Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1392/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (VÖEN:**********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Sum qayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-66/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh orqanın 25 oktyabr 2019-cu il tarixli **********191675 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə iddiaçıya 2018-ci ilin 1-ci rübü üzrə 9043,44 manat ödəmə mənbəyindən tutulan vergi məbləği, həmin məbləğin 50 faizi məbləğində 4721,72 manat maliyyə sanksiyası, həmçinin Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən (hesabatın vaxtında təqdim edilməməsinə görə) 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci ins tansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh orqanın 25 oktyabr 2019-cu il tarixli **********191675 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh orqan 30 may 2019-cu il tarixdə **********152166 saylı qərara əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən istixanada fəaliyyətinin yoxlanılması məqsədilə səyyar vergi yoxlamasına başlamışdır. Yoxlama zamanı yoxlamaya kömək məqsədilə 07 iyun 2018-ci il tarixli **********152852 saylı qərar əsasında bağlan mış müqavilə ilə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”ndən mütəxəssis qismində X12 dəvət edilmişdir. X12 hesablamalarını tam reallıqdan kənar olaraq cavabdehin sifariş və göstərişi əsasında hesablamışdır. Belə ki, mütəxəssis hesablaması zamanı istixana kompleksinin tikintisinə çəkilən əmək haqqı xərcinin qiymətləndirmə cədvəlində olan hesablamanın birinci, ikinci, dördüncü və onuncu sətrlərində düzgün hesablama aparılmamışdır.
4. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək qeyd etmişdir ki, cavabdeh vergi orqanının 30may 2018-ci il tarixli **********6179590 nömrəli qərarına əsasən iddiaçıda aprel 2015-mart 2018 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” 30 may 2018-ci il ta rixli **********6179590 saylı Qərar, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən KY181255437 saylı Çıxarış və “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” 31 may 2018-ci il tarixli **********152237 saylı Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş, sənədlər yoxlamaya təqdim edilməmişdir. Yoxlama zamanı iddiaçının yoxlama ilə əhatə olunan dövr ərzində faktiki olaraq tərəvəz, bostan, kökümeyvəli və köküyumruların becərilməsi ilə məşğul olmuşdur. İddiaçıda keçirilən səyyar vergi yoxlamanın nəticəsi olaraq 23 avqust 2019-cu il tarixdə **********179590 nömrəli akt tərtib olunmuş və 25 oktyabr 2019-cu il tarixdə **********191675 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar çıxarıl mış və 25 oktyabr 2019-cu il tarixdə vergi ödəyicisinə poçt vasitəsi ilə təqdim olunmuş, 22 noyabr 2019-cu il tarixdə vergi ödəyicisinin etibarnamə ilə nümayəndəsi olan X8 tərəfindən qərar imzalanaraq əlbəəl təqdim olunmuşdur. Cavabdeh vergi orqanının 25 oktyabr 2019-cu il tarixli **********191675 nömrəli “Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarı ilə vergi ödəyicisinə 2018-ci ilin 1-ci rübü üzrə 9043,44 manat ödəmə mənbəyindən tutulan vergi məbləği, 4721,72 manat maliyyə sanksiyası, cəm olaraq 13765,16 manat məbləği olmaqla məsuliyyətə cəlb edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi” tərəfindən təqdim edilmiş 12 dekabr 2018-ci il tarixli 519 saylı mütəxəssis rəyinə əsasən, Abşeron rayonu Aşağ ı güzdək qəsəbəsində yerləşən 2.5 ha ərazidə istixananın tikintisi və quraşdırılmasına 237926,0 manat əmək haqqı xərcinin çəkilməsi müəyyənləşdirilmişdir. Vergi ödəyicisi tərəfindən, o cümlədən qarşılıqlı əlaqələrə dair təqdim olunmuş sənədlərə əsasən qeyd olunan ərazidə istixananın tikintisinin yalnız montaj işlərini 03 oktyabr 2017-ci i tarixli müqavilə əsasında "xxxx" MMC (VÖEN: **********) şirkəti həyata keçirmiş və göstərilən xidmətin dəyəri 170000,0 manat vergi ödəyicisi tərəfindən MMC-yə ödənilmişdir, o cümlədən vergi ödəyicisinin təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrində (xx.xx.2015xx.xx.2017) muzdlu işə cəlb olunmuş fiziki şəxslərə 3330.0 manat əmək haqqı hesabladığı müəyyən olunmuşdur. Beləliklə, istixananın tikintisi zamanı vergi ödəyicisi tərəfindən 9043.44 manat (23 7926-1700003330=64596*14%) ödəmə mənbəyində tutulan vergi üzrə kənarlaşma aşkar edilmişdir. Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən bəyannamə təqdim etməməklə 2018-ci ilin 1cü rübü üzrə 9043.44 manat məbləğində ödəmə mənbəyində tutulan verginin yayındırılmasına görə 50% məbləğində, yəni 4521.72 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmçinin iddia ərizəsində qeyd edilmişdir ki, cavabdeh vergi orqanı tərəfindən yoxlamaya cəlb edilmiş mütəxəssis hesablamanı tam reallıqdan kənar cavabdehin sifarişi əsasında hesablama aparmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, iddia ərizəsində hesablamanın düzgün aparılmadığını qeyd etsə də, bunu təkzib edən hər hansı sübuta istinad edilməmişdir. Vergi Məcəlləsinin 44.1-ci maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına e kspert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Həmin Məcəllənin 45.1 -ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Ekspert və mütəxəssisin işin nəticəsində maraqlı şəxs olması qanunvericiliyə əsasən qadağan edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 44.2-ci maddəsinə əsasən ekspert müqavilə əsasında cəlb edilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, ekspert qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunverici liklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Eyni qayda ilə Vergi Məcəlləsinin 45.3-cü maddəsinə əsasən mütəxəssis müqavilə əsasında dəvət olunur. Müqavilədə tərəflərin hüquq və vəzifələri, mütəxəssis qarşısında qoyulan suallar, səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyətinə mülki qanunvericiliklə müəyyən edilmiş digər məsələlər nəzərdə tutula bilər. Bundan başqa, Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən mütəxəssis işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz.
5. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-388/2020 nömrəli, 20 fevral 2020ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) iş üzrə təkrar mühasibatlıq ekspertizası təyin edilmişdir.
6. Sumqayıt İnziba ti Məhkəməsinin 2-1(118)-66/2021 nömrəli, 08 may 2021-ci il tarixli qərardadı ilə (hakim C.B.Məmmədov) iş üzrə əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-66/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərarı ilə (hakim C.B.Məmmədov) iddia tələbi qismən təmin edilərək cavabdeh orqanın iddiaçıya qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə 25 oktyabr 2019-cu il tarixli **********191675 saylı qərarı ÖMV üzrə 8.007,36 manat, maliyyə sanksiyası üzrə 4.003,68 manat hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, vergi orqanının iddiaçıya ÖMV hesablanarkən istinad etdiyi 12 dekabr 2018-ci il tarixli 519 saylı mütəxəssis rəyi is tixana kompleksi tam hazır olduqdan sonra verilib və həmin torpaq sahəsinin relyefi və yerquruluşu barədə hər hansı bir sənəd mövcud olmadığı təqdirdə sahənin tikintiyə hazırlanması, o cümlədən tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı dəqiq məlumatın verilməsi mümkün deyil. Bu səbəbdən sahənin tikintiyə hazırlanması üçün əməkhaqqı xərcinin 25.000 manat deyil, iddiaçı tərəfindən 26 oktyabr 2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində etiraf etdiyi 8.100 manat kimi qəbul edilməlidir. Tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması və beton döşəmənin 12.000 kv.m əraziyə salınması öz təsdiqini tapmadığına görə həmin iş üçün hesablanmış ÖMV və maliyyə sanksiyaları silinməlidir. Nə zərə alınmalıdır ki, istixana daxilinə yararlı torpaq sahəsi deyil, 0,20x0.15x1m ölçülü xüsusi qablara mövcud olan məhluldur. Vergi orqanı tərəfindən hesablanmış ÖMV həmin məhlulun satışı ilə deyil, məhlulun yerləşdiyi xüsusi qabların istixanaya daşınması və quraşdırılması üçün hesablanmışdır. Ona görə də, bu hissədə çəkilən əmək haqqı xərci ağlabatandır. Keçirilmiş ekspertizanın və məhkəmə baxışının nəticəsi olaraq, istixana daxilində beton döşəmə 12.000 kv.m deyil, 663 kv.m sahəyə salınıb və həmin beton döşəmənin salınması üçün 1 kv.m üçün 2 manat əmək haqqı xərci çəkilib. Beləliklə, sahənin tikintiyə hazırlanması üçün vergi orqanı tərəfindən hesablanmış məbləğdən 2.366 manat (25.000-8.100=16.900x14=2366), tikinti sahəsindən yararsız materialların daşınması üçün hesablanmış məbləğdən 2.4 67 manat (17.622x14=2.467) və beton döşəmənin salınması üçün hesablanmış məbləğdən 3.174,36 manat (24.0001326=22.674x14=3174,36) silinməklə iddia qismən təmin edilməlidir.
9. İddiaçı apellyasiya şikayəti verərək qərarın iddianın təmin edilməyən hissəsinə münasibətdə ləğv edilməsini xahiş etmişdir.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın qismən təmin edilmiş hissəsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)66/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ç.Babayeva /sədrlik edən və məruzəçi/, R.Ə.Ağayev və İ.K.Dəmirov) iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-66/2021 nömrəli, 01 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmiş, iddia qismən təmin edilərək cavabdehin orqanın 25 oktyabr 2019-cu il tarixli **********191675 nömrəli qərarı qismən - 1322 manat ödəmə mənbəyində tutulan verginin hesablanması, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 661.00 manat və 57.1-ci maddəsinə əsasən 200 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla, qalan hissədə ləğv edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir.
12. Sahənin tikintiyə hazırlanması ilə bağlı çəkilən əmək haqqı xərci ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyində həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamı ş, mütəxəssis sadəcə cədvəldə sahənin tikintiyə hazırlanması üçün 25000 manat məbləğində əmək haqqı xərc çəkildiyini qeyd etmişdir. Bundan əlavə kollegiya qeyd etmişdir ki, mütəxəssisə rəy verərkən istixanada tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında, yerin quruluşu, relyefi haqqında heç bir sənəd və məlumat təqdim edilməmişdir. Belə olduğu halda, mütəxəssisin sahənin tikintiyə hazırlanması ilə bağlı hesabladığı əmək haqqı xərcini kollegiya ağlabatan hesab etmir və bu hissədə vergi orqanın qərarı ilə tam razılaşmır. Bununla yanaşı, sahənin tikintiyə hazırlanması işlərinin görülməsi "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 03 oktyabr 2017-ci il tarixli müqaviləyə əsasən, istixana tikintisinin montaj işlərinə daxil olmaması işin mübahisə doğurmayan halıdır. Belə ki, iddiaçı bununla bağlı birinci instansiya məhkəməsinə 05 may 2017-ci il tarixli PO-M-01 saylı podrat müqaviləsi təqdim edərək, sahənin tikintiyə hazırlanması ilə bağlı podratçı X13 ilə müqavilə bağladığını və görülmüş işlərə görə 4500 manat məbləğində ödəniş etdiyini bildirmişdir. Lakin kollegiya təqdim edilən müqaviləni mötəbər sübut kimi təqdim etməmişdir. Əvvəla, qeyd edilən müqavilə səyyar vergi yoxlaması zamanı cavabdeh vergi orqanına təqdim edilməmiş, həmin müqavilə üzrə C.Nərimanova görülmüş işlərin müqabilində ödəniş edilməsinə dair sənəd təqdim edilməmiş, eləcə də həmin məbləğdən vergi tutulmamışdır. Bununla yanaşı, işdən görünür ki, iddiaçı 26 oktyabr 2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində sahənin tikintiyə hazırlanması (yer səthinin b ərkidilməsi) işlərinin görülməsinə çəkilən xərcin 8100 manat olduğunu etiraf etmişdir. Odur ki, kollegiya bu hissədə çəkilən əmək haqqı xərcinin 8100 manat məbləğində qəbul edilməsini ağlabatan və ədalətli hesab etmişdir.
13. Tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyində həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı 17622 manat məbləğində əmək haqqı xərc çəkildiyini qeyd etmişdir. Bundan əlavə qərarın 31 və 33-cü bəndlərində sadalanan birinc i instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəylərindən görünür ki, istixana ərazisinin tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında yerin quruluşu, relyefi(orada olan materialın qaya, yumşaq torpaq) haqqında heç bir sənəd, məlumat olmadığı üçün tikinti sahəsindən yararsız materialların aparılması üçün çəkilən xərclərin müəyyən edilməsi mümkün olmamışdır. İddiaçı özü də bu hissədə hesablanmış məbləğ ilə razılaşmayaraq, ərazidə ümumiyyətlə yararsız materialın olmadığını və heç bir əraziyə daşınmadığını bildirmişdir. Qeyd edilənlərə əsasən, bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, istixananın tikintisi zamanı vergi orqanının iddia etdiyi kimi tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsa fəyə daşınması öz təsdiqini tapmadığından, 17622 manat məbləğində əmək haqqı xərcinin hesablanması düzgün olmamışdır.
14. Əkinə yararlı torpağın istixanaya daşınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyində digər bəndlərdə olduğu kimi, həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə əkinə yararlı torpağın istixanaya daşınması üçün 1 m3 4 manatdan hesablamaqla 5200 m3 əraziyə 20.800 manat məbləğində əmək haqqı xərci çəkildiyini qeyd etmişdir. Halbuki birinci instansiya məhkəməsində icraat zamanı alınmış ekspert rəylərindən görünür ki, əkinə yararlı torpaq xüsusi qablarda (daş düyünü-020x0.15x1m) 0.03 m3 təşkil etdiyindən daşınması üçün 1m3-na çəkilən əmək haqqı xərci 4 manat deyil, 2.20 AZN müəyyən edilmiş, təkrar alınmış rəydə isə istixana ərazisinin tikinti işlərinin görülməsindən əvvəlki vəziyyəti haqqında yerin quruluşu, relyefi (orada olan materialın qaya, yumşaq torpaq) haqqında heç bir sənəd, məlumat olmadığı üçün torpağın daşınmasına dair sualın cavablandırılması mümkün olmamışdır. İddiaçı bu hissədə hesablanmış məbləğ ilə razılaşmayaraq əkini qara torpaqda deyil, hazır qabların içində olan kokavitdə əkdiyini və həmin qablarda torpağın daşınmasının isə əmək müqaviləsi üzrə istixanada işləyən fəhlələr tərəfindən həyata keçirildiyini, bunun işçilərin əmək funksiyasına daxil olan fəaliyyət olduğunu və fəhlələrə ödənilən 3330.0 manat əmək haqqı məbləğindən vergi ödədiyini bild irmişdir. İddiaçı tərəfindən təqdim edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, X4, X5, X14, X1, X9, X6, X2, X3, X20, X21 və X15 iddiaçının fəaliyyət göstərdiyi istixanada əmək müqaviləsi üzrə əsas iş yeri olmaqla fəhlə işləyirlər. İşin sadalanan xüsusatlarını, vergi orqanının istinad etdiyi mütəxəssis rəyindən fərqli olaraq istixana daxilinə əkinə yararlı qara torpaq daşınmadığını nəzərə alaraq, məhkəmə kollegiyası xüsusi qablarda olan torpağın istixanaya fəhlələr vasitəsilə daşınmasına dair iddiaçının gətirdiyi arqumenti daha ağlabatan hesab etmişdir. Qeyd edilənlərə əsasən, bu hissədə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq, qeyd etmişdir ki, istixana daxilində əkinə yararlı torpağın istixanaya daşınması öz təsdiqini tapmadığından, 20800 manat məbləğində əmək haqqı xərcinin hesablanması düzgün olmamışdır.
15. İstixana daxilində beton döşəmənin salınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mütəxəssis rəyində digər bəndlərdə olduğu kimi, həmin məbləğin hansı meyarlara əsasən hesablanmasına dair heç bir əsaslandırılma aparılmamış, mütəxəssis sadəcə cədvəldə 1 m2 2 manatdan hesablamaqla 12000 m2 əraziyə beton döşəmə salınması üçün 24.000 manat məbləğində əmək haqqı xərci çəkildiyini qeyd etmişdir. İddiaçının özü 26 oktyabr 2019-cu ildə elektron qaydada Vergilər Nazirliyinə göndərdiyi elektron şikayət ərizəsində hər kvadrat metrinə 2 manatdan ödəməklə istixanada 12000 m2 ərazidə deyil, cəmi 663 m2 ərazidə beton üzlük saldığını etiraf etmişdir. İddiaçının şikayət ərizəsində göstərdiyi xüsusat birinci instansiya məhkəməsində icraat zamanı keçirilmiş ekspertin rəyi ilə də qismən təsdiq edilmişdir. Belə ki, həmin rəydən görünür ki, həqiqətən də, istixana daxilində vergi orqanın istinad etdiyi mütəxəssis rəyində göstərildiyi kimi 12.000 kv.m deyil, 674,56 m2 (3,10x12,80x17) beton döşəmə salınmış və beton döşəmənin salınması üçün 1m2 –nə 2.0 AZN əmək haqqı xərci çəkilmişdir. İstixana daxilində beton döşəmənin salınması xərci barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlsə də, beton döşəmənin sahəsi ilə bağlı ekspertin rəyində qeyd edilən sahəni(674.56 m2) deyil, iddiaçının şikayət ərizəsində qeyd etdiyi (663m2) sahəni nəzərə alaraq, ümumilikdə, 1326 manat xərc çəkildiyini müəyyən etmişdir. Odur ki, beton döşəmənin 1 m2-nin salınmasında 2,0 AZN əmək haqqı xərci çəkildiyini nəzərə alaraq, qeyd edir ki, istixana daxilində beton döşəmənin çəkilməsi üçün ümumilikdə, 1349.12 AZN /(674,56 x 2,0 = 1349,12) əmək haqqı xərci çəkilmişdir. Beləliklə, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ümumilikdə iddiaçıya məxsus istixana kompleksinin tikintisi ilə bağlı iddiaçı tərəfindən montaj işlərinə görə "xxxx" MMC-yə 170000 manat, sahənin tikintiyə hazırlanmasına 8100 manat, beton döşəmənin salınmasına 1349 manat, muzdlu işə cəlb edilmiş fiziki şəxslərə 3300 manat ödəniş edilmiş, bununla da, ümumilikdə, 182779 (170.000+3330+8100+1349=182.779) manat xərc çəkilmişdir. Həmin məbləğdən iddiaçının özünün bəyan etdiyi məbləğlər çıxıldıqda (182.779-170.000-3330= 9449) 9449 manat məbləğində əm ək haqqı xərcinin vergidən yayındığı müəyyən edilir. Belə olan təqdirdə, cavabdeh vergi orqanının 25 oktyabr 2019-cu il tarixli **********191675 nömrəli qərarı 1322 (182.779-170.000-3330= 9449 x 14% = 1322) manat ödəmə mənbəyindən tutulan vergi və onun 50 faizi məbləğində 661 (1322 x 50% = 661) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslıdır.
16. Eyni zamanda kollegiya apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, yoxlama zamanı 2017-ci ilin gəlir vergisi, 2017-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergisi, 2017-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin, 2017-ci ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergisi üzrə bəyannaməsinin, 2018-ci ilin ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əsas olm adan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyinə görə 40 manat olmaqla, ümumilikdə, iddiaçıya 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı iddianın dəyişdirilməsinə dair ərizədə iddia tələbinin həcmini azaldaraq, bu hissədə 25 oktyabr 2019-cu il tarixli qərarla razı olduğunu bildirmişdir. Ona görə də, qərarın vergi hesabatının vaxtında verilməməsinə dair hissəsi hazırkı mübahisənin predmeti deyildir.
17. Cavabdeh kassasiya şikayəti verərək qərarın iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
18. Sahənin tikintiyə hazırlanması ilə bağlı çəkilən əmək haqqı xərci ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən müəyyən edilmiş məbləği qəbul etməyən iddiaçının özü tərəfindən düşünülərək verilmiş məlumatın ağlabatan və ədalətli sayılması düzgün deyildir. Belə ki, əgər iddiaçı iddia edirsə ki, sahənin tikintiyə hazırlanması (yer səthinin bərkidilməsi) işlərinin görülməsinə cəmi 8.100,0 manat xərc çəkmişdir, o zaman belə xərcin çəkilməsini təsdiq edən sənədləri yoxlamaya və məhkəməyə təqdim etməli idi. Lakin iş materiallarından göründüyü kimi belə bir sənədlər mövcud deyil.
19. Məhkəmə xüsusi qablarda olan torpağın istixanaya daşınmasına dair iddiaçının gətirdiyi dəlili nəyə görə ağlabatan hesab etməsini əsaslandırmamışdır. Yalnız formal mülahizə əsasında iddiaçının dəlili ilə razılaşmışdır.
20. Əmək funksiyası anlayışını məhkəmə düzgün şərh etməmiş, işin hal larına tətbiq etməmişdir. Məhkəmə sadalanan şəxslərin əmək müqaviləsi bildirişlərinə baxdığı zaman onların əmək funksiyalarını dəqiq müəyyən etməli, heç bir dəlilə istinad etmədən onların əmək funksiyalarına qiymət verməməli idi.
21. Eyni şirkətə (“Azərekspertiza Birliyi” məxsus müxtəlif ekspertlərin eyni bir ərazi barədə döşənilmiş beton üzlüyün sahəsini öz rəylərində müxtəlif qeyd etməsi ciddi suallar doğurur. Məhkəmənin istinad etdiyi ekspert rəyində birmənalı olaraq iddiaçının 29 avqust 2019-cu il tarixli məktubunda qeyd olunanlar üzündən köçürülmüşdür. Məhkəmə isə heç bir araşdırma aparmadan rəy vermiş mütəxəssisləri məhkəməyə dəvət edib izahatlarını almadan 2 ekspert rəyi əsasında mövcud olan ziddiyyətləri aydınlaşdırmadan qərar qəbul etmişdir.
22. Məhkəmənin istinad etdiyi ekspert r əyində beton tökülmüş ərazinin ölçüləri öz əksini tapmamış, ərazinin fotoşəkilləri rəyə əlavə edilməmişdir. Belə olan halda məhkəmənin beton tökülmüş sahənin 663,0 m2 ərazini əhatə etməsi barədə nəticəyə hansı əsasla gəlməsi qaranlıq qalmışdır.
23. Cavabdeh, həmçinin kassasiya şikayətində İnzibati Prosessual Məcəllənin 58.7, 68.1, 68.2-ci, Mülki Prosessual Məcəllənin 103, 217.3, 220.4, 206-cı, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddələrinə, eləcə də İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hurk Niderlanda qarşı iş üzrə” 19 aprel 1994-cü il tarixli və “Kraska İsveçrəyə qarşı” iş üzrə 19 aprel 1993-cü il tarixli qərarlarına istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Kassasiya şikayətinə qarşı etiraz təqdim olu nmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
25. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə
3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları... 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz.... Maddə
36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi.... 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar.... Maddə
42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanını n vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektr on faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir.... Maddə
53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları... 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödə yicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır..... Maddə
67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verg inin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixra c əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul ola n vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır....
26. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerind ə baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməs i vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
27. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı ” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
29. Apellyasiya məhkəməsinin qərarı iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
32. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfl i araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
33. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin sahənin tikintiyə hazırlanması ilə bağlı çəkilən əmək haqqı xərci ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğin deyil, həmin xərcin 8100 manat qəbul edilməsi barədə mövqeyini əsaslı hesab edir.
34. Məhkəmə kollegiyası tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması ilə bağlı səyyar vergi yoxlaması zamanı mütəxəssis tərəfindən hesablanmış məbləğə münasibətdə apellyasiya instansiyası məhkəməsinin istixananın tikintisi zamanı vergi orqanının iddia etdiyi kimi tikinti sahəsindən yararsız materialların qazılıb 25 km məsafəyə daşınması nın öz təsdiqini tapmadığından 17622 manat məbləğində əmək haqqı xərcinin hesablanmasının düzgün olmaması barədə mövqeyi ilə də razılaşır.
35. Həmçinin apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi, istixana daxilində əkinə yararlı torpağın istixanaya daşınması öz təsdiqini tapmadığından, 20800 manat məbləğində əmək haqqı xərcinin hesablanması düzgün olmamışdır.
36. Apellyasiya instansiyası məhkəməsi tərəfindən istixana daxilində beton döşəmənin salınması ilə bağlı beton döşəmənin 1 kv.m-nin salınmasında 2,0 AZN əmək haqqı xərci çəkildiyi nəzərə alınmaqla istixana daxilində beton döşəmənin çəkilməsi üçün, ümumilikdə, 1349.12 AZN (674,56 x 2,0 = 1349,12) əmək haqqı xərcinin çəkilməsi barədə düzgün nəticəyə gəlinmişdir.
37. Beləliklə, apellyasiya instansiyası məhkəməsində aparılm ış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ümumilikdə, iddiaçıya məxsus istixana kompleksinin tikintisi ilə bağlı iddiaçı tərəfindən montaj işlərinə görə "xxxx" MMC-yə 170000 manat, sahənin tikintiyə hazırlanmasına 8100 manat, beton döşəmənin salınmasına 1349 manat, muzdlu işə cəlb edilmiş fiziki şəxslərə 3300 manat ödəniş edilmiş, bununla da, ümumilikdə, 182779 (170.000+3330+8100+1349=182.779) manat xərc çəkilmişdir.
38. Həmin məbləğdən iddiaçının özünün bəyan etdiyi məbləğlər çıxıldıqda (182.779-170.000-3330=9449) 9449 manat məbləğində əmək haqqı xərcinin vergidən yayındığı müəyyən edilir.
39. Belə olan təqdirdə, cavabdeh vergi orqanının 25 oktyabr 2019-cu il tarixli **********191675 nömrəli qərarı 1322 (182.779-170.000-3330=9449 x 14%=1322) manat ödəmə mənbəyindən tutulan vergi v ə onun 50 faizi məbləğində 661 (1322 x 50% = 661) manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində əsaslıdır.
40. Eyni zamanda qeyd olunmalıdır ki, yoxlama zamanı 2017-ci ilin gəlir vergisi, 2017-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş vergi, 2017-ci ilin 4-cü rübü üzrə ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin, 2017-ci ilin muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi üzrə bəyannamənin, 2018-ci ilin ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin əsas olmadan müəyyən edilən müddətdə vergi orqanına təqdim edilmədiyinə görə 40 manat olmaqla, ümumilikdə, iddiaçıya 200 manat maliyyə sanksiyası tətbiq edilmişdir.
41. İddiaçı iddianın dəyişdirilməsinə dair ərizədə iddia tələbinin həcmini azaldaraq, bu hissədə 25 oktyabr 2019-cu il tarixli qərarla razı olduğunu bildirmişdir. Ona gö rə də qərarın vergi hesabatının vaxtında verilməməsinə dair hissəsinin mübahisə predmeti hesab edilməməsi əsaslı olmuşdur.
42. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu qərarın 25-27-ci bəndlərində qeyd olunmuş maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir.
43. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-66/2022 nömrəli, 18 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.