Məhkəmə qərarları › İş №2-1(102)-1391/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1391/2023

05.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1391/2023 05.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzil uçotuna götürülmə; mənzil kirayə xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “4 nəfər ailə üzvü ilə birgə hərbi qulluqçu kimi mənzil uçotuna götürülməsi və mənzil kirayə xərclərinin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İn zibati Kollegiyasının 8 fevral N0N3-cü il tarixli, N-1(103)-571/N0N3 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 188 saylı xx.xx.N0N1-ci il tarixli arayışına əsasən, iddiaçı xx.xx.1993-cü ildən xx.xx.1997-ci ilədək müdavim olmuş, xx.xx.1997-ci ildən xx.xx.N0N1-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.N0N1-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. xx.xx.N0N1-ci il tar ixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsində hərbi qeydiyyatdadır.

2. Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin N saylı xx.xx.N0N1-ci il tarixli əmrindən çıxarışa əsasən, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq şəxsi heyət üzrə şöbə rəisinin müavini polkovnikleytenant İddiaçı vəzifəsindən azad olunmaqla, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün N9 mart N0N1-ci il tarixdən N9 iyun N0N1-ci il tarixədək 90 (doxsan) gün müddətinə növbəti məzuniyyət verilməklə, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmiş, N9 iyun N0N1-ci il tarixdə n şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmış hesab edilmiş, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Xətai rayon idarəsinə göndərilməsi qərara alınmışdır. Polkovnik-leytenant İddiaçı N9 mart N0N1-ci il tarixə xidmət illəri təqvimi - N9 il 5 ay 5 gün, güzəştli - 8 il N ay 1 gün, cəmi isə 37 il 11 ay 4 gün kimi müəyyən olunmuşdur. 3. 3M-51 reyestr nömrəli xx.xx.N0N1-cu il tarixli mənzillərin, evlərin (bağların) müvəqqəti istifadəyə verilməsi müqaviləsinə (kirayə müqaviləsi) əsasən XN ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 107.7 kv.m olan mənzili 10 il müddətinə iddiaçıya kirayəyə vermişdir.

4. İddiaçı hərbi qulluqçu kimi cavabdeh inzibati orqan tərəfindən mənzil uçotuna götür ülməsi və mənzil kirayə xərclərinin ona ödənilməli olmasına istinad edərək cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina edilmişdir. Cavabdehin xx.xx.N0N1-ci il tarixli, Ə-N8N068 nömrəli məktubunda imtina səbəbi onunla əsaslandırılmışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon İdarəsinin 188 saylı xx.xx.N0N1-ci il tarixli arayışında iddiaçının xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılması qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 4 nəfər ailə tərkibi (özü, arvadı, qızı v ə oğlu) ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və N0N1-ci ilin sentyabr ayından etibarən mənzil sahəsi verilənədək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay ona və ailə üzvlərinə kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1990-cı ildən 199N-ci il tarixədək Sovet ordusu sıralarında müddətli həqiqi hərbi xidmətini başa vurmuş, xx.xx.1993-cü il tarixindən xx.xx.N0N1-ci il tarixədək Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmət keçmiş, hərbi xidmət müddəti təqvim illəri ilə N9 il 5 ay hesablanmışdır. Dövlət Sərhəd Xidmətinin rəisinin xx.xx.N0N1-ci il tarixli 538 ş/h saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 41.0.6-cı maddəsi ilə (xidməti uyğunsuzlu ğa görə) polkovnik-leytenant hərbi rütbəsi ilə Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Hazırda Azərbaycan Respublikası SHXÇ DX-nin Bakı şəhəri Xətai rayon idarəsində hərbi qeydiyyatdadır. Hərbi qulluqçu kimi mənzil növbəsinə qəbul edilməsi ilə bağlı cavabdehə ünvanladığı ərizəyə cavab olaraq xx.xx.N0N1-ci il tarixli, Ə-N8N068 saylı məktubla xahişini təmin etməyin mümkün olmadığı bildirilmişdir. Hesab edir ki, cavabdehin imtinası “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununa ziddir. Belə ki, qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Sərhəd Qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində həqiqi hərbi xidmətdə olan Azə rbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Onun Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmasının səbəbi hərbi qulluqçu kimi müvafiq imtiyazlardan istifadə etmək hüququnu məhdudlaşdıra bilməz. Hazırda ailə üzvləri ilə birlikdə (N azyaşlı övladı) ünvan 1 ünvanında kirayədə yaşayır.

7. Cavabdehin məhkəməyə təqdim etdiyi xx.xx.N0NN-ci il tarixli iddiaya yazılı münasibətində göstərilmişdir ki, iddiaçı ərizə ilə rayon İcra Hakimiyyətinə müraciət edərək ehtiyatda olan zabit kimi yaşayış yeri üzrə güzəştli mənzil növbəsinə götürülməsini xahiş etmişdir. İddiaçının təqdim etdiyi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin xx.xx.N0N1-ci il tarixli, 188 nömrəli a rayışına əsasən o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) əsasən xidmətdən tərxis olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsinin 7-ci bəndinə əsasən yaşa, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulmuş hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ilindən az olmayan müddətini Azərbaycan Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələ ri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. Cavabdeh qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Bakı İnzibati Məhkəməsinin (hakim S.İ.Salahova) 1 iyul N0NN-ci il tarixli, N1(11N)-6867/N0NN nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçının 4 (dörd) nəfər ailə tərkibi (özü, arvadı, oğlu və qızı) ilə birlikdə hərbi qulluqçu kimi yaşayış sahəsinə ehtiyacı olan qismində uçota götürülməsi və mənzil kirayəsi xərclərinin ödənilməsi məqsədilə mənzil sahəsi alanadək hər ay iddiaçıya və onun ailə üzvlərinə kompensasiya ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin N-ci hissəsinə əsasən, hərbi qulluqçunun yaşayış sahəsi ilə təmin olunması, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilməsi üçün iki şərt tələb olunur: 1) 15 təqvim ili və daha çox xidmət etməsi; N) yaşayış sahəsinin olmaması.

10. İşdən görünür ki, iddiaçının 15 ildən artıq hərbi xidmət müddəti mövcuddur. İşin sadalanan halları ilə iddiaçının və onunla birlikdə yaşayan ailə üzvlərinin mülkiyyətində hər hansı bir daşınmaz əmlakın olması müəyyən edilmir (iddiaçı mülkiyyətində olan əmlakı N009-cu ildə satmış, Mənzil Məcəlləsinin 5N-ci maddəsinə əsasən həmin tarixdən 5 ildən artıq müddət keçmişdir). Deməli, iddiaçı yaşayış sahəsi olmayan, yəni yaşayış sahəsinə ehtiyacı olan şəxsə aiddir. Belə olan halda aydın olur ki, iddiaçı hərbi qulluqçu kimi yaşayış sahəsi ilə təmin olunmaq, buna qədər isə mənzil sahəsinə ehtiyacı olanların siyahısına daxil edilmək üçün qanunla tələb olunan bütün şərtləri ödəmişdir.

11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: X.A.Cəmilova /sədrlik edən və məruzəçi/, A.P.Oruczadə və R.Ə.Səmədov) 8 fevral N0N3-cü il tarixli, N1(103)-571/N0N3 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 1 iyul N0NN-ci il tarixli, N-1(11N)-6867/N0NN nömrəli qərarı ləğv edilmiş, iddia təmin olunmamışdır.

13. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, qanunvericiliyin normalarına ə sasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən ehtiyata buraxılmalarına səbəb olan halları iki qrupa ayırmaq olar. Birinci qrup, hərbi qulluqçuların onlardan asılı olmayan səbəblərdən ehtiyata buraxılmasını şərtləndirən hallardır ki, bura xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla), yaşa görə - həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda, xəstəliyə görə - hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; ştatların ixtisarına görə - ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), qadınların ailə vəziyyətinə görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma kimi hallar aiddir. İkinci qrupa isə hərbi qulluqçunu n öz hərəkətləri səbəbindən və ya arzusu ilə ehtiyata buraxılma halları aiddir. Bu isə xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla), törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə, yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlə rin öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarını ehtiva edir.

14. Göründüyü kimi, qanunverici zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi alana kimi kirayə haqqı və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir. Yəni, öz arzusu və ya yol vermiş olduğu qanunazidd hərəkətlər (xidməti uyğunsuzluq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edilmə və s.) səbəbindən həqiqi hərbi xidmətdən ehtiyata buraxılma hallarında hərbi qulluqçuların yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilməsi nəzərdə tutulmamışdır. İddiaçı polkovnik-leytenant rütbəsində xidmət etmiş zabit heyətinə aid hərbi qulluqçu olmaqla “xidməti uyğunsuzluğa görə” ehtiyata buraxılmışdır. Buna görə də məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə baxarkən bu qərarın əsaslandırıcı hissəsində göstərilən məsələləri yoxlamadan gəldiyi nəticə düzgün olmamışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

16. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil edir. İddiaçı kassasiya şikayətində əlavə olaraq qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə nəticəsi düzgün olmamışdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərb aycan Respublikası Qanununun 9.5-ci və 9.5.1-ci maddələrinin tələblərinə əsasən, hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin 7-ci bəndində bildirilir ki, yaşına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqa nının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Sadalanan qanunverici normalarının tələbləri onu deməyə əsas verir ki, onun pensiya hüququ hərbi qulluqçu kimi yaşa görədir və yaşına görə ehtiyata, istefaya buraxılmış şəxs olaraq yaşayış sahəsi ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilmək haqqı var. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 18. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

41. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığın a görə (kadr zabitləri istisna olmaqla); 41.0.N. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhr um edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və “Azərbaycan Respublikası Silahlı X1”nin 61-ci bəndinin “z)” yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) və ya ömürlük azadlıqdan məhrumetmə növündə cəzalara məhkum edildikdə (bu Qanunun 4N.0.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. 19. “Hərbi qulluqçuların statusu ha qqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1N. Hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin olunmaq hüququ... N. Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənzili müəyyən edilmiş qaydad a təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri kündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ix tisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tiki ntisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər. Hərbi xidmət vəzifələrinin icrası ilə əlaqədar əlilliyi müəyyən edilmiş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir....

20. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə: 147.... Yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilirlər. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularmı bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün torpaqla "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikası Qanununun 1Nci maddəsində göstərilmiş qaydada təmin edirlər....

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1N. İşin hallarının araşdırılması prin sipi 1N.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qəra rının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 13N.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.N. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılar ına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikay ət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümk ünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

28. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

29. İddiaçı kassasiya şikayətində qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.5.1-ci maddəsinin tələbinə (hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır) əsasən yaşa görə əmək pensiyası alır. Onun pensiya hüququ hərbi qulluqçu kimi yaşa görədir və yaşına görə ehtiyata, istefaya buraxılmış şəxs olaraq yaşayış sahəsi ilə (yaşayış sahəsi alanadək kirayə haqqı il ə) təmin edilmək haqqı var.

30. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi qulluqçuya yaşa əmək pensiyasının təyin edilməsi ilə ehtiyata buraxılmış hərbi qulluqçunun yaşayış sahəsi (yaşayış sahəsi alana kimi isə kirayə haqqı) ilə təmin edilməsi bir-birindən fərqli maddi hüquq normaları ilə tənzimlənir. 31. “Əmək pensiyaları haqqında” Qanunun 4.1-ci maddəsinə əsasən, əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası.

32. Göründüyü kimi, iddiaçı ehtiyata buraxılmış hərbi qulluqçu kimi “Əmək pensiyaları haqqında” Qanunun 9.5-ci maddəsinin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ yarandıqda bu pensiyanın növü “yaşa görə əmək pensiyası” olacaqdır.

33. Bu hal iddiaçının yaşa görə ehtiyata və ya istefaya buraxılmasını təsdiq edən hal deyil. Belə ki, hazırkı qərarın 18-ci bəndində qeyd edilən maddi hüquq normasında həqiqi hərbi xidmətdən ehtiyata buraxılma halları sadalanmışdır.

34. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının N nömrəli hərbi hissə komandirinin N saylı xx.xx.N0N1-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidmətə uyğunsuzluğa görə) müvafiq olaraq, Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmiş, N9 iyun N0N1-ci il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmış hesab edilmişdir.

35. Qeyd edilən əmrin ləğv edilməsi, dəyişdirilməsi və ya iddiaçı tərəfindən mü bahisələndirilməsi işin halları ilə müəyyən olunmur. İddiaçı da həmin əmrin ləğv edilməsi və ya dəyişdirilməsi ilə bağlı hər hansı tələb irəli sürməmişdir.

36. Ona görə də, iddiaçının aldığı yaşa görə əmək pensiyasına istinad etməklə yaşa görə ehtiyata, istefaya buraxılması barədə kassasiya şikayətinin dəlili əsassızdır.

37. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticəni əsaslandırarkən qeyd etmişdir ki, hazırkı qərarın 19-cu bəndində qeyd edilən maddi hüquq norması zabit heyətinə münasibətdə ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yaşayış sahəsi (yaşayış sahəsi alana kimi kirayə haqqı) və s. ilə təmin edilməsini yalnız hərbi qulluqçunun iradəsindən asılı olmayan səbəblərdən ehtiyata buraxılması halları ilə şərtləndirmişdir.

38. Apellyasiya instansiyası məhkəməs inin gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası göstərir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1N-ci maddəsində hərbi qulluqçuların yaşayış sahəsi (yaşayış sahəsi alana kimi kirayə haqqı) və s. ilə təmin edilməsinin əsas şərti kimi onların birmənalı şəkildə “yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmalı” olması qeyd edilmişdir. Bu da, öz növbəsində həqiqi hərbi xidmətdən ehtiyata buraxılma halları ilə bağlı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.N, 41.0.3, 41.0.4 və 41.0.5-ci maddələrini ehtiva edir.

39. İddiaçının ehtiyata buraxılması barədə əmrdə isə ehtiyata buraxılmanın əsası kimi “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublik ası Qanununun 41.0.6cı maddəsi (xidmətə uyğunsuzluğa görə) qeyd edilmişdir.

40. Bundan başqa, nəzərə almaq lazımdır ki, hazırkı qərarın 13-14-cü bəndlərində qeyd edilən apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1N-ci maddəsinin N və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust N01N-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 iyul N0NN-ci il tarixli qərardadında qeyd edilən hüquqi mövqeyə uyğun olmuşdur.

41. Apellyasiya məhkəməsi mübahisə nin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 8 fevral N0N3-cü il tarixli, N1(103)-571/N0N3 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar