Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1390/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və digərlərinin Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qeydiyyatdan çıxarılma) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2, X9 və X2 Cavabdehnə (üçüncü şəxslər: X7 və Hüseynov İmamqulu Məhəmməd oğlu) qarşı üçüncü şəxslərin ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması” tələbinə dair iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-124/2024 nömrəli, 18 yanvar 2024-c ü il tarixli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), X9 (1/4 hissə) və X2 (1/4 hissə) paylı mülkiyyətindədir.
2. Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışa əsasən xx.xx.1973-cü il təvəllüdlü X7, xx.xx.1941-ci il təvəllüdlü Hüseynov İmamqulu Məhəmməd oğlu və xx.xx.1945-ci il təvəllüdlü X3 rayonu, Şəhriyar küçəsi, ev 25 ünvanında qeydiyyatdadır.
3. İddiaçı1 X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X8 ona məxsus olan ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin İdarənin xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxsin qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilə bilər. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, üç üncü şəxslər X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X8 ona məxsus olan əsasən ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X9 və X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, üçüncü şəxslər X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X8 onların mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi var. Həmin ev Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən onun və qardaşlarının mülkiyyətindədir. Qonşuluqda yaşayan şəxslər, yəni ailə üzvləri olmayan şəxslər xəbərləri olmadan evinə qeydiyyata düşüblər. X7 xx.xx.1973, Hüseynov İmamqulu Məhəmməd oğlu xx.xx.1941, X12 xx.xx.1945. O, həmin şəxslərin evindən qeydiyyatdan çıxarılmaları barədə Cavabdehnə müraciət etsə də, ona verilmiş 26 may 2023-cü il tarixli məktubda həmin şəxslərin evindən çıxarılmasının mümkün olmadığı qeyd edilib.
7. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X12 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir.
8. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-3144/2023 saylı qərarı ilə (hakim G.Əliyeva) iddia tələ bi təmin edilmiş, X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X8 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılmaları öhdəliyi Cavabdehnə üzərinə qoyulmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, üçüncü şəxslər X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X12 hazırkı mülkiyyətçinin ailə üzvü olmadıqlarından onların iddiaçılara məxsus yaşayış sahəsinə istifadə hüquqları da yoxdur. İkinci tərəfdən, həmin üçüncü şəxslər hazırda sözügedən ünvanda faktiki olaraq yaşamırlar və qeydiyyatları formal xarakter daşıyır. Onların iddiaçılara məxsus mənzildə formal qeydiyyatda qalması isə iddiaçıların mülkiyyətçi kimi onlara məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırır. Eyni zamanda, qanunvericilikdə yaşayış yerini dəyişdirmiş şəxsin yeni yaşayış yeri üzrə qeydiyyata alınmalı olması nəzərdə tutulmuşdur. B u istiqamətdə aparılan qiymətləndirmə isə iddiaçının hazırkı tələbində haqlı olması qənaətinə gəlməyə əsas verir. Cavabdeh inzibati orqanın isə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmalarından imtinası əsassız olmuşdur.
10. Həmçinin qeyd etmişdir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə qeydiyyata alına bilərlər.
11. Üçüncü şəxs X7 həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə X8 üçüncü şəxs qismində məhkəmə icraatında iştirakına xitam verilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(104)-124/2024 nömrəli, 18 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər: R.Mamedov /sədrlik edən və məruzəçi/, A.İsgəndərova və A.Bayramov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli qərarı qismən - X8 ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması öhdəliyinin Cavabdehnə üzərinə qoyulması hissəsində ləğv edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
14. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üçüncü şəxslərin iddiaçının mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatda olması iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdırır. Hazırda üçüncü şəxslə r orada yaşamır və onların qeydiyyatı formal xarakter daşıyır. Bu isə iddiaçının mülkiyyət hüququna müdaxilə edilməsinə gətirib çıxarır. Ona görə də iddia tələbi qismən əsaslıdır.
15. Üçüncü şəxs X7 həmin qərardan kassasiya şikayəti verərək, apellyasiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarını qismən - (Hüseynov İmamqulu Məhəmməd oğlunun və X7nun ünvan 5 ünvanında yerləşən evdən çıxarılması hissəsində) ləğv edərək icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Üçüncü şəxs T.İ.Hüseynovun kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi səhvə münasibət bildirmədən yenə də qərarda heç bir əsas olmada n iddianın 4 iddiaçı tərəfindən irəli sürüldüyünü bildirir. Ancaq qərarda iddianın yalnız bir iddiaçı (İddiaçı1) tərəfindən verildiyi müəyyən olunur. Qeyd edilən digər iddiaçılar (İddiaçı2, X9 və X5) nə iddia ərizəsini imzalamış, nədə ki, məhkəmə prosesində özləri və ya səlahiyyətli nümayəndələri iştirak etmişdir. Təəssüflər olsun ki, bununla bağlı apellyasiya şikayətindəki qeyddə münasibətsiz qalmışdır.
17. Məhkəmə kollegiyası ünvan 5 ünvanında yerləşən evin paylı mülkiyyətdə (İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), X9 (1/4 hissə) və X2 (1/4 hissə)) olmasını təsdiq edir. Təəssüflər olsun ki, məhkəmələr daşınmaz əmlakın ünvanını belə düz qeyd etmirlər əmlak Tovuz şəhərində yerləşir!
18. Lakin məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 215.1-ci maddəsinin tələbl ərini inkar edir. Belə ki, həmin maddəyə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Bundan əlavə həmin Məcəllənin 215.5-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya dair sərəncam verilməsi əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir. Odur ki, bu cür iddia yalnız bütün payçıların razılığı əsasında həyata keçirilə bilər. Göründüyü kimi məhkəmə kollegiyası lazım olan maddi normanın tətbiqindən yan keçir və iddianın səlahiyyətli olmayan şəxs tərəfindən verildiyini inkar edir.
19. Ən önəmli məsələlərdən biridə məhkəmə kollegiyasının evdən çıxarılma ilə ünvan qeydiyyatından çıxarılmanı fərqləndirməməsidir. B elə ki, 70 ildən artıq müddətdir ki, ünvan 5 ünvanında iki fərdi yaşayış evi yerləşir və həmin evlərdə yaşayan şəxslər qeyd olunan ünvanda qeydiyyatdadırlar. Yəni həm iddiaçılar öz yaşayış evlərində, həmçinin üçüncü şəxslər öz yaşayış evlərində ünvan 5 ünvanında qeydiyyatda olmuşlar. Belə olan halda üçüncü şəxslərin ünvan 5 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması məntiqsizdir. Belə ki, üçüncü şəxslərin yaşadığı fərdi yaşayış evi heç zaman iddiaçının mülkiyyətində olmayıb, sadəcə ünvan eyni olub.
20. Odur ki, əgər iddiaçı son 30 ildə yaşamadığı fərdi yaşayış evini fərqləndirmək niyyətindədirsə o, özünə yeni ünvan almalı və bununla bu məsələ məhkəmədən kənar həll olunmalıdır. Əksinə iddiaçının bu cür addımları nəticəsində üçüncü şəxslərin hüquqları, o cümlədən Konstitusiyanın 29-cu maddəsi ilə qorunan mülkiyyət hüquqları, pozulmuş olur.
21. Göründüyü kimi, iddiaçının iddia etdiyi tələb üçüncü şəxslərin 40 il ərzində qeydiyyatda olduqları fərdi yaşayış evinə hüquqlarına xitam verməsi tələbidir ki, bu da mülki xarakterli tələb olmaqla inzibati məhkəmənin səlahiyyətindən kənardır.
22. Odur ki, məhkəmələr tərəfindən aidiyyat qaydaları da kobud şəkildə pozulmuşdur. Mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında da açıq sərgilənir.
23. Bütün yuxarıda göstərilənlərə əsasən üçüncü şəxs T.İ.Hüseynov kassasiya şikayətində, apellyasiya məhkəməsinin xx.xx.2024-c ü il tarixli qərarını qismən (Hüseynov İmamqulu Məhəmməd oğlunun və X7nun ünvan 5 ünvanında yerləşən evdən çıxarılması hissəsində) ləğv edərək icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQU
25. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əm laka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 26. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə
1. Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Maddə
2. Şəxsin yaş ayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə
9. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanların ın məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. 27. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəaları nın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üz rə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
28. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı ba rədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
29. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
30. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
31. Məlum olduğu kimi, İddiaçı1 Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X8 ona məxsus olan əsasən ünvan 1 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
32. Məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə İddiaçı1 sərəncam göndərilərək, fərdi yaşayış evinin paylı mülkiyyətdə olduğu, bu səbəbdən hazırkı iddianı təkbaşına deyil, digər mülkiyyətçilər ilə birgə qaldırmalı olduğu bildirilmiş, iddianı birgə qaldırmaqla, birgə iddiaçılar kimi çıxış etmələri qeyd edilməklə, dəqiqləşdirilmiş iddia ərizəsinin məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.
33. Bundan sonra iddiaçılar İddiaçı1, İddiaçı2, X9 və X5 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, üçüncü şəxslər X7, Hüseynov İmamqulu Məhəmməd oğlu və X8 onların mülkiyyətində olan ünvan 1 ünvanında olan fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə inzib ati məhkəmə icraatına qəbul edilmişdir.
34. Üçüncü şəxs T.İ.İsmayılov bununla bağlı kassasiya şikayətində göstərmişdir ki, “məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarında qeyd etdiyi səhvə münasibət bildirmədən yenə də qərarda heç bir əsas olmadan iddianın 4 iddiaçı tərəfindən irəli sürüldüyünü bildirir. Ancaq qərarda iddianın yalnız bir iddiaçı (İddiaçı1) tərəfindən verildiyi müəyyən olunur. Qeyd edilən digər iddiaçılar (İddiaçı2, X9 və X5) nə iddia ərizəsini imzalamış, nədə ki, məhkəmə prosesində özləri və ya səlahiyyətli nümayəndələri iştirak etmişdir. Təəssüflər olsun ki, bununla bağlı apellyasiya şikayətindəki qeydlərə münasibətsiz qalmışdır”.
35. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs T.İ.Hüseynovun bu dəlili əsassızdır, belə ki, işin 10-11-ci səhifələrində o lan şəxslərin qeydiyyatdan çıxarılmasına dair iddia ərizəsindən bariz şəkildə müəyyən olunur ki, iddia ərizəsi məhkəməyə 4 (dörd) şəxs, yəni İddiaçı1, İddiaçı2, X9 və X5 tərəfindən verilmiş və onların dördü tərəfindən də imzalanmışdır.
36. Başqa sözlə, sözügedən evə payçıların dördü də, hazırkı iddia tələbində öz müsbət iradə ifadələrini bildirmişlər.
37. Eyni zamanda qeyd edilməlidir ki, işin 66-cı səhifəsində olan xx.xx.2023-cü il tarixli, AR-İİİ №033350 saylı etibarnamə ilə İddiaçı2, İbrahim İsmayılov və ilqar İsmayılov, İddiaçı1 onların adından sözügedən məsələ ilə məşğul olmağa dair xx.xx.2024-cü il tarixədək məşğul olmağa səlahiyyət vermişlər.
38. Bununla yanaşı qeyd edilməlidir ki, 3-cü şəxs T.İ.Hüseynov özü nə birinci instansiya, nə də ki, apellyasiya instansiyası məhkəməsində lazı mi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarında ümumiyyətlə iştirak etməmişdir.
39. Azərbaycan Respublikasının İPM-in 62.3-cü maddəsinə görə, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır.
40. Üçüncü şəxs T.İ.Hüseynov kassasiya şikayətində həmçinin yazır ki, “Təəssüflər olsun ki, məhkəmələr daşınmaz əmlakın belə ünvanını düz qeyd etmirlər – Əmlak Tovuz şəhərində yerləşir”.
41. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxs T.İ.Hüseynovun bu dəlili də əsasızdır, belə ki, istər iddia ərizəsində, istər birinci instansiya və apellyasiya instansiyaları məhkəmələrin qərarlarında sözügedən evin ünvanı Tovuz şə həri, Şəhriyar küçəsi, ev 25 olaraq göstərilmişdir.
42. Üçüncü şəxs T.İ.Hüseynovun kassasiya şikayətində Mülki Məcəlləsinin 215.1 və 215.5-ci maddələrinə istinadən göstərdiyi üçüncü dəlil, yuxarıda qeyd edilmiş birinci dəlili ilə, yəni “bu cür iddia yalnız bütün payçıların razılığı əsasında həyata keçirilə bilər”, eynilik təşkil edir.
43. Buna görə də üçüncü dəlil də əsassızdır, belə ki, artıq göstərildiyi kimi, işin 10-11ci səhifələrindəki iddia ərizəsində 4 (dörd) payçının imzaları mövcuddur.
44. Üçüncü şəxs T.İ.Hüseynov kassasiya şikayətində göstərmişdir ki, “üçüncü şəxslərin yaşadığı fərdi yaşayış evi heç zaman iddiaçının mülkiyyətində olmayıb, sadəcə ünvan eyni olub”.
45. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu dəlili əsassızdır, belə ki, işin 5-ci səhifəsində olan Hüquqla rın dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Tovuz şəhəri, 25 ünvanındakı ev xx.xx.2019-cu il tarixdən 4 (dörd) iddiaçıların paylı xüsusi mülkiyyətindədir.
46. Üçüncü şəxs T.İ.Hüseynovun kassasiya şikayətindəki sonuncu dəlili ondan ibarətdir ki, “məhkəmələr tərəfindən aidiyyat qaydaları da kobud şəkildə pozulmuşdur”.
47. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin bu dəlili də əsassızdır, belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mə nzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər.
48. Həmçinin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əml akın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli, **********06-10301 reyestr nömrəli çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 (1/4 hissə), İddiaçı2 (1/4 hissə), X9 (1/4 hissə) və X2 (1/4 hissə) paylı mülkiyyətindədir.
49. İş materiallarına əlavə edilmiş, Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli arayışından görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X7, xx.xx.1941-ci il təvəllüdlü Hüseynov İmamqulu Məhəmməd oğlu və xx.xx.1945-ci il təvəllüdlü X3 rayonu, Şəhriyar küçəsi, ev 25 ünvanında qeydiyyatdadırlar.
50. Bununla yanaşı Qaraxanlı Kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən məhkəməyə göndərilmiş 5-79-36/2/41 saylı, xx.xx.2023-cü il tarixli və Tovuz Rayonu Qaraxa nlı Bələdiyyəsinin 16 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Hüseynov İmamqulu Məhəmməd oğlu, X12 və X7 hal-hazırda Qaraxanlı kəndində qeydiyyatda deyillər. Adları qeyd olunan şəxslər Hüseynov İmamqulu Məhəmməd oğlunun anası mərhum X4 məxsus olan Tovuz rayon Qaraxanlı kəndində yerləşən fərdi yaşayış evində uzun müddət yaşamışlar. X1 xx.xx.2017-ci ildə vəfat etdikdən sonra həmin evdə daimi olaraq heç kim yaşamır (məktublar olduğu kimi qeyd edilib).
51. Həmin məktubların qeyd hissəsində bildirilmişdir ki, X12 xx.xx.2023-cü il tarixdə vəfat etmiş və Tovuz rayon Qaraxanlı kənd qəbiristanlığında dəfn olunmuşdur.
52. Həmçinin elektron məhkəmə informasiya sistemindən X10 dair əldə edilmiş məlumatlardan da görünür ki, o, xx.xx.2023-cü il tarixdə ölmüşdür.
53. Apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 3-cü şəxslər ünvan 5 evində hazırda orada yaşamır və onların qeydiyyatı formal xarakter daşıyır. Bu isə iddiaçının mülkiyyət hüququna müdaxilə edilməsinə gətirib çıxarır.
54. Belə ki, üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək mülkiyyətçinin həmin əmlaka dair qanundan irəli gələn sərəncam hüququnun tərkib hissəsidir.
55. Çünki şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur.
56. Həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər.
57. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya məhkəməsinin inzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Üçüncü şəxs X7nun kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 18 yanvar 2024-cü il tarixli, 2-1(104)-124/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.