəzərə almamış, habelə onun işlədiyi partiya komitə katibi vəzifəsinin sonradan rayon İcra Hakimiyyəti aparatında böyük məsləhətçi vəzifəsinə uyğun olduğunu nəzərə almamışdır. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-1(82)1564/2019 saylı qərarı ilə (hakim Etibar Mustafayev) iddia təmin edilmişdir. Həmin məhkəmə hesab etmişdir ki, iddiaçının 1980-ci ildən 1991-ci ilin oktyabr ayına qədər partiya orqanlarında işləməsi “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun təsiri altına düşür və qanunvericiliklə nəzərdə tutulmuş dövlət qulluqçusunun qulluq stajına xx xxxxxxx 1991-ci il tarixədək dövlət, sovet və partiya orqanlarında iş müddətinin də daxil edil məsi göstərişi iddiaçıya münasibətdə tətbiq olunmalıdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(103)-2104/2019 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia təmin edilməmişdir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçı zavod partiya komitəsinin katibi vəzifəsində işlədiyi halda, pensiyasının rayon partiya komitəsinin katibinin pensiyasına uyğunlaşdırılaraq, əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlı olmamışdır. Gəldiyi nəticəni apellyasiya məhkəməsi “Dövlət qulluğu haqqında” A zərbaycan Respublikası Qanunun 17.1, “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 4, “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 6-cı maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayəti Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilmişdir. İddiaçı şikayətində bildirmişdir ki, apellyasiya məhkəməsi iddianın qanuni və əsaslı olmasını müəyyən edən və birinci instansiya məhkəməsi tərəfindən istinad olunmuş normaları nəzərə almamış və vətəndaşların pensiya təminatı sahəsi ndə hüquq və azadlıqlarının həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipini pozmuşdur. Kassasiya şikayətində göstərilən dəlillərin hüquqi əsası kimi iddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası İPM-nin 96cı maddəsinə istinad etmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinə uyğun izahat verərək, onun dəlillərini müdafiə etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətini qəbul etməyərək, onun dəlillərinə etiraz etmiş və məhkəmə kollegiyasından şikayətin təmin edilməməsini xahiş etmişdir. ƏS ASLANDİRİCİ HİSSƏ Faktiki hallar və sübutlar Apellyasiya instansiya məhkəməsinin qərarında işin halları və əsaslandığı sübutlar aşağıdakı kimi müəyyən edilmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx xxxxxx 2018-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin x xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısı”nda dəyişiklik edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxx 2017-ci il tarixli, 121 nömrəli qərarı ilə təsdiq edilmişdir. Həmin qərara əsasən, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əmək haqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimjyyətinin başçısının (Bakı Şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçiyə uyğunlaşdırılmışdır. Ca vabdehin iddiaçıya ünvanlanmış xx xxx 2019-cu il tarixli, **********2 nömrəli məktubda isə göstərilmişdir ki, ona dövlət qulluqçusu kimi 11 il 26 gün dövlət qulluğunda olan əmək stajına görə xx xxxx 2018-ci il tarixdən 231,27 manat pensiya hesablanıb ödənilir. 1980-1982-ci illər Bakı Radiozavodunun və 1985-1991-ci illər H.Z.Tağıyev adına toxuculuq kombinatında partiya komitə katibi işlədiyi dövrlər böyük məsləhətçi vəzifəsinə uyğun gəlir. Həmin dövrləri icra hakimiyyətində böyük məsləhətçi kimi hesablanmaqla ümumi dövlət qulluğu stajına əlavə ediləcəkdir. Hüquqi məsələlər Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən mad di və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti ilə qərarın ləğv olunması xahiş edildiyindən, məhkəmə kollegiyası həmin qərarın tam olaraq maddi və prosessual hüquq normalarına uyğun qəbul edildiyini yoxlayır. Prosessual hüquq normalar yoxlanılarkən iddianın Azərbaycan Respublikası İPMnin 35.1-ci maddəsinin tələblərinə uyğun verildiyini aşağı instansiya məhkəmələri müəyyən etmiş, lakin iddianın mümkünlüyünün yoxlanılması xidməti vəzifəsinə görə bütün məhkəmə instansiyalarına aid olduğundan, məhkəmə kollegiyası aşağıdakıların bildirilməsini zəruri hesab edir. Tələblə iddiaçı onun əvvəl tutduğu vəzifəsinin uyğunlaşdırılmasını və pensiyanın 2013-cü ildən yenidən hesablanmasını xahiş etmişdir. Tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.Azərbay can Respublikası İPMnin - 2.2.3-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında aı iddialara baxılır; - 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər; - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının poz ulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə isə belə şərtlər kimi müəyyən edilmişdir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan məsələ ilə bağlı publik hüquqda inzibati orqanın öhdəliyi müəyyən edilməli və maraqlı şəxsin müraciəti əsasında inzibati orqan bu öhdəliyin icrasından imtina etdyi halda, iddiaçı onun subyektiv hüququnun mövcudluğuna və onun pozulmasına əsaslanmaqla inzibati məhkəmədə iddia qaldıra bilər. Aparılmış qiymətləndirmə ilə apellyasiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi vəzifə onun istinad etdiyi vəzifəyə uyğun deyiıdir və tələbi təmin olunmamalıdır. Halbuki, işin hallarından göründüyü kimi, cavabdehin xx xxx 2019-cu il tarixli məktubu ilə iddiaçının işlədiyi vəzifələrin müvafiq vəzifələrə uyğun gədiyi və həmin dövrlərin icra hakimiyyətində böyük məsləhətçi kimi hesablanmaqla ümumi dövlət qulluğu stajına əlavə ediləcəyi bildirilmişdir. Qeyd edilmiş halda iddiaçı tərəfindən hansı məsələnin mübahisələndirdiyi, yəni hüquqi marağının nədən ibarət olduğu qeyri-müəyyəndir. Məsələyə münasibətdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx xxxxx 2015-ci il tarxili, 5 saylı qərarında aşağıdakılar göstərilmişdir: 4.2. Hüququn həqiqətən pozulub-pozulm adığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Məhkəmə kollegiyası yuxarıda göstərilmiş istinadlara uyğun olaraq qeyd edir ki, apellyasiya məhkəməsi iddiaçınını hüquqi marağının nədən ibarət olduğunu müəyyən etməklə, cavabdehin b ildirdiyi əsaslar üzrə araşdırma aparmaqla nəticəyə gəlməlidir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası İPM-nin 12, 13 və 48-ci maddələrində müəyyən edilmiş “İşin hallarının araşdırılması prinsipi”, “Məhkəmənin yardım etmək vəzifəsi” və apellyasiya məhkəməsinin səlahiyyətləri ilə bağlı 82-ci maddəsinin tələbləri pozulmuşdur. Müddəaların tələblərinə görə, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında şikayətə tam həcmdə baxan apellyasiya məhkəməsi iş üzrə araşdırma apardıqda, işdə olan sənədlərlə məhdud olmamalı və iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa, habelə aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində proses iştirakçılarına yardım etməyə borcludur. Gəldiyi nətic əyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddianın mümükünlük şərtləri yenidən yoxlanılmalı və iddiaçıya hüquqi yardımın göstərilməsi vəzifəsinin yerinə yetiriməsi üçün iş yenidən apellyasiya məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 96.5.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu, yəni apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Həmin Məcəllənin 96.11-ci maddəsinə u yğun olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Beləliklə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası yuxarıda sadalanlara hüquqi qiymət verərək hesab edir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarı qüvvədə olan maddi və prosessual hüquq normalarının tələblərinə tam uyğun qəbul edilməmişdir və kassasiya şikayəti qərarın ləğv olunması üçün əsasdır. NƏTİCƏVİ HİSSƏ Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69 və 96-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2-1(102)-2104/ 2019 saylı qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova
Məhkəmə qərarları › İş №2-1(102)-139/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-139/2020
10.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver