Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1391/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının İddiaçı cavabdeh Təhsil Nazirliyinəqarşı iş üzrə QƏRAR Giriş hissə: Hakimlər: Zakir Quliyev - sədrlik edən və məruzəçi hakim, Nigar Rəsulbəyova, İlqar Hüseynovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Natiq Abbasovun, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı imtahana buraxılma öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 11 dekabr 2018-ciu il tarixli, 2-1(103)-2630/18 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə 17 aprel 2019-cu il tari xdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Təhsil Nazirliyinə qarşı Təhsil Nazirliyi Günəş Assosiyasiyası və X1r Kolleci tərəfindən adına yazılmış AH seriyalı, 000085 nömrəli diplom blankının dövlət nümunəli olmasının cavabdeh tərəfindən tanınması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) müraciət etmişdir. Birinci instansiya məhkəməsinin 16.08.2018-ci il tarixli iş № 2-1(82)-3500/2018, (sədrlik edən hakim E.Mustafayev) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 16.08.2018-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra mətndə apelyasiya instansiyası məhkəməsi) 11.12.2018-ci il tarixli iş № 2-1(103)-2630/2018 (hakimlər E.Nağıyeva - sədrlik edən və məruzəçi, H.Həmidovvə V.Baxışova) qərardadı ilə apelyasiya şikayətinin qismən təmin edilməsi, birinci instansiya məhkəməsinin 16.08.2018-ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının iddiasının mümkün sayılmaması qərara alınmışdır. Kasasiya şikayətinin dəlilləri: İddiaçı kasasiya şikayətini onunla əsaslandırmışdır ki,apelyasiya instansiyası məhkəməsi öz qərardadının əsaslandırıcı hissəsində ona istinad etmişdir ki, apelyator öz şikayətində iddiaçının 1992–1994-cü illərdə iki il təhsil aldığı və dövlət nəzdində o lan Azərbaycan Respublikası X1r Kollecinin diplomunun dövlət nümunəli sənəd olmamasını qeyd etmişdir. Halbuki məhkəmə nəzərə almalı idi ki, Azərbaycan Respublikası Pedaqoji Elmlər İnstitutu dövlət müəssisəsidir. Hazırki adı Azərbaycan Respublikası Pedaqoji Universitetinə dəyişdirilmişdir. Qeyd edilən kollec (gimnaziya) institutun nəzdində olan texnikum tipli, yeni standartlara uyğunlaşdırılaraq kollec adlandırılmış təhsil müəssisəsi olmuşdur.Həmçinin apelyasiya instansiyası məhkəməsi guya iş materiallarında iddiaçının cavabdehə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün müraciətinin olmadığından dolayı birinci instansiya məhkəməsi işin icraata götürülməsinin mümkünsüz hesab etməli olduğu halda işə mahiyyəti üzrə baxıb nəticə verdiyini və iddianın təmin olunması ilə bağlı qərar çıxardığını da vurğulamışdır. Halbuki, apelyasiya instansiya məhkəməsinin qərardadında göstərilmiş bu xüsus da əsassızdır. Faktiki olaraq iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinə rəsmi qaydada ərizə ilə müraciət etmiş və onun müraciətinə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 13 iyul 2018-ci il tarixli, İ-3272/05-24 saylı məktubla cavab verilmiş və həmin məktub da 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-1(82)-3500/2018 saylı qərarının ikinci səhifəsinin 8-ci abzasında iş materiallarına əlavə olunmuş sübutların siyahısında göstərilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi işə baxarkən sübutun 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin Qərarında göstərilmiş olduğunu nəzərə almamış və sübutu qiymətləndirməli olduğu halda bunu etməmiş, bununla da prosessual normaları pozmuşdur.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə istinad edən apelyasiya instansiyası maddəni qeyd edərək bildirir ki, Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddənin məzmunundan göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkətsizliyi iddianın mümkün sayılması üçün kifayətdir. Halbuki, apelyasiya instansiya məhkəməs i hazirkı normaya istinad etmiş, lakin düzgün təfsir etməyərək yanlış nəticəyə gəlmişdir ki, bu da prosessual normanın pozuntusudur.Bütün yuxarıda göstərilənlərə əsasən iddiaçı kasasiya şikayətində Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2630/2018 saylı qərardadının ləğv edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-1(82)-3500/2018 saylı qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil kasasiya şikayətində qeyd edilənlərə uyğun çıxış edərək bildirmişdir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işə baxarkən maddi və prosessual hüquq normalarının pozulmasına yol vermiş və bunun nəticəs ində qanuna uyğun olmayan qərardad qəbul edilmişdir. Bu səbəbdən də o, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2630/2018 saylı qərardadının ləğv edilməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-1(82)-3500/2018 saylı qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı da, onun vəkili Vəkil çıxışına uyğun izahat verərək, kasasiya şikayətinin təmin edilməsini, iş üzrə apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2630/2018 saylı qərardadının ləğv edilməsi və 2 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli, 2-1(82)-3500/2018 saylı qərarının qüvvədə saxlanılması barədə qərarın qəbul edilməsiniAli Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasından xahiş etmişdir. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün işə onun iştirakı olmadan baxılmışdır. Əsaslandırıcı hissə: Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçı və vəkilinin izahat və çıxışını dinləyərək, işin faktiki hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edir ki, aşağıda qeyd olunanları nəzərə alaraq iş üzrə cavabdehin kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərarın dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası Azərbaycan Respublikası İPM-nin 91-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kasasiya instansiyası məhkəməsi baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında tətbiq olunmasına əsaslanıb, apelyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib-edilməməsini də yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsi hazırki iş üzrə qəbul etdiyi 11 dekabr 2018-ci il tarixli, 2-1(103)-2630/2018 saylı qərardadla, Azərbaycan Respublikası Təhsil Nazirliyinin apelyasiya şikayətinin qismən təmin edilməsi, 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 16 avqust 2018-ci il tarixli qərarının ləğv edilməsi, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması barədə iddiasının mümkün sayılmaması qənaətinə gələrkən İnzibati Prosessual Məcəllənin 35.1, 35.3, 39.1-ci maddələrinə əsaslanmışdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərardadı və qərardaddan iddiaçının verdiyi kasasiya şikayətinin dəlilləri ilə əlaqədar olaraq ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının hazırkı iddiasının mümkün sayılmamasının yeganə səbəbi iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması barədə tələblə cavabdehə müraciət etməməsidir. Belə ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, iddiaçı əvvəlcə Günəş Assosiasiyası və X1r Kolleci tərəfindən adına yazılmış AH seriyalı, 000085 nömrəli diplom blankının dövlət nümunəli olmasının cavabdeh tərəfindən tanınması barədə iddia ilə məhkəmə müraciət etmiş, sonradan iddia tələbini dəqiqləşdirərək iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi t ərəfindən müəyyən edilmişdir ki, cavabdehin 13 iyul 2018-ci il tarixli məktubunda iddiaçının 09 iyul 2018-ci il tarixli məktubuna cavab olaraq bildirilmişdir ki, iddiaçının adına yazılmış “Günəş” Assosiasiyası və X1r Kollecinin AH seriyalı, 000085 nömrəli təhsil sənədinin dövlət nümunəli olmadığı müəyyən edilmişdir. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan şəxslərin iştirakına icazə verilir. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, məktubdan iddiaçının ilkin iddia ərizəsində göstərilmiş, yoxsa dəqiqləşdirmə barədə ərizədəki tələblə cavabdehə müraciət etdiyi müəyyən edilmir. Bununla əlaqədar apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə iclasında iddiaçıya cavabdehə müraciət məktubunun surətinin təqdim edilməsi təklif edilsə də, o, həmin məktubu təqdim edə bilməmişdir. Bu səbəbdən də apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçının iddiada göstərilmiş tələblə cavabdehə müraciət etməsi iş materialları ilə müəyyən edilmədiyi üçün iddia mümkün hesab edilə bilməz. Bununla əlaqədar olaraq məhkəmə kollegiyası qeyd edir ki, həqiqətən iddiaçının ilkin iddiası Azərbaycan Respublikası Təhsil Nazirliyi Günəş Assosiasiyası və X1r Kolleci tərəfindən onun adına yazılmış AH seriyalı 000085 nömrəli diplom blankının dövlət nümunəli olmasının cavabdeh tərəfindən tanınması barədə olmuş və iddiaçı tərəfindən bu məzmunda da cavabdehə yazılı surətdə müraciət edilmiş, cavabdeh həmin müraciətə 13 iyul 2018-ci il tarixli imtina məktubu vermişdir. Burada qeyd e dilməlidir ki, iş birinci instansiya məhkəməsinin icraatında olarkən iddiaçı “iddia ərizəsinə dəqiqləşdirmə” adlı 08 avqust 2018-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək tələbini dəyişdirərək “iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanına buraxılması” kimi göstərmişdir. Lakin nəzərə alaraq ki, iddiaçı iddia tələbini dəyişdirmişdir, onun bu yeni tələblə sözügedən mübahisə “məcburetmə haqqında iddia”dır (İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsi) cavabdehə məhkəmədən öncə müraciət etməsi qanuna mütləq şərtdir ki, iddiaçının həmin məzmunda cavabdehə yazılı müraciət etməsi olmamışdır. Başqa sözlə, iddiaçı sözügedən yeni tələblə cavabdehə yazılı şəkildə müraciət etməklə, cavabdehin verdiyi cavabından asılı olaraq məhkəməyə yenidən iddia i lə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh edilənləri və İnzibati Prosessual Məcəllənin 68, 69 və 96.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 dekabr 2018-ci il tarixli, 21(103)-2630/2018 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim Zakir Quliyev.
Məhkəmə qərarları › İş №2-1(102)-1391/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1391/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver