Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1391/2024 25.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının yenidən hesablanması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının yol verdiyi yanlışlığın aradan qaldırılması, sığorta və yığım hissələri üzrə ona çatası 165 manat (hər ay üçün) pensiya kapitalına əlavə edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2-1(104)-438/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək hərbi xidmət dövrü, xx.xx.1965-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarix dən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi dövr üzrə ümumilikdə, xx.xx.2006-cı il tarixədək iş stajı 38 il 9 ay 8 gün təşkil edir. İddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyasının məbləği həmin sığorta stajına əsasən fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 6591,27 manat təşkil etmişdir. İddiaçının 2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 11649,24 manat, xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının 2012-ci il tarixinə indeksləşdirilmiş məbləği 3113,28 manat təşkil etmişdir.
2. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2006-cı il tarixədək 38 il 9 ay 8 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4559,06 manat və xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 3952,31 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış, əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 482,89 manat müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçının pensiyası yenidən hesablanarkən xx. xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 866,79 manat pensiya kapitalı heç bir əsas olmadan təkrar hesablanaraq pensiyasının üzərinə 12,03 manat sığorta hissəsi əlavə edilmiş və pensiyanın aylıq məbləği 316,07 manata çatdırıldığı üçün iddiaçının əmək pensiyasında artıq ödənilmiş məbləğ aşkar edilmişdir.
3. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli məktublarla imtina edərək bildirmişdir ki, iddiaçının yaşa görə əmək pensiyasının məbləği qanunvericiliyin tələblərinə uyğun hesablanmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehə qarşı iddia ərizə si ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 18 saylı Regional Ərazi Filialının yol verdiyi yanlışlığın aradan qaldırılması, sığorta və yığım hissələri üzrə ona çatası 165 manat (hər ay üçün) pensiya kapitalına əlavə olunmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 2012-ci ildə yaşa görə 187,51 məbləğində əmək pensiyası təyin edilmişdir. Keçən dövr ərzində əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin bir neçə sərəncamına əsasən əmək pensiyalarının məbləği artırılmışdır. Hal-hazırda hər ay 463,93 manat əmək pensiyası alır. Ancaq vaxtında real dəqiqləşdirmə aparılmadığında n pensiyasının sığorta hissəsində xeyli, 165 manat azalma baş vermişdir.
6. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/239 nömrəli ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixdən 482,89 manat müəyyən edilib və əlavə olaraq, xx.xx.2018-ci il tarixində onun pensiyası yenidən hesablanarkən xx.xx.2009-сu il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 866,79 manat pensiya kapitalı heç bir əsas olmadan təkrar hesablanaraq pensiyasının üzərinə 866,79:72=12,03 manat sığorta hissəsi əlavə edilmiş və aylıq məbləğ 304,04+12,03=316,07 manata çatdırıldığı üçün onun əmək pensiyasında artıq ödənilmiş məbləğ aşkar edilmişdir.
7. G əncə İnzibati Məhkəməsinin (hakim: E.T.Axundov) 05 aprel 2023-cü il tarixli, 21(114)-60/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iş stajının təsdiq edən sənədlərə əsasən, onun xx.xx.2006-cı il tarixədək 38 il 9 ay 8 gün sığorta stajı var. İddiaçının xx.xx.2022-ci il tarixli ərizəsi əsasında xx.xx.2006-cı il tarixədək 38 il 9 ay 8 gün sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4559,06 manat və xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 3952,31 manat pensiya kapitalına əsasən əmək pensiyası yenidən hesablanmış və əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 482,89 manat müəyyən edilmişdir. Həmçinin, iş üzrə keçirilmiş məhkəmə-m ühasibatlıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/239 nömrəli rəyindən də müəyyən olunur ki, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2023-cü il tarixindən 482,89 manat müəyyən edilib və əlavə olaraq, xx.xx.2018-ci il tarixində onun pensiyası yenidən hesablanarkən xx.xx.2009-сu il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 866,79 manat pensiya kapitalı heç bir əsas olmadan təkrar hesablanaraq pensiyasının üzərinə 866,79:72=12,03 manat sığorta hissəsi əlavə edilmiş və pensiyanın aylıq məbləği 304,04+12,03=316,07 manata çatdırıldığı üçün onun əmək pensiyasında artıq ödənilmiş məbləğ aşkar edilmişdir. Göründüyü kimi, inzibati orqan tərəfindən iddiaçının pensiya kapitalı düzgün hesablanmışdır.
9. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
10. İşin məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-171/2-181568/2023 saylı mütəxəssis rəyindən görünür ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilmiş hərbi biletin surətinə əsasən, xx.xx.1968-ci il tarixdən xx.xx.1970-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən, xx.xx.1965-ci il tarixdən xx.xx.1968-ci il tarixədək, xx.xx.19 70-ci il tarixdən xx.xx.1972-ci il tarixədək, xx.xx.1972-ci il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək, xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1975-ci il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.2006-cı il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə, xx.xx.2006-cı il tarixədək 38 il 9 ay 8 gün ümumi iş stajına və xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3113,28 manat pensiya kapitalına əsasən hesablanmışdır. İddiaçının xx.xx.2006-cı il tarixədək 38 il 9 ay 8 gün ümumi iş stajına əsasən pensiya kapitalı pensiya yaşına çat dığı xx.xx.2012-ci il tarixə (38+(9+8/30gün)/12ay)x170=6591,27 manat təşkil edir. Buna görə iddiaçının xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2012-ci il tarixə indeksləşdirilmiş məbləği 11649,24 manat təşkil edir - iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2012-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının xx.xx.2012-ci il tarixə indeksləşdirilmiş məbləği 3113,28 manat təşkil edir. Beləliklə, iddiaçının əmək pensiyasının sığorta hissəsinin məbləği 102,51 manat təşkil etmişdir (11649,24 manat + 3113,28 manat =14762,52/144=102,51 manat). Əmək pensiyasının ümumi məbləği: xx.xx.2012 - 80,89+21,62+85 (baza hissə) = 187,51 xx.xx.2013 - 102,51+102,51x1,1%+85 (baza hissə) = 188,64 xx.xx.2013 - 10 3,64+100 (baza hissə) = 203,64 xx.xx.2014 - 103,64+103,64x2,4%+100 (baza hissə) = 206,13 xx.xx.2015 - 106,13+106,13x1,4% +100 (baza hissə) = 207,62 xx.xx.2016 - 107,62+107,62x4%+100 (baza hissə) = 211,92 xx.xx.2016 - 111,92+110 (baza hissə) = 221,92 xx.xx.2017 - 111,92+111,92x12,4%+110 (baza hissə) = 235,80 xx.xx.2018 - 235,80+235,80x5,7% = 249,24.
11. Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 37.3.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan siğorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər isləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə, həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Sözügedən maddəyə əsasən, iddiaçının əmək pensiyasının məbləği xx.xx.2012-ci il tarixindən xx.xx.2018-ci il tarixədək 3945,35 manat pensiya sığorta kapitalı əsasında yenidən hesablanmış (3945,35: 72 = 54,80 manat) və 249,24 manatdan 304,04 manata çatdırılmışdır. İddiaçının xx.xx.2018-ci il tarixli ərizəsinə əsasən əmək pensiyasının məbləği Fondun keçmiş Gəncə şəhəri Nizami rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 885,79 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmış (866,79: 72 = 12,03 manat) və xx.xx.2018-ci il tarixdən 316,07 manata çatdırılmışdır. Göründüyü kimi, iddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 80% artırılmaqla qeydə alınmış 866,79 manat pensiya kapitalı əmək pensiyası hüququnun yarandığı tarixdən əvvələ aid olsa da, 72-yə bölünərək pensiyanın sığorta hissəsinin üzərinə əlavə edilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 3% indeksləşdirilməklə 325,55 manata, xx.xx.2020-ci il tarixdən 16,6% indeksləşdirilməklə 379,59 manata, xx.xx.2021-ci il tarixdən 11,4% indeksləşdirilməklə 422,87 manata çatdırılmışdır. İddiaçının xx.xx.2021-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeydə alınmış 3158,06 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmış və 463,93 manata çatdırılmışdır. İddiaçının Mərkəzi Filiala daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasının məbləği yenidən hesablanmış və xx.xx.2018-ci il tarixli hesablanma nəticəsində artıq ödənilmiş vəsait onun əmək pensiyasının sığorta hissəsindən çıxılmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək istifadə olunmamış 81,36 manat pensiya kapitalı nəzərə alınmaqla (8 1,36:72 = 1,13 manat) xx.xx.2020-ci il tarixdən (qanunvericiliyə əsasən çoxu üç il əvvələ olmaqla) yenidən hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan istifadə olunmamış 344,88 manat pensiya kapitalına (344,88:72=4,79 manat) əsasən xx.xx.2021ci il tarixindən yenidən hesablanmışdır.
12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 9/6762 nömrəli ekspert rəyindən görünür ki, iddiaçıya pensiyanın təyin olunduğu xx.xx.2012-ci il tarixdən sonuncu hesablama aparılan xx.xx.2023-cü il tarixədək ona hesablanmalı olan pensiya məbləği 561,24 manat məbləğində müəyyən edilir. Yəni, iddiaçıya pensiyanın təyin olunduğu xx.xx. 2012-ci il tarixdən sonuncu hesablama aparılan xx.xx.2023-cü il tarixədək ona hesablanmalı olan pensiyanın təyin edilməsi və yenidən hesablanmasının qanunvericiliyin tələbinə uyğun şəkildə aparıldığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilmişdir.
13. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.V.Bayramov /sədrlik edən və məruzəçi/, R.Z.Mamedov və A.V.İsgəndərova) 28 noyabr il tarixli, 2-1(104)-438/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəb ul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
16. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ona 2012-ci ildən 187,51 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Keçən dövr ərzində əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin bir neçə sərəncamına əsasən əmək pensiyalarının məbləği artırılmışdır. Halhazırda hər ay 463,93 manat əmək pensiyası alır. 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Beynəlxalq Bankının Gəncə filialından verilmiş Əmək pensiyasından çıxarışa əsasən ona hesablanmış məbləğin bank sənədindən aydın görünür ki, iyun ayında ona hesablanmış məbləğ 388 manat olduğu halda 413,64 qəpik göstərilmişdir. Sentyabr ayına 388,85 qəpik göstərilmişdir. Noyabr ayı üçün 370,87 manat göstərilmişdir. Həmin məbləğləri almışdır. Lakin, ikinci ərizə yazdırılaraq, aldatma yolu ilə 72 manat məbləği azaldılmışdır. Onun əlyazma qəbzinin surəti işə əlavə edilmişdir. İddianın predmeti göstərdiyi kimi olmasına baxmayaraq, məhkəmə iddianın formasını qətnamədə başqa cür şərh etmişdir. İşin halının əksini təkzib edən maddi hüquq norması olmamaqla yanaşı, qarşı tərəfdən buna dair heç bir sübut təqdim edilməmişdir. İş materiallarında cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Həm birinci instansiya məhkəməsi və həm də apellyasiya instansiya məhkəməsi cavabdehin dediklərinə əsaslanaraq cavabdehə üstünlük hüququ vermişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh kassasiya şikayətinə etira z verərək apellyasiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1. Hər kəsin sosial təminat hüququ vardır.... instansiyası 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.... 19. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə” Maddə
25. Hər bir insan özünün və ailəsinin sağlamlığı və rifahı üçün, qida, paltar, mənzil, tibbi və zəruri sosial xidmət daxil olmaqla, layiqli həyat səviyyəsinə nail olmaq hüququna, işsizlik, xəstəlik, əlillik, dulluq, qocalıq, yaxud yaşayış vasitələrindən özündən asılı olmayan d igər səbəblərdən məhrum olduğu hallarda təminat hüququna malikdir. 20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu (xx.xx.2017-ci il tarixinədək qüvvədə olan): Maddə
1. Əsas anlayışlar … 1.0.10. pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. … 1.0.12. əmək pensiyasının sığorta hissəsi - əmək pensiyalarının ikinci pilləsi olmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin aylarının sayına nisbəti şəklində hesablanan məbləğdir. 1.0.13. əmək pensiyasının yığım hissəsi - əmək pensiyalarının üçüncü pilləsi olmaqla, fərdi hesabın yığım hissəsində toplanan pensiya kapitalının gözlənilən pensiya ödənişi müddətinin ayların ın sayına nisbəti şəklində hesablanan məbləğdir. … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir. … Maddə 2.2.3. Qanunun 27-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 170 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Maddə 22-1.1. 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. … 22-1.3. Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. … Maddə 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. … Maddə 29.1. Əmək pensiyasının sığorta hissəsi, bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əm ək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. … Maddə
37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları … 37.3.1. Yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud b u maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fak tiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə
58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİY A İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qəra rı).
26. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
27. Qeyd edilməlidir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə hüquqi marağı pensiya kapitalının düzgün hesablanması, başqa sözlə sığorta və yığım hissələri üzrə ona çatası 165 manat (hər ay üçün) pensiya kapitalına əlavə edilməsindən ibarətdir.
28. İşin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən araşdırılması zamanı ekspert və mütəxəssis rəyləri ilə müəyyən edilmişdir ki, iddiaçıya xx.xx.2006-cı il tarixə olan 38 il 09 ay iş stajı və fərdi hesabının sığorta hissəsində xx.xx.2006-xx.xx.2012ci il tarixləri arasında qeydə alınan 3118,49 manat pensiya kapitalı nəzərə alınmaqla hüququ yarandığı xx.xx.2012-ci il tarixdən 187,51 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2012-ci il tarixədək xx.xx.2018-ci il tarixədək qeydə alınmış 4581,36 manat pensiya kapitalı əsasında pensiya məbləği yenidən hesablanmış və xx.xx.2018-ci il tarixdən 307,83 manat müəyyən edilmişdir. Sonradan “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsinin xx.xx.2019-cu il tarixədək qüvvədə olmuş tələblərinə əsasən əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 317,06 manata çatdırılmışdır. Həmin Qanunun 29.1-ci maddəsinin xx.xx.2019-cu il tarixdən qüvvəyə minən tələblərinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq indeksləşdirilməsi ilə əlaqədar pensiyasının məbləği xx.xx.2020-ci il tarixindən 369,69 manata, xx.xx.2021-ci il tarixdən 411,83 manata çatdırılmışdır. Həmin Qanunun 37.3.1-ci maddəsinə əsasən, iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar olaraq xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 3001,78 manat pensiya kapitalına uyğun olaraq pensiyası yenidən hesablanmış və pensiyasının məbləği xx.xx.2021-ci il tarixdən 450,90 manat müəyyən edilmişdir. Həmçinin, Qanunun 29.1-ci maddəsinə əsasən əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi ilə əlaqədar pensiyanın məbləği xx.xx.2022-ci il tarixdən 466,23 manata çatdırılmışdır. İddiaçının xx.xx.2009-cu il tarixdən xx.xx.2011-ci il tarixədək fərdi hesabının sığorta hissəsində 80% artırılmaqla qeydə alınmış 866,79 manat pensiya kapitalı əmək pensiyası hüququnun yarandığı tarixdən əvvələ aid olsa da, 72-yə bölünərək pensiyanın sığorta hissəsinin üzərinə əlavə edilmişdir. İddiaçının əmək pensiyasının məbləği xx.xx.2019-cu il tarixdən 3% indeksləşdirilməklə 325,55 manata, xx.xx.2020-ci il tarixindən 16,6% indeksləşdirilməklə 379,59 manata, xx.xx.2021-ci il tarixindən 11,4% indeksləşdirilməklə 422,87 manat hesablanmışdır. İddiaçının xx.xx.2021ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməsi ilə əlaqədar əmək pensiyasının məbləği fərdi hesabının sığorta hissəsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək qeydə alınmış 3158,06 manat pensiya sığorta kapitalına əsasən yenidən hesablanmış və 463,93 manata çatdırılmışdır. İddiaçının Mərkəzi Filiala daxil olmuş xx.xx.2022-ci il tarixli müraciətinə əsasən əmək pensiyasın ın məbləği yenidən hesablanmış və xx.xx.2018-ci il tarixli hesablanma nəticəsində artıq ödənilmiş vəsait onun əmək pensiyasının sığorta hissəsindən çıxılmışdır. Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək istifadə olunmamış 81,36 manat pensiya kapitalı nəzərə alınmaqla (81,36:72=1,13 manat) xx.xx.2020-ci il tarixdən (qanunvericiliyə əsasən çoxu üç il əvvələ olmaqla) yenidən hesablanmışdır. Həmçinin, iddiaçının əmək pensiyası xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınan istifadə olunmamış 344,88 manat pensiya kapitalına (344,88:72=4,79 manat) əsasən xx.xx.2021ci il tarixindən yenidən hesablanmışdır. İddiaçıya pensiyanın təyin olunduğu xx. xx.2012-ci il tarixdən sonuncu hesablama aparılan xx.xx.2023-cü il tarixədək ona hesablanmalı olan pensiya məbləğinin 561,24 manat məbləğində olduğu müəyyən edilmişdir. İddiaçıya pensiyanın təyin olunduğu xx.xx.2012-ci il tarixdən sonuncu hesablama aparılan tarixədək, yəni xx.xx.2023-cü il tarixədək ona hesablanmalı olan pensiyanın təyin edilməsi və yenidən hesablanmasının qanunvericiliyin tələbinə uyğun şəkildə aparıldığı və hər hansı kənarlaşmaya yol verilmədiyi müəyyən edilmişdir.
29. Göründüyü kimi, istər qanunvericilik normalarının tətbiqi baxımından, istərsə də hesablama baxımından iddiaçıya təyin edilmiş pensiya məbləği cavabdeh inzbati orqan tərəfindən düzgün hesablanmışdır. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iddianın rədd edilməli olması ilə bağlı aşağı instansiya məhk əmələrinin gəldiyi nəticə düzgün olmuşdur.
30. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 noyabr il tarixli, 21(104)-438/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.