Məhkəmə qərarları › İş №2-1(102)-1394/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1394/2024

18.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1394/2024 18.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs "xxxx" ASC) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi; güzəştli iş stajı) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müda fiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (üçüncü şəxs "xxxx" ASC) qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-927/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı xx.xx.1960-cı il tarixdə doğulmuş, xx.xx.1980-ci ildə əmək fəaliyyətinə başlamaqla xx.xx.1981-ci il tarixədək X2 yük vaqonlarının təmiri üzrə çilingər, habelə vaqonların baxıcı təmi rçisi, xx.xx.1981- xx.xx.1982-ci illərdə Biləcəri hərbiləşdirilmiş mühafizə idarəsində atıcı, xx.xx.1982-xx.xx.1984-cü illərdə X2 çilingər, xx.xx.1984xx.xx.1985-ci illərdə Lenin adına üzümçülük sovxozunda texniki-təhlükəsizlik mühəndisi, xx.xx.1985-xx.xx.1986-cı illərdə Rusiya Federasiyasında meşə təsərrüfatında ilməçi, xx.xx.1986 - xx.xx.1986-cı illərdə Sumqayıt məişət texnikasının təmiri atelyesində təmirçiçilingər, xx.xx.1987-xx.xx.1995-ci illərdə X1 kompressor qurğusunun maşinisti, xx.xx.1995xx.xx.1998-ci illərdə Siyəzən Qaz istismarı idarəsində nəzarətçi-çilingər, xx.xx.1998xx.xx.1999-cu illərdə Bakı Ehtiyat Bələdçilər idarəsində bələdçi-praktikant və bələdçi, xx.xx.2001-xx.xx.2005-ci illərdə X1 kompressor qurğusunun maşinisti, xx.xx.2003xx.xx.2012-ci illərdə ”Azpetrol LTD” MMC-də ele ktromexanik, növbə rəisi, xx.xx.2014xx.xx.2017-ci illərdə Giləzi Quşçuluq şirkətində operator vəzifəsində işləmişdir və xx.xx.2017-ci ildən həmin müəssisədə fəhlə (qaynaqçı) işləyir.

2. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, o, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin kompressor sexində ammonyaklı soyuducu qurğulara xidmət edən maşinist işinə qəbul edilmişdir, güzəştli iş stajı 13 il 07 ay 16 gündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndinə uyğun gəlir.

3. İddiaçı 57 yaşı tamam olduğu tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu xx.xx.2022-ci il tarixli məktubla imtina edərək bildirmişdir ki, şəxsin zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması onun gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (şəxsin tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Müraciətə müvafiq sənədlər əlavə edilmədiyindən, iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə əmək pe nsiyası hüququ verən işlərə aid olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə olunmasını xahiş etmişdir.

5. Bakı İnzibati Məhkəməsinin (hakim: Ş.A.Həsənova) 19 oktyabr 2022-ci il tarixli 21(112)-12729/2022 nömrəli qərardadı ilə inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

6. İddiaçı tələbini hazırkı qərarın 1-2-ci bəndlərində sadalanan işin halları ilə əsaslandırmış və qeyd etmişdir ki, 18 fevral 2017-ci il tarixədək ümumi iş s tajı, həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 30 il 1 ay 2 gün təşkil edir. Həmin staj illərindən 13 il 4 ay 20 gün müddəti 01 yanvar 2006-cı il tarixindən qüvvəyə minmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır.

7. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etirazı və etiraza əlavəsini onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus ******* nömrəli əmək kitabçasında onun xx.xx.1987-ci il tarixdən "xxxx" fabrikində kompressor maşınlarında 4-cü dərəcəli çilingər, xx.xx.1988-ci i l tarixdən 5-ci dərəcəli maşinist, xx.xx.1989-cu il tarixdən 6-cı dərəcəli maşinist, xx.xx.1993-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində qazanxana sexində 6-cı dərəcəli maşinist, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində isə kompressor sexində maşinist vəzifələrində işlədiyi qeyd edilmişdir. Adıçəkilən müəssisədə işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. İddiaçı tələb olunan minimum güzəştli sosial sığorta stajına malik olmadığından ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri bax ımından mümkün hesab edilməmiş, verilmiş imtina qanunauyğun olmuşdur. Belə ki, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 53 nömrəli məktubunda bildirmişdir ki, iddiaçının "xxxx" ASC-də çalışdığı dövr zərərli iş stajı kimi qəbul edilə bilməz. İddiaçının qeyd edilən müəssisədə vaxtilə çalışmış başqa işçinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini əsas gətirərək analoji vəziyyətin ona tətbiq edilməsi tələbi ilə bağlı qeyd edilməlidir ki, həmin şəxsin güzəştli arayışında sadəcə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda 35-ci fəslin adı qeyd edilmişdir. Yəni, işçinin işlədiyi vəzifə və sahə göstərilməmiş və Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiqlənmiş Siyahıda hansı bəndə uyğun olduğu g östərilməmişdir. Sözügedən Siyahının 27-ci fəsli “yeyinti sənayesi” adlanır və orada balığın, bağırsağın, sümüyün istehsalı güzəştli iş stajı sayılsa belə, toyuğun istehsalı güzəştli sahə kimi qəbul edilməmişdir. Təsadüfi deyildir ki, iddiaçının işlədiyi müəssisə belə təsdiqləyir ki, iddiaçının işlədiyi şərait ağır və zərərli iş şəraiti sayıla bilməz.

8. Sumqayıt İnzibati Məhkəməsinin (hakim İ.R.Burcayev) 11 may 2023-cü il tarixli 21(118)-1355/2023 nömrəli qərardadı ilə "xxxx" ASC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.

9. Sumqayıt İnzibati Məhkəməsinin (hakim: İ.R.Burcayev) 11 oktyabr 2023-cü il tarixli, 2-1(118)-1355/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajının 25 ildə n çox olması iş materialları ilə təsdiq olunmuşdur. Məhkəmə tərəfindən iddiaçının mübahisələndirilən 1987-1995, 2001-2005-ci illərdə hansı vəzifədə xidmət etməsi, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə barədə müvafiq ətraflı arayış əldə edilməsi üçün sorğular göndərilmişdir. Məhkəmənin göndərdiyi sorğulara cavab olaraq iddiaçının çalışdığı sahələrin zərərli olmaması bildirilmişdir. Həmçinin, cavabdeh orqan tərəfindən "xxxx" QSC-yə sorğu göndərilmiş və həmin müəssisənin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, iddiaçının ADY Biləcəri vaqon və lokomotiv depolarında xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək işləmiş olduğu peşələrdən yalnız xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çalışdığı vaqon baxıcısı-təmirçisi və xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10 və 20-ci abzaslarına uyğun olduğu qeyd olunmuşdur (yəni, 13 ay = 01 il 01 ay). Göründüyü kimi, iddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçasında ümumi iş stajına malik olması təsdiqlənsə də, əmək şəraiti zərərli və ağır olan işlərdə çalışması müəssisə tərəfindən verilmiş arayışda öz əksini tapmamışdır.

11. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş e tmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: Z.İ.Məmmədov /sədrlik edən və məruzəçi/, H.Ç.Babayeva və G.İ.Cabbarova) 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-927/2023 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

14. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

15. İddiaçının kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, işl ədiyi illərdən xx.xx.1981-ci il tarixdən xx.xx.1981-ci il tarixədək olan dövr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə paraqraf 21.4, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, həmçinin xx.xx.1987-ci il tarixdən xx.xx.1995-ci il tarixədək olan dövr həmin siyahı üzrə paraqraf 35-ə uyğun olduğu halda, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasından əsassız olaraq imtina edilmişdir. Məhkəmə mübahisənin həlli üçün xidməti vəzifəsinə görə bütün halları araşdırmağa borclu olduğu halda, bu tələbə əməl etməmişdir. Həmçinin, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğun u sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Lakin hazırkı iş üzrə qərar qəbul edilərkən bu məsələyə diqqət yetirilməmiş, məhkəmə yalnız cavabdehin arqumentini əsas götürmüşdür. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

16. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin edilməməsi və apellyasiya instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 17. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunveri ciliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə

7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvaf iq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır Qeyd: 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir.... 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 18. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun (qüvvədən düşmüşdür) Maddə

13. Əmək şəraitinə görə güzəştli pensiyalar axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan iş çilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə

19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

20. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası … 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. … Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü madd ələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apell yasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

21. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraa t çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab olun a bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri əsasən mahiyyətcə iddia ərizəsi və apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də iddia tələbinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

26. Apellyasiya instansiya məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

28. İddiaçıya 57 yaşının tamam olduğu 18 fevral 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək azı 25 il ümumi iş stajı və həmin tarixədək 12 il 6 ay güzəştli iş stajını toplaması tələb edilir. İddiaçıya məxsus əmək kitabçasına əsasən, onun ümumi iş stajının 25 ildən çox olması təsdiq olunur və bu hal cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilmir.

29. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, işin aşağı instansiya məhkəmələri tərəfindən araşdırılması zamanı müəyyən edildiyi kimi, iddiaçının ADY Biləcəri vaqon və lokomotiv depolarında xx.xx.1980-ci ildən xx.xx.1984-cü il tarixədək işləmiş olduğu peşələrdən yalnız xx.xx.1981-ci ildən xx.xx.1981-ci ilədək və xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək çalışdığı vaqon baxıcısı-təmirçisi və xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək çalışdığı hərəkətdə olan tərkibin təmiri üzrə çilingər peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 10 və 20-ci abzaslarına uyğundur (yəni 13 ay = 01 il 01 ay). "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli ar ayışından isə görünür ki, sorğuda göstərilən, iddiaçının "xxxx" ASC-də işlədiyi sahənin zərərli olması müəyyən edilməmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi müddətin yalnız bir hissəsi onun güzəştli iş stajına daxil edilir ki, həmin müddət də qanunvericiliklə müəyyən edilmiş müddətdən (12 il 6 ay) az olmaqla, ona güzəştli şərtlərlə yaşa görə pensiya hüququ vermir.

30. İddiaçının kassasiya dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin onu da qeyd edir ki, cavabdeh inzibati orqan iddiaçının güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmadığını sübut etdiyi halda, iddiaçı bunun əskini təsdiq edən sübut təqdim etməmişdir. Habelə, iddiaçının "xxxx" ASC-də işlədiyi peşənin zərərli olmamasını məhz həmin müəssisə də təsdiq edir. Bu səbəbd ən məhkəmə kollegiyası hesab edir ki, aşağı instansiya məhkəmələri tərəfindən işin bütün halları kifayət qədər araşdırılmış və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 29 dekabr 2023-cü il tarixli, 2-1(105)-927/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar