Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-139/2024 02.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın yenidən hesablanması (xx.xx.2006-cı il tarixdən sonra məcburi dövlət sosial sığorta haqqının ödənilməməsi səbəbindən iş illərinin sosial sığorta stajına daxil edilməməsi)) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi Sosial Ödəniş lərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-156/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya xx.xx.2021-ci il tarixdə avtomatlaşdırılmış qaydada xx.xx.2006-cı il tarixədək 17 il 03 ay 02 gün sosial sığorta stajı və həmin tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan 16053,32 manat pensiya kapitalı nəzərə alınmaqla 243,78 manat məbləğində yaşa görə əmək pensiy ası təyin edilmişdir.
2. İddiaçıya pensiya təyin edildiyi zaman onun əmək kitabçasında qeyd olunan, xx.xx.1992 - xx.xx.2008-ci illər ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan hissəsi sosial sığorta stajına daxil edilmədiyindən iddiaçı həmin müddətin sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, iddiaçının Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan hissəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsistemində məcburi dövlət sosial sığorta haqlar ı qeydə alınmadığı üçün həmin müddət sosial sığorta stajına daxil edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, əmək pensiyanın bütün əmək stajı nəzərə alınmaqla yenidən hesablanması və əmək pensiyasının sığorta hissəsinin düzgün indeksləşdirilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il tarixdə doğulmaqla, əmək fəaliyyətinə 1974-cü ildən başlamışdır. 1 il 2 ay 15 gün işlədikdən sonra, 1975-ci ilin noyabr ayında hərbi xidmətə getmiş, 2 il hərbi xidmət keçdikdən sonra 1977-ci ilin dekabr ayında yenidən əmək fəaliyyətinə başlamışdır. xx.xx.2021-ci il tarixdə təqaüd yaşına çatdığına görə işdən azad edilmişdir. Bü tün bu fəaliyyət dövrü ərzində xx.xx.2008-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 20 gün və xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3 ay 18 gün müddətində olmaqla, ümumilikdə 4 ay 7 gün əmək fəaliyyəti ilə məşğul olmamışdır. 2006-cı ilin yanvar ayının 1-dək olan dövr üçün ona 25 il staj hesablanması ilə razı deyil. Belə ki, onun həmin dövr ərzində 31 il 2 ay 15 gün əmək stajı olmuşdur. Cavabdehin məktubunda qeyd etdiyi kimi, əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı “Əmək pensiyaları haqqında” Qanunun 22-1.2.1 və 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. O, belə bir arzusunu ifadə etməmiş və onun fikri nəzərə alınmadan əmək stajı 25 il hesablanmışdır. Həmin dövr üçün faktiki 31 il 2 ay 15 gün staj müddətinin hesablanmasını tələb edir. Həmçinin, cavabdeh təşkilat xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixə kimi X1 X3 məcburi dövlət sosial sığorta haqlarının qeydə alınmaması səbəbi ilə həmin dövrü onun sosial sığorta stajına daxil etməmişdir. Halbuki, sosial sığorta haqlarının köçürülməməsi onun səhvi və vəzifəsi deyil. Həmin dövrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur, bu onun əmək kitabçası ilə təsdiq olunur. Buna görə də həmin dövrün əmək kitabçasına əsasən sığorta stajına hesablanmasını tələb edir. Hesab edir ki, cavabdeh onun fəaliyyət dövrünü hissələrə bölməklə düzgün indeksləşdirməmişdir. Odur ki, qeyd etdiyi dövrlər də nəzərə alınsa, onun üçün müəyyən edilmiş pensiya kapitalı kifayət qədər azdır. Ona görə də əmək stajı düzgün hesablanmaqla və əmək pensiyasının sığorta hissəsi düzgün indeksləşdirilməklə pensiyası yenidən hesablanmalıdır. Cavabdeh tərəfindən ona xx.xx.2021-ci il tarixində avtomatlaşdırılmış qaydada 243,78 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Yuxarıda qeyd etdiyi səbəblərdən təyin olunmuş pensiya məbləği ilə razı deyil və hesab edir ki, pensiyası yenidən hesablanmalıdır.
5. İddia tələbinə cavabdeh tərəfindən verilən yazılı etirazın məzmunu iddiaçıya ünvanlanmış imtina məktubunun məzmunu ilə eynilik təşkil edir.
6. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Quliyev) 27 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2189/2022 nömrəli qərarı ilə iddia rədd edilmişdir.
7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mülkiyyət formasından, əmək fəaliyyətinin xarakter indən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi halda sığorta stajına daxil edilir. İddiaçı xx.xx.1992-xx.xx.2008-ci illər ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi dövrlərin yenidən hesablanmasını tələb edir. Lakin məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, Zəngilan rayon İstehlak Cəmiyyəti adlı hüquqi şəxsin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat mövcud deyildir (Dövlət Vergi Xidmətinin 25 fevral 2022-ci il tarixli, ******** **872300 nömrəli məktubu). Habelə, məhkəmə araşdırmasının nəticəsi olaraq, iddiaçının- sığortaolunanın hesabı məhkəməyə təqdim edilmiş, lakin xx.xx.2006 - xx.xx.2008-ci illər ərzində iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınması müəyyən edilməmişdir. İddiaçı məhkəmə iclasında özü də həmin dövrlər üzrə əmək haqqı almadığını etiraf etmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqanın qeyd edilən dövrləri nəzərə almaması və pensiyanın yenidən hesablanaraq indeksasiya olunması tələbindən imtinası əsaslı olmuşdur.
8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakim lər: H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, F.Ə.Məmmədov və G.İ.Cabbarova) 16 iyun 2023-cü il tarixli, 2-1(105)-156/2023 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 2-1(118)2189/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
12. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, sosial sığorta haqqının köçürülməməsi onun təqsiri deyildir. Eyn i zamanda, işlədiyi dövrdə əmək haqqını natura şəklində almışdır. Müəssisənin əmək fəaliyyətində yaranan durğunluqlar onun əmək stajına təsir etməməlidir. Kassator qeyd edilənlərə əsasən hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qeyd edilən hallar nəzərə alınmamış, beləliklə də maddi və prosessual hüquq normaları pozulmuşdur. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. Cavabdeh kassasiya şikayətinə etiraz verərək şikayətin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 14. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə
1. Əsas anlayışlar... 1.0.6. fərdi uçot - sığortaolunanların qanunvericiliklə nəzərdə tutulan sosial müdafiə hüquqlarının təminatı üç ün zəruri məlumatların fərdi qaydada qeydiyyatının və uçotunun təşkilidir. 1.0.7. fərdi hesab - dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hər bir sığortaolunana uçot dövründə daimi (dəyişməz) sosial sığorta nömrəsi ilə açılmış şəxsi hesabdır. 1.0.8. fərdi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır.... Maddə
7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya t əminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21 Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əm ək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə
22. Sığorta stajının hesablanması qaydası 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 22-1. Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006- cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22-1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, aşağıdakı qaydada hesablanır: 22-1.2.1. 2019-2025-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-də k faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır....
15. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxıl masının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icr aat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
16. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
17. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün t ətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
19. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
20. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan h əddə, eləcə də iddia tələbinin və apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
21. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının pensiyasının yenidən hesablanmalı olub-olmaması ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
22. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı onun xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və pensiyasının yenidən hesablanmasından ibarətdir.
24. İşin birinci və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı Dövlət Vergi Xidməti və Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq məktubları ilə müəyyən edilmişdir ki, qeyd olunan idarələrdə Zəngilan rayon İstehlak Cəmiyyətinin qeydiyyatı ilə bağlı məlumat yoxdur. Zəngilan rayon İcra Hakimiyyətinin məktubu ilə müəyyən edilmişdir ki, Zəngilan rayon İstehlak Cəmiyyətinin fəaliyyəti işğalla bağlı dayandırılmış, lakin ləğv olunmamışdır. Zəngilan rayon İstehlak Cəmiyyəti (PAYPO) “Azərittifaq” adlı quruma daxildir, onun tabeçiliyində təsərrüfathesablı müəssisədir. Həmin müəssisə isə dövlət qeydiyyatına alınmışdır və hal-hazırda fəaliyyət göstərir
25. Eyni zamanda, işin apellyasiya baxışı zamanı şahid qismində məhkəmə iclasında dinlənilmiş Zəngilan rayon İstehlak Cəmiyyətinin sədri X4 ifadəsində bildirmişdir ki, Zəngilan rayonundan məcburi köçkün düşənə qədər Zəngilan rayon İstehlak Cəmiyyətində (РАЙПО) kadrlar üzrə sədr müavini işləmiş, məcburi köçkün kimi gəldikd ən sonra isə 1993-cü il tarixdən Bakı şəhəri, Maştağa rayonu ərazisində yerləşən РАЙПО–ya sədr təyin edilmişdir. Həmin ildən Zəngilan rayon İstehlak Cəmiyyətinin (РАЙПО) fəaliyyəti dayandırılmış, hətta “Azərittifaq” adlı qurum tərəfindən 1993-cü ildən Zəngilan rayon İstehlak Cəmiyyətinin fəaliyyətinin dayandırılması və işçilərinin əmək haqqı ödənilməməklə, sərəncamda saxlanılması barədə müvafiq əmr verilmişdir. Cəmiyyət 1993cü ildən fəaliyyətini dayandırsa da, işçiləri işdən azad edilməmişdir. Belə ki, onların əmək müqaviləsində işdən azad edildikləri tarix, əmək kitabçasını əldə etmək üçün məhz müəssisəyə gəldikləri tarixdir.
26. Göründüyü kimi, işin məhkəmələr tərəfindən araşdırılmaqla müəyyən edilmiş hallarından, iş materiallarında olan sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdə n və şahidin ifadəsindən məlum olur ki, Zəngilan rayon İstehlak Cəmiyyəti Zəngilan rayonu işğal olunduğu 1993-cü il tarixdən faktiki olaraq fəaliyyətini dayandırmış, cəmiyyətin işçilərinə əmək haqqı ödənilməmişdir.
27. Hazırkı qərarın 14-cü bəndində sadalanan xx.xx.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanununun tələbi baxımından, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xid mət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
28. Məhkəmə araşdırması zamanı iddiaçının sığortaolunan kimi ilk dəfə 2008-ci ilin mart ayında qeydiyyata alındığı, həmin tarixədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsistemində onun sığortaolunan kimi qeydiyyatda olması barədə məlumat olmadığı müəyyən edilmişdir. Beləliklə də, iddiaçının Zəngilan rayon İstehlak Cəmiyyətində işlədiyi fəaliyyət dövrünün xx.xx.2006-cı il tarixdən xx.xx.2008-ci il tarixədək olan hissəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X2 altsistemində məcburi dövlət sosial sığorta haqlarının qeydə alındığı müəyyən edilmir.
29. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2006-cı il tarixdən xx.xx. 2008-ci il tarixədək olan dövr ərzində Zəngilan rayon İstehlak Cəmiyyətində faktiki işləmədiyindən, əmək haqqı almadığından və məcburi dövlət sosial sığorta haqqı ödəmədiyindən əmək kitabçasında qeyd olunan həmin dövrlər onun sosial sığorta stajına daxil edilə bilməz.
30. Həmçinin qeyd edilməlidir ki, iddiaçının mübahisələndirdiyi dövrdə Zəngilan rayon İstehlak Cəmiyyətində işləməsi əmək kitabçasında qeyd olunsa da, Zəngilan rayonu 1993-cü il tarixdə işğal olunduğundan müəssisənin fəaliyyətinin faktiki olaraq dayanması məhkəmə araşdırması zamanı öz təsdiqini tapdığından əmək kitabçasındakı qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz.
31. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 iyun 2023-cü il tarixli, 2-1(105)-156/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.