Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1393/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 7 aprel 2022-ci il tarixli, 2-1(103)-783/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı daşınmaz əmlakın icarəyə verilməsi fəaliyyəti ilə məşğul olmuş və vergiyə cəlb edilən gəliri icarə haqları olmuşdur.
2. Cavabdehin səyyar vergi yoxlamasının keçirilməsi haqqında 7 may 2018-ci il tarixli, **********149938 nömrəli qərarı ilə İddiaçı ASC-də növbəti səyyar vergi yoxlaması (yoxlanılan dövr: 1 aprel 2015 – 1 aprel 2018) keçirilmiş və yoxlamanın nəticəsi 27 sentyabr 2019-cu il tarixli səyyar vergi y oxlaması aktı ilə rəsmiləşdirilmişdir.
3. Səyyar vergi yoxlamasının nəticəsinə dair 30 sentyabr 2019-cu il tarixli **********151355 nömrəli akta əsasən yoxlama zamanı qaz, işıq və su sərfiyyatı üzrə bütün xərclərin icarəçilər tərəfindən müəssisəyə ödənildiyini və həmin xərc məbləğlərinin faktiki olaraq müəssisənin adından ödənildiyini nəzərə alaraq, vergi ödəyicisinə icarə haqlarından əlavə ödənilmiş kommunal xərc məbləğləri İddiaçı ASC-nin ümumi gəlirinə daxil edilmiş və nəticədə cəmiyyətin mənfəət vergisi məqsədləri üçün vergiyə cəlb edilən ümumi gəliri 2015-ci il üzrə 117496.3 manat, 2016-cı il üzrə 125367.83 manat, 2017-ci il üzrə isə 142199.57 manat müəyyən edilmiş və cəmiyyət tərəfindən 2015-ci il üzrə 688.12 manat, 2016-cı il üzrə 1892.86 manat, 2017-ci il üzrə 5743.05 manat, ümumil ikdə isə 8054.03 manat mənfəət vergisi azaldıldığına görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 50 % miqdarında, yəni 4027.02 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Cəmiyyətin adından ödənilmiş kommunal xərc məbləğləri nəzərə alınaraq, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 58.3-cü maddəsinin tələbləri, yəni həmin Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə sərəncamın verildiyi tarixdən, kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda bu Məcəllənin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı tarixdən vergi ödəyicisi tərəfindən onun kassasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, 2015-ci il üzrə 74823.65 manat, 2016-cı il üzrə 109140.61 manat, 2017-ci il üzrə 142890.30 manat, 2018-ci ilin yanvar-mart ayları üzrə isə 31494.0 manat nağd qaydada məxaric əməliyyatları aparıldığına görə cəmiyyətə məxaric əməliyyatlarının 50 %-i miqdarında 179174.29 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir. Cəmiyyətin adından ödənilmiş kommunal xərc məbləğləri nəzərə alınaraq, cəmiyyət tərəfindən Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələbləri pozularaq, təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirildiyindən, iddiaçıya 1884.34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif edilmişdir.
4. Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərara əsasən iddiaçıya mənfəət vergisi üzrə 2015ci ilə 688.12 manat, 2016-ci ilə 1892.86 manat, 2017-ci ilə 5473,05 manat, ümumilikdə 8054,03 manat əlavə vergi məbləği hesablanmış və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 3682,96 manat, 58.7-1.1-ci maddəsinə əsasən 1125.51 manat, 58.3-cü maddəsinə əsasən 99250,97 manat, ümumilikdə isə 104059.44 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci i nstansiya məhkəməsində icraat
5. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi təqdim edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********193930 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
6. İddia tələbi belə əsaslandırılmışdır ki, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin (bundan sonra cavabdeh vergi orqanı) xx.xx.2018-ci il tarixli **********149928 nömrəli qərarına əsasən İddiaçı ASC-də aprel-2013 mart 2018 dövrünü əhatə edən növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama xx.xx.2018-ci il tarixdə başlanmış və xx.xx.2019-cu il tarixdə bitmişdir. Yoxlama 9 halda cəmi 272 gün dayandırılmış, 3 halda isə cəm i 57 gün uzadılmış, 1 halda isə 70 gün müddətinə əlavə vergi yoxlaması tədbirləri keçirilmişdir. Səyyar vergi yoxlamasının nəticəsi xx.xx.2019-cu il tarixli **********151355 nömrəli aktla rəsmiləşdirilmiş və həmin aktın əsasında xx.xx.2019cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qəbul edilmişdir. Həmin Qərara əsasən iddiaçıya mənfəət vergisi üzrə 2015-ci ilə 688.12 manat, 2016-cı ilə 1892.86 manat, 2017ci ilə 5473,05 manat, ümumilikdə 8054,03 manat əlavə vergi məbləği hesablanmış, VMnin 58.1-ci maddəsinə əsasən (vergilərin azaldılmasına görə) 3682,96 manat, 58.7-1-ci maddəsinə əsasən (“Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə) 1125.51 manat, VM-nin 58.3-cü maddəsinə əsasən 2016-cı il üzrə 12058,82 manat, 2017-ci il üzrə 71445,15 manat, 2018-ci il üzrə 15747,0 manat, ümumilikdə isə 99250,97 manat maliyyə sanksiyası tətbiq edilmişdir. İddiaçı barəsində qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********193930 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında Qərar”ı əsassız hesab edirlər.
7. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının səlahiyyətlərinə aid edilmişdir. Cavabdehin “Səyyar vergi yoxlamasının keçirilməsi” haqqında xx.xx.2018-ci il tarixli **********149938 nömrəli Qərarı ilə İddiaçı ASC-də Vergi Məcəlləsinin 38.2-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan vergi dövrü əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Səyyar vergi yoxlamasının nəticələri üzrə xx.xx.2019-cu il tarixli **********151355 nömrəli akt tərtib olunmuşdur. Vergi ödəyicisi aktı imzalamaqdan imtina etmiş, bu barədə aktda müvafiq qeyd edərək, bir nüsxəsini qəbul etmişdir. Aparılan səyyar vergi yoxlaması zamanı vergidən yayınma halları aşkar edilmiş, vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2019-cu il tarixli **********193930 nömrəli Qərar çıxarılmışdır. Vergi yoxlamasının keç irilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2018-ci il tarixli **********151356 nömrəli Tələbnamə təqdim olunmuşdur. Bu tələbnaməyə əsasən xx.xx.2015-ci il -xx.xx.2018-ci il dövrləri üzrə ilkin mühasibat sənədləri, müvafiq lisenziya, sertifikat və icazələrin surətləri, xammal və materialların, malların alış sənədləri, yoxlanılan dövr üzrə bank sənədləri, qaimələr, kassa mədaxil, məxaric sənədləri, NKA zet çıxarışı, əmək haqqı cədvəlləri, əmək müqavilələri, daşınan və daşınmaz əmlakın təsdiqedici sənədlərinin surətləri, icarə müqavilələri, iş, xidmət müqavilələri nəqliyyat və digər xərc sənədləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər tələb edilmişdir. Səyyar vergi yoxlaması zamanı “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqd im olunması haqqında” xx.xx.2018-ci il tarixli **********151356 saylı Tələbnamədə göstərilən sənədlərin bir hissəsi yoxlamaya təqdim edilmiş və həmin sənədlərdə vergidən yayınma halları müəyyən olunduğu üçün Vergi Məcəlləsinin 43-cü maddəsinə əsasən cavabdeh tərəfindən yoxlama zamanı müəssisənin rəhbərliyinə xx.xx.2018-ci il tarixli **********162977 nömrəli “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” Qərar çıxarılmışdır. Həmin qərar üzrə təqdim edilmiş sənədlər götürülmüş və bu barədə xx.xx.2018-ci il tarixli Protokol tərtib olunmuşdur. Təqdim edilməsindən imtina olunmuş sənədlər üzrə imtina aktlar tərtib edilmişdir. xx.xx.2019-cu il tarixli **********177119 nömrəli Səyyar vergi yoxlamasının keçirilməsi zamanı vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərin və əşyaların baxışının keçirilməsi haqqında qərara əsasən vergi ödəyicisinin binasına (ərazisinə) baxış keçirilmişdir. Bu qərara əsasən protokol tərtib edilmişdir. xx.xx.2018-ci il tarixli **********151359 nömrəli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspertiza aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.2ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi, əhəmiyyətli olan bütün hallan, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan hallar aydınlaşdırılmalıdır. Vergi Məcəllənin 23.1.14-cü maddəsi ilə Məcəllə ilə müəyyən edilmiş qaydada ekspertin cəlb edilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 44-cü maddəsinə əsasən zəruri hallarda səyyar vergi yoxlamasına ek spert cəlb edilə bilər. Ortaya çıxan məsələlərin izah olunması üçün xüsusi biliklər tələb olunduğu hallarda ekspertiza təyin edilir. Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinə əsasən malların (işlərin, xidmətlərin) bazar qiymətlərinin bu maddədə göstərilən üsullardan biri ilə müəyyənləşdirmək mümkün olmadıqda, bazar qiymətləri müqavilə əsasında cəlb edilmiş ekspert tərəfindən müəyyənləşdirilir. Məcəllənin göstərilən maddələrinə əsaslanaraq yoxlamanın gedişatında müəssisə tərəfindən icarəyə verilmiş obyektlərin icarə haqqı qiymətlərin real bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədilə ləğv edilmiş Departamentin “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2018-ci il tarixli **********151359 saylı Qərarına əsasən Azərbaycan Respublikası Sənaye və Ticarət Palatasının “Azərekspertiza” Birli yindən ekspert Salayev Məmməd-Qulu Sanqam oğlu dəvət edilmiş və AZ 1030 ünvan 1 ünvanda yerləşən daşınmaz əmlakın xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək əhatə olunan dövr üzrə icarə haqqının real bazar qiymətinin müəyyənləşdirilməsi barədə xx.xx.2018-ci il tarixli ekspert rəyi alınmışdır (rəy və tərtib edilmiş sənədlər əlavə olunur). xx.xx.2018-ci il tarixli ekspert rəyinə əsasən müqavilələrdə göstərilən icarə qiymətlərinin hazırkı bazar qiymətlərinə uyğunluğu müəyyən edilərək ekspert tərəfindən təsdiq edilmişdir. Mənfəət vergisi üzrə: Yoxlanılan dövrdə müəssisə mənfəət vergisinin ödəyicisi olmuşdur. Yoxlama ilə 2015, 2016, 2017-ci illərin bəyannamələri əhatə edilmişdir. Yoxlama ilə 2015-2017-ci illər üzrə mənfəət vergisinin hesablanmasının düzgünlüyü yoxlanıldıqda aşağıdakıl ar müəyyən edilmişdir. Yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş icarə müqavilələrinə və mühasibat uçotu sənədlərinə əsasən müəyyən edilmişdir ki, icarəyə götürülmüş obyektlər üzrə kommunal xərclər, mühafizə xərcləri icarə haqlarına daxil deyil və icarəçilər tərəfindən icarəyə verənə əlavə olaraq ödənilir. Lakin müəssisə tərəfindən 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi bəyannamələrində ümumi gəlirə yalnız icarə haqları daxil edilmiş, icarəçilər tərəfindən əlavə olaraq müəssisəyə ödənilmiş kommunal xərc məbləğləri isə, icarə haqlarından əlavə ödənilməsinə baxmayaraq ümumi gəlirdən - icarə haqlarından çıxılan xərclərə aid edilmişdir. Bütün xərclərin icarəçilər tərəfindən müəssisəyə ödənildiyini və həmin xərc məbləğlərinin faktiki olaraq müəssisənin adından ödənildiyi ni nəzərə alaraq, vergi ödəyicisinə icarəçilər tərəfindən icarə haqlarından əlavə ödənilmiş məbləğlər müəssisənin ümumi gəlirinə daxil edilmişdir. 2015-ci il üzrə: Müəssisə tərəfindən 2015-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 47725,0 manat, o cümlədən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir - 47725,00 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 48 000,00 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 9497,70 manat, sosial sığorta haqları 2089,49 manat, enerji xərcləri 17389,37 manat, su və kanalizasiya xərcləri 4047,36 manat, mühafizə xərcləri 9000,00 manat, bank xidməti üzrə xərclər 54,70 manat, amortizasiya ayırmaları 566,03 manat, digər xərclər 915,15 manat, gəlirdən çıxılan vergilər və yığımlar 4440,20 manat, o c ümlədən torpaq vergisi üzrə 3877,00 manat, əmlak vergisi üzrə 563,20 manat göstərilərək, nəticədə 275 manat məbləğində zərər qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2015-ci il üzrə mənfəət vergisi yoxlanılarkən aşağıdakılar müəyyən edildi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər və baza məlumatları əsasında vergi ödəyicisinin 2015-ci il üzrə ümumi gəliri 117 496,30 manat, o cümlədən, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəliri - 53.900 manat; işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri - 63 596,3 manat (icarəçilər tərəfindən ödənilmiş əlavə məbləğlər); ümumi gəlirdən çıxılan xərclər - 114055,7 manat, o cümlədən əmək haqqı və ona bərabər tutulan ödəmələr 9497,70 manat, sosial sığorta haqlan 2089,49 manat, qaz xərcləri - 39 303,05 manat, enerji xərcləri 43356,05 manat, su və kanalizasiya xərcləri 5 549,10 manat, rabitə xərci -15,96 manat, mühafizə xərcləri 7 627,12 manat, bank xidməti üzrə xərclər 54,70 manat, amortizasiya ayırmaları 566,03 manat, digər xərclər 1 556,30 manat, gəlirdən çıxılan vergilər və yığımlar 4440,20 manat, o cümlədən torpaq vergisi üzrə 3877.0 manat, əmlak vergisi üzrə 563,20 manat, beləliklə vergiyə cəlb olunan mənfəəti 3440,60 manat məbləğində, mənfəət vergisi isə 688,12 manat (3440,60 x 20/100) məbləğində hesablanmışdır. Beləliklə, aparılan yoxlama zamanı vergi ödəyicisi tərəfindən 2015-ci ilin mənfəət vergisi üzrə 688,12 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. 2016-cı il üzrə: Müəssisə tərəfindən 2016-cı il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 50100,00 manat, o cümlədən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir - 50100,00 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 52946,08 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 7027,34 manat, sosial sığorta haqları 1546,01 manat, enerji xərcləri 10159,49 manat, su və kanalizasiya xərcləri 9085,14 manat, mühafizə xərcləri 15000,00 manat, bank xidməti üzrə xərclər 15,27 manat, binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri - 560,37 manat, digər xərclər 2 240,89 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7311,57 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 557,57 manat göstərilərək, nəticədə 2846,08 manat məbləğində zərər qeyd edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2016-cı il üzrə mənfəət vergisi yoxlanılarkən aşağıdakılar müəyyən edildi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlər və baza məlumatları əsasında vergi ödəyicisinin 2016-cı il üzrə ümumi gəliri 125 367,83 manat, o cümlədən, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəliri - 54600.0 manat; işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri - 70767,83 manat; ümumi gəlirdən çıxılan xərclər 115903,51 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 7027,34 manat, sosial sığorta haqları 1546,01 manat, enerji xərcləri 47747,68 manat, su və kanalizasiya xərcləri 5923,25 manat, qaz xərcləri - 27457,37 manat, mühafizə xərcləri 13559,32 manat, rabitə xərcləri - 232,20, bank xidməti üzrə xərclər 15,27 manat, binalar, tikililər və qurğular üzrə hesablanmış təmir xərcləri - 560,37 manat, digər xərclər 1 506,16 manat, gə lirdən çıxılan vergilər və yığımlar 7311,57 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 557,57 manat, beləliklə 9464,32 manat məbləğində vergiyə cəlb olunan mənfəət olduğu müəyyən edildi və 1892,86 manat (9464,32 x20/100) məbləğində isə mənfəət vergisi hesablandı. Beləliklə, vergi ödəyicisi tərəfindən 2016-ci ilin mənfəət vergisi üzrə 1892,86 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. 2017-ci il üzrə: Müəssisə tərəfindən 2017-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 50100,00 manat, o cümlədən daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəlir - 50100,00 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 50605,05 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 6840.0 manat, sosial sığorta haqları 1504,8 0 manat, enerji xərcləri 5876,03 manat, su və kanalizasiya xərcləri 12594,81 manat, mühafizə xərcləri 12000 manat, bank xidməti üzrə xərclər 14,7 manat, qaz xərcləri 2 530,00 manat, amortizasiya ayırmaları - 554,76 manat, digər xərclər 1 383,96 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7 305,99 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 551,99 manat göstərilərək, nəticədə 505,05 manat məbləğində zərər qeyd edilmişdir. 2017-ci ilin mənfəət vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlaması nəticəsində müəssisənin mənfəəti həmin dövr üzrə 49,71 manat, mənfəət vergisi isə 9,94 manat müəyyən edilmişdir. Səyyar vergi yoxlaması zamanı 2017-ci il üzrə mənfəət vergisi yoxlanılarkən aşağıdakılar müəyyən edildi: Vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənə dlər və baza məlumatları əsasında vergi ödəyicisinin 2017-ci il üzrə ümumi gəliri 142 199.57 manat, o cümlədən, daşınan və daşınmaz əmlakın icarəyə verilməsindən gəliri -50100.0 manat; işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəliri - 92099,57 manat; ümumi gəlirdən çıxılan xərclər - 114 784,63 manat, o cümlədən, əmək haqqı və ona bərabər tutulan ödəmələr 6 840,00 manat, sosial sığorta haqlan 1 504,80 manat, enerji xərcləri 62 247,06 manat, qaz xərcləri -11521,19 manat, su və kanalizasiya xərcləri 12 862,77 manat, mühafizə xərcləri 10169,49 manat, rabitə xərcləri - 263,97, bank xidməti üzrə xərclər 14,70 manat, digər xərclər 2054,66 manat, gəlirdən çıxılan vergilər və yığımlar 7305,99 manat, o cümlədən torpaq vergisi üzrə 6754,00 manat, əmlak vergisi üzrə 551,99 manat, 27414,94 manat məbləğində vergiyə cəlb olunan mənfəəti müəyyən edilmiş, 5482,99 manat (27414,94 x 20/100) məbləğində isə mənfəət vergisi hesablanmışdır. Beləliklə, vergi ödəyicisi tərəfindən 2017-ci ilin mənfəət vergisi üzrə 5473,05 (5482,99- 9,94) manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, müvafiq məbləğ vergi ödəyicisinə qeyd- şərtsiz ödənilməlidirsə, yaxud vergi ödəyicisi əqd və ya müqavilə üzrə bütün öhdəliklərini yerinə yetirmişdirsə, bu vaxt gəliri almaq hüququ əldə edilmiş sayılır. Məcəllənin 135.2-ci maddəsində isə qeyd edilir ki, vergi ödəyicisi müqavilə üzrə iş görürsə və ya xidmət göstərirsə, gəlir onu almaq hüququ müqavilədə nəzərdə tutulan işlərin görülməsinin və ya xidmətlərin göstərilməsinin tam başa çatdığı vaxtda əldə edilm iş sayılır. Məcəllənin 134-cü maddəsinə əsasən, hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə öhdəliyin yarandığı vaxt nəzərə almalıdır. Vergi Məcəlləsinin 136.1-ci maddəsinin tələblərinə əsasən vergi ödəyicisinin vergi uçotunun aparılması üçün hesablama metodundan istifadə etdiyi, əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı vergi ödəyicisinin birmənalı olaraq maliyyə öhdəliklərini qəbul etdiyi, maliyyə öhdəliklərinin məbləğinin dəqiq qiymətləndirildiyi və əqddə və ya müqavilədə iştirak edən bütün tərəflərin əqd və ya müqavilə üzrə özlərinin bütün öhdəliklərini yerinə yetirdiyi, yaxud müvafiq məbləğlərin qeyd-şərt siz ödənilməli olduğu vaxt əqdlə bağlı olan xərcin çəkilməsi vaxtı sayılır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.3-cü maddəsində nəzərdə tutulmuş hüquq pozuntuları barədə məlumat: Cəmiyyət tərəfindən yoxlamaya təqdim edilmiş ilkin sənədlərə əsasən (Nağd pul vəsaitlərinin hərəkəti barədə məlumat cədvəlləri, xəzinə kitabından çıxarışlara, kassa mədaxil, məxaric orderləri və digər) yoxlama ilə əhatə olunan dövr ərzində Vergi Məcəlləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergilər üzrə borcların və faizlərinin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarında və ya bank əməliyyatları aparan şəxslərdə hesabları olmadığı halda Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə müəyyən edilmiş bildirişdə göstərilən müddətin başa çatdığı vaxtdan vergi ödəyicisi tərəfindən onun kassasından Mülki Məcəllədə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliliyi pozulmaqla, nağd qaydada 2015-ci il üzrə 74823,65 manat, 2016-cı il üzrə 109140,61 manat, 2017-ci il üzrə 142890,30 manat, 2018-ci il üzrə 31494,00 manat, ümumilikdə 358348,56 manat məxaric əməliyyatlarının aparıldığı müəyyən edilərək, Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən aparılmış məxaric əməliyyatlarının 50%-i miqdarında, yəni 179174,29 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.7-1-ci maddəsində nəzərdə tutulmuş hüquqpozuntuları barədə məlumat: Yoxlama ilə əhatə olunan dövr ərzində Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublik ası Qanununun tələblərinin pozulmasına görə 3666,72 manat məbləğinin 10 faizi miqdarında 366,68 manat, 7588,33 manat məbləğinin 20 faizi miqdarında 1517,67 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Yoxlama aktında yoxlanılan dövr üzrə vergi ödəyicisi tərəfindən mənfəət vergisinin 8054,03 manat azaldıldığı və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış 8054,03 manat vergi məbləğinin 50% miqdarında 4027,02 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eyni zamanda Vergi Məcəlləsinin 58.3-cü maddəsinə əsasən 179174,29 manat, 58.7-1-ci maddəsinə əsasən 1884,34 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. (Cəmi hesablama 193139,68 manat) “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı çıxar ılarkən Vergi Məcəlləsinin 56.1-ci maddəsinə əsasən Vergi Məcəlləsinin 58.3-cü maddəsi üzrə vergi ödəyicisinin kassasından pul vəsaitinin silinməsi növbəlilik pozulmaqla aparılmasına görə 79923,32 manat maliyyə sanksiyası, 2015-ci ilin mənfəət vergisi üzrə tətbiq edilmiş 344,06 manat maliyyə sanksiyası və 58.7-1-ci maddəsinə əsasən tətbiq edilmiş 758,83 manat maliyyə sanksiyası azaldılmışdır (Cəmi: 81026,21 manat). Nəticədə xx.xx.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən vergi ödəyicisinə 112113,47 manat (193139,68-81026,21) əlavə hesablama tətbiq edilmişdir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə vergi qanunvericiliyinə əsasən tərtib edilən hər hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh icarəçilər tərəfindən ödənilən kommunal xərcləri əsassız şəkildə cəmiyyətin gəliri kimi qiymətləndirmişdir. Qeyd olunanlarla bağlı bildiririk ki, yoxlama zamanı müəssisə tərəfindən təqdim edilmiş icarə müqavilələrinə və mühasibat uçotu sənədlərinə əsasən müəyyən edilmişdir ki, icarəyə götürülmüş obyektlər üzrə kommunal xərclər, mühafizə xərcləri icarə haqlarına daxil deyil və icarəçilər tərəfindən icarəyə verənə əlavə olaraq ödənilir. Lakin müəssisə tərəfindən 2015-ci, 2016-cı və 2017-ci illər üzrə mənfəət vergisi bəyannamələrində ümumi gəlirə yalnız icarə haqları daxil edilmiş, icarəçilər tərəfindən əlavə olaraq müəssisəyə ödənilmiş kommunal xərc məbləğləri isə, icarə haqlarından əlavə ödənilməsinə baxmayaraq ümumi gəlirdən - icarə haqlarından çıxılan xərclərə aid edilmişdir. Bütün xərclərin icarəçilər tərəfindən müəssisəyə ödənildiyini və həmin xərc məbləğlərinin faktiki olaraq müəssisənin adından ödənildiyini nəzərə alaraq, vergi ödəyicisinə icarəçilər tərəfindən icarə haqlarından əlavə ödənilmiş məbləğlər müəssisənin ümumi gəlirinə daxil edilmişdir. Həmin Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən vergi orqanı vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilmə sinə nəzarət edir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 94.0.2-ci maddəsinə əsasən vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vəzifəsi vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
8. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş v ə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/4324 nömrəli ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi yoxlama ilə əhatə olunan dövrdə cəmiyyət tərəfindən qaz, su və işıq enerjisi sərfiyyatına görə 2015-ci il üzrə 91038.0 manat, 2016-cı il üzrə 89138.81 manat, 2017-ci il üzrə 111690.01 manat, 2018-ci il (yanvar-mart ayları) üzrə 13568.0 manat, ümumilikdə isə 305434.82 manat kommunal ödənişlər edilmişdir. Həmin kommunal ödənişlər tam həcmdə icarəçilər tərəfindən həyata keçirilmişdir. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı ASC tərəfindən icarəçilərə işıq, qaz və su satı şı həyata keçirilmədiyindən və ya bu istiqamət üzrə hər hansı xidmət göstərilmədiyindən (işlər görülmədiyindən) icarəçilər tərəfindən edilmiş kommunal ödənişlər cəmiyyətin gəliri hesab edilə bilməz. Üçüncü sual üzrə: iş materiallarında mövcud olan sənədlərlə tanışlıq zamanı müəyyən edildi ki, icarəçilər tərəfindən mühafizə xidməti üçün cəmiyyətə hər hansı ödəniş edilməmişdir. Dördüncü sual üzrə: hazırkı rəyin 2-ci sualı üzrə gəlinən nəticəyə əsasən kommunal ödənişlər cəmiyyətin gəliri hesab olunmadığından səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən hesablanmış mənfəət vergisi əsassız hesab edilir. Həmçinin təqdim edilmiş iş materialları ilə vergi ödəyicisinin bəyannamə məlumatları arasında fərq olmadığı üçün hazırkı ekspertiza tədqiqatı zamanı yoxlamanın əhatə etdiyi dövrdə müəss isə tərəfindən aparılmış əməliyyatlara görə vergilərin az hesablanması müəyyən edilmədi. Beşinci sual üzrə: iş materiallarından göründüyü kimi, cəmiyyət tərəfindən həyata keçirilmiş məxaric əməliyyatları aşağıdakı kimi olmuşdur: 2015-ci il üzrə --------------- 23300 manat vergi ödənişləri, 2089,49 manat sosial sığorta haqları, 9497,70 manat əmək haqqı; 2016-cı il üzrə ---------------- 5800 manat vergi ödənişləri, 1546,01 manat sosial sığorta haqları, 7027,34 manat əmək haqqı; 2017-ci il üzrə ---------------- 6083 manat vergi ödənişləri, 1504,80 manat sosial sığorta haqları, 6840,0 manat əmək haqqı; 2018-ci ilin yanvar-mart ayları üzrə ----------- 3000 manat vergi ödənişləri, 376,25 manat sosial sığorta haqları, 1710,0 manat əmək haqqı Qeyd edilir ki, kommunal ödənişlər cəmiyyətin deyil, ic arəçilərin məxaric əməliyyatları hesab edildiyindən və cəmiyyət tərəfindən yoxlanılan dövr ərzində məxaric olunmuş pul vəsaitləri vergi ödənişləri, sosial sığorta haqları və əmək haqlarından ibarət olduğundan Mülki Məcəllədə nəzərdə tutulmuş hesabdan pul vəsaitinin silinməsi növbəliyinin pozulması halı aşkar edilmədi. Altıncı sual üzrə: Qeyd edilir ki, vergi orqanı tərəfindən aparılmış səyyar vergi yoxlamasının keçirilmə müddətlərinə dair tələblərin gözlənilməsi hüquqi xarakterli məsələ olduğu üçün məhkəmə tərəfindən qiymət verilməlidir.
9. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2021-ci il tarixli qərardada əsasən iş üzrə əlavə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 9/4991 nömrəli ekspert rəyində məhkəmə tərəfindən qoyulmuş suallara cavab olaraq aşağıdakılar qeyd edilmişdir: Birinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən cəmiyyət tərəfindən 2015-2017-ci illər üzrə ümumilikdə 4930.83 manat mənfəət vergisinin az hesablanması müəyyən edildi. İkinci sual üzrə: rəyin tədqiqat hissəsində göstərildiyi kimi, İddiaçı ASC-nin icarədarları tərəfindən 2015-ci il üzrə 91.038,0 manat, 2016-cı il üzrə 89.138,81 manat, 2017-ci il üzrə 111.690,01 manat, 2018-ci ilin yanvar-mart ayları üzrə isə 13.568,0 manat, ümumilikdə 305.434,82 manat kommunal (işıq, qaz, su və kanalizasiya sərfiyyatı üzrə) ödənişlərin edildiyi, İddiaçı ASC-nin özü tərəfindən isə hər hansı kommunal ödənişin edilmədiyi müəyyən edildi.
10. Bakı İnzibati Məhkəməsinin 7 oktya br 2021-ci il tarixli, 2-1(112)-429/2021 nömrəli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia qismən təmin edilərək xx.xx.2019-cu il tarixli **********193930 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın qismən, 3123.20 manat mənfəət vergisinin və 102389.44 manat maliyyə sanksiyasının hesablanması hissəsində ləğv edilməsi, 4930.83 manat mənfəət vergisinin və 1670.0 manat maliyyə sanksiyasının hesablanması hissəsində isə qüvvədə saxlanılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı ASC-nin kommunal ödənişlərdən gəliri, cəmiyyət tərəfindən elektrik enerjisi, qaz və suyun müvafiq istehsalçıdan alınaraq üzərinə ticarət əlavəsi qoyulmaqla icarəçilərə sat ıldığı halda yarana bilərdi. Halbuki, Azərbaycan Respublikası ərazisində elektrik enerjisi, su və qaz təchizatı və satışı fəaliyyətindən gəlir əldə etmək hüququ müstəsna olaraq "xxxx" ASC, "xxxx" ASC və “Azəriqaz” İB-yə məxsusdur. cavabdeh vergi orqanı kommunal ödənişlərə görə iddiaçıya 2015-2017-ci illər üzrə mənfəət vergisi hesablayan zaman cəmiyyətin elektrik enerjisi, qaz və su satışını həyata keçirmək səlahiyyətinin olmadığını və həmin fəaliyyətdən hər hansı mənfəət əldə etmədiyini nəzərə almamış və nəticədə İddiaçı ASCyə əsassız əlavə vergi öhdəliyi hesablamışdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4991 nömrəli ekspert rəyinə əsasən iddiaçının ümumi gəliri 2015-ci il üzrə 47725,0 manat, 2016-cı il üzrə 50100,0 manat, 2017-ci il üzrə 50100,0 manat müəyyən edils ə də, cəmiyyətdən həmin illər üzrə gəlirdən çıxılan xərclərini müəyyən etmək mümkün olmamışdır. Bu səbəbdən də cəmiyyətin həmin illər üzrə ödəməli olduğu mənfəət vergisi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin (gəlirin) hesablanması Qaydaları”nın 6.1.1-ci bəndinə əsasən hesablanmış və 2015-ci il üzrə 1590.83 manat, 2016-cı il üzrə 1670,0 manat, 2017-ci il üzrə isə 1670 manat müəyyən edilmişdir. Məhkəmə ekspertin 2015-2017-ci illər üzrə apardığı hesablama ilə razılaşaraq belə nəticəyə gəlmişdir ki, iddiaçıya xx.xx.2019-cu il tarixli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar ilə hesablanmış 8054.03 manat mənfəət vergisi 2015-ci il üzrə 1590.83 manat, 2016-cı il üzrə 1670,0 manat, 2017-ci il üzrə isə 1670,0 manat istisna olmaqla, qalan hissədə, yəni 3123.20 manat məbləğində silinməlidir. 2016-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları üzrə edilmiş kommunal ödənişlər iddiaçının deyil, icarəçilərin istehlak etdikləri elektrik enerjisi, qaz və su sərfiyyatı ilə bağlı və icarəçilərə məxsus olmuşdur. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4991 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində İddiaçı ASC-nin icarədarları tərəfindən 2015-ci il üzrə 91038.0 manat, 2016-cı il üzrə 89138.81 manat, 2017-ci il üzrə 111690.01 manat, 2018-ci ilin yanvar-mart ayları üzrə isə 13568.0 manat, ümumilikdə 305434.82 manat kommu nal ödənişlərin edildiyi, cəmiyyət tərəfindən isə hər hansı kommunal ödənişin edilmədiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/4324 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatı nəticəsində 2015-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları üzrə aparılmış məxaric əməliyyatları vergi ödənişləri, sosial sığorta haqları və əmək haqları ilə bağlı olmuşdur. İddiaçı tərəfindən 2015-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları ərzində əmək haqqı, vergi və sosial sığorta haqları üzrə ödənişlər edilmişdir ki, bu da Mülki Məcəllənin 965.2-ci maddəsində nəzərdə tutulmuş ardıcıllığa və Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinin tələblərinə uyğun olmuşdur. xx.xx.2021-ci il tarixli 9/4324 nömrəli ekspert rəyinə əsasən İddiaçı ASC tərəfindən “Nağdsız hesa blaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinin tələblərinə zidd olaraq təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə nağd ödənişlərin aparılması iş üzrə sübuta yetirilmir. İddiaçı tərəfindən 2015-2017-ci illər və 2018-ci ilin yanvar-mart ayları ərzində hər hansı kommunal ödəniş aparılmadığından, məxaric əməliyyatları sadəcə əmək haqqı, vergi və sosial sığorta haqlarından ibarət olduğundan, eləcə də təqvim ayı üzrə on beş min manatdan artıq nağd əməliyyat aparılmadığından, iddiaçıya Vergi Məcəlləsinin 58.7-1.1 və 58.3-cü maddələrinə əsasən tətbiq edilmiş maliyyə sanksiyası qanunvericiliyin tələblərinə zidd olmuşdur.
11. Cavabdeh apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etm işdir. b) apelyasiya instansiya məhkəməsində birinci icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: A.Ə.Hüseyn /sədrlik edən və məruzəçi/, S.İ.Bəktaşi və A.S.Hüseynov) 7 aprel 2022-ci il tarixli, 2-1(103)-783/2022 nömrəli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmişdir
13. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilmiş hissədə rədd edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti iddiaya dair verilmiş etiraza uyğun tərtib edilmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. İddia çı kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
17. Vergi Məcəlləsi: Maddə 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Maddə
38. Səyyar vergi yoxlaması 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər (hüquq münasibəti yaranan zaman qüvvədə olan redaksiya). Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda..... 38.4. Səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. 38.7. Yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda -məhkəmənin qərarı qanuni qüvvəyə minənədək. Maddə
45. Vergi yoxlamasının keçirilməsinə kömək göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi 45.1. Səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Maddə 58.1. Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə (bu Məcəllənin 58.1-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) azaldılm ış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Maddə 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesabl amaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesabl arındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. (-). 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.3. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. (-). 67.14. Bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır.
18. İnzibati Pros essual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kasasiya şikayətinin verilməsinə dair tələblər. 94.1. Kasasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandır ma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
19. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmışdır və şikayətçinin tələbləri göstərilmişdir.
20. Şi kayətdə apelyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
22. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq mümkündür. Bununla yanaşı, kassasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
23. Hazırkı iş üzrə mübahisələndirilən qərarla hesablanmış vergilərin hesab lanmasının əsasını iddiaçı müəssisədə keçirilmiş növbəti səyyar vergi yoxlamasının nəticəsi barədə tərtib olunmuş 27 sentyabr 2019-cu il tarixli akt təşkil edir.
24. Həmin aktdan müəyyən olunur ki, keçirilmiş səyyar vergi yoxlaması 22 may 2018-ci il tarixdə başlanılmış və 9 iyul 2018-ci il tarixdə başa çatdırılmışdır. Yoxlama zamanı cavabdeh tərəfindən yoxlamanın müddəti 3 dəfə, ümumi 60 gün müddətinə uzadılmış və 9 dəfə yoxlamanın dayandırılması barədə, 1 dəfə əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Yoxlamanın nəticəsinə dair 30 sentyabr 2019-cu il tarixli yoxlama Aktı əsasında xx.xx.2019-cu il tarixli qərar qəbul edilmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, yoxlama zamanı Vergi Məcəlləsinin 38.2, 38.7 və 39-cu maddələrinin tələbləri pozulmuşdu r.
26. Vergi Məcəlləsinin 38.2 və 38.7-ci maddələri vergi orqanına səyyar vergi yoxlamasının müddətinin artırılması və dayandırılması ilə bağlı hüquqi imkan tanıyır. Vergi Məcəlləsinin 38.2-ci maddəsinə (yoxlamanın keçirildiyi vaxt qüvvədə olan redaksiyasına) görə, səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz və yalnız müstəsna hallarda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Həmin Məcəllənin 38.7-ci maddəsində isə yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən yoxlamanın dayandırılmasının mümkün olduğu hallar təsbit edilmişdir.
27. Bununla bağlı nəzərə almaq lazımdır ki, qanunvericilik tərəfindən yoxlama müddətinin uzadılması və yoxlamanın dayandırılması imkanlarının nəzərdə tutulması yoxlama zamanı tam və hərtərəfli araşdırmanın, başqa sözlə, yoxlama ilə bağlı inzibati icraatda işin hallarının obyektiv araşdırılması prinsipinin təmin edilməsi məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, vergi qanunvericiliyinin məqsədi bir tərəfdən dövlət büdcəsinə vergilərin vaxtında və lazımi qaydada daxil olmasını təmin etməkdən ibarətdirsə, digər tərəfdən şəxsin əmlak hüquqlarına qanunsuz müdaxilələrin qarşısını almaqdan, o cümlədən, inzibati orqanlar tərəfindən əsassız olaraq uzun müddət davam edən yoxlamalarla vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətinə maneçilik törədilməsinin, eləcə də sahibkarlıq fəaliyyəti üzərində nəzarət funksiyalarından aidiyyəti orqanlar tərəfindən sui-istifadə hallarının qarşısının alınmasından və bunun ü zərindən azad sahibkarlıq mühitinin təşəkkül tapmasına şərait yaradılmasından ibarətdir.
28. Bu baxımdan qanunverici cavabdeh tərəfindən yoxlama müddətinin uzadılması və yoxlamanın dayandırılması hüququndan istifadə imkanlarını konkret hallarla məhdudlaşdırmışdır və belə məhdudlaşdırma qanunvericinin güddüyü məqsədlərə xidmət edir.
29. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan normaları ilə vergi ödəyiciləri barəsində aparılan yoxlamaların müddətini dəqiq müəyyən edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 38.2-ci maddəsinə görə, yalnız müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər. Vergi Məcəlləsinin 38.2-ci maddəsində qanunverici yalnız “müstəsna hallarda” ifadəsindən istifadə etməklə, vergi orqanını n istədiyi sıradan bütün hallarda deyil, yalnız bunun həqiqətən zəruri olduğu, həm də iş üzrə obyektiv düzgün qərarın qəbulu baxımından zəruri olduğu hallarda yoxlamanın müddətinin uzadılmalı olduğunu nəzərdə tutmuşdur.
30. Məhkəmə kollegiyası qeyd edir ki, “müstəsna hallarda” ifadəsi qeyri-müəyyən anlayışlar kateqoriyasına aiddir. Belə anlayışlar tam aydın olmayan, qeyri-dəqiq və qeyrimüəyyən məzmuna malikdirlər. Bununla belə, qanunun tətbiqi zamanı inzibati orqanlar təcrübədə həmin anlayışlara əməl etməyə və onların müəyyən təfsiri və ya interpretasiyası əsasında qərar qəbul etməyə məhkumdurlar. Bu kateqoriyadan olan anlayışlar qiymətləndirmə tələb edir və qiymətləndirilmə zamanı inzibati orqanlar (o cümlədən cavabdeh) müəyyən hədlərdə qiymətləndirmə azadlığına malikdirlər. Buna rəğmən, işin faktiki hallarına münasibətdə qeyri-müəyyən (hazırkı mübahisədə “müstəsna hallarda”) anlayışlardan istifadə olunduğu hallarda, məhkəmə qiymətləndirmə azadlığından istifadə zamanı inzibati orqanın hansı obyektiv meyarlara əsaslandığını, həmin meyarların yolverilənliyini və yararlığını, inzibati orqanın inzibati praktikasına uyğunluğunu yoxlamağa və bunun üzərindən qiymətləndirmənin düzgünlüyünü müəyyən etməyə haqlıdır. Məhkəmə həmçinin hansı halların müstəsna hal kimi qiymətləndirilməsi əsaslarını və kriteriyalarını da yoxlamağa haqlıdır.
31. Uzadılmaya münasibətdə isə həmin maddədə inzibati orqanın diskresion səlahiyyətləri nəzərdə tutulmuşdur (yalnız müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıl a bilər). İnzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda, həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Bununla bağlı nəzərə almaq lazımdır ki, yoxlama müddətinin uzadılması barədə qərar qəbul edərkən vergi orqanı bununla bağlı diskresion səlahiyyətlərindən düzgün və həmin səlahiyyətlərin məqsədinə uyğun istifadə etmək öhdəliyi daşıyır və bu öhdəlik yoxlama müddətinin uzadılması barədə qərarın cavabdeh tərəfindən əsaslandırılmasını, yoxlama müddətinin uzadılmasını zəruri edən müstəsna halların tərkibini və açıqlanmasını şərtləndirir. Belə ki, inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı mütənasibl ik prinsipinin tələblərinə əməl olunmalı, şəxsin hüquqlarına müdaxilə inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olmalıdır.
32. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsinin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.
33. Bu mənada yoxlama müddəti həqiqətən müstəsna halların möv cud olduğu təqdirdə uzadılmalıdır. Müstəsna halların qeyri-müəyyən anlayış olmasına rəğmən, vergi orqanının yoxlama müddətinin uzadılması barədə qərarında istinad etdiyi hallar (əsaslar) ağlabatan olmalı, zərurətdən irəli gəlməli və mütənasiblik prinsipinə (inzibati icraatda işin hallarının araşdırılması zərurəti ilə sahibkarlıq fəaliyyətinə müdaxilə arasındakı balansın qorunması) cavab verməlidir. Nəzərə alınmalıdır ki, qanunverici tərəfindən işin faktiki hallarına münasibətdə qeyri-müəyyən anlayışlardan istifadə olunması vergi orqanını müddətin uzadılması barədə qərarın qəbulunu zəruri edən halları əsaslandırmaq və sübuta yetirmək vəzifəsindən azad etmir.
34. Mübahisəyə dair işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdeh 18 mart 2019-cu il tarixli, 24 may 201 9-cu il tarixli “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” qərarlarında müddətin uzadılmasının zəruriliyini yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsi, əldə edilmiş məlumatların, eləcə də qarşılıqlı əməliyyatların, işlərin, xidmətlərin yerinə yetirilməsi və təhvil-təslimi ilə bağlı sənədlərin araşdırılması üçün əlavə vaxtın tələb olunması ilə əlaqələndirmişdir.
35. Lakin həmin qərarda vergi orqanı qanunvericiliyin ona verdiyi müddətdə (30 gün) yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün tələb olunan bütün lazımi tədbirlərin görüldüyünü, məlumatların əldə edilməsi və araşdırılması üçün zəruri addımların vaxtında atıldığını və müvafiq qərarların qəbul edildiyini, lakin bununla belə qanunla müəyyən olunmuş müddətdə obyektiv qə rarın qəbulunun mümkün olmadığını və əlavə vaxta həqiqətən ehtiyac olduğunu əsaslandırmamışdır. Başqa sözlə, hazırkı mübahisəyə münasibətdə yoxlama müddətinin uzadılmasını zəruri edən şərtlərin mövcudluğu, bununla bağlı inzibati orqanın mülahizələri, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyi cavabdeh tərəfindən dəqiq və aydın şəkildə “İnzibati icraat haqqında” Qanunun 61.2-ci maddəsinə uyğun olaraq əsaslandırılmamışdır. Bu baxımdan cavabdeh tərəfindən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı (yoxlama müddətinin dayandırılması barədə qərar qəbul edilən zaman) mütənasiblik prinsipinin tələblərinə əməl olunduğu, şəxsin hüquqlarına müdaxilənin inzibati orqanın nail olmaq istədiyi legitim məqsədə çatmaq üçün yararlı, zəruri və proporsional olduğu iş üzrə iş üz rə materiallardan müəyyən olunmamışdır.
36. Qeyd edilənlər cavabdeh tərəfindən qəbul edilmiş “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli qərarlara da şamil olunur. Belə ki, vergi qanunvericiliyi səyyar vergi yoxlaması müddətinin uzadılmasına əsas verən müstəsna halları açıqlamadığı və dəqiq müəyyənləşdirmədiyi halda, Vergi Məcəlləsinin 38.7-ci maddəsi yoxlamanın dayandırılmasının mümkün olduğu halların dairəsini dəqiq təsbit etmişdir. Belə əsaslardan biri qismində vergi orqanının təşəbbüsü ilə mütəxəssisin dəvət edilməsi və ya ekspertizanın keçirilməsi nəzərdə tutulmuşdur. Cavabdeh həmin əsasla yoxlamanı 2 dəfə dayandırmışdır.
37. Məhkəmə kol legiyası bir daha qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biridir.
38. Beləliklə, aparılan səyyar vergi yoxlamasının müddətləri ilə bağlı tələblərə cavabdeh vergi orqanı tərəfindən riayət edilməmiş, yox lamanın uzadılması və dayandırılması ilə bağlı qərarların qəbulunun zəruriliyi və onu zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslandırılmamışdır.
39. Əlavə olaraq qeyd edilməlidir ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 39.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafiq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Həmin Məcəllənin 39.6-cı maddəsi nə əsasən bu Məcəllənin 39.5-ci maddəsində müəyyən edilən müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri (onun müavini) vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə və vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması və müvafiq sanksiyaların (cərimələrin) tətbiq edilməsi məsələsinə baxır.
40. Qeyd edilən maddələrin birgə təhlili onu deməyə əsas verir ki, səyyar vergi yoxlaması aktı vergi ödəyicisinə mütləq şəkildə təqdim edilməli, onun tərəfindən imzalanmalı və ya vergi ödəyicisi imzalamaqdan imtina etdiyi halda isə bununla bağlı aktda müvafiq qeyd aparılmalıdır. Eyni zamanda, yoxlama aktının təqdim edildiyi vaxtdan 30 gün müddətinə vergi ödəyicisinə akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirmək və müvafiq sənədlər təqdim etmək imkanı verilməlidir.
41. Qanunverici aktı imzalayıb-imzalamamağı, akta dair etirazını və izahatını təqdim edib-etməməyi, etirazın və izahatın əsasında duran sübutları təqdim edibetməməyi vergi ödəyicisinin mülahizəsinə buraxsa da, yəni vergi ödəyicisinin hüququ kimi təsbit etsə də, səyyar vergi yoxlaması aktını vergi ödəyicisinə təqdim etməyi (rəsmi şəkildə) və təqdim edilmə tarixindən 30 gün müddətində gözləməyi vergi orqanının vəzifəsi kimi müəyyən etmişdir.
42. Lakin hazırkı iş üzrə iş materiallarında olan səyyar vergi yoxlaması aktından (İ cild, iş v.48) müəyyən olunur ki, iddiaçı aktın surətini almamışdır.
43. Beləliklə, cavabdeh vergi orqanı tərəfin dən səyyar vergi yoxlaması keçirilərkən və yoxlamanın nəticələri rəsmiləşdirilərkən, vergi qanunvericiliyinin tələbləri pozulmuş, inzibati icraatın prinsiplərinə riayət edilməmiş, nəticədə inzibati icraat haqqında qanunvericilik normalarının və maddi hüquq normalarının ciddi şəkildə pozulması ilə müşayiət olunan əlverişsiz inzibati akt qəbul edilmişdir. Bu səbəbdən “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinə əsasən mübahisələndirilən qərar qanunsuz sayılmalı və ləğv edilməlidir.
44. Hazırkı mübahisəyə münasibətdə vergi yoxlamasının keçirilməsi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmə kollegiyasının hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbu l etdiyi qərarını əsaslandırdığı, yoxlamanın müddətinin uzadılması və dayandırılması üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir.
45. İş materiallarında olan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən Çıxarışa əsasən yoxlamanın dayandırılması və yoxlamanın müddətinin uzadılması barədə qərarlar əsasən qeydiyyatdan keçsə də, 16 avqust 2019-cu il tarixli əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərar qeydiyyatdan keçməmişdir.
46. Oxşar işlər üzrə məhkəmənin icraatın da olan işlərdə vergi orqanının əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndə qeydə alınmalı olması ilə bağlı əsas dəlili ondan ibarət olmuşdur ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”də əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi barədə qərarların Reyestrə daxil edilməli olması barədə imperativ norma yoxdur.
47. Məhkəmə kollegiyası cavabdehin bu mövqeyi ilə bağlı qeyd edir ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların əsaslarının, aparılma qaydasının, müddətinin qanunvericiliklə dəqiq və hərtərəfli şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişl i investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Aparılan yoxlamalar barədə məlumatların reyestrə daxil edilməsi də inzibati orqanlar tərəfindən sahibkarların fəaliyyətinə edilən müdaxilələrin qanuniliyinə nəzarət üsullarından biridir. 48. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarına əsasən o yoxlamalar Reyestrdə qeydə alınmalıdır ki, inzibati orqanlar həmin yoxlamanı sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq fəaliyyəti subyektlərində həyata keçirirlər.
49. Vergi qanunvericiliyinin müddəalarına əsasən, vergi orqanla rının vergi ödəyiciləri tərəfindən hesablanmış vergilərin düzgünlüyünün yoxlanılması üçün həyata keçirdiyi tədbirlərdən biri – səyyar vergi yoxlamasının aparılmasıdır. Həmin yoxlama vergi ödəyicisinin, yəni sahibkarın fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparılır. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi yoxlaması aktı tərtib edilir və səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri tərəfindən Vergi Məcəlləsinin 49.1-ci maddəsinə əsasən əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərar qəbul oluna bilər.
50. Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi həm də, o mənada qəbul olunmalıdır ki, vergi orqanın səyyar vergi yoxlamasının nəticələri üzrə tərtib etdiyi akt öz əhəmiyyətini itirir və yenidən yoxlama keçirilm əklə yeni akt tərtib edilir. Başqa sözlə, vergi orqanı yenidən vergi ödəyicisinin (sahibkarın) öz fəaliyyətini həyata keçirdiyi yerə gəlməklə onun sahibkarlıq fəaliyyəti ilə bağlı, vergi ödəyicisi tərəfindən vergilərin düzgün hesablanıb-hesablanmaması ilə bağlı yoxlama apara bilər.
51. Vergi orqanı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin müddəalarında birbaşa olaraq əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında qərarın Reyestrdə qeydə alınmasına dair birbaşa müddəa nəzərdə tutulmadığını qeyd etsə də, həmin Əsasnamənin müddəalarının ümumi təhlili onu deməyə əsas verir ki, nə qədər ki, əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi faktiki olaraq ilkin səyyar vergi yoxlamasının keçirilməsindən fərq lənmir və vergi ödəyicisinin (sahibkarın) öz fəaliyyətini həyata keçirildiyi yerə gəlməklə aparıla bilər, eyni zamanda vergi orqanına ilkin yoxlama zamanı verilən bütün hüquqları verir, bu halda həmin yoxlama da ilkin yoxlama kimi qeydə alınmalıdır.
52. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən vergi orqanının mübahisələndirilən qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli **********193930 nömrəli qərarının vergi ödəyicisi kimi iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu və bunun üzərindən həmin qərarın ləğvi barədə apellyasiya instansiya m əhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
53. Mübahisələndirilən qərarın qanunun tələbləri pozulmaqla aparılmış inzibati icraatın nəticəsində qəbul edildiyi sübuta yetirildiyindən, kassatorun “məhkəmələrin istinad etdiyi ekspert rəyinin mötəbər olmaması, ekspert rəyindəki ziddiyyətli halların məhkəmələr tərəfindən nəzərə alınmaması” ilə bağlı dəlilləri apellyasiya instansiya məhkəməsinin qərarının ləğvi üçün yetərli əsas sayıla bilməz. Belə ki, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Bu zaman məhkəmə tərəfindən iş üzrə qanuni qərarın qəbulu üçün əlavə araşdırmanın aparılması zərurətinin yaranması mümkündür və belə hallarda məhkəmə də İPM-in 12-ci maddəsinin tələblərinə uyğun davranmağa və tələb olunan həcmdə əlavə araşdırma aparmağa borcludur. Lakin İPM-in 12-ci maddəsinin müddəaları və məhkəmənin həmin müddəalardan irəli gələn obyektiv araşdırma vəzifəsi inzibati orqanın əvəzinə məhkəmə tərəfindən inzibati icraat aparılması anlamında təfsir oluna və qiymətləndirilə bilməz. Belə yanaşma hakimiyyətlər bölgüsü ilə bağlı konstitusion prinsipə zidd olardı. Eyni zamanda, məhkəmənin apardığı araşdırma inzibati orqanın zəruri araşdırma aparmadan gəldiyi nəticənin haqlı sayılmasına yönəlmiş məzmunda, həcmdə və həddə ola bilməz. Məhkəmə tərəfindən aparılan araşdırma yalnız inzibati orqanda apa rılmış araşdırmanı tamamlayan xarakterdə ola bilər. Nəzərə almaq lazımdır ki, inzibati icraatın gedişində inzibati orqan tərəfindən lazımi araşdırma aparılmadığı halda, sonradan məhkəmədən inzibati icraatı əvəz edəcək qaydada araşdırma aparılmasını tələb etməkdə cavabdeh haqlı sayıla bilməz. Bu, məhkəmənin inzibati orqanı əvəz etməsi ilə nəticələnəcəyi üçün yolverilməzdir. Çünki inzibati məhkəmə icraatı inzibati orqanlar tərəfindən aparılmış inzibati icraat üzərində nəzarəti ehtiva edir. Həmin nəzarət şəxsə münasibətdə mahiyyətcə yeni bir inzibati icraatın aparılması kimi qəbul edilə və qiymətləndirilə bilməz. Bu mənada cavabdeh inzibati icraatın gedişində lazımi icraat, yəni obyektiv qərarın qəbulu üçün tələb olunan həcmdə və həddə inzibati icraat aparmadan vergi hesabladığı hallarda, m əhkəmə icraatının gedişində məhkəmə tərəfindən inzibati icraat anlamında araşdırma aparılmasını tələb etməkdə haqlı sayıla bilməz. Məhkəmə araşdırması inzibati icraatda aparılmalı olan araşdırmanı əvəz edəcək qaydada yox, onu tamamlayacaq qaydada həyata keçirilə bilər.
54. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.8, 96.10 və 98.1-ci maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-783/2022 nömrəli, 7 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.