Məhkəmə qərarları › İş №2-1(102)-1393/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1393/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1393/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil oğlunun iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə qarşı ya şa görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-182/2019 saylı, 08 yanvar 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 08 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş 148 nömrəli, 14 mart 2018-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) 1972-1983-cü illərdə Ağsu rayonunun “Azərbaycan” kolxozunda işləyərək həmin illər üzrə əmək haqqı almışdır. İddiaçı Ağsu rayonunun “Azərbaycan” kolxozunda işlədiyi iş stajının ümumi iş stajına daxil edilməsi və həmin iş stajı da nəzərə alınmaqla, pensiyasını n yenidən hesablanması xahişi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsinə (bundan sonra cavabdeh) müraciət etmiş, cavabdeh 06.06.2018-ci il tarixli, 14/3250 nömrəli məktubla ona imtina cavabı vermişdir. Cavabdeh bildirmişdir ki, şöbəyə təqdim edilmiş 14.03.2018-ci il tarixli 148 saylı Ağsu rayon Dövlət Arxivi tərəfindən verilmiş arayışda göstərilən iş illəri əmək kitabçasında qeyd edilmədiyindın və qanuna müvafıq olaraq həmin illər ümumi iş stajı kimi sayıla bilmədiyindən müraciəti təmin etmək mümkün olmamışdır. Bu cavabla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağsu rayonunun “Azərbaycan” kolxozunda işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və həmin staj da nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1972ci il tarixdən 1983-cü il tarixədək Ağsu rayonunun “Azərbaycan” kolxozunda işlədiyi müddətin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, ona, əmək kitabçasında qeyd olunmuş 01.01.2006-cı ilədək, 22 il 06 ay iş stajına əsasən əmək pensiyası təyin edilmiş və Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamlarına əsasən pensiyasının məbləği 01.01 2018-ci ildən 177,16 manata çatdırılmışdır və bu məbləğ hal - hazırda ona ödənilir. O, 1972-ci ildən 1983-cü ilə qədər Ağsu rayonunun Nəmirli kəndinin “Azərbaycan” kolxozunda kolxozçu kimi işləmişdir. 1983-cü ildə Bakı şəhərinə köçmüş və V.İ.Lenin adına toxuculuq kombinatında işə qəbul olunmuşdur. O dövrdə Kolxoz idarə heyətinin rəhbərliyinin səhlənkarlığı ucbatından, işə qəbul olarkən ona əmək kitabçası açılmamış, yeni iş yerində açılmış əmək kitabçasının iş haqqında məlumat hissəsində isə həmin səbəbdən kolxozda işlədiyi əmək stajı barədə müvafiq qeydiyyat aparılmamışdır. Ağsu rayonunun “Azərbaycan” kolxozunda işlədiyi illərin ümumi iş stajına daxil edilməsi və həmin staj da nəzərə alınmaqla, pensiyasının yenidən hesablanması xahişi ilə DSMF-nun Nəsimi rayon şöbəsinə müraciət etmiş və şöbə tərəfindən 06.06.2 018-ci il tarixli 14/3250 saylı məktubla ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1.1-ci bəndinə görə əmək pensiyaları hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası əsasında müəyyən edilir. Hesab edir ki, cavabdehin bu imtinası qanunsuzdur. Belə ki, Ağsu rayonunun Dövlət Arxivinin 14.03.2018-ci il tarixli 148 saylı arxiv arayışından görünür ki, o, həqiqətən 1972-1983-cü illər ərzində rayonun “Azərbaycan” kolxozunda kolxozçu qismində işləyərək əmək haqqı almışdır. Göründüyü kimi, kolxozda işlədiyi illər onun təqsiri olmadan əmək kitabçasında qeyd edilməmiş və bu s əbəbdən ümumi əmək stajında həmin illərin nəzərə alınması ilə bağlı hüquqları pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2-1(81)3437/2018 nömrəli qərarı ilə (hakim: A.A.Abdullayeva) iddia təmin edilmiş, iddiaçının 1972-ci ildən 1983-cü il tarixədək Ağsu rayonunun “Azərbaycan” kolxozunda işlədiyi dövrün sosial sığorta stajı kimi nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və ödənilməmiş pensiyanın ödənilməsi vəzifəsi cavabdehə həvalə edil mişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmənin həmin qərarından cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-182/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 03 oktyabr 2018-ci il tarixli, 2-1(81)-3437/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Cavabdeh kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-182/2019 nömrəli iş üzrə 08 yan var 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində qeyd edilir ki, apelyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qanunsuz və əsassız qərar qəbul etmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Sığorta stajının təsdiq edilməsi bu qanunun 25-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqqlarının ödənilməsi barədə verilən sənədlərlə təsdiq olunur. Daha sonra kassator qeyd edir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən 2010-cu il 08 oktyabr tarixdə 4027 nömrəli şəhadətnamə ilə dövlət qeydiyyatına alınmış “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydalarının 3.1.1-ci bəndinə uyğun olaraq bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanl arın qazanmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsas müəyyən edilir. İddiaçının 1972-ci il tarixdən 1983-cü il tarixədək olan iş stajının əmək kitabçasında qeyd edilmədiyi və həmin stajın düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığı səbəbindən ona əmək pensiyası təyin etmək qanuna müvafiq olmamışdır. Lakin məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd edilənləri nəzərə almamış və heç bir əsas olmadan iddiaçının iddia ərizəsini təmin etmiş, bununla da maddi hüquq normaları pozulmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-182/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu i l tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyi üçün işə Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə müvafiq olaraq onun izahatı dinlənilmədən baxılmışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsasla ndırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 82-ci maddəsində isə təsbit edilmi şdir ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Kollegiya hesab edir ki, hazırkı mübahisəyə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamış, müvafiq olaraq mübahisəyə maddi hüquq normaları da düzgün tətbiq edilməmişdir. Cavabdeh kassasiya şikayətinin əsası kimi qeyd etmişdir ki, iddiaçının 1972-ci il tarixdən 1983-cü tarixədək o lan iş stajının əmək kitabçasında qeyd edilmədiyi və həmin stajın düzgünlüyünü yerində yoxlamaq mümkün olmadığı üçün ona əmək pensiyası təyin etmək qanuna müvafiq deyildir. Məhkəmə kollegiyası oxşar mübahisələrlə bağlı əvvəlki qərarlarında təsbit olunmuş mövqeyinə uyğun olaraq qeyd edir ki, məhkəmə tərəflərin, müvafiq olaraq, iddia tələbi və həmin tələbə qarşı etirazla bağlı əsaslandırmalarına, normativ aktlara istinadlarına (o cümlədən, inzibati orqanın müraciətlə bağlı cavabındakı istinadlara), onların qərar, ərizə və etirazlarının ifadə tərzinə bağlı deyil və mübahisənin düzgün həlli üçün iş üzrə gəldiyi nəticəni tərəflərdən fərqli əsaslandıra və mübahisənin aid olduğu münasibətləri tənzimləyən fərqli normalara istinad edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, 1964-cü il 15 iyul tari xdə qəbul edilmiş və 1965-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş “Kolxoz üzvlərinin pensiyaları və müavinətləri haqqında” SSRİ Qanunun icrası ilə bağlı SSRİ Nazirlər Sovetinin 1964-cü il 17 oktyabr tarixli 859 №-li Qərarı ilə təsdiq edilmiş “Kolxoz üzvlərinin pensiyalarının təyin edilməsi və ödənilməsi qaydaları haqqında” Əsasnamənin 48-ci bəndinə əsasən, 1965-ci ildən sonrakı dövr üçün pensiya hüququ verən iş stajı hesablanarkən kolxoz üzvünün ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədiyi və ya işəçıxmanın müəyyən edilmiş minimumuna malik olmadığı illər staj müddətinə daxil edilmir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən, əgər k olxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İddiaçının 1972-ci ildən 1983-cü il tarixədək olan dövrə dair təqdim etdiyi arxiv arayışında minimum əmək iştirakı normasına dair məlumat yoxdur. Apelyasiya instansiya məhkəməsi isə həmin halların aydınlaşdırılması üçün öz səlahiyyəti çərçivəsinə tam v ə hərtərəfli araşdırma aparmamış, beləliklə də iddiaçının kolxozda işlədiyi iş illərinin sığorta stajı kimi nəzərə alınması barədə nəticəyə gələrkən 1992-ci il sentyabrın 23-də qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin dispozisiya şərtlərinin iddiaçıya münasibətdə mövcud olub-olmamasını yoxlamamışdır. Bundan əlavə işdən görünür ki, işə baxılarkən apelyasiya instansiyası məhkəməsi tərəfindən pensiya işi tələb edilərək tədqiq edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” 17 sentyabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, İPM-in inzibati apelyasiya icraatının hədlərini nəzərdə tutan 82-ci maddəs i apelyasiya instansiyası məhkəməsinin mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxmasını nəzərdə tutsa da, eyni zamanda həmin Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutların (sübutetmə vasitələrinin) və faktların (faktiki halların) da nəzərə alınmasını göstərir. İPM-in 12-ci maddəsi apelyasiya məhkəməsinin üzərinə mübahisənin düzgün həlli üçün nəinki proses iştirakçılarının təqdim etdikləri izahatları, ərizə və təklifləri, sübutları araşdırıb qiymətləndirmək, eyni zamanda onun üzərinə öz təşəbbüsü ilə digər zəruri sübutları toplamaq vəzifəsini qoymuşdur. (İPM-in 12.1 və 12.2-ci maddələri). İPM-nin 82-ci maddəsinin təhlilindən göründüyü kimi, bu maddədə işə yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələri) və faktlar (faktiki hallar) əsasında mahiyyət üzrə tam həcmdə baxılması göstərilmiş, eyni zamanda Məcəllənin işin hallarının araşdırılması prinsipini nəzərdə tutan 12-ci maddəsinə istinad edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsində işə baxılarkən işin hallarının tam, hərtərəfli, obyektiv araşdırılması prinsipinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikasının İPM-nin 96.5.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apelyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, yuxarıda qeyd edilən halların araşdırılması, beləliklə də maddi və prosessual hüquq normalarının tələbləri təmin edilməklə iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nəsimi rayon şöbəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin olunsun. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-182/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Q

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar