Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-139/2022 22.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ödənilmiş əmək haqları və ona əlavə edilərək ödənilmiş digər əlavələr göstərilməklə məlumat vərəqəsinin pensiya təyin edən orqana göndərilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı (üçüncü şəxs: Dövlət Sosial Müda fiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialı) “ödənilmiş əmək haqları və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə üçüncü şəxsə göndərilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-1(103)-1268/2021 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçılar 2020-ci il 3 iyun tarixdə Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli, 388 nömrəli, 2016-cı il 29 fevral tarixli, 810 nömrəli və 2017-ci il 24 yanvar tarixli, 1207 nömrəli fərmanlarına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə (pul təminatına) hesablanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi filialına təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
2. İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli, 388 nömrəli, 2016-cı il 29 fevral tarixli, 810 nömrəli və 2017-ci il 24 yanvar tarixli, 1207 nömrəli fərmanlarına uyğun olaraq gömrük orqanı əməkdaşlarının aylıq vəzifə maaşına edilən əlavələrin iddiaçıların təminat xərcliyinə (pul təminatına) hesab lanmaqla yeni məlumat vərəqəsinin üçüncü şəxs Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 12 oktyabr tarixli, 2-1(112)-4868/2020 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. iddianın əsasları:
4. İddiaçılar tələbini onunla əsaslandırmışlar ki, iddiaçılar dövlət qulluğunun xüsusi növ kateqoriyasına aid xüsusi rütbəli şəxs kimi əmək pensiyası hüquqları 20 təqvim ili tamamında yarandığından, həmin hüquqlarından istifadə etməyərək 2019-cu ilin iyul ayında cavabdeh tərəfindən təqaüdə göndərilmişlər. Dövlət Gömrük Komitəsi qanunsuzluq edərək onlara aid əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şə xs) haqqında məlumat vərəqəsində hər birinə ödənilmiş əmək haqqına dair məlumatları bilərəkdən qəsdən göstərməyərək, Dövlət Sosial Müdafiə Fonduna göndərməmişdir. Cavabdeh tərəfindən onlara əmək pensiyası təmin edilməsi üçün Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş məlumat vərəqəsində ödənilmiş əmək haqqına dair məlumatlar (vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı və ödənilmiş digər əlavələr) həqiqəti özündə əks etdirmir. Cavabdeh tərəfindən onlara işlədikləri dövrlərdə ödənilmiş əmək haqqı ilə bağlı pul məbləğlərinin qanunsuz göstərilməməsi səbəbindən sosial təminat hüquqları ciddi şəkildə pozularaq Dövlət Sosial Müdafiə Fonduna əmək pensiyası təmin edilməsi üçün məlumat vərəqəsində həqiqəti əks etdirən məlumatlar göstərilməmiş və həmin məlumatlara uyğun olaraq D övlət Sosial Müdafiə Fondu tərəfindən əmək pensiyası təyin edilmişdir. Əmək haqları barədə bank tərəfindən onlara təqdim olunmuş çıxarışlardan görünür ki, cavabdeh tərəfindən onlara 2014-2018-ci illər ərzində aldıqları əmək haqqından rəsmi qaydada bank vasitəsi ilə sosial və vergi ödəmələri tutulmaqla 2.000-3.000 manat məbləğləri arasında məvacib ödənilmişdir. iddia ərizəsinə qarşı etirazlar:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçılar “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə əsasən qeyd olunan Əsasnamənin 27-ci maddəsində nəzərdə tutulmuş yaş həddinə çatdıqlarına görə onların gömrük orqanlarında xidmətlərinə xitam verilmişdir. “X1” Azərbaycan Respublikasının Qanununda də yişiklik edilməsi barədə 2018-ci il 30 noyabr tarixli Qanun ilə X1” Qanunun 1.0.5-ci maddəsinə dəyişiklik edilmiş, qeyd olunan maddədə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir. Bu Qanun 2019cu il 1 yanvar tarixdə qüvvəyə minmişdir. “X1” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaları “X1” Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır. Qeyd olunan Qaydalar “X1” Qanunun 1.0.3-cü və 1.0.4-cü maddələrində nəzərdə tutulmuş şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Göründüyü kimi, “X1” Qanunun 1.0.5-ci maddəsində təminat xərcliyinin nədən ibarə t olması, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 saylı Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 2-ci bəndində isə təminat xərcliyinin hesablanma qaydası müəyyən edilmişdir. Azərbaycan Respublikasının 1999-cu il 07 dekabr tarixli, 768-İQ №-li Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 93-cü maddəsinə əsasən gömrük orqanlarının vəzifəli şəxslərinin əmək haqqı vəzifə maaşlarından, xüsusi rütbələrə, fasiləsiz xidmət illərinə, elmi dərəcəyə görə əlavələrdən, habelə natural şəkildə verilməyən ərzaq payının dəyərindən və qanunvericilikdə nəzərdə tutulan digər əlavələrdən ibarətdir. Göründüyü kimi, iddiaçılar barəsin də Dövlət Gömrük Komitəsi tərəfindən tərtib edilmiş məlumat vərəqəsi “X1” Qanuna və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 17 avqust tarixli, 135 nömrəli Qərarına uyğun olaraq hazırlanmış və Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilmişdir. İddiaçılar iddia ərizəsində 2014-cü il tarixdən 2018-ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə əmək pensiyalarının təmin olunması üçün Əmək və Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə iş İdarəsinə təqdim edilməsi halını “Dövlət qulluğu haqqında” Qanuna və “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna istinad edər ək hazırkı iddia tələbini mübahisələndirmişlər. İddiaçılara pensiya təyin edilərkən onların barəsində “Dövlət qulluğu haqqında” Qanunun tətbiq edilməsi qanunvericiliyin tələbinə zidd olmaqla yanaşı 2006-cı il 1 yanvar tarixdə hüquqi qüvvəsini itirmiş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu iddiaçıların barəsində tətbiqinə dair tələbi təmin edilə bilməz. İddiaçıların barəsində “Vətəndaşların pensiya təminatı haqqında” Qanun müddəalarının tətbiq edilərək, onlara pensiya təyin edilməsi üçün onlar “X1” Azərbaycan Respublikasının Qanunun 9.5.1-ci və 9.5.2-ci maddələrində tələb olunan stajını “X1” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək qazanmış olmalı idi. Lakin, hazırki işə əlavə edilmiş sənədlərdən də, göründüyü kimi iddiaçılar tələb olunan stajı 2006-cı il 1 yanvar t arixdən sonra qazanmışlar. Belə olan təqdirdə iddiaçıların barəsində 2014-cü il tarixdən 2018-ci il tarixə kimi yəni 60 aya aid onlara ödənilmiş əmək haqlarının və ona əlavə edilərək ödənilmiş digər növ əlavələrin ödənilməsi barədə məlumat vərəqəsində göstərilməklə onlara əmək pensiyalarının təmin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə olan iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir.
6. Üçüncü şəxs iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçılara görə onlara pensiya təyin edilərkən son 24 ay və istənilən 60 ayın əmək haqqı əsas götürülməklə yenidən hesablanmalı və yenilənmış “məlumat vərəqəsi” filiala gönd ərilməlidir və həmçinin iddiaçıların işlədiyi vaxt aldıqları mükafatlar, vəzifə maaşına əlavələr “məlumat vərəqi”ndə göstərilməklə, yenidən hesablanması ilə bağlı Filiala göndərilməlidir. “X1” Qanuna əsasən “dövlət qulluğu ilə hərbi qulluqçu” statusları pensiyanın hesablanmasında tam ayrı anlayışa malikdirlər. Belə ki, “dövlət qulluğu” statusuna malik olan qurumlara pensiyaya çıxdığı zaman son 24 ay və istənilən 60 ay əmək haqqı əsas götürülməklə əmək pensiyası hesablanır. Lakin, “hərbi qulluqçular” isə sonuncu tutduğu vəzifədən tərxis olunurlar. “X1” Qanunda iddiada göstərilən gömrük işçilərinə aid son 24 ay və istənilən 60 ay əmək haqqı ilə hesablama nəzərdə tutulmamışdır. Qanunun bütövlükdə 20-ci maddəsində məhz dövlət qulluğu və hərbi qulluqçu ilə bağlı hesablama qaydası şərh edilmişdi r. Dövlət Gömrük Komitəsi işçiləri xüsusi rütbə kateqoriyasına aiddirlər ki, buda öz növbəsində Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçuya bərabər tutulur. “X1” Qanunun 9.6-cı maddəsinə əsasən – “hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur”. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. “X1” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da, nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət ill ərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalar”-na əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respu blikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 17 noyabr tarixli, 2-1(112)-4868/2020 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
8. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, “X1” Qanunun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı)- hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımla rdan ibarət olan məbləğdir. Qeyd edilməlidir ki, 2018-ci il 30 noyabr tarixli, 1362-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 1.0.5-ci maddəyə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilmişdir və həmin dəyişiklik 01 yanvar 2019-cu il tarixdən qüvvəyə minmişdir. Məhkəmə qeyd etmişdir ki, sözügedən dəyişiklik 2019-cu il 1 yanvar tarixdən qüvvəyə mindiyi üçün həmin tarixdən sonra pensiya hüququ əldə etmiş şəxslərə münasibətdə tətbiq edilməli olduğundan, bu mənada, iddiaçılar sözügedən tarixdən sonra pensiya hüququ əldə etmiş şəxslər olduqlarından, cavabdeh tərəfindən iddiaçılar barəsində tərtib edilmiş məlumat vərəqəsi “X1” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə və Az ərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 18 avqust tarixli, 135 nömrəli Qərarına uyğun olaraq tərtib edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçılar barəsində məlumat vərəqəsinin qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilərək Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə təqdim edilməsi məhkəmə araşdırması zamanı işin halları ilə sübuta yetirildiyindən, bununla da, mövcud iddia tələbi əsassız olduğundan iddia tələbi təmin edilməməlidir.
9. İddiaçılar həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasın ın 2021-ci il 20 sentyabr tarixli, 2-1(103)-1268/2021 nömrəİi qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il tarixli 17 noyabr qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. İddiaçılar həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, inzibati orqan cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi iddiaçıların tələbi ilə əlaqədar qəbul etdiyi inzibati aktın yəni imtinasının qanuniliyini və doğru luğunu məhkəmədə sübut etmək vəzifəsi olduğu halda üzərinə düşən öhdəliyi edə bilməmişdir. Apellyasiya və birinci instansiyası məhkəmələri hazırkı iş üzrə araşdırma aparmamış, cavabdeh orqan iddiaçıların iddia tələbinin qanunsuz olması ilə bağlı hər hansı rəsmi sübut təqdim etməmiş, iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara qiymət verməmdən qərəzli olaraq iddia tələbi rədd edilmiş və şikayəti təmin edilməmişdir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçılar xüsusi rütbəli şəxs kimi pensiya çıxarkən onların dövlət qulluqçusu kimi işlədikləri dövrlərin axırıncı 24 ayı və ya 60 ayı dövrlərində aldıqları əmək haqqına uyğun pensiya seçmək hüquqları vardır ki, cavabdehin qanunsuz hərəkətlərinə görə bu hüquqdan məhrum edilmişlər. Qanunvericiliyin tələblərinə əsasən iddiaçıların əm ək haqlarından işlədikləri dövrlərdə, həmçinin, sonuncu dəfə aldıqları əmək haqlarından sosial sığorta üçün 3%, Dövlət Sosial Müdafiə Fondu üçün 22% tutulmuşdur.
14. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin 7-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2020-ci il 15 may tarixli “X1” Qanunun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü mədələrinin şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi və ya qulluq keçdiyi almadığı və məcburi dövlət sosial sığortaya cəlb olunmayan əlavələrə artımlar nəzərə alına bilməz. Həmin qərarda Konstitusiya Məhkəməsi Plenumu qeyd olunur ki, “X1” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan vaxtı ilə müvafiq vəzifədə aldığı əmək haqının, təminat xərcliyinin dövlət məvacibinin tərkibinə daxil olmuş və verilmiş ödənclərdəki artımlar nəzərdə tutur. Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd edilən qanunvericiliyin tələbləri iddiaçıların vəziyyətini ağırlaşdıran hal olduğu üçün qeyd edilməlidir. Çünki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktlar geriyə qüvvəyə şamil edilir. Lakin, məhkəmənin qərarı iddiaçıların sosial vəziyyətində çətinlik yaradır. Konstitusiya Məh kəməsinin 2020-ci il 15 may tarixli qərarı ilə iddiaçıların tələbinə aydınlıq və izah gətirdiyindən onların iddia tələbləri haqlı olduğundan təmin edilməmişdir. Beləliklə, işin hallarından göründüyü kimi, iddiaçıların işlədiyi inzibati orqanın onların konstitusion hüquqlarını pozaraq cavabdehin mənafeyi nəzərə alınmış və iddia tələbinə dair təqdim edilən sübutlara əhəmiyyət verilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
15. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim etmişdir. Etirazın əsasları iddia ərizəsinə qarşı etirazda göstərilənlər təşkil edir. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tə tbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qə rara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
18. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
20. İddiaçıların 2019-cu ilin iyul ayında hərbi qulluqçulara bərabər statuslu xüsusi rütbəli şəxslə r kimi əmək pensiyasına çıxmaları və gömrük orqanlarında işlədikləri dövrdə aldıqları büdcədənkənar vəsaitlər şəklində əlavələrin onların pensiya məbləğlərinin hesablanmasında nəzərə alınmaması işin mübahisəsiz halıdır. Həmin əlavələr “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli, 388 nömrəli Fərmanı ilə müəyyən edilmiş Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizidir. Qeyd olunan Fərmana Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 fevral tarixli, 810 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “25” rəqəmi “50” rəqəmi ilə, 2017-ci il 24 yanvar tarixli, 1207 nömrəli Fərmanı ilə dəyişiklik edilərək “50” rəqəmi “60” rəqəmi ilə əvəz edilmişdir. 21. “X1” Qanunun 2019-cu il 1 yanvar tarixdən qüvvədə olan redaksiyada 1.0.5ci maddəsinə görə, təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
22. Həmin Qanuna 2019-cu il 1 yanvar tarixdən əlavə olunan 20.30-cu maddəyə görə, bu maddədə nəzərdə tutulan şəxslər in əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əməkhaqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
23. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli, 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları”nın, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 27 mart tarixli, 126 nömrəli Qərarı ilə “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 2-ci hissəsinə “digər əlavələrdən” sözlərindən sonra “(büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla)” sözləri əlavə edilsin.” məzmunda əlavələr edilmiş 2-ci bəndinin hazırkı redaksiyasına əsasən, “X1” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə ver ilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir.
24. Göründüyü kimi, iddiaçılar 2019-cu ilin iyul ayında əmək pensiyasına çıxdıqları vaxt artıq “X1” Qanun 2019-cu il 1 yanvar tarixdən, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları” isə 2019-cu il 27 mart tarixdən büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlərin təminat xərcliyində (pul təminatında) nəzərə alınmasını imperativ qaydada qadağan etmişdi.
25. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 20 sentyabr tarixli, 2-1(103)-1268/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.