Məhkəmə qərarları › İş №2-1(102)-1394/2019

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1394/2019

08.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1394/2019 08.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakimlər: Bədəlov Kəmaləddin Nurəddin oğlu (sədrlik edən və məruzəçi hakim), Dadaşov İlqar Ağababaş oğlu, Hüseynova Sevda Əziz qızından ibarət tərkibdə, Səfərova Mətanət İsa qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı “cavabdehin 25.05.2018-ci il tari xli **********0 nömrəli məktubla iddiaçının 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rublu həcmində əmək haqqısını onun təqaüdə çıxmamışdan əvvəl 2006-2009-cu illərdə aldığı əmək haqqının üstünə əlavə edərək pensiyasının yenidən hesablanmasından imtinasının əsassız hesab edilməsi, iddiaçının 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft" Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rubl əmək haqqını onun təqaüdə çıxmamışdan əvvəl 2006-2009-cu illərdə aldığı əmək haqqının üstünə əlavə edərək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-175/2019 nömrəli, 08 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında, 08 may 2019-cu il tarixdə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rublu həcmində əmək haqqısını onun pensiyaya çıxmamışdan əvvəl 20062009-cu illərdə aldığı əmək haqqının üstünə əlavə edərək pensiyasının yenidən hesablanmasını xahiş etmiş, cavabdeh 09 aprel 2018-ci il tarixli, 15/1622 saylı məktubla imtina cavabı verərək bildirmişdir ki, onun mövcud qanunvericiliyə müvafi q olaraq 01.01.2006-ci ilə qədər 49 il 04 ay 00 gün, 01.01.2006-ci ildən 01.01.2009-ci ilədək isə 03 il 08 ay 13 gün əmək stajı və ümumilikdə 53 il 00 ay 23 gün stajı var. Odur ki, onun pensiyasi düzgün olaraq 01.03.2018-ci il tarixdən 506.85 manat hesablanıb hər ay kart hesabına ödənilir. Həmin cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 25.05.2018-ci il tarixli **********0 nömrəli məktubla iddiaçının 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rublu həcmində əmək haqqısını onun təqaüdə çıxmamışdan əvvəl 2006-2009-cu illərdə aldığı əmək haqqının üstünə əlavə edərək pensiyasının yenidən hesablanmasından imtinasının əsassız hesab edilməsi, 20.10.1975-ci il t arixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rublu əmək haqqısını onun təqaüdə çıxmamışdan əvvəl 2006-2009-cu illərdə aldığı əmək haqqının üstünə əlavə edərək pensiyasının yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçı bildirmişdir ki, o, hər ay 506.85 manat pensiya alır. 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə kimi “Zarubejneft”' Ümumittifaq Birliyinin əmri ilə Suriya Ərəb Respublikasına ezam olunaraq həmin dövrdə “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay 175 invalyuta rublu əmək haqqı almışdır. Həmin dövrdə o, əsas iş yeri olan “Neftqazelmitədqiqatlayihə” institutundan da əmək haqqı almaqda davam etmişdir. Bu səbəbdən 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Za rubejneft” Ümumittifaq birliyindən hər ay aldığı 175 invalyuta rublu həcmində əmək haqqı onun təqaüdə çıxmamışdan əvvəl 2006-2009-cu illərdə aldığı əmək haqqının üstünə əlavə olunmaqla pensiyası yenidən hesablanmalıdır. O, həmin məzmunlu ərizə ilə 27.03.2018-ci il tarixdə cavabdehə müraciət etsə də, sonuncu dəlilləri araşdırmadan, yenidən pensiyanı hesablamadan ərizəsinə cavab vermişdir ki, onun pensiyası düzgün hesablanıb. Halbuki, əvvəllər iddiaçının pensiyası hesablandıqda Dövlət Sosial Müdafiə Fondunda onun Suriya Ərəb Respublikasında işlədiyi dövrdə aldığı əmək haqqı haqqında heç bir məlumat olmamışdır. Bu məlumatı o, rəsmi qaydada “Zarubejneft” səhmdar cəmiyyətindən 21.02.2018-ci il tarixli AK-60-883 saylı məktubla almışdır. Bu səbəbdən həmin arayışda qeyd edilən məlumatları nəzərə alaraq pensiyasının yenidən hesablanması üçün 23.04.2018-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmişdir. Onun ərizəsi baxılması üçün Nazirlik tərəfindən cavabdehə göndərilmiş, cavabdeh 25.05.2018-ci il tarixli **********0 nömrəli məktubla faktiki olaraq onun xahişini təmin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin bu imtinası əsassız olmuşdur. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2-1(81)3192/2018 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsi ilə ə vəz edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 10 iyul 2018-ci il tarixli 2-1(81)-3192/2018 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinə qarşı iddiası üzrə 2-1(81)-3192/2018 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, 01.07.2011-ci ildən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində dəyişikliklərlə bağlı 2006-cı ilin yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyaları yenidən hesablanaraq pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat sığorta hissəsi m üəyyən edilmişdir. Ona görə də iddiaçının 17.02.2001-ci il tarixdə pensiyaya çıxdığını və pensiyasını bundan əvvəlki “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun şərtlərinə uyğun öz arzusu ilə təqdim etdiyi orta aylıq əmək haqqında hesablandığını nəzərə alınmaqla iddia ərizəsi təmin edilməməlidir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)3581/2018 nömrəli qərarı ilə (hakim: E.M.Mustafayev) iddia təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası təyin edilərək, pensiya məbləği ödənilir. Hazırda iddiaçı tərəfindən 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixədək “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rublu məbləğinin onun 2006-2009-c u illərdə işlədiyi zaman aldığı əmək haqqına əlavə olunaraq pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda cavabdehin imtinası əsaslıdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-175/2019 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qərarı ilə (sədrlik edən: V.M.Ağayev, hakimlər: A.B.Nuriyeva və C.A.Yusifov) apelyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli, 2-1(82)-3581/2018 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Ape lyasiya instansiyası məhkəməsinin yuxarıda qeyd edilən qərarından iddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv olunması, işin təkrar baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apelyasiya instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin qərarında qeyd olunmuşdur ki, “İşin faktiki hallarından görünür ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən əmək pensiyası təyin edilərək, pensiya məbləği ödənilir. Hazırda iddiaçı tərəfindən 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixədək X1 hər ay aldığı 175 invalyuta rublu məbləğinin onun 2006- 2009-cu illərdə işlədiyi zaman aldığı əmək haqqına əlavə olunaraq pensiyasının y enidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir.” (vərəq 7 aşağıdan 3-cü abzas) Məhkəmə qərarında “Əmək pensiyaları haqqında” qanunun 23.1-ci maddəsinə istinad edilmişdir. Həmin maddədə qeyd edilir ki, vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə, sığorta stajına daxil edilir. Həmin normanın hazırki işə tətbiqi yolverilməzdir. Belə ki, iddiaçı başqa dövlətin ərazisində işləyəndə (1975-1978-ci illərdə) nə Azərbaycan Respublikası, nə də ki, onun dövlət sosial sığorta haqlarını toplayan müvafiq icra hakimiyyət i mövcud deyildir. İddiaçının əmək haqqısından sosial müdafiə fonduna ayırmalar SSSR-nin sosial müdafiə fonduna ödənilmişdir. Apelyasiya instansiyasi məhkəməsi tətbiq edilməsi yolverilməz olan qanunu hazırki mübahisəyə tətbiq etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci (Sübut etmə vəzifəsi) maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Beləliklə, qanunvericiliyin tələbindən görünür ki, məhz inzibati orqan, yəni cavabdeh öz imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməli idi. Məhkəmə nin həmin vəzifəni iddiaçının üzərinə qoyması tamamilə qanunsuzdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyi üçün Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamışdır. Buna baxmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, cavabdehə təqdim edilmiş məhkəmə bildirişində onun nümayəndəsinin iclasda iştirak etmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (İPM-nin 62.3-cü maddəsi). ƏSASLANDİRMA HİSSƏSİ: Azərbaycan Respublikasının İnzibati Pros essual Məcəlləsinin 91-ci maddəsinə əsasən, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İlkin olaraq qeyd olunmalıdır ki, kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2 və 94.4-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Lakin şikayət əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəl i gəlir. Məhkəmələr tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya 17.02.2001-ci il tarixdə pensiya təyin edilmiş və pensiyanın məbləği həmin vaxt “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, iddiaçının seçimi ilə orta aylıq əmək haqqı üzrə hesablanmışdır. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə görə, pensiya üçün müraciət edənin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək haqqının hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktik orta aylıq əmək haqqından hesablanır. Göründüyü kimi, istinad edilən qanunda pensiyanın hesablanmasının iki qaydası müəyyən edilmişdir: əmək fəaliyyətinin axırıncı 24 ayı və yaxud ardıcıl gələn 60 ayı üzrə orta aylıq əmək haqqı nəzərə alınmaqla hesablama. İş materiallarından görünür ki, iddiaçının pensiyası onun istəyinə uyğun olaraq yuxarıda qeyd edilən qaydada hesablanmışdır. 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixədək, 02 il 06 ay müddətində “Zarubejneft” Ümumittifaq Birliyində işlədiyi dövr isə iddiaçının pensiyaya çıxmazdan əvvəl işlədiyi sonuncu iş yeri olmadığından, o cümlədən həmin idarədə ardıcıl 60 ay işləmədiyindən ona pensiya təyini edilən zaman istəyi olsaydı belə, həmin dövrdə aldığı əmək haqqı əsasında pensiyanın hesablanması qanunun tələbinə görə mümkün olmazdı. İddia ərizəsindən görünür ki, iddiaçı 2001-ci ildə ona təyin edilən pensiyanın hesablanma qaydasını mübahisələndirmir, lakin 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft” Ümumittifaq Birliyindən hər ay aldığı 175 invalyuta rublu həcmində əmək haqqının pensiya çıxdıqdan sonra işlədiyi 2006-2009-cu illərdə aldığı əmək haqqısının üstünə əlavə edilərək pensiyasının yenidən hesablanmasını xahiş edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, 01.07.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 26.3-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək təyin olunmuş əmək pensiyasının (bütün əlavələr, müxtəlif güzəştlərin ləğvi ilə bağlı kompensasiyalar və digər ödəmələrlə birlikdə) ümumi məbləği əmək pensiyasının qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğindən aşağı olduqda, əmək pensiyasının yeni məbləği əmək pensiyası nın qanunvericiliklə müəyyən edilmiş baza hissəsinin məbləğinə bərabər tutulur. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, pensiya təyin edilən tarixə nəzərə alınmış iş stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixindən yenidən hesablanır. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış və sonra əmək fəaliyyətini davam etdirmiş şəxslərin, onlara pensiya təyin edildiyi tarixdən 2006-cı il yanvarın 1-dək olan dövrdəki iş stajının hər ili üçün də 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ild əki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilərək pensiyalarının sığorta hissəsinin 2011-ci il 01 iyul tarixindən yenidən hesablanmasında nəzərə alınır. 2006-cı il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) yenidən hesablanması zamanı yenidən hesablanmış və mövcud pensiya məbləğlərindən daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İş materiallarından görünür ki, iddiaçının 01.01.2006-ci ilə qədər 49 il 04 ay 00 gün iş stajı olmuş, iddiaçıya pensiya təyin edildikdən sonra da əmək fəaliyyətini davam etdirmiş, 01.01.2006-ci ildən 01.01.2009-ci ilədək 03 il 08 ay 13 gün əmək stajı toplamış, ümumi likdə 53 il 00 ay 23 gün stajı olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununun 26-cı maddəsinin tələblərinə əsasən iddiaçının pensiyası yenidən hesablanaraq 506,85 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh pensiyanın yenidən hesablanması zamanı düzgün olaraq iddiaçının 20.10.1975-ci il tarixdən 20.04.1978-ci il tarixə qədər “Zarubejneft” Ümumittifaq Birliyində işlədiyi dövrü nəzərə almamışdır. Çünki yenidən hesablama, pensiya təyin edildikdən sora iddiaçının işlədiyi müddətdə fərdi hesabın sığorta hissəsində toplanan və istifadə olunmayan pensiya kapitalı nəzərə alınmaqla həyata keçirilir. İddiaçının tələb etdiyi illər üzrə aldığı əmək haqqının hazırda nəzərə alınmaqla pensiyasının yenidən hesablanması q aydası isə nə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası qanununda, nə də ki, “Vətəndaşların pensiya təminatı” qanunvericilikdə nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İPM-nin 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməməsi barədə məhkəmələrin gəldiyi nəticə qanuni və əsaslıdır. Odur ki, apelyasiya instansiya sı məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96 və 98-ci maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-175/19 nömrəli iş üzrə 08 yanvar 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar