Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1394/2022 14.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin hallarının araşdırılmaması; güzəştli stajın mövcudluğu ilə bağlı sübutların düzgün qiymətləndirilməməsi və əldə edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1959-cu il təvəllüdlü, FİN: xxxxxxx ) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-995/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 2 dekabr 1959-cu il tarixdə anadan olmuşdur. O, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1982-ci il tarixdən əmək fəaliyyətinə başlayaraq xx.xx.1985-ci ildən hazırkı vax tadək kabelçi və kabel lehmləyicisi vəzifəsində işləyir. 2. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli 09 nömrəli arayışında qeyd edilir ki, iddiaçı “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, "xxxx" MMC-də 17 fevral 2004-cü il tarixdən 1 sentyabr 2005-ci il tarixədək kabelçi, "xxxx" İstehsalat Birliyinin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007-ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, "xxxx" X2 Telefon Qovşağında 29 iyun 2007-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək ka bel lehimləyicisi işləmişdir. O, 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işləyir. AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir.
3. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasını xahiş etmişdir.
4. Cavabdeh **********6 saylı, 26 fevral 2020-ci il tarixli məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edərək bildirmişdir ki, 12 il 6 ay güzəştli iş stajı olmadığından ona güzəştli şərtlərlə pensiya təyin edilə bilməz. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
5. İddiaçı 4 iyun 2020-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1980 – 1982-ci illərdə hərbi xidmət keçmişdir və həmin dövr onun ümumi iş stajına daxil olunur. Hərbi xidmətdən əvvəl onun 8 ay 22 gün iş stajı da olmuşdur. O, 1982-ci ildən iş fəaliyy ətini davam etdirmiş və işlədiyi müəssisələr və tutduğu vəzifələr barədə əmək kitabçasında müvafiq qeydlər mövcuddur və iş stajı qanuni şəkildə təsdiqlənir. O, 1983-cü ildən hal - hazıradək kabelçi vəzifəsində çalışır. AR Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən 09 nömrəli 5 dekabr 1985-ci il tarixli güzəştli arayışda onun “SoyuzTelefonStroy” Trestində 13 may 1985-ci il tarixdən 18 fevral 2002-ci il tarixədək kabelçi, “Azərrabitəinşaat” ATSC-də 7 mart 2002-ci il tarixdən 19 mart 2002-ci il tarixədək və 3 sentyabr 2002-ci il tarixdən 16 fevral 2004-cü il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin ("xxxx" MMC) Rabitə Qurğularının Tikintisi və Təmiri İdarəsində 5 sentyabr 2005-ci il tarixdən 29 dekabr 2006-cı il tarixədək və 8 yanvar 2007ci il tarixdən 27 iyun 2007-ci il tarixədək kabelçi, “Bakı Telefon Rabitəsi İstehsalat Birliyi”nin X4 29 iyun 2007-ci il tarixdən 25 yanvar 2018-ci il tarixədək kabel lehimləyicisi və 26 yanvar 2018-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-nin 1 saylı Rabitə Xidmətləri Mərkəzinin Xətt qurğularının istismarı şöbəsinin EATS-430/431 xəttində kabel lehimləyicisi vəzifəsində işlədiyi, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 30-cu bəndi üzrə kabel lehimləyicisi işi (qurğuşunlaşdırılmış kabellərin, polietilen və poloxlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər) güzəştli pensiya hüququ verən zərərli iş hesab edilmişdir. Bakı Telefon Rabitəsi MMC tərəfindən verilən 4 nömrəli 21 yanvar 2020ci il tarixli arayışa əsasən, kabel calayıcısı vəzifəsi və kabel lehimləyicisi vəzifəsi eyni iş funksiyası daşıyır. Güzəştli şərtlərlə pensiya almaq üçün onun (iddiaçının) bütün hüquqları – 25 ildən artıq ümumi iş stajı, 12 il 6 aydan artıq zərərli işlərdə iş stajı var, 60 yaşı tamam olmuşdur.
7. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək iddianın təmin olunmamasını xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarı ilə (hakim: R.L.Kərimli) iddia təmin edilmiş, iddiaçıya 2 dekabr 1959-cu il tarixdən (60 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin ü zərinə qoyulması qərara alınmışdır.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına (bu hal mübahisəli deyil), o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə pensiya hüququ verən zərərli işlərdə (AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə) iş stajına malik və 60 yaşı tamam olmuş şəxs kimi «Əmək pensiyaları haqqında» AR Qanununun 9-cu maddəsinə əsasən 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
10. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apelyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilmə məsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2021 nömrəli, 9 avqust 2021-ci il tarixli qərarı ilə (hakimlər: V.M.Məmmədov /sədrlik edən/, V.Ə.Baxışova və A.S.Hüseynov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, qərarın nəticə hissəsində “1959” rəqəmi “2019” rəqəmi ilə əvəz edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbi nin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. c) kassasiya instansiyası məhkəməsində birinci icraat
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)1928/2021 nömrəli, 7 dekabr 2021-ci il tarixli qərarı ilə (hakimlər: K.N.Bədəlov /məruzəçi/, N.İ.Rəsulbətova və İ.K.Hüseynov) cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-933/2021 nömrəli, 9 avqust 2021-ci il tarixli qərarı ləğv edilərək işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin qərarında qeyd edilmişdir ki, 60 yaşı xx.xx.2019-cu il tarixdə tamam olan iddiaçının həmin tarixə, hərbi xidmət də daxil olmaqla, 25 ildən çox ümumi, Siyahıda nəzərdə tutulan “30. Rabitə - qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” peşəsində isə 12 il 6 aydan çox xüsusi staja malik olması hərbi bilet, əmək kitabçası, iş yerinin güzəştli arayışı və digər mötəbər sənədlərlə təsdiqini tapır. Halbuki, iddiaçının qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə çalışmış olduğu iş materialları ilə öz təsdiqini tapmır. Hətta iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş güzəştli arayışlarda da iddiaçının gördüyü işlərin məhz qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsindən ibarət olduğuna dair heç bir məlumat yoxdur. Arayışda q eyd edilmişdir ki, kabel lehimləyicisi işi güzəştli şərtlərlə pensiya hüququ verən zərərli iş hesab edilir.
16. Bu arayışın sübut kimi əhəmiyyəti ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na, «Əmək pensiyaları təyin olunması üçün zəruri olan sənədlərin Siyahısı» adlanan 2 nömrəli əlavənin 2.4.1-ci bəndinə görə, «Əmək pensiyaları haqqında» Qanunun 9-cu maddəsinə əsasən, yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim olunur. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tu tulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Lakin iş materiallarında olan və məhkəmələrin sübut kimi istinad etdikləri arayış, bu tələblərə cavab vermir və buna görə də mötəbər sübut kimi qəbul olana bilməz.
17. İşin hallarının bu vəziyyətində, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin olunmasına imkan verən peşə və istehsalatlarda işlədiyinə dair məhkəmənin gə ldiyi nəticə, Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsində müəyyən olunan sübutların məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldaqdan sonra qiymətləndirilməsi barədə qaydaya, habelə İPM-nin 12-ci maddəsində nəzərdə tutulan işin hallarının araşdırılması prinsipinə uyğun gəlmir. Məhkəmə bu prosessual normaların tələblərinə uyğun olaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən, Siyahılarda nəzərdə tutulmuş peşə və istehsalatlara uyğunluğunu müəyyən etmək üçün həmin peşənin siyahıya uyğun olmasını ətraflı araşdırmalı, onun işlədiyi istehsalatın və peşənin zərərli və ya ağır sahə sayılması üçün zəruri olan göstəricilərin olub-olmamasını müəyyən etmək üçün işlədiyi müəssisələrə sorğu verməklə işin xarakterinə dair əlavə məlumatlar almalı, həmin sübutlara qiymət verməklə yekun qərar çıxartmalı idi. ç) apellyasiya instansiyası məhkəməsində ikinci icraat
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-995/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4889/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərarı dəyişdirilmiş, iddiaçıya 29 dekabr 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, aparılmış araşdırma zamanı da işəgötürən tərəfindən verilmiş sorğuya izahlı cavabdan da görünür ki, iddiaçı xx.xx.2007 -ci il tarixindən xx.xx.2013-cü il tarixə kimi X4 EATS-430/431 xətt sexinin 6-cı dərəcəli kabelcalayıcı vəzifəsində işləmişdir və fəaliyyəti kabel-kanalizasiya qurğularına xidmət etmək, telefon quyularında kabellərin təmiri ilə məşğul olmaqdır. Polietilen “TPP” və qurğuşun “TQ” kabellərin dəyişdirilməsi, təmiri ilə, quyularda göstərilən kabellərin qolçaqlarının açılması, dərmanların canlanmasında sonar qolçaqların yenidən qaynaq olması kimi zərərli işlərlə məşğul olmuşdur. X1 xx.xx.2013-cü il tarixdən hazıradək kabel-lehimləyici vəzifəsində əmək fəaliyyəti müddətində qurğuşunlaşdırılmış, polietilen və polixlorvinil üzlüklü kabellərlə işləyir. Müxtəlif tip kabellərin zədələnmələrinin araşdırılması və bərpasının keyfiyyətlə yerinə yetirilməsi, magistral kabellərin daim hava təzyiqi altında saxlanması, KSQ qurğularına nəzarət edilməsi və təsdiq olunmuş plan əsasında profilaktiki işlərin aparılmasını həyata keçirir.
20. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, iddiaçının kabel calayıcı və kabel lehimləyici kimi işlədiyi dövrdəki əmək funksiyaları uyğun olduğundan, eyni peşə üzrə ştat vahidinin 2018-ci ilədək Cəmiyyətin ştat cədvəlində “kabel calayıcısı”, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 0071 saylı xx.xx.2018-ci il tarixli əmri ilə təsdiq edilmiş "xxxx" MMC-nin yeni ştat cədvəlində isə “kabel-lehimləyicisi” kimi adlandırıldığından, həmçinin verilmiş sorğulara cavablardan və mütəxəssis qismində dinlənilmiş mühəndislərin izahatlarından göründüyü kimi həm kabel calayıcısının, həm də kabel-lehimləyicisinin işlədiyi kabellərin növlər inin əksərən qurğuşunlaşdırılmış, polietilen və polixlorvinil üzlüklü kabellər olduğundan həmin vəzifələrdəki fəaliyyəti zərərli hesab edildiyindən həmin dövrlər güzəştli stajına daxil edilməlidir. Belə olan halda iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajı xx.xx.2007-ci ildən başlayaraq xx.xx.2019-cu ilədək olan dövrü əhatə edir. İddiaçının 60 yaşı xx.xx.2019cu ildə tamam olmuşdur.
21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
22. Kassasiya şikayətinin dəlilləri iddia tələbinə qarşı verilmiş etirazın dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şi kayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
24. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9.1 Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı ü zrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7 Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şi kayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apelyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
27. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
28. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliy ə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
31. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
32. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1928/2021 n ömrəli, 7 dekabr 2021-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğun olaraq ətraflı araşdırma aparmış və haqqlı olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçının tələb olunan 12 il 6 ay güzəştli iş stajı xx.xx.2007-ci ildən başlayaraq xx.xx.2019-cu ilədək olan dövrü əhatə edir. Beləliklə, iddiaçı güzəştli iş stajına tələb olunan şərti xx.xx.2019-cu il tarixdə ödədiyindən həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ödəliyi cavabdehə həvalə edilməlidir.
33. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və m ötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
34. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-995/2022 nömrəli, 5 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.