Məhkəmə qərarları › İş №2-1(102)-1390/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1390/2023

31.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1390/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iddianın mümkünlüyü) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası, 31.08.2023 Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı (inzibati məhkəmə icraatına üçüncü şəxs qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb olunmaqla) “sərəncamın və ayrıc aktının ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərardadından İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçılara Bakı şəhəri, Binəqədi RİH başçısının 30 dekabr 2000-ci il tarixli, 2217 saylı sərəncamı ilə Binəqədi rayonu ərazisində torpaq sahəsi ayrılmışdır.

2. Sonradan məlum olmuşdur ki, torpaq sahələrinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X1 adına “Torpaq sahəsinin planı və ölçüsü” sənəd tərtib edilmişdir. Həmin sənəd 0,20 ha əraziyə aid olmaqla, iddiaçılara məxsus torpaqların əhəmiyyətli hissəsini əhatə edir.

3. Həmin sənədin verilməsinə əsas 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 21(81)-5007/2014 saylı iş üzrə 14 noyabr 2014-cü il tari xli qərarı olmuş, iddiaçılar daha sonra həmin iş üzrə ərizə verərək, üçüncü şəxs qismində işə qoşulmuş, bu barədə 21(81)-5007/2014 saylı, 23 avqust 2021-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli qərarı ləğv edilərək, İddiaçı1 və İddiaçı2 məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmış, iddiaçı X1 iddia tələbləri üzrə işə baxılması davam etdirilmişdir.

4. Həmin mübahisə üzrə araşdırma zamanı məlum olmuşdur ki, Bakı ŞİH başçısının 26 dekabr 2017-ci il tarixli, 634 saylı sərəncamı ilə mübahisəli torpaq sahəsi "xxxx" MMC-yə ayrılmış və həmin sərəncama əsasən bu barədə 20 aprel 2018-ci il tarixdə 18/73 saylı ayrıc aktı tərtib edilmişdir.

5. Bundan sonra iddiaçılar hazırki iddianı qaldırmışlar. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar cavabdehə qarşı «sərəncamın və ayrıc aktının ləğv edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişlər.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi RİH başçısının 30 dekabr 2000-ci il tarixli, 2217 saylı sərəncamı ilə Binəqədi rayonu ərazisində hazırkı iddiaçılar İddiaçı1 və İddiaçı2 bir-birinə qonşu olmaqla torpaq sahəsi ayrılmışdır. İddiaçılar həmin torpaq sahələrində uzun müddət hər hansı bir tikinti işləri aparmamışlar. Belə ki, buna o zaman maddi imkanları olmamışdır. İddiaçılar bu yaxınlarda torpaq sahələrinə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bundan sonra tikinti işlərinə başlamaq qərarına gəlmişlər. Torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün tələb olunan şərtlərdən biri də torpaq sahələrinin sərhədlərinin olmasıdır. Buna görə də ilk növbədə torpaq sahələrini hasarlamaq qərara alınmışdır. Bunun üçün isə, ilkin cizgi üzrə dəqiq sərhədləri müəyyən etmək zəruridir, çünki, əks halda ayrılmış ölçülərdən kənarlaşmalara yol verilməsi mümkündür. Ayrılmış torpaq sahələrinin dəqiq sərhədlərinin müəyyən edilməsi üçün ekspertizaya müraciət olunmuş və torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, yerində göstərilməsi, eyni zamanda, torpaq sahəsinə dair hər hansı məhdudiyyətlərin, məsələn hansısa kommunikasiya xətlərinin və mühafizə zonasına aid olub-olmadığının da müəyyən olunma sı sifariş edilmişdir. Belə ki, artıq iyirmi ildən çox vaxt keçdiyindən bu müddət ərzində hansısa dövlət qurumları tərəfindən belə planlaşdırmaların olması mümkün idi. İddiaçılar ekspertiza rəyini aldıqda gözlənilməz nəticə ilə qarşı-qarşıya qalmışlar. Belə ki, ekspertiza rəyindən onlara məlum oldu ki, bəhs edilən torpaq sahələrinə dair keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X2 adlı şəxsin adına “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edilmişdir. Həmin sənəd 0,20 ha əraziyə aid olmaqla, iddiaçılara məxsus torpaqların əhəmiyyətli hissəsini əhatə edir. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin sənədin verilməsinə əsas olmuş sənəd 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5007/2014 saylı iş üzrə 14 noyabr 2014-cü il tarixli qərarı olmuşdur. Belə olduqda, iddiaçılar 3 may 2021-ci il tarixdə bəhs edilən qərarın surətinin alınması ilə bağlı ərizə vermiş və tezliklə həmin məhkəmə qərarını almışlar. Qərarla tanış olduqda qərarın onların maraqlarına aşkar olaraq toxunduğu görünür. Bu səbəbdən, inzibati prosessual qanunvericiliyin qüvvədə olan normalarına əsasən işə üçüncü şəxs kimi qoşulmağa qərar vermişlər. Ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edilmişdir. Ərizəyə baxılaraq 2-1(81)-5007/2014 saylı iş üzrə 23 avqust 2021-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardadla 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14 noyabr 2014-cü il tarixli qərarı ləğv edilərək İddiaçı1 və İddiaçı2 məhkəmə icraatına üçüncü şəxs kimi cəlb edilməklə işə mahiyyəti üzrə baxılmasının təzələnməsi qərara alınmışdır. Bundan sonra, iddiaçı X1 iddia tələ bləri üzrə işə baxılması davam etmişdir. İlk vaxtlar texniki məsələlər müzakirə edilirdi. Belə ki, iddia tələbləri üzrə cavabdeh təşkilat artıq mövcud deyildir. Sonradan iddiaçının ərizəsi ilə cavabdeh əsl cavabdehlə əvəz edilmişdir. Həmin məhkəmə işinin baxılması zamanı növbəti məhkəmə iclası 11 mart 2022-ci il tarixdə keçirilmişdir. Həmin iclasda, hazırkı iddiaçılar tərəfindən həmin iş üzrə iddiaçının hüquqmüəyyənedici sənədlərində olan çatışmazlıqların göstərildiyi yazılı etiraz məhkəmədə müzakirə edildikdə, həmin iş üzrə cavabdehin nümayəndəsi də iddiaya etiraz edərək, bəhs edilən torpaq sahəsinin digər hüquqi şəxsə də ayrılmış olması haqda məlumat vermişdir. İddiaçının nümayəndəsi və vəkili Bakı ŞİH başçısının 26 dekabr 2017-ci il tarixli, 634 saylı sərəncamını və həmin sərəncama əsas ən 20 aprel 2018-ci il tarixdə tərtib edilmiş 18/73 saylı ayrıc aktını təqdim edərək "xxxx" MMCyə mübahisəli torpaq sahəsinin ayrıldığını bildirmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, adıçəkilən hüquqi şəxsin təsisçilərindən biri X1 doğma oğludur və torpaq sahəsi hər bir halda onlara məxsusdur. Bundan sonra həmin sənədlər məhkəməyə də təqdim edilmiş və hazırkı iddiaçılar da həmin iş üzrə tərəf olaraq sözügedən sənədlərin mövcud olması haqda məlumat almışlar. Hesab olunur ki, bəhs edilən sərəncam iddiaçıların hüquqlarına toxunur və bu əsasla sərəncamın və onun əsasında verilmiş ayrıc aktının ləğv edilməsi haqda məhkəmədə iddia qaldırılmışdır. Bakı ŞİH başçısının 634 saylı 26 dekabr 2017-ci il tarixli sərəncamının 1-ci bəndində göstərilir: “EN-PALASE HOTEL" MMC-nin 8 noyabr 2017-ci il tarix li 8 saylı müraciətini nəzərə alaraq, Binəqədi rayonu, 7-ci mikrorayonunun cənub hissəsi, S.S.Axundov küçəsində yerləşən torpaq sahəsində (icarə əsasında) otel, ofis və qeyri-yaşayış binasının tikintisinin layihələndirilməsi üçün həmin Cəmiyyətə icazə verilsin. Göründüyü kimi, sərəncamın məzmunu torpaq sahəsinin ayrılması ilə bağlı deyil. Eyni zamanda, torpaq sahəsinin ayrılması olmadan, bina tikintisinin layihələndirilməsinə icazə verilməsi də qanunvericiliyə ziddir. Bu bənd konkret olaraq, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə ziddir. Belə ki, bu bəndin məzmunu yalnız layihələndirmə ilə bağlı olsa da, tərtib edilmiş ayrıc aktı məhz bu sərəncama istinadən verilmişdir. Halbuki, ayrıc aktı torpaq sahəsinin ayrılması haqqında sərəncama əsasən tərtib edilməlid ir. Torpaq sahəsi ayrılmamışdırsa, orada aparılması nəzərdə tutulan tikinti işlərinin layihələndirilməsi nə dərəcədə məntiqlidir? Torpaq sahəsinin icarə əsasında verilməsinin nəzərdə tutulması bu bənddə əks edilsə də, sərəncamda torpağın icarəyə verilməsi qərara alınmamışdır. Müvafiq olaraq icarə müddəti, icarə qiyməti və s. məsələlər həll edilməmiş qalmışdır. Bu məsələlərin həll edilmədiyi halda, "xxxx" MMC-nin faktiki olaraq tikinti aparılması niyyətindən başqa heç bir əsas olmadığına baxmayaraq, belə bir sərəncam verilmişdir. Sərəncamın 2.6-cı bəndində göstərilir: Bu sərəncam və memarlıq-planlaşdırma göstərişləri yalnız layihələndirmə üçün əsasdır. Bu bənddə də yuxarıda qeyd edilən məqamlar təsdiqini tapır. Yalnız layihələndirmə üçün əsas olan sərəncam nə üçünsə, ayrıc aktı üçün əsas ol araq göstərilmişdir. Sərəncamın 3-cü bəndində göstərilir: Layihələndirmə işləri tam başa çatdıqdan sonra razılaşdırılmış və təsdiq edilmiş tikinti layihəsi tikintiyə icazə verilməsi barədə Sərəncamın hazırlanması və tikinti işlərinə başlanılması üçün əsas olan xüsusi nişanın alınması məqsədilə Memarlıq və Şəhərsalma Baş İdarəsinə təqdim edilsin. Sərəncamın bu bəndində layihələndirmədən sonrakı mərhələ ilə bağlı göstərişlər əks olunmuşdur. Burada da tikintiyə icazə verilməsi ilə bağlı Şəhərsalma və Tikinti Məcəlləsinin tələbləri nəzərə alınmamışdır. Belə ki, Məcəllənin 66-cı maddəsinin tələblərinə əsasən dövlət mülkiyyətində olan torpaq sahəsinə dair hüquqların yaranması üçün müvafiq icra hakimiyyəti orqanının (indiki halda Bakı ŞİH-in) qərarı və tərəflər arasında bağlanmış müqavilə tələb olunur. Müvafiq icra hakimiyyəti orqanı Bakı ŞİH nəzdində “İnterservis” Müdiriyyəti deyil, Bakı ŞİH özüdür. “İnterservis” Müdiriyyəti hansısa daxili əmrə əsasən torpaq sahəsinin ayrılması haqda sərəncam olduğu təqdirdə, sərəncamın icrası qaydasında icarə müqaviləsinin imzalanması səlahiyyətini həyata keçirə bilər. Lakin torpaq ayrılması haqda qərar yoxdursa, “İnterservis” Müdiriyyətinin bağlayacağı icarə müqaviləsi də səlahiyyətsiz olacaq. Eyni zamanda, Torpaq Məcəlləsinin istinad edilən 67 və 68-ci maddələrinin tələbləri torpaq sahəsi üzərində yaranan hüquqların ilk növbədə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçirilməsini tələb edir. Yəni, bir sözlə, mübahisələndirilən sərəncam verilməzdən əvvəl, torpaq sahəsinin ayrılması haqda sərəncam verilməli, həmin sərəncamın icrası q aydasında icarə müqaviləsi bağlanmalı, bundan sonra ayrıc aktı tərtib edilməli, daha sonra həmin sənədlər əsasında yaranan icarə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməli idi. Yalnız bundan sonra hal-hazırda mübahisələndirilən sərəncamın verilməsi qanunauyğun ola bilərdi. Cavabdeh tərəfindən qanunvericiliyin müəyyən etmiş olduğu qaydalara əməl edilmədən verilmiş 26 dekabr 2017-ci il tarixli, 634 saylı sərəncam qanunsuzdur və İPM-in 70.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə qaydasında ləğv edilməlidir. Eyni zamanda, sərəncam əsasında tərtib edilmiş olan 20 aprel 2018-ci il tarixli, 18/73 saylı ayrıc aktı da sərəncamın hüquqi nəticəsi olaraq ləğv edilməlidir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə (hakim R.L.Kərimli) iddiа mümkün sayılmamışdır.

9. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, hazırda mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli, 634 nömrəli sərəncam üçüncü şəxs "xxxx" MMC-yə münasibətdə nəticə yaratsa da, iddiaçılar İddiaçı1 və İddiaçı2 hər hansı hüquqlarını pozmur və onlara münasibətdə heç bir hüquqi nəticə doğurmur. Nəzərə alınmalıdır ki, cavabdehin 26 dekabr 2017-ci il tarixli, 634 nömrəli sərəncamı torpaq ayrılmasına dair deyil, müvafiq ərazidə tikililərlə bağlı layihələndirməyə icazə verilməsi barədədir. Odur ki, məhkəmənin qənaətinə görə mübahisə predmeti olan 26 dekabr, 2017ci il tarixli sərəncamın qəbulu ilə hazırkı iddiaçıların hüquqlarına aşkar müdaxilə mövcud deyil və onların bu halda hüquqi müdafiəyə ehtiyacı da yaranmış olmur.

10. Belə olan halda, məhkəmənin qənaətinə görə cavabdeh inzibati orqan tərəfindən iddiaçıların hansı hüquqlarının pozulduğu və ya oların hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bu səbəbdən də, iddia mümkün sayılmamalıdır.

11. İddiaçı1 apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2023 saylı, xx.xx.2023-ci il tarixli qərardadı ilə (hakimlər C.A.Yusifov/sədrlik edən və məruzəçi/ P.A.Hüseynov və Ş.A.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7489/2022 saylı, xx.xx.2022-ci il tar ixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

13. Apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, cavabdehin “tikintinin layihələndirilməsinə icazə verilməsi haqqında” sərəncamı və həmin sərəncam əsasında ayrıc aktının tərtib olunması, hələ mübahisələndirilən ərazidə tikinti işlərinin aparılmasına icazə verilməsi anlamını vermir. Çünki, tikintiyə icazə - Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsi ilə müəyyən edilən çoxlu sayda prosedur qaydalara əməl edilməklə bir sıra sənədlərin əldə olunaraq müvafiq icra hakimiyyətinə təqdim edilməsindən və müvafiq rəylərin alınmasından sonra qəbul edilən “tikintiyə icazə verilməsi barədə qərar” əsasında verilir. Konkret halda isə iddiaçı, onun hüquqların ı poza bilən tikintiyə icazə verilməsi haqqında qərarı deyil, cavabdeh orqanın faktiki olaraq onun subyektiv hüquqlarını məhdudlaşdırmayan və pozmayan, yəni, hazırkı durumda ona münasibətdə əlverişsiz inzibati akt kimi qiymətləndirilməsi istisna edilən bir “tikintinin layihələndirilməsinə icazə verilməsi barədə” sərəncamını mübahisələndirir.

14. İddiaçı1 kassasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddianın mümkün sayılaraq icraata götürülməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

15. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərini təkrarlayır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Üçüncü şəxs "xxxx" MMC kassasiya şikayəti nə qarşı etiraz təqdim edərək, İddiaçı1 kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.0.1. İnzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Maddə 2.0.2. İnzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər.

18. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 30.1. Mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həm iştirakçılar kimi çıxış edə bilərlər. Maddə 30.2. Mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Ma ddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə q ərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanıla caqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Mübahisələndirilən məhkəmə qərardadı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli və apelyasiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

22. Məzmun və mahiyyət etibarı ilə kassasiya şikayəti iddia ərizəsinə və apelyasiya şikayətinin dəlillərinə uyğundur.

23. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kas sasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə). Qeyd olunan hüquqi mövqeyə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərardadın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

24. İPM-in 35.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində i nzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. İstinad olunan normanın məzmunundan da göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir.

26. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, hazırda mübahisə predmeti olan 26 dekabr 2017-ci il tarixli, 634 nömrəli sərəncam üçüncü şəxs "xxxx" MMC tərəfindən tikinti niyyətinin layihələndirilm əsinə icazəni nəzərdə tutur. Tikintinin layihələndirilməsi tikinti niyyətinin layihə sənədlərində maddiləşməsini ehtiva edir və hər hansı hüquqi və faktiki təsirə malik deyildir. Bu mənada layihələndirməyə verilmiş icazə də mahiyyət baxımından onsuz da belə layihələndirməni həyata keçirmək üçün suveren hüquqa malik üçüncü şəxsə münasibətdə onun hüquqlarını və faktiki vəziyyətini yaxşılaşdıran və yaxud da digər şəxslərə münasibətdə öhdəlik yaradan inzibati akt kimi qiymətləndirilə bilməz. Başqa sözlə, iddiaçılara torpaq sahəsinin ayrılması barədə sərəncamların qüvvədə olduğu müddətdə həmin icazə hazırkı iddiaçılara münasibətdə də hər hansı hüquqi təsirə malik deyildir və onların torpaq sahəsinə hüquqlarını məhdudlaşdıran və ya istisna edən sənəd kimi qəbul olunmamalıdır.

27. Nəzərə almaq la zımdır ki, iddianın mümkün sayılması üçün digər şərtlərlə yanaşı həm də iddianın mümkünlük şərtlərindən sayılan ümumi hüquqi müdafiə marağı, eləcə də şəxsin iddia qaldırmaq səlahiyyəti mövcud olmalıdır. İddia qaldırmaq səlahiyyəti isə o zaman mövcud olur ki, inzibati akt və ya inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və ya qanunla qorunan maraqlarının ən azından pozulma imkanı mövcud olmuş olsun. Bu qayda hazırkı mübahisə üzrə mübahisələndirmə haqqında iddiaya münasibətdə də tətbiq olunmalı, layihələndirməyə icazə barədə sərəncamın iddiaçıların hüquqlarını pozma imkanına və bunun üzərindən də iddiaçıların iddia qaldırmaq səlahiyyətinə malik olmadığı nəzərə alınmalıdır.

28. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayə ti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1133/2023 nömrəli, 15 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar