Məhkəmə qərarları › İş №2-1(102)-1390/2022

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1390/2022

12.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1390/2022 12.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: məcburi köçkün vəsiqəsinin dublikatının verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1975-ci il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının iddiaçıya verilməsi” tələbin ə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(105)-326/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. AA seriyalı 164210 nömrəli məcburi köçkün vəsiqəsinə əsasən müəyyən edilmişdir ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür.

2. Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 369 nömrəli arayışa əsasən müəyyən edilmişdir ki, iddiaçı Qubadlı rayon ərazisi işğal olunduğu üçün 1993-cü ildən məcburi köçkündür və hazırda Sumqayıt şəhərində müvəqqəti məskunlaşmışdır.

3. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı r ayon bölməsinin xx.xx.2020-ci il tarixli, 231 nömrəli arayışına əsasən, iddiaçı xx.xx.1992-ci il tarixdən SHXÇDK-nin Qubadlı rayon bölməsində hərbi qeydiyyata alınmışdır. Həmin bölmənin xx.xx.2021-ci il tarixli, 254 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Fərarilərin siyahısında yoxdur, barəsində amnistiya aktı tətbiq edilməmişdir.

4. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək AA164210 seriyalı, 5084 nömrəli məcburi köçkün vəsiqəsinin vərəqləri dolduğu üçün statusunu təsdiq edən vəsiqənin verilməsini xahiş etmişdir.

5. Cavabdeh 24 sentyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Azərbaycan Respublikasında məcburi k öçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-ci bəndinin tələblərinə görə, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və barəsində amnistiya aktı tətbiq edilən şəxslərə məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçı 18 oktyabr 2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının iddiaçıya verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür. İddiaçının məcburi köçkün olmasını təsdiq edən vəsiqəsinin vərəqi dolduğundan onun yenisi ilə əvəz olunması üçün cavabdeh orqana müraciət etmişdir. Onun müraciətinə Komitədə baxılaraq xx.xx.2021-ci il tarixli, 01/5352 saylı məktubla imtina cavabı verilmişdir. Cavabdeh müraciətə heç bir aidiyyəti olmayan əsaslar sadalamaqla imtinasını əsaslandırmağa çalışmışdır. İddiaçı məcburi köçkündür, qeyd olunan statusu daşıyır və bu sənədin ona verilməsi üçün hansısa bir hüquqi əngəl mövcud deyildir. İddiaçı hazırda məcburi köçkün statusunun alınması üçün deyil, həmin statusu təsdiq edən kitabçanın yenisi ilə əvəz olunması üçün müraciət etmişdir.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etməmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli, 2-1(118)-372/2022 nömrəli qərarı (hakim X1) ilə iddia təmin edilmiş, məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının iddiaçıya verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.

10. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı hazırda məcburi köçkün statusuna malikdir və həmin statusun itirilməsi halları sübut edilməmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışla da müəyyən edilmişdir ki, iddiaçı Qubadlı rayonundan məcburi köçkündür və hazırda müvəqqəti olaraq Sumqayıt şəhərində məskunlaşmışdır. Nəzərə alınmalıdır ki, rəsmi sənəd vətəndaşda olmadıqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əslinə bərabər qüvvəyə malik olan dublikat verilir. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qubadlı rayon Bölməsinin xx.xx.2021-ci il tarixli, 254 nömrəli arayışına əsasən iddiaçı xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. Onun adı fərarilərin siyahısında yoxdur və barəsində amnistiya aktı tətbiq edilməmişdir.

11. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(105)-326/2022 nömrəli qərarı (hakimlər X4 (sədrlik edən və məruzəçi), X2 və X7) ilə Sumqayıt İnzibati Məhkəməsinin 1 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ kassasiya şikayətinin dəlilləri

15. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və apelyasiya şikayətində göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçı AA164210 nömrəli məcburi köçkün vəsiqəsini 2007-ci ilin iyun ayında əldə etmiş, sonradan vəsiqə dolduğuna görə İddiaçı 2021-ci ildə yeni vəsiqə əldə etmək üçün Komitəyə müraciət etmişdir. Məcburi köçkünlərlə iş sahəsində aparılan dürüstləşdirmə işlərinin davamı olaraq iddiaçının müvafiq müraciəti üzrə ona məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsinin “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində inzibati icraat həyata keçirilmişdir. Hazırda iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsindən imtina olunmasının səbəbi ondan ibarətdir ki, iddiaçının səfərbərlik üzrə çağırışdan möhlət hüququndan hansı əsasla istifadə etməsi müəyyən olunmamışdır. Nəticədə, məhkəmə işi üzrə hazırkı mübahisə məhz iddiaçının məcburi köçkün statusuna malik olub-olmaması məsələsi İlə bağlıdır. Bu səbəbdən, iddiaçının məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olması halı, məhkəmə işinin mübahisəsiz halı hesa b oluna bilməz.

16. İnzibati iş üzrə iddia tələbi “məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının verilməsi” kimi müəyyən olunmuşdur. Sənədlər itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə onların dublikatının verilməsi həyata keçirilir. Lakin iddiaçı məhz vəsiqəsinin vərəqləri dolduğuna görə yeni vəsiqəni əldə etmək məqsədilə Komitəyə müraciət etmişdir. Ümumiyyətlə vəsiqənin vərəqləri dolduğu halda, Komitə tərəfindən “məcburi köçkün” vəsiqəsinin təkrar verilməsi və ya məcburi köçkün vəsiqəsinin dublikatının verilməsi həyata keçirilmir. Belə ki, bununla bağlı münasibətləri tənzimləyən sahəvi qanunvericilik aktlarında da heç bir müddəa nəzərdə tutulmamışdır. Nəticədə, əvvəllər məcburi köçkün vəsiqəsi əldə etmiş şəxslər yenidən vəsiqə əldə etmək məqsə dilə Komitəyə müraciət etdiyi təqdirdə, onların müvafiq məzmunlu müraciətləri “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın tələblərinə uyğun olaraq araşdırılaraq, onların məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəni əldə etməsinin qanuni olubolmaması müəyyən edilir. Kassasiya şikayətinə etirazın dəlilləri

17. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanun Maddə 1. məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tər k etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə

14. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi... Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş aşağıdakı hallarda itirir: əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə; bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə. 19. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” Bu Qaydalar Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli 668İQ nömrəli, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” 21 may 1999-cu il tarixli 669-İQ nömrəli, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” 4 aprel 1996-cı il tarixli 55-İQ nömrəli Qanunlarının, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanına, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin tələblərinə uyğun olaraq hazırlanmış, məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçk ün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını müəyyən edir. 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir:... 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə.

20. İnzibati Prosessual Məcəllə Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hü quq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsi nin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDLƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN

21. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir.

22. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab o luna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının iddiaçıya verilməsi ilə bağlı məsələ apellyasiya məhkəməsi tərəfindən lazımi qay dada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır.

28. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı ona malik olduğu məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının ve rilməsinə nail olmaqdan ibarətdir.

29. Bununla bağlı nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası ərazisinə hərbi təcavüz (xx.xx.1993-cü il tarixdə Qubadlı rayonunun erməni hərbi birləşmələri tərəfindən işğal olunması) nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olmuş və başqa yerə köçmüş şəxs kimi iddiaçının məcburi köçkün statusuna malik olması ona bu barədə verilmiş AA seriyalı, 164210 nömrəli məcburi köçkün vəsiqəsi ilə təsdiq olunur və bu işin mübahisəsiz halıdır.

30. Həmçinin nəzərə almaq lazımdır ki, iddiaçı ona yenidən məcburi köçkün statusunun verilməsini deyil (iddiaçı həmin statusa artıq malikdir), həmin statusu təsdiq edən eyni adlı vəsiqənin dublikatının verilməsini tələb edir. Qeyd olunmalıdır ki, dublikat yalnız sənədlər itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə deyil, həmçinin vəsiqənin vərəqələrinin dolduğu hallarda da verilməlidir. Yəni şəxsin statusunu təsdiq edən vəsiqənin bu və ya digər səbəbdən istifadəsinin mümkünsüz olduğu hallara da (həmin vəsiqə ilə təsdiq olunan statusun qanunla müəyyən olunmuş qaydada ləğv olunduğu hallardan başqa) bu qayda şamil edilir. Bu qayda statusu təsdiq etmək təyinatına malik sənədlərin mahiyyətindən irəli gəlir və belə sənədin dublikatının verilməsi ilə bağlı müraciətin daxil olduğu təqdirdə, aidiyyəti orqan həmin dublikatı verməyə borcludur. Bununla bağlı qanunvericilikdə xüsusi tənzimləmənin nəzərdə tutulmaması, aidiyyəti orqanı müvafiq sənədin dublikatının verilməsi öhdəliyindən azad etmir. Nəzərə almaq lazımdır ki, belə öhdəlik əsas sənədin verilməsi ilə bağlı səlahiyyətdən irəli gəlir və hə min səlahiyyət müvafiq sənədin ona bərabər dublikatının verilməsini də ehtiva edir.

31. Bu qərarın 18-ci bəndində istinad olunan normada qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusunun itirilməsi əsasları təsbit edilmişdir. Həmin normaya görə məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu vətəndaş əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə itirir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının məcburi köçkün statusunu itirdiyi iş üzrə materiallardan müəyyən edilməmişdir. Əksinə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayışla da iddiaçının Q ubadlı rayonundan məcburi köçkün olduğu və hazırda müvəqqəti olaraq Sumqayıt şəhərində məskunlaşdığı təsdiq olunmuşdur.

32. Cavabdehin məcburi köçkün statusunu təsdiq edən vəsiqənin dublikatının verilməsindən imtinanın səbəbi kimi istinad etdiyi iddiaçının səfərbərlik üzrə çağırışdan möhlət hüququndan istifadə etməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, şəxsin hərbi xidmətə çağırılması və çağırış vaxtının müəyyən olunması səfərbərlik xidmətinin məsuliyyət sferasına aiddir. Həmin qurum tərəfindən verilmiş və iş üzrə materiallara əlavə edilmiş arayışda iddiaçının hərbi xidmətdən yayınması və ya fərarilik etməsi barədə hər hansı məlumat qeyd edilməmişdir. Həmin arayışa əsasən iddiaçının yaşayış yeri üzrə 1992-ci ildə hərbi qeydiyyata alındığı müəyyən olunmuşdur.

33. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçıya onun məcburi köçkün statusunu təsdiq edən məcburi köçkün vəsiqəsinin dublikatının verilməsindən cavabdehin imtinası qanunazidd olmuşdur.

34. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

35. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 aprel 2022-ci il tarixli, 2-1(105)-326/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar