Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1392/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin nümayəndəsi X2 oğlu, vəkili X2 iştirakı ilə, İddiaçı MMC-nin (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Vergilər Na zirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə (bundan sonra cavabdeh) qarşı “ümidsiz borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-167/2019 saylı, 7 fevral 2019-cu il tarixli qərardadından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: İddiaçı son olaraq 2008-ci ildə fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi hesabat ili üçün sonrakı ildə cavabdeh tərəfindən kameral qaydada, əvvəlki ilin dövriyyəsinə nisbətdə vergi hesablanıb iddiaçının vergi şəxsi hesab vərəqəsinə əlavə borc məbləği qeyd edilmişdir. Daha sonra isə cavabdeh tərəf həmin borcun tələbi barədə məhkəmədə iddia qaldırmışdı r. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-5274/2014 saylı, 24 dekabr 2014-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçıdan 191.263,72 manat vergi borcunun tutulması qət edilmişdir. Adıçəkilən qətnamənin mövcudluğu və onda qeyd olunan vergi borcundan xəbər tutan iddiaçı qiyabi qətnamənin ləğvi barədə məhkəməyə ərizə vermişdir. İddiaçının ərizəsinə əsasən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 6 may 2016-cı il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmiş və iddia əsasında işə mahiyyəti üzrə baxılması təzələnmişdir. Daha sonra iddia təmin edilməmiş və həmin məhkəmənin 2-2(82)- 1043/2016 saylı, 13 iyun 2016-cı il tarixli qərardadı ilə iddiaçıya qarşı 191.263 manat vergi borcu tələbinə dair iş üzrə icraata xitam verilmişdir. Bununla da, qeyd olunan ver gi borcunun məhkəmə aktına əsasən icra qaydasında tələb edilməsi aradan qaldırılmışdır. İddiaçı 8 noyabr 2017-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin iddiaçının vergi şəxsi hesab vərəqəsindən vaxtı ötmüş borcun silinməməsi ilə bağlı hərəkətsizliyin qanunsuz hesab edilməsi, bununla bağlı iddiaçının şəxsi hesab vərəqəsində qeyd olunan 191.263 manat vergi borcunun və ona hesablanmış faizlərin silinməsinin cavabdehin üzərinə vəzifə olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki,güman edilən vergi borcun yarandığı qeyd olunan hesabat ili və vergi borcunun qeyd edib tələb etməyə yönəldilməsi son olaraq 2010-cu il göstərildiyindən, həmin borcla bağlı tələb müddətinin so n olaraq 2015-ci ildə bitdiyi vergi qanunvericiliyinin birbaşa tələbi olduğu bəllidir. Borc tələbi ilə bağlı işin icraatına xitam verildiyi ilə bağlı məhkəmənin qərarı icra olunmuş və borclar iddiaçının vergi şəxsi hesab vərəqəsindən məhkəmə qərarı ilə tələb hissəsindən silinmişdir. Lakin həmin borc təkrarən 2017-ci ildə iddiaçının şəxsi hesab vərəqəsində əvvəllər hesablanmış, daha sonra isə məhkəmə aktı ilə təmin edilmiş borc kimi bərpa edilmişdir. Bu da iddiaçının üzərinə qanuna zidd əlavə öhdəliklərin qoyulmasına səbəb olmuşdur. Əslində isə cavabdeh tərəfindən güman edilən vergi borcunun tələb etmə müddəti son olaraq 2015-ci ildə bitdiyindən həmin məbləği iddiaçının vergi şəxsi hesab vərəqəsində bərpa deyil, tam silinməli idi. Bununla bağlı yaranmış anlaşılmazlığın aradan qaldırılması ü çün dəfələrlə cavabdehə müraciət edilmiş, daha sonra cavabdeh inzibati orqanın vəzifəli şəxslərinin qəbulunda olmasına baxmayaraq nəticəsi olmamış, məsələnin həlli ilə bağlı hərəkətsizlik davam etməkdədir. Ona görə də qeyd olunan məsələ ilə bağlı hərəkətsizliyə yol verilməklə törətdiyi pozuntunun aradan qaldırılması və iddiaçının qanunda müəyyən olunan hüququnun təmini üçün məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X3, 2-1(82)-405/2018 saylı iş) 18 mart 2018-ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçıya hesablanmış 191.263 manat məbləğində vergi borcu və ona hesablanmış faizlərin ümidsiz borc hesab edilməsi və ümidsiz borcun şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Ba kı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X4məruzəçi, X15 оğlu və X6,2-1(103)-1497/2018 saylı iş) 5 iyul 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarı qismən, 37585,24 manat vergi borcunun ümidsiz borc hesab edilərək, iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qərarın 153.678,48 manat vergi borcunun ümidsiz borc hesab edilməsi və iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər Sevda Hüseynova-məruzəçi, İlqar Dadaşov və Kəmaləddin Bədəlov, 2-1(102)-2119/18) 7 noyabr 2018-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin 5 iyul 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının (hakimlər X1məruzəçi, X5 və X7,2-1(103)-167/2019 saylı iş) 7 fevral 2019-cu il tarixli qərardadı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 mart 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia mümkün sayılmamışdır. Apellyasiya instansiyası məhkəməsi iddianı mümkün saymamasını onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçının məhkəmə iclaslarında vəkili və səlahiyyətli nümayəndəsi iştirak etmədiyindən iddia ərizəsinin, iddiaçının adından Nümayəndə2 tərəfindən imzalanmış sənədlərin, həyata keçirilmiş digər prosessual hərəkətlərin iddiaçının iradəsinə uyğun olub-olmadığını araşdırmaq mümkün olmadığından iddia üzrə məhkəmə baxışını davam etdirmək prosessual cəhətdən mümkün olmadığı üçün iddia mümkün sayılmamalıdır. İddiaçı 26 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya baxışına göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçı ilə hüquq sahəsində fəaliyyət göstərən Nümayəndə2 arasında 1 oktyabr 2011-ci il tarixdə 10 il müddətinə hüquqi x idmət göstərilməsi barədə müqavilə bağlanmışdır və sonuncuya 10 il müddətinə müqavilə verilmişdir. Cavabdeh inzibati orqanla cəmiyyətin vergi hesab vərəqəsində qeyd olunan və artıq tələb etmə müddəti ötmüş “ümidsiz” borcun silinməsi ilə bağlı müraciətlər, yazışmalar, vəzifəli şəxslərin qəbulları məhz həmin etibarnamə əsasında həyata keçirilmişdir. Ona görə də apellyasiya məhkəməsinin inzibati icraatla bağlı məhkəməyə qədər tələb olunan “cavabdeh şəxsə müraciət etmə” kimi pretenziya qaydasının həyata keçirilməsinin, üzərində verilmə tarixinin qələmlə düzəliş edilmiş etibarnamə əsasında həyata keçirildiyinə dair gəldiyi nəticə düzgün deyildir. Həmin etibarnamə tarixində dəyişiklik ediləndən sonra səlahiyyətli şəxs tərəfindən imzalanmış, cəmiyyətin möhürü ilə təsdiqlənmiş, indiyə kimi etibars ız hesab olunmamış, onu vermiş MMC tərəfindən mübahisələndirilmir, tarixindəki düzəlişə etiraz edilmir. Tam əksinə həmin etibarnamə onu təmsil etmək üçün verilmiş şəxs – MMC tərəfindən bəyənilir. Bu baxımdan da həmin etibarnamənin qanunsuzluğu baxımından gəldiyi qənaət də doğru deyildir. İddiaçı tərəfindən hüququnun müdafiəsi üçün vəkillə müqavilə bağlanmış və order apellyasiya məhkəməsinə təqdim edilmiş, vəkil iş materialları ilə tanış olmuşdur. Məhkəmə cəmiyyəti təmsil etmək üçün etibarnamənin olmasını tövsiyə etmiş, vəkil tərəfindən möhlət istənilmişdir. Etibarnamə ilə yanaşı reyestrdən yeni tarixlə çıxarışın verilməsi vacibliyindən etibarnamənin verilməsinin 7 fevral 2019-cu il tarixə çatdırılması gecikdirildiyi məhkəməyə bildirilmişdir. Lakin məhkəmə kollegiyası etibarnamə ilə bağlı q əbul etdiyi qərarın ziddinə hərəkət edərək etibarnamənin təqdim edilməsinə imkan yaratmamış, həmin tarixdə iş üzrə qərardadı elan etmişdir. Nəticədə cəmiyyətin məhkəmə müdafiə hüququ pozulmuşdur. Həm də hazırkı kassasiya şikayətində qeyd olunan halların məhkəmənin nəzərinə çatdırılmasından məhrum edilmişdir. Halbuki prosessual tərəfə məhkəmənin yardım etmə vəzifəsi İnzibati Prosessual Məcəllənin birbaşa tələbidir. Şikayət olunan qərardadın düzgün qəbul edilməməsinə səbəb apellyasiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinin düzgün tətbiq edilməməsindən irəli gəlmişdir. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti nə etirazda iddiaçının kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 7 fevral 2019-cu il tarixli qərardadının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Cavabdehin vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin dəlillərini qəbul etməmiş, şikayətin rədd olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində (İnzibati Prosessual Məcəllənin (bundan sonra İPM) 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. O na görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. Mübahisə iddia ərizəsinin mümkünlük şərti ilə, iddia ərizəsinin və iddianın dəyişdirilməsi barədə ərizənin iddiaçının nümayəndəsi tərəfindən imzalamaq səlahiyyəti olub-olmaması ilə bağlıdır. İddia ərizəsi məhkəməyə 8 noyabr 2017-ci il tarixdə daxil olmuş və iddiaçının adından onun səlahiyyətli nümayəndəsi kimi Nümayəndə2 imzalamışdır. Həmin vaxt İPM-in 26.2 və 31-ci maddələrinin tələbinə uyğun prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Maddələrin tələblərinə görə hüquqi şəxs tərəfindən xüsusi səlahiyyət verilmiş şəxs onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi halda, hüquqi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirmək hüququna malik olur. İddia ərizəsinə iddiaçı müəssisənin qanuni təmsilçisi olan Ruslan Çobanov tərəfindən imzalanmış etibarnamə əlavə edilmişdir ki, həmin etibarnamə üzrə iddiaçının adından müvafiq səlahiyyətlərin Nümayəndə2 verilməsi göstərilmiş (səh.9), Nümayəndə2 şəxsiyyətini müəyyən edən sənəd kimi 10 yanvar 2014-cü il tarixində Xəzər RPİ tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə etibarnamə 2011-ci ildə verilmişdir, 2011-ci ildə tərtib edilən etibarnamədə zaman baxımından ondan sonrak ı vaxt, yəni 2014-cü il tarixdə verilmiş şəxsiyyət vəsiqəsinə istinad edilmişdir və bu səbəbdən 2011-ci il tarixdə iddiaçı müəssisə tərəfindən Nümayəndə2 prosessual nümayəndəliklə bağlı verilmiş etibarnamə hüquqi qüvvəyə malik ola bilməzdi. İşin 9-cu səhifəsində olan etibarnamədə onun verilmə və qüvvədə olma tarixində düzəlişlər edilmişdir. Etibarnamədə düzəlişlər aparıldığına görə onun 2011-ci ildə, yaxud 2014-cü ildə verilməsi aydın deyildir. Bundan başqa, 7 fevral 2018-ci il tarixli birinci instansiya məhkəməsində aparılmış məhkəmə iclas protokolundan görünür ki, iddiaçının nümayəndəsi Nümayəndə2 vəsatət verərək, iddianın dəyişdirilməsi barədə ərizə və əlavə sənədlərin təqdim edilməsi üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Daha sonra təqdim edilmiş sənədlərə, o cümləd ən iddianın dəqiqləşdirilməsi barədə ərizəyə iddiaçının Nümayəndə2 prosessual nümayəndəliyin verilməsini təsdiq edən sənəd kimi 1 oktyabr 2011-ci il tarixli etibarnamə əlavə edilmişdir ki, həmin etibarnamədə nümayəndənin şəxsiyyətini müəyyən edən sənəd kimi 25 dekabr 2001-ci il tarixli şəxsiyyət vəsiqəsinə istinad edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının nümayəndəsinin adına verilən etibarnamələrin həqiqətən iddiaçı tərəfindən verilməsini, etibarnamənin şəxsiyyət vəsiqəsinə uyğun verilməsini ətraflı araşdırmamışdır. Nəzərə alınmalıdır ki, hər iki etibarnamə iş birinci instansiya məhkəməsinin icraatında olarkən birinci instansiya məhkəməsinə təqdim edilmişdir. 1 yanvar 2018-ci il tarixə münasibətdə İPM-in 26.2-ci maddəsinə əsasən, (...) hüquqi şəxslərin adından prosessual h ərəkətləri onların qanunlarla, digər hüquqi aktlarla və ya (...) hüquqi şəxsin nizamnaməsi (əsasnaməsi) ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri və (...) yaxud hüquqi şəxslər tərəfindən xüsusi səlahiyyət verilmiş, əsas iş yeri həmin (...) hüquqi şəxslər olan işçiləri həyata keçirirlər; Həmin Məcəllənin 31-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Prosessual nümayəndə onun nümayəndəliyini təsdiq edən sənədi məhkəməyə təqdim etdiyi andan məhkəmə icraatı ilə bağlı bütün məhkəmə aktları və sənədləri bu Məcəllə ilə müəyyən olunmuş qaydada ona təqdim olunur və həmin nümayəndə təmsil etdiyi şəxsin adından bütün prosessual hərəkətləri həyata keçirə bilər. Tərəfin həm mülki, həm də prosessual hüquq və fəaliyyət qabiliyyətinə malik olubolmadığı, eləcə də prosesdə nümayəndə və ya vəkil vasitəsilə lazımı qaydada təmsil edilib-edilmədiyi aydınlaşdırılmalıdır. Prosesin davam etdirilməsinə imkan verməyən bu qəbildən olan pozuntuların mövcudluğu aşkar edildikdə, məhkəmələr yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Ali Məhkəməsini sədrinin imzaladığı 25 dekabr 2017-ci il tarixli 2-624/17 saylı icmal məktubunun 6.1 və 6.2-ci bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklə r edilməsi haqqında” 2017-ci il 31 oktyabr tarixli Qanunun 2.2-ci maddəsinə əsasən, həmin Qanunun 1.4-1.6-cı maddələri məhkəmələrdə baxılmaqda olan işlər üzrə nümayəndə qismində iştirak edən şəxslərə həmin işlər müvafiq instansiya məhkəmələrində mahiyyəti üzrə həll edilənədək şamil olunmur. Oxşar müddəa “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 31 oktyabr tarixli Qanunun 2.2-ci maddəsində də nəzərdə tutulmuşdur. Həmin normalar tətbiq edilərkən nəzərə alınmalıdır ki, əgər şəxs 2018-ci il yanvarın 1-dək məhkəmədə baxılmaqda olan iş üzrə icraatda nümayəndə qismində iştirak edirsə, onun həmin icraatda iştirak etmək səlahiyyəti iş müvafiq instansiya məhkəməsində mahiyyəti üzrə həll edilənədək saxlanılır. Apellyasiya instansiyası məh kəməsi Ali Məhkəmənin İnzibati-İqtisadi kollegiyasının 7 noyabr 2018-ci il tarixli qərarında olan göstərişlərə əməl etməyərək yardım etmək vəzifəsinə əməl etmək şərtilə iddianın mümkünlüyü məsələsinə baxmamış, həmçinin icmal məktubunda olan tövsiyələri nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Nümayəndə2 hər iki etibarnamə verilən anda iddianın mümkünlüyü şərtinin mövcudluğu ilə bağlı tərəflərlə, o cümlədən iddiaçı ilə hər hansı müzakirə aparmamışdır. İddiaçı kassasiya məhkəməsinə göndərdiyi ərizəsində adı çəkilən etibarnamənin MMC tərəfindən verildiyini, tarixində düzəlişin MMC-nin direktoru tərəfindən edildiyini, etibarnamənin ləğv edilmədiyini, onunla bağlı iradı olmadığını və MMC tərəfindən bəyənildiyini qeyd etmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir (3.1-ci bənd). İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir (3.2-ci bənd). Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri old uğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir (3.3-cü bənd). Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır (3.4cü bən d). Beləliklə, İPM-in 12.1, 13 və 48-ci maddələrinin tələbləri apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığından apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, iş təkrar baxılması və istinad edilən prosessual normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-167/2019 saylı, 7 fevral 2019-cu il tarixli qərardadı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1392/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1392/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver