Məhkəmə qərarları › İş №2-1(102)-1391/2025

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1391/2025

05.06.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1391/2025 05.06.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə (üçüncü şəxs Əzməmmədova Samirə Abdukərim qızına) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: çıxarış verilməsinə əsas olan bələdiyyə qərarının ləğv edilməsinin hüquqi nəticələri) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə ( üçüncü şəxs Əzməmmədova Samirə Abdukərim qızına) qarşı “Əzməmmədova Samirə Abdukərim qızının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, **********37 reyestr nömrəli çıxarışın və xx.xx.2012-ci il tarixli, **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iş üzrə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(107)-673/2024 nömrəli qərarından üçüncü şəxs Əzməmmədova Samirə Abdukərim qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı mülkiyyətində olan 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdi yyənin xx.xx.2002-ci il tarixli, 10 nömrəli qərarı və xx.xx.2002-ci il tarixli icarə müqaviləsi ilə 10 il müddətinə vətəndaş X1 icarəsinə verilmiş və onun adına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Ağdaş rayon şöbəsi tərəfindən JN-2652 (kod: ********) nömrəli torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə hazırlanmışdır.

2. Sözügedən 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daha sonra İddiaçı 02 iyun 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə Əzməmmədova Samirə Abdukərim qızına satılmış və həmin torpaq sahəsi xx.xx.2007-ci il tarixli, **********37 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə isə AA 004110 nömrəli, **********37 reyestr nömrəli torpaq sahəsinin pla nı və ölçüsü sənədi işlənib hazırlanmışdır.

3. İddiaçı 08 iyul 2022-ci il tarixli, 06 nömrəli qərarı ilə Yenicə bələdiyyəsinin Əzməmmədova Samirə Abdukərim qızına 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır.

4. Bundan sonra İddiaçı tərəfindən 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edilmiş, Yenicə kəndi ərazisində yerləşən torpaq sahəsinə dair Ləki qəsəbə sakini Əzməmmədova Samirə Abdukərim qızının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün ləğv edilməsi xahiş edilmişdir. Lakin cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir.

5. Cavabde hin imtinasının dəlili odur ki, müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək, Əzməmmədova Samirə Abdukərim qızının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli **********37 reyestr nömrəli çıxarışın və xx.xx.2012-ci il tarixli **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı tələbini işin bu qərarın 1-4-cü bəndlərində q eyd olunanan faktiki hallarına istinad etməklə əsaslandırmışdır.

8. Cavabdeh iddia tələbinə qarşı yazılı etirazını onunla əsaslandırmışdır ki, müvafiq icra orqanları tərəfindən verilmiş sənədlərdə hər hansı bir düzəlişin edilməsi və ya həmin sənədin ləğv olunması 17 saylı Yevlax Ərazi İdarəsinin səlahiyyətinə aid deyil. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü bəndinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. İddia tələbi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən qəbul edilməzdir. Belə ki, mübahisə predmeti oaln **********37 reyestr nömrəli çıxarış xx.xx.2007-ci il tarixdə hüquq sahiblərinə təqdim olunduğundan həmin tarixdən mübahisələndirməyə dair iddia müddətinin axımı hesablanmaqdadır. Belə olan halda iddia tələbinin rədd olunması üçün kifayət qədər sübut vardır.

9. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 07 sentyabr 2023-cü il tarixli 2-1(116)-2670/2023 nömrəli qərardadı ilə Əzməmmədova Samirə Abdukərim qızı və X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına zəruri cəlb edilmişlər.

10. Şəki İnzibati Məhkəməsinin (hakim: F.H.Hacızadə) 17 sentyabr 2024-cü il tarixli 2-1(116)-456/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

11. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, hazırda mübahisələndirilən çıxarış xx.xx.2007-ci il qeydiyyat tarixli çıxarışın verilməsinə əsas olan İddiaçı 02 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı 15 ildən artıq müddət ərzində nə bələdiyyə, nə də torpaq sahəsinin əvvəlki icarəçisi X2 tərəfindən mübahisələndirilməmiş dir. Digər tərəfdən, X1 həmin torpaq sahəsi ilə hüquqi bağlılığı icarə müqaviləsi bağlanmasına dair xx.xx.2002-ci il tarixli qərar əsasında 10 il müddətində davam etməli olsa da, faktiki olaraq 02 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarla müqavilə əhəmiyyətini itirmişdir.

12. Üçüncü şəxs X2 qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: R.R.Rəfiyev /sədrlik edən və məruzəçi/, V.İ.Məlikov və T.H.Həsənov) 25 dekabr 2024-cü il tarixli, 21(107)-673/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, Şəki İnzibati Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, 2-1(116)-456/2024 nömrəli q ərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia tələbi təmin edilmiş, Əzməmmədova Samirə Abdukərim qızının adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş xx.xx.2007-ci il tarixli, **********37 reyestr nömrəli çıxarış və xx.xx.2012-ci il tarixli, **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi ləğv edilmişdir.

14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, İddiaçı Əzməmmədova Samirə Abdukərim qızına mübahisə predmeti olan 20 ha torpaq sahəsinin satılması ilə bağlı 02 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarı X1 hüquqlarının pozulması ilə nəticələndiyindən və qərar əsassız olduğundan, eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi DWJ və TEKUİS elektron xəritə baza məlumatlarına əsasən kənd təsərrüfatı təyinatlı örüş torpaq sahəsi olduğundan, İddiaçı 08 iyul 2022-ci il tarixli, 06 nömrəli qərarı ilə 02 iyul 2007-ci il tarixli, 07 nömrəli qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır. Yuxarıda qeyd edilən hallar Göyçay Regional Ədliyyə İdarəsindən birinci instansiya məhkəməsinə daxil olmuş xx.xx.2023-cü il tarixli məktub və ona əlavə edilən sənədlərlə öz təsdiqini tapmışdır.

15. Üçüncü şəxs Əzməmmədova Samirə Abdukərim qızı qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. Üçüncü şəxs Əzməmmədova Samirə Abdukərim qızı kassasiya şikayətində qeyd etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi 10 il müddətinə icarəyə verilmiş X2 tərəfindən ərizəsinə əsasən geri qaytarıldıqdan sonra ona satılmışdır və bu zaman hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin işə baxan apellyasiya instansiyası məhkəməsi qərarında bütün bunları üçüncü şəxs Azər Əliyevin hüquqlarının və qanunvericiliyin tələblərininin pozulması kimi qiymətləndirmişdir. Mübahisələndirilən torpaq sahəsi üçüncü şəxs S.Əzməmmədovaya satıldıqdan və mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alındıqdan sonra üçüncü şəxs S.Əzməmmədova həmin torpaq sahəsində kənd təsərrüfatı məhsullarının istehsalının səmərəli təşkil edilməsi üçün müxtəlif meyvə ağacları əkərək becərmiş, maldarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə qanunvericiliyin tələbinə uyğun olaraq ferma v ə işçi otağı inşa edərək torpaq sahəsindən təyinatı üzrə istifadə etməklə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olur. Hazırda həmin torpaq sahəsinin orta bazar dəyəri bir milyon manatdan çoxdur. Bələdiyyə 08 iyul 2022-ci il tarixli qərarını onu xəbərdar etmədən və münasibətini öyrənmədən qəbul etmişdir. Üçüncü şəxs S.Əzməmmədova torpaq sahəsi ona satıldığı vaxtdan bu günədək torpaq sahəsindən kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə fasiləsiz təyinatı üzrə istifadə etmiş, bələdiyyə vergilərini və elektrik və sudan istifadəyə görə ödənişlərini həyata keçirmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. İddiaçı kassasiya şikayətinə qarşı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdi rilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: M a d d ə 7

5. Torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi qaydaları

1. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir.

2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 19. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), baş qasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 20. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə

48. Bələdiyyə qərarlarının məcburiliyi...

4. Bələdiyyə qərarları onları qəbul etmiş orqanlar tərəfindən ləğv oluna və ya məhkəmənin qərarı ilə etibarsız sayıla bilər....

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır..... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn in kişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, K ASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

22. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

23. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yox dur.

25. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

26. Bununla belə, məhkəmə kollegiyası üçüncü şəxsin kassasiya şikayətinə münasibətdə qeyd edir ki, işin hallarından göründüyü kimi, mübahisəli 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı 02 iyun 2007-ci il tarixli, 06 nömrəli qərarı ilə Əzməmmədova Samirə Abdukərim qızına satılmış və həmin torpaq sahəsi xx.xx.2007-ci il tarixli, **********37 reyestr nömrəli hüquq ların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla onun adına qeydiyyata alınmış, xx.xx.2012-ci il tarixdə isə AA 004110 nömrəli, **********37 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü sənədi işlənib hazırlanmışdır.

27. Göründüyü kimi, məhz, İddiaçı 02 iyun 2007-ci il tarixli, 06 nömrəli qərarı əsasında mübahisəli torpaq sahəsinə mülkiyyət hüququ Əzməmmədova Samirə Abdukərim qızının adına qeydiyyata alınmış və bunun əsasında müvafiq plan və ölçü sənədi tərtib edilmişdir.

28. İddiaçı 08 iyul 2022-ci il tarixli, 06 nömrəli qərarı ilə isə həmin qərarın - Yenicə bələdiyyəsinin Əzməmmədova Samirə Abdukərim qızına 20 ha torpaq sahəsinin satılması barədə 02 iyul 2007-ci il tarixli, 06 nömrəli qərarının ləğv edilməsi və torpaq sahəsinin boşaldılaraq bələdiyyənin sahibliyinə qaytarılması qərara alınmışdır.

29. İddiaçı 08 iyul 2022-ci il tarixli, 06 nömrəli qərarının mübahisələndirilməsi və ya qüvvədə olmaması barədə məhkəmə icraatının iştirakçıları mübahisə açmamışlar və iş materiallarında bu qərarın qüvvədə olmamasına dair heç bir sübut da yoxdur.

30. Belə olan halda, Yenicə bələdiyyəsinin Əzməmmədova Samirə Abdukərim qızına 20 ha torpaq sahəsinin satılması barədə 02 iyul 2007-ci il tarixli, 06 nömrəli qərarı ləğv edildiyindən və hazırda qüvvədə olmadığından, cavabdeh həmin qərar əsasında Əzməmmədova Samirə Abdukərim qızının adına aparılmış hüquqi qeydiyyatı ləğv etmək öhdəliyi daşıyır.

31. Belə ki, hazırda Əzməmmədova Samirə Abdukərim qızının adına daşınmaz əmlakın dövlət reyestrində mövcud qeydiyyatın aparılmasına əsas olan müvafiq inzibati akt (bələdiyyə qərarı) bələdiyyə tərəfindən ləğv edildiyindən, bununla da, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat, həmin qeydiyyatın xeyrinə aparıldığı şəxsə münasibətdə hər hansı hüquqi əsasa malik olmadığından, həmin qeydiyyatın hər hansı bir hüquqi qüvvəsi qalmamışdır. Beləliklə, mübahisə predmeti olan daşınmaz əmlaka dair dövlət reyestrində aparılmış qeydiyyat, bələdiyyə qərarına münasibətdə formal xarakter daşıyır. Bu halda isə, dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdeh olan inzibati orqanın - cavabdehin həmin qeydiyyatın və onun əsasında verilmiş çıxarışın və plan və ölçü sənədinin ləğvi ilə bağlı imtinası əsassızdır.

32. Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən h üquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 dekabr 2024-cü il tarixli, 2-1(107)-673/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar