Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1394/2021 14.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi; ödənişsiz məzuniyyət müddətinin əmək pensiyası təyin olunması üçün tələb olunan staja daxil edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı, Cavabdehin vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəs inə (hüquqi varisi Dövlət Sosial Müdafiə X1 şəxsin 1 saylı Regional ərazi filialı) qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(105)50/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
2. Cavabdeh 2019-cu il 1 aprel və 2019-cu il 21 may tarixli məktublarla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, iddiaçı 1958ci il 20 mart təvəllüdlüdür, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan 17245,17 manat pensi ya sığorta kapitalına qarşı fərdi hesabın sığorta hissəsində 15431,09 manat pensiya sığorta kapitalının olması səbəbindən, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanuna ziddir. Həmçinin, iddiaçı 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquqi münasibət yaranmır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat
3. İddiaçı 2019-cu il 31 may tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək texniki peşə məktəbində təhsil aldığı və 1977-ci il 01 iyul tarixdən 2008-ci il 25 avqust tarixə kimi x Fabrikində işlədiyi müddətin, ümumilikdə 31 il 11 ay 14 günün sığorta stajı kimi nəzərə alınmaqla ona 2019-cu il 20 mart tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1958-ci il 20 mart tarixdə anadan olmuşdur. 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək texniki peşə məktəbində təhsil almış, əmək fəaliyyətinə 1977-ci il 01 iyul tarixdən başlamışdır. 1977-ci il 01 iyul tarixdən 2008-ci il 25 avqust tarixə kimi x Fabrikində işləmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin 1997-ci il 13 oktyabr tarixli, 818 saylı sərəncamı ilə x Fabriki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. O, həmin fabrikdə əmək fəaliyyətini davam etdirmişdir. On un texniki peşə təhsil müddəti də daxil olmaqla ümumilikdə 31 il 11 ay 14 gün iş stajı var. ”Əmək pensiyaları haqqında” Qanuna əsasən 2019-cu il 20 mart tarixdən onun yaşa görə əmək pensiyası hüququ vardır. Bununla əlaqədar olaraq, cavabdehə ərizə ilə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh 2019-cu il 21 may tarixli məktubla ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları:
5. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etirazda göstərilmişdir ki, iddiaçıya pensiya təyin edilərkən şöbəyə təqdim etdiyi əmək kitabçasında qeyd olunan 1977-ci il 01 iyul tarixdən 1999-cu il 01 iyul tarixədək sosial sığorta stajı nəzərə alınmışdır. Əmək kitabçasında qeyd olunan 1999-cu il 01 iyul tarixd ən 2008-ci il 25 avqust tarixədək sığorta stajı iddiaçının qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olması səbəbindən sığorta stajı kimi hesablanması mümkün olmamışdır. İddiaçının 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək təhsil aldığı dövrlər sığorta stajına daxil edildikdə tələb olunan 25 ilə qarşı ümumi sığorta stajı 22 il 09 ay təşkil edir. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
6. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 22 iyul tarixli, 2-1(118)-73/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək texniki peşə məktəbində təhsil aldığı və 1977-ci il 01 iyul tarixdən 2008-ci il 25 avqust tarixə kimi x Fabrikində işlədiyi müddət sosial sığorta stajına daxil edilərək, ona hüququn yarandığı 2019-cu il 20 mart tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
7. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, əmək kitabçasındakı qeydlərə görə iddiaçı 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək Sumqayıt şəhəri 45 nömrəli texniki məktəbdə təhsil almış, 1977-ci il 01 iyul tarixdən 2008-ci il 25 avqust tarixədək x Fabrikində işləmişdir. Onun təhsil müddəti də nəzərə alınmaqla ümumi sığorta (əmək) stajı 31 il 11 ay 20 gün (9 ay 26 gün + 31 il 1 ay 24 gün) təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, pensiya yaşına çatmış şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılaraq, 2018-ci il 01 iyul - 2019-cu il 30 iyun tarixlərə 61 yaş olaraq müəyyənləşdirilir. Belə olan halda, məhkəmə hesab etmişdir ki, iddiaçının yaşı və sığorta stajı nəzərə alınmaqla ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə uyğundur.
8. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahi ş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 14 oktyabr tarixli, 2-1(105)-399/2020 nömrəli qərardadı ilə cavabdeh prosessual hüquqi varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X1 Şəxs 1 saylı regional ərazi filialı ilə əvəz edilmişdir.
10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(105)-50/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 22 iyul tarixli qərarı qismən – iddiaçının 2006-cı il 01 yanvar - 2008-ci il 25 avqust tarixlərdə "xxxx" ASC-də işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilmiş, bu h issədə iddia tələbi rədd edilmiş, qərar qalan hissədə, yəni iddiaçının 1976-cı il 01 sentyabr tarixdən 1977-ci il 27 iyun tarixədək təhsil aldığı dövrün və 1977-ci il 01 iyul tarixdən 2006-cı il 01 yanvar tarixədək x Fabrikində işlədiyi müddətin sığorta stajı kimi nəzərə alınmaqla ona 2019-cu il 20 mart tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin olunması hissəsinə münasibətdə qeyd etmişdir ki, "xxxx" ASC-nin 2021-ci il 17 mart tarixli, 0/22 saylı arayışına əsasən müəssisə 1993-1997-ci illərdə fasilələrlə işləmiş, 1998-2001-ci illərdə dayanmış, yenidən 2001-2004-cü illərdə fasilələrlə işləmiş, 2005-ci ildən istehsal fəaliyyətini t amamilə dayandırmış və bu günə qədər fəaliyyətsizdir. Müəyyən edilmişdir ki, cavabdehin mübahisələndirdiyi dövrlərlə müəssisədə istehsal fəaliyyətinin dayandırılması ilə əlaqədar bütün işçilər, o cümlədən iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur. Kollegiya hesab etmişdir ki, iddiaçı müəssisənin təqsiri ilə öz hesabına məzuniyyətdə olduğundan, həmin illərdə başqa işəgötürənlə əmək müqaviləsi bağlayaraq işləmədiyindən, 2006-cı il 1 yanvar tarixədək ödənişsiz məzuniyyətdə olduğu müddət onun sığorta stajına hesablanmaya bilməz. Beləliklə, əmək qanunvericiliyinin sadalanan müddəalarını nəzərə alaraq iddiaçı işəgötürənin təqsiri üzündən müəssisədə istehsalın və işin dayandırılması ilə əlaqədar olaraq qrup halında ödənişsiz məzuniyyətdə olduğundan 2006-cı il 1 yanvar tarixədək olan müddət iddiaç ının sığorta stajına hesablanmalıdır. Məhkəmə iddianın rədd edilən hissəsinə münasibətdə qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sığorta stajının tanınması üçün mühüm şərt məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi olmuşdur. Hazırkı halda isə iddiaçının xeyrinə 2006-cı il 01 yanvar tarixdən 2008-ci il 25 avqust tarixədək məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi, ümumiyyətlə onun sığorta olunan kimi qeydə alınması faktı öz təsdiqini tapmır. Bu nəticə isə öz növbəsində iddiaçının həmin dövrlərdə işlədiyi illərin onun sosial sığorta stajına daxil edilməsini mümkünsüz edir. Beləliklə, yuxarıda sadalanan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının 2006-cı il 01 yanvar - 2008-ci il 25 avqust tarixlərdə işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Lakin birinci instansiya məhkəməsi bu hissədə iddia tələbinin təmin edilməsi nəticəsinə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları tam aydınlaşdırmamış və maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Bu hal isə qərarın bu hissədə ləğvi üçün əsasdır.
12. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini və iddia tələbinin tamamilə təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kassasiya şikayətinin dəlilləri
13. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddi a tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edir. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının qanunla tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından, qanun iddiaçıya əmək pensiyasının minimum məbləğindən az olmayan yaşa görə pensiya təyin olunmasını istisna edir. Bu səbəbdən cavabdehin imtinası əsaslı olduğu üçün iddia tələbi təmin edilə bilməz. Lakin Sumqayıt Apellyasiya Məhkəməsi əsassız olaraq, inzibati mübahisəyə sosial hüquqi təminat sahəsini tənzimləyən sosial təminat qanunvericiliyini tətbiq etməli olduğu halda, mübahisəyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müddəalarını tətbiq etməklə, səhv nəticəyə gəlmişdir. Bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli və iddi a tələbi təmin edilmiş hissədə təmin edilməməlidir. b. məhkəmə icraatı iştirakçılarının izahatları
14. Cavabdehin vəkili (nümayəndəsi) 2021-ci il 7 sentyabr tarixli məhkəmə iclasında kassasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etmişdir.
15. İddiaçı 2021-ci il 7 sentyabr tarixdə məhkəmə iclasında təmsil olunmamış, onun vəkilsiz iştirak etdiyi 2021-ci il 14 sentyabr tarixli məhkəmə iclasında məhkəmənin yekun qərarı elan olunmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ 16. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
17. İPM: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin b u Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏ TİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının qismən ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının mübahisələndirilən hissədə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Şikayəti əsaslıdır və təmin olunmalıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.
21. Məhkəmə kollegiyası nəzərə alır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nı n (bundan sonra Qaydalar) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;...
22. Normaların tələblərindən göründü yü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir.
23. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halların (inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun) təsdiqi üçün sübut qismində əmək kitabçasını təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin birinci cümləsi).
24. Bununla yanaşı, cavabdeh də öz növbəsində iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunun təs diqi üçün sübutlar təqdim etmişdir (İPM-in 14.3-cü maddəsinin ikinci cümləsi).
25. Tərəflərin təqdim etdikləri, həmçinin məhkəmənin təşəbbüsü ilə əldə edilmiş və apellyasiya instansiyası məhkəməsində icraat zamanı araşdırılmış sənədlərə görə, iddiaçı "xxxx" fabrikində 1977-ci il 1 iyul tarixdə işə qəbul olunub, 2008-ci il 25 avqust tarixdə öz xahişi ilə işdən azad olunub. Sonuncu dəfə 1997-ci il 3 mart - 1997-ci il 3 aprel tarixdə növbəti məzuniyyətdə olmuşdur. 1998-ci il 8 yanvar tarixli, 04 saylı əmrə əsasən, 1998-ci il 12 yanvar tarixdən 1998-ci il 1 may tarixədək, 1998-ci il 28 oktyabr tarixli, 89 saylı əmrə əsasən, 1998-ci il 1 noyabr - 2001-ci il 15 aprel tarixədək, həmçinin 2001-ci il 15 aprel tarixdən 2008-ci il 25 avqust tarixədək öz hesabına məzuniyyətdə olmuşdur. Azərbaycan Resp ublikası Dövlət Əmlak Komitəsinin 1997-ci il 13 oktyabr tarixli, 818 saylı sərəncamı ilə "xxxx" fabriki "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 2021-ci il 17 mart tarixli, 0/22 saylı arayışına görə, müəssisə 1993-1997-ci illərdə fasilələrlə işləmiş, 19982001-ci illərdə dayanmış, yenidən 2001-2004-cü illərdə fasilələrlə işləmiş, 2005-ci ildən istehsal fəaliyyətini tamamilə dayandırmış və bu günə qədər fəaliyyətsizdir.
26. Beləliklə, müəyyən edilir ki, həqiqətən də, cavabdehin mübahisələndirdiyi dövrlərdə müəssisədə istehsal fəaliyyətinin dayandırılması ilə əlaqədar bütün işçilər, o cümlədən iddiaçı öz hesabına məzuniyyətdə olmuşdur.
27. Əmək pensiyası hüququnun yaranmasının əsası kimi məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddətinin nəzərə alınması şərtinin hazırkı halda təmin olunub-olunmadığına gəldikdə, iddiaçının ilk növbədə əmək fəaliyyətinin 2002-ci il 1 yanvar tarixədək müddətinə həmin şərtin tətbiqi, ilk növbədə həmin vaxtda qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə görə istisna edilir. Həmin normaya görə, Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 2002-ci il 1 yanvar tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 2002-ci il 1 yanvar tarixədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin maddənin birinci hissəsinə əsasən, mülkiy yət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.
28. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin özünün də müəyyən etdiyi kimi, mübahisələndirilən illər üzrə sosial sığorta haqları nəinki ödənilməmişdir, hətta həmin müddətlərdə iddiaçının faktiki əmək fəaliyyəti olmamış, ödənişsiz məzuniyyətdə olmuşdur. Bunun, - apellyasiya instansiyası məhkəməsinin qeyd etdiyi kimi - işəgötürənin təqsiri üzündən baş verməsi özü-özlüyündə vəziyyəti iddiaçının xeyrinə dəyişmir və həmin müddətlərin qeyd-şərtsiz sosial sığorta stajına daxil edilməsinə səbəb olmur.
29. Məhkəmə kollegiyası apellyasiya instans iyası məhkəməsinin Əmək Məcəlləsinin 128 (Ödənişsiz məzuniyyətdən istifadə hüququ), 129 (Ödənişsiz məzuniyyətin növləri) və 146-cı (Müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin qrup halında məzuniyyətə buraxılmasının tənzimlənməsi) maddələrinə istinadları ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
30. Əmək Məcəlləsinin 128-ci maddənin adından da göründüyü kimi, həmin norma işçinin ödənişsiz məzuniyyətdən istifadə etmək hüququnu nəzərdə tutur və bu hüququn həyata keçirilməsi şərtlərini müəyyən edir. İşçinin xahişi ilə verilən ödənişsiz məzuniyyətlərin verilməsi halları və müddətləri Əmək Məcəlləsinin 130-cu maddəsində təsbit olunmuşdur. Lakin həmin müddəalar işəgötürənin tərəflərin razılığına və mülahizəsinə əsasən işçiyə digər əsaslarla ödənişsiz məzuniyyət vermək hüqu quna təsir etmir. Belə ki, Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci hissəsinə görə, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər.
31. Əmək Məcəlləsinin 146-cı maddəsinin müddəalarına görə:
1. Kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq iş çilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır.
2. İşəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir.
32. İstinad edilən normaların tələbləri nəzərə alındıqda, ödənişsiz məzuniyyətin 1998-ci il 12 yanvar tarixdən başlayan ən çoxu ilk altı ayı qanuna uyğun hesab edilməklə iddiaçının əmək stajına aid edilə bilər. Cavabdeh də iddiaçının əmək k itabçasında qeyd olunan 1977-ci il 01 iyul tarixdən məhz 1999-cu il 01 iyul tarixədək olan sosial sığorta stajını mübahisələndirmir.
33. Apellyasiya instansiyası məhkəməsinin əsaslandığı Əmək Məcəlləsinin 146cı maddəsinin hazırkı işə tətbiqinə gəldikdə, ödənişsiz məzuniyyətin verilməsinin iddiaçının razılığı olmadan (işçinin iradəsinə zidd olaraq) baş verdiyi, cavabdehin ödənişsiz məzuniyyətin verilməsinə dair əmrinə qarşı iddiaçının etiraz etdiyi (mübahisə açdığı), həmçinin qanunla yol verilən ödənişsiz məzuniyyət müddətinin başa çatmasından sonra belə, işdən azad olunduğu 2008-ci ilədək olan 10 ilə yaxın müddət ərzində Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinin, deməli, həm də həmin Məcəllənin 169-cu maddəsinin ona münasibətdə tətbiq olunmasını işəgötürəndən tələb etdiyi təsdiq edilmir.
34. Məhkəmə kollegiyası nəzərə alır ki, iddiaçının cavabdeh tərəfindən mübahisələndirilməyən əmək fəaliyyəti müddəti mövcuddur. Belə ki, 1977-ci il 01 iyul tarixdən 1999-cu il 01 iyul tarixədək sosial sığorta stajını cavabdeh nəzərə alır. Eyni zamanda, iddiaçının 1976-1977-ci illərdəki peşə təhsili müddətinin sosial sığorta stajına daxil edilməsi də mübahisələndirilməli deyil. Lakin təhsil müddəti də nəzərə alındıqda belə, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün qanunla tələb olunan 25 il sosial sığorta stajı tamamlanmadığından, onun hazırkı məzmunda iddiası təmin oluna bilməz.
35. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2ci hissəsinin (işəgötürənin təq siri üzündən boşdayanmanın və bunun hüquqi nəticələrinin) ona münasibətdə tətbiqinə və əmək fəaliyyətinin cavabdeh tərəfindən mübahisələndirilən 1999-cu il 1 iyul tarixdən 2002-ci il 1 yanvar tarixədək müddətinin (bu qərarın 22, 27 və 33-cü bəndləri) mübahisələndirilməyən 22 il 09 ay müddətə əlavə edilməsinə imkan verən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər:... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda...
36. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 16 aprel tarixli, 2-1(105)-50/2021 nömrəli qərarı iddianın təmin edilən hissəsində ləğv edilir. İddia təmin edilmir. Qərar qətidir.