Məhkəmə qərarları › İş №2-1(102)-1392/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1392/2024

13.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1392/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “xx.xx.2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi barədə iddianın mümkünsüzlüyü; subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı “dövlət a ktına düzəliş edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-811/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ 1. “Torpağa mülkiyyət hüququna dair” JN-227 KOD 60919005 nömrəli Dövlət Aktına əsasən, Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 05 yanvar tarixli, 01 nömrəli qərarı ilə 1.51 ha torpaq sahəsi İddiaçı və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir.

2. Ağdam rayon Alıbəyli Bələdiyyəsinin məktubunda bildirilir ki, Ağdam rayonu Alıbəyli kəndində torpaq islahatı gedən zaman Alıbəyli kənd sakini İddiaçı beş nəfər ailə üzvü olmaqla həyətyanı sahəsi 0,10 ha zəbti 0,06 ha olmaqla ail ə sayına 0,52 hadan 2,51 ha pay torpaq sahəsi verilmişdir, həmin torpaq sahəsindən vətəndaş halhazırda istifadə edir, torpaq sahəsi yerində düzgündür, lakin vətəndaşlara Dövlət aktı paylananda İddiaçı adına gələn JN 227 nömrəli Dövlət aktında pay torpaq sahəsi 2,51 ha əvəzinə səhvən 1,51 ha kimi göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun və ailə üzvlərinin adına verilmiş “Torpağa mülkiyyət hüququna dair” JN-227 KOD 60919005 nömrəli Dövlət Aktında düzəliş edilərək 1.51 ha kimi qeyd edilmiş torpaq sahəsinin ölçüsünün 2.51 ha kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etm işdir. İddiaçının əsaslandırması:

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1999-cu ildə Ağdam rayonunda keçirilən torpaq islahatı zamanı iddiaçıya və 5 nəfərdən ibarət ailə üzvlərinə Ağdam rayonu Alıbəyli kəndi ərazisindən 2,51 ha pay torpaq sahəsi verilmişdir. Hazırda da həmin torpaq sahəsi onun və ailə üzvlərinin istifadəsindədir. Lakin Torpağa mülkiyyət hüququna dair JN227 Kod 60919005 olan Dövlət Aktında ona və ailə üzvlərinə verilmiş torpaq sahəsinin ölçüsü 2,51 hektar deyil texniki səhv olaraq 1.51 hektar kimi qeydə alınmışdır. Həmin ərizəyə əlavə edilmiş X1 üzvlərindən ibarət komissiya tərəfindən tərtib edilmiş xx.xx.2007-ci il tarixli Aktdan görünür ki, 1999-cu ildə torpaq islahatı zamanı 5 nəfərdən ibarət ailə üzvlərinin hər birinə 0.52 ha pay torpaq sahəsi verilməklə 0.6 ha həyətyanı zəbt torpağı çıxılmaqla 2.51 ha pay torpağı verilmiş, lakin 227 nömrəli Dövlət Aktında texniki səhv olaraq 1.51 ha torpaq sahəsi göstərilmişdir. Həmin ərizəyə əlavə edilmiş Ağdam rayon Alıbəyli Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 13 nömrəli arayışından görünür ki, Torpaq islahatı zamanı ona və 5 nəfərdən ibarət ailə üzvlərinə 2,51 ha pay torpaq sahəsi verilmişdir. Həmin ərizəyə əlavə edilmiş Ağdam rayon Alıbəyli Bələdiyyəsinin xx.xx.2022-ci tarixli 13 nömrəli arayışından görünür ki, torpaq islahatı zamanı ona və ailə üzvlərinə 2,51 ha pay torpaq sahəsi verilmişdir Eyni zamanda qeyd edilən 2.51 ha torpaq sahəsi hazırda iddiaçının və ailə üzvlərinin istifadəsindədir, torpaq sahəsi ilə bağlı mübahisə yoxdur. Ona görə də cavabdehə müraciət edərək qanuni əsaslarla mülkiyyətinə v erilmiş torpaq sahəsinin onun adına dövlət qeydiyyatına alınması və buna dair çıxarışın verilməsini xahiş etmiş, cavabdeh isə onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:

5. Cavabdeh iddiaya qarşı etiraz təqdim etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1575/2023 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı Dövlət aktına düzəliş edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya və ailə üzvlərinə torpaq sahəsinin verilməsi həmin dövrdə səlahiyyətli olmuş Aqrar İslahat Komissiyasının qərarı ilə baş vermiş, lakin iddiaçı və ailə üzvləri qeyd olunan vəziyyəti qanunvericiliklə nəzərdə tutulmuş müddətdə mübahisələndi rməmişdir.

8. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddianın yenidən baxılmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-811/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2-1(114)-1575/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti MPM-in xx.xx.2011-ci ilə qədər qüvvədə olmuş 298-ci maddəsi ilə, xx.xx.2011-ci ildən isə mübahisələndirmə haqqında iddialar üzrə iddia müddəti İPM-in 38.1-ci maddəsi ilə tənzimlənir.

11. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməz. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

12. İddiaçı həmin qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

13. Mülki Məcəllənin 152-ci maddəsinin tələbi pozulmuşdur. İşə əlavə olunan Torpaq mülkiyyətinə dair JN-227 kod 80919005 nömrəli Dövlət aktından göründüyü kimi Ağdam Rayonu Aqrar İslahatlar Komissiyasının 1999-cu il 5 yanvar tarixli 01 nömrəli qərarı ilə 1.51 ha torpaq sahəsi İddiaçı Yunus oğlu və ailə üzvilərinə ayrılmışdır. Ağdam rayon Alıbəyli Bələdiyyəsinin məktubundan göründüyü kimi Ağdam Rayonu Alıbəyli kəndində torpaq islahatı zamanı gedən zaman Alıbəyli kənd sakini İddiaçı Yunus oğluna beş nəfər ailə üzvi olmaqla həyətyani torpaq sahəsi 0.10 ha zəbt olmaql a 0.06 ha olmaqla ailə üzvlərinə sayına 0.52 ha-dan 2.51 ha torpaq sahəsi verilmiş həmin torpaq sahəsi hal hazırda istifadələrindədir, torpaq sahəsinin yeri düzgündür, lakin vətəndaşlara Dövlət aktı paylananda İddiaçı Yunus oğlunun adına gələn JN №227 nömrəli aktda torpağı 2.51 ha əvəzi 1.51 ha göstərilmişdir. Bələdiyyə bu arayışı ilə torpaq sahəsinin onun mülkiyyətində olmamasını bir daha təsdiq edir. İddiaçı düzəlişin olması ilə bağlı cavabdehə müraciət etmə səbəbi hal hazırda Xəritəçəkmə Komitəsinin səlahiyyətlərinin Daşınmaz Əmlaka verilməsi ilə bağlı olmuş və məhkəmə iddia tələbini mümkünsüz hesab etməklə və inzibati işi icraatına götürməkdən imtina etməklə Azərbaycan Respublikası Konstitusiyasının 60, 13 və Mülki Məcəllənin 152-ci maddəsinin tələbini pozmuşdur.

14. Mülki Prosessual Məcəllənin 14, 77, 88-ci maddələrinin tələbləri pozulmuşdur. Məhkəmə ədalətli araşdırma aparması üçün tərəfləri dindirməli və bundan sonra qərar qəbul etməli idi. Məhkəmənin iş materiallarına əlavə edilən sənədlər əsasında tərəfləri dindirmədən belə bir qənaətə gəlməsi qeyd olunan prosessual hüquq normalarına ziddir.

15. İş materiallarında iddiaçının qərarı qəbul etməsi və göndərilməsinə dair heç bir qeyd yoxdur. Asan imza ilə tanış olduğu müddətə nəzər salınsa şikayət vermə müddətin ötürməmişdir. b) kassasiya şikayətinə etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apell yasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Şikayət aşağıdakı səbəblərə görə təmin oluna bilməz.

21. Məhkəmə kollegiyası razılaşır ki, iddiaçının mübahisələndirdiyi qərarın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Həm də 2000-ci il 1 sentyabr tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 298-ci maddəsinə əsasən, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olmuşdur.

22. Artıq formalaşmış məhkəmə təcrü bəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi qüvvəyə minənədək, yəni xx.xx.2011-ci il tarixədək müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti xx.xx.2011-ci ilədək ötürülmüşsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İPM onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır.

23. İddiaçının şikayətin dəlillərinə, bununla bağlı Ağdam rayon Alıbəyli Bələdiyyəsinin məktubuna istinadına gəldikdə, həmin məktubdakı məlumatlar iddiaçının ona və ailəsinə aid “Torpağa mülkiyyət hüququna dair” JN-227 KOD 60919005 nömrəli Dövlət Aktında göstərilən, Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 05 yanvar tarixli, 01 nömrəli qərarı ilə verilmiş 1.51 ha torpaq sahəsindən artıq ölçüdə torpaq sahəsinin verildiyini (qeyd olunandan artıq torpaq sahəsinə hüquqlarının olduğunu) və İddiaçı adına verilən JN 227 nömrəli Dövlət aktında pay torpaq sahəsinin 2,51 ha əvəzinə səhvən 1,51 ha göstərildiyini özü-özlüyündə təsdiq etmir. Belə ki, həmin məktubun özü hər hansı mənbəyə (arxiv sənədlərinə və s.) əsaslanmır. Belə bir mənbə işdə də mövcud deyil.

24. Beləliklə, iddiaçı “Torpağa mülkiyyət hüququna dair” JN-227 KOD 60919005 nömrəli Dövlət Aktında göstərilən, Ağdam rayon Aqrar İslahat Komissiyasının 1999-cu il 05 yanvar tar ixli, 01 nömrəli qərarı ilə verilmiş 1.51 ha torpaq sahəsindən artıq torpaq sahəsinə hüququnun olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədə malik olmadığından, o, İPM-in 35.1-ci maddəsinə əsasən hüququnun pozulduğunu iddia edə bilməz.

25. Hazırkı məzmunda iddianın mümkünsüzlüyünə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgündür. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvinə əsas vermir.

26. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 21(104)-811/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar