Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-139/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı oğlunun cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Abşeron-Xızı regional filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 17.01.2023 hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin AbşeronXızı regional filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt Ap ellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli 2-1(105)-448/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının əmək kitabçasının məlumatlarına əsasən, xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Dilican “impuls” zavodunda çilingər şagirdi peşəsi üzrə işləmiş, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər sovxozda fəhlə işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Bakı Dənizçilik Məktəbində motorçu peşəsi üzrə təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər X1 İdarəsində motorçu peşəsi üzrə işləmiş, xx.xx.1984cü ildən xx.xx.1993-cü ilə qədər və xx.xx.1994-cü ildən xx.xx. 1997-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda tornaçı peşəsi üzrə işləmiş, xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilə qədər “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli dülgər peşəsi üzrə işləmişdir.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
3. Cavabdehin 31 yanvar 2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sığorta stajı 22 il 11 ay təşkil edir. Bu hal “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olmadığına görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı cavabdehə q arşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx.xx.1956-cı ildə Qərbi Azərbaycanda anadan olmuşdur. xx.xx.1974-cü ildən xx.xx.1974-cü ilə qədər Dilican “impuls” zavodunda çilingər şagirdi peşəsi üzrə işləmiş, 1974-1976-cı illərdə Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuş, xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilə qədər sovxozda fəhlə işləmiş, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilə qədər Bakı Dənizçilik Məktəbində motorçu peşəsi üzrə təhsil almış, xx.xx.1979-cu ildən xx.xx.1984-cü ilə qədər X1 İdarəsində motorçu peşəsi üzrə işləmiş, xx.xx.1984-cü ildən xx.xx.1993- cü ilə qədər və xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər Sumqayıt Kompressorlar zavodunda tornaçı peşəsi üzrə işləmiş, xx.xx.1997-ci ildə “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinə 3-cü dərəcəli dülgər peşəsi üzrə işə qəbul olunmuşdur. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı sərəncamına əsasən “Xəzərdənizneftsosialtikinti” trestinin və onun struktur bölmələrinin bazasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. xx.xx.2004-cü ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad olunmuşdur. İddiaçı xx.xx.2021-ci ildə 65 yaşının tamam olmasını və 25 ildən çox iş stajı olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialına müraciət etmiş, həmin idarədən verilən xx.xx.2022-ci il tarixli, **********4 saylı məktubla əmək pensiyasının təyin olunmasından heç bir əsas olmadan, tamamilə qanunsuz olaraq imtina edilmişdir. Cavabdehin etirazları:
6. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazında göstərmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən yaşa görə pensiya hüququnun yaranması üçün iki şərt tələb olunur: şəxsin qanunla müəyyən edilmiş pensiya yaşına çatması; fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajı toplaması. İş materiallarından aydın olur ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı (1994-cü il tarixdən 1997-ci il tarixədək olan dövrlər) 22 il 11 aydır. Mübahisəli sosial sığorta stajı 6 il 05 ay 27 gündür. Əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2004-cü il tarixədək “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrün arxiv sənədləri təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışları, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir. Əlavə olaraq, xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən iddiaçının işləməsi faktını yerində yoxlayıb akt tərtib edilmişdir. Həmin aktda iddiaçıya dair əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri təqdim edilməməsi səbəbindən yoxlama aparmaq mümkün olmadığı qeyd edilmişdir. Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş, Dövlət Vergi Xidmətinin **********124900 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud deyildir. Qanunvericiliyin tələbləri və işin faktiki halları əsasında müəyyən olunmuşdur ki, İddiaçı 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olma mışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
7. Sumqayıt İnzibati Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 2-1(118)-1074/2022 nömrəli qərarı ilə (hakim C.Məmmədov) iddia təmin edilmiş, iddiaçıya 65 yaşı tamam olduğu 10 noyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.
8. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı müxtəlif illərdə, yəni 1976-cı ildən 2004-cü il tarixədək işləmişdir. Tələbin mübahisə edilən hissəsi iddiaçının “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsində işləyib-işləməməsidir. İş materiallarında olan həmin idarənin hüquqi varisi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 01/31 nömrəli arayışından da görünür ki İddiaçı 1997-ci ildən 2004-cü ilə qədər müəssisədə dülgər işləmişdir. Bu faktı həmin ASC-nin hüquqşünasının məhkəmədə verdiyi ifadəsi ilə də öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən iddiaçının işlədiyi müddədlər arayışlarına əsasən hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş materiallarına əlavə edilmiş sənədlərə əsəsən İddiaçı ümumi əmək stajı 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 65 yaşı 2021-ci ilin noyabr ayının 10-da tamam olmuş olur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu 10 noyabr 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.
9. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022ci il tarixli 2-1(105)-448/2022 nömrəli qərarı ilə (hakimlər F.Məmmədov – sədrlik edən və məruzəçi, H.Babayeva və Z.Məmmədov) birinci instansiya məhkəməsinin 26 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasi ya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasıya məhkəməsinə göndərilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a)Kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətində qeyd edilir ki, mübahisəli sosial sığorta stajı 6 il 05 ay 27 gündür. Əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2004-ci İl tarixədək “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrün arxiv sənədləri təhvil verilmədiyindən və müəssisənin hüquqi ünvanı məlum olmadığı üçün həmin dövrlərin digər təsdiqedici sənədlər əsasında (arxiv arayışlar ı, əmək haqqı cədvəlləri, əmrlər kitabı və s.) qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır. Bu dövr sosial sığorta stajına daxil edilməmişdir.
14. Əlavə olaraq, xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialı tərəfindən iddiaçının işləməsi faktını yerində yoxlayıb akt tərtib edilmişdir. Həmin aktda iddiaçıya dair əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri təqdim edilməməsi səbəbindən yoxlama aparmaq mümkün olmadığı qeyd edilmişdir. AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu göndərilmiş, Dövlət Vergi Xidmətinin **********124900 nömrəli, xx.xx.2022-ci il tarixli cavab məktubuna əsasən “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi ba rədə məlumat mövcud deyildir. Lakin, məhkəmə iddiaçının xx.xx.1997-ci il tarixdən xx.xx.2004-ci il tarixədək “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsində işləməsini əmr kitabı, əmək haqqı cədvəlləri, şəxsi vərəqəsi və digər arxiv sənədləri olmadığı halda qəbul etmişdir. Həmçinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin **********124900 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna münasibət bildirməmişdir. Belə ki, “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsi adlı hüquqi şəxsin dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcud olmadığı halda həmin dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilməsi yolverilməzdir. İddiaçının 25 il sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadı ğından yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə ziddir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanun Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərd ə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 17. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
18. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
20. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.
22. Cavabdeh iddiaçının 22 il 11 ay sosial sığorta stajının olması (1974-cü ildən 1997-ci ilədək işlədiyi dövr) mübahisələndirilmir. 2
3. Cavabdehin mübahisələndirdiyi və kassasiya şikayətində qeyd etdiyi “Əmək kitabçasına əsasən xx.xx.1997-ci il tarixdən xx.xx.2004-ci İl tarixədək “X2 Sosial Tikinti tresti”nin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrün arxiv sənədləri təhvil verilmədiyindən qarşılıqlı yoxlama aparılması mümkün olmamışdır” dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin trestin bazasında yaradılmış "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 01/31 nömrəli arayışına görə, İddiaçı 1997-ci ildən 2004-cü ilə qədər müəssisədə dülgər işləmişdir.
24. Bununla yanaşı, apelyasiya instanisyası məhkəməsinin sorğusu əsasında təqdim edilmiş "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma İdarəsinin “Əmək kitabçalarının hərəkəti” ha qqında qeydiyyat kitabının çıxarışında iddiaçının xx.xx.1997-ci ildə dülgər peşəsi üzrə işə qəbul edilməsi və xx.xx.2004-cü ildə işdən azad edilməsi barədə əmrlər qeydiyyata alınmışdır.
25. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşaraq qeyd edir ki, iddiaçının xx.xx.1997-ci ildən xx.xx.2004-cü ilədək “Xəzərdənizneftsosialtikinti” trestinin 3 saylı Tikinti Quraşdırma idarəsində işlədiyi dövrlər sığorta stajına daxil edildikdə onun 25 ildən artıq sosial sığorta stajı, pensiya yaşına çatdığına görə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır.
26. Həmin sənədlərin mötəbərliyini şübhə altına alan hər hansı sübut işdə yoxdur.
27. Məhkəmə kollegiyası, nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1ci maddəsinə əsasən, inzibati icraat zamanı işin f aktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
28. Apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
29. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 6 sentyabr 2022-ci il tarixli, 21(103)-448/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.