Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1390/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Iddiaçı və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qar şı müavinətin verilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə Ali Məhkəmənin binasında 17.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)259/2018 saylı 17 yanvar 2018-ci il tarixli qərarı ilə iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi qərara alınmış, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi heyət baş idarəsi tərəfindən 20.04.2018-ci il tarixli X/X-***** nömrəli Azərbaycan Respublikasının müha ribə veteranı vəsiqəsi verilmişdir. İddiaçı Iddiaçı əvvəlki illərin müharibə veteranları üçün müavinətin verilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh 22.05.2018-ci il tarixli x/x-***** saylı imtina məktubu ilə bildirmişdir ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yarandığı gündən təyin edilir və iddiaçı müharibə veteranı vəsiqəsini 20.04.2018-ci il tarixdə aldığından həmin gündən də müavinət almaq hüququ yaranmışdır. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinə qarşı “müavinətin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-cı il tarixli, 2-1(82)3626/2018 saylı qərarı ilə iddia tələbi təmin edilmiş Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli 09.09.2008-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti təqaüdünün 09.09.2008-ci il tarixdən 20.04.2018-ci il tarixinədək ödənilməmiş məbləğinin hesablanaraq birdəfəlik qaydada ona ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-cı il tarixli, 2-1(82)-3626/2018 saylı qərarını qismən ləğv edərək, iddia tələbinin təmin edilməməsi ilə bağlı yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati -İqtisadi Kollegiyasının 2-1(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 sentyabr 2018-cı il tarixli, 2-1(82)-3626/2018 saylı qərarı dəyişdirilmiş, iddiaçıya müharibə veteranı üçün müəyyən olunmuş müavinətlər 20.04.2018-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarından iddiaçı və cavabdeh kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin dəlilləri İddiaçının kassasiya şikayətinin dəlillərinə görə iddiaçıya Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli 09.09.2008-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti təqaüdü 09.09. 2008-ci il tarixdən hesablanaraq birdəfəlik qaydada ona ödənilməlidir. Kassator İnzibati Prosessual Məcəllənin 14.3, 33, 73.1, 90.2, 91, 94.1, 96.9-cu maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə görə Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq onu almaq hüququ yarandığı gündən təyin edilir və iddiaçı müharibə veteranı vəsiqəsini 20.04.2018-ci il tarixdə aldığından həmin gündən də müavinət almaq hüququ yaranmışdır. Kassator Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası nın 2-1(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin nümayəndəsi Nümayəndə vəkilsiz təmsil olunduğundan işə o nun izahatı alınmadan baxılmışdır. ƏSASLANDIRICI HİSSƏ Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun müddəalarına müvafiq olaraq veteran vəsiqəsi veteranlıq statusunu təsdiq edən sənəddir. Müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.1995-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin və Əsasnamənin Silahlı Qüvvələrə tətbiqinə dair Müdafiə Nazirinin 4 saylı 06 yanvar 1998-ci il Əmri ilə təsdiq edilmiş ‘Təlimat’ın tələblərinə uyğun olaraq verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 11.07.2005-ci il tarixli, 257 nömrəli Fərmanına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə kommunal və digər xidmətlərin ödənilməsi üçün ayda 55 min manat məbləğində (köhnə pulla) müavinət təyin edilmişdir. Həmin Fərmanın 3-cü bəndində qeyd o lunmuşdur ki, bu Fərman 2005-ci il avqustun 1-dən qüvvəyə minir. Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə görə, ən çoxu müraciət edilməzdən əvvəl üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu müddəanın məzmunundan aydın olur ki, aylıq müavinətlər onun almaq hüququnun yarandığı gündən, lakin Sosial müavinətlər haqqında” Qanunun qüvvəyə mindiyi gündən sonra təyin edilir, və ən çoxu müraciət edilməzdən əvvəlki 3 il üçün ödənilir. Belə olan halda, hazırki iş üzrə cavabdehin “iddiaçının sosial müavinət alması hüququnun onun veteran vəsiqəsinın aldığı vaxtdan yaranması” ilə bağlı mövqeyi əsassızdır. Belə ki, hazırkı iş üzrə iddiaçı Azərbaycan Respublikası nın ərazi bütövlüyü uğrunda təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinə qarşı aparılan döyüşlərdə iştirak etdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi müharibə veteranı vəsiqəsi verilmiş və qanunvericiliyə müvafiq olaraq, iddiaçının müraciət etməzdən əvvəlki 3 il üçün ona təyin olunmuş müavinəti tələb etmək hüququ vardır. Məhkəmə kollegiyası iddiaçının Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli 09.09.2008-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidenti təqaüdünün 09.09.2008-ci il tarixdən hesablanaraq birdəfəlik qaydada ona ödənilməli olması dəlili ilə əlaqədar qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 823 nömrəli 09.09.2008-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrund a döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədarsağlamlıqlarını itirərəkəlilliyi müəyyən edilmişşəxslərin mərdlik və şücaətlərini qeyd edərək onların sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi iləMüharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərəAzərbaycan Respublikası Prezidentinin təqaüdütəsis edilmişdir. Hazırkı iş üzrə isə iddiaçı müharibə veteranı olsa da, müharibə əlili olması iş materialları ilə öz təsdiqini tapmadığından kassatorun dəlili əsassızdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən iddiaçının hərbi xidməti ilə bağlı əhəmiyyətli olan halları hərtərəfli və obyektiv araşdırmış, işdə olan sübutları tam tədqiq etmiş, iş üzrə əhəmiyyət kəsb edə biləcək faktları qiymətləndirərək qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gələrək, birinci instansiya məhkəməsinin qərarını dəyişdirmiş və iddiaçıya müharibə veteranı üçün müəyyən olunmuş müavinətlər 20.04.2018-ci il tarixdən əvvəlki 3 il üçün hesablanaraq ödənilməsi vəzifəsi cavabdehə həvalə edilmişdir. Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməs i barədə qərar qəbul edir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası hesab edir ki, iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı Iddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-85/2019 saylı 16 yanvar 2019-cu il tarixli qərarı dəyişdir
Məhkəmə qərarları › İş №2-1(102)-1390/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1390/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver