Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1395/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ Açar sözlər: pensiyanın təyin edilməsi, yeni açılmış hallarla bağlı ərizə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1957, FİN:xxxxxxx) cavabdeh (ərizəçi) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)1478/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı 30 mart 2017-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1980-1988, 1990-1995 və 1995-2006-cı illərdə işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əməkhaqq ı əsasında nəzərə alınmaqla 12 noyabr 2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 nömrəli, 26 aprel 2017- ci il tarixli qərarı ilə iddia təmin edilərək iddiaçının 1980-1988, 1990-1995 və 1995-2006-cı illərdə işlədiyi illərin güzəştli iş stajı kimi 2004-2005-ci illərin əməkhaqqı əsasında nəzərə alınmaqla 12 noyabr 2009-cu il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
3. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)1470/2017 nömrəli, 06 iyul 2017-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)1938/2017 nömrəli, 26 aprel 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
4. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-1892/2017 nömrəli, 14 noyabr 2017-ci il tarixli qərarına əsasən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1470/2017 nömrəli, 06 iyul 2017-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. Qərar qanuni qüvvəsini aldığından icra olunması üçün 04 dekabr 2017-ci il tarixli məktubla cavabdeh orqana göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
6. Cavabdeh tərəfindən 06 aprel 2021-ci il tarixdə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə, 25 avqust 2021-ci il tarixdə isə ərizənin dəqiqləşdirilməsi barədə ərizə məhkəməyə daxil olmuşdur.
7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə təqdim edilmiş müvafiq iddia ərizəsində xx.xx.2009-cu il tarixdən (52 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə təyin edilməsi və pensiya təyin edilərkən yaranmış fərqinin hesablanaraq birdəfəlik ödənilməsi tələbi qoyu lmuşdur. Həmin iddiaya baxılmış və iddiaçının lehinə qərar qəbul edilmişdir. Lakin iddiaçıya şöbə tərəfindən xx.xx.2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatı aparıldığı halda məhkəmə pensiya təyin edilməsi barədə müvafiq qərar qəbul etmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışı formal olaraq keçirilmiş, qərarın tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının yenidən hesablanması deyil, təyin edilməsi və yaranmış iri miqdarda fərq məbləğinin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində və Dövlət Neft Şirkətinin “Neftqaztikinti” trestinin 2 nömrəli TikintiQuraşdırma İdarəsi tərəfindən iddi açının adına verilmiş xx.xx.2014-cü il tarixli ES-02/624 №-li arayışda qeyd olunmuş peşə və vəzifələrin 1 nömrəli Siyahıya uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, arayışda rəsmi olaraq təsdiq edilmişdir ki, Güzəştli siyahının 35-ci maddəsinə əsasən (Ümumi peşələr) əl ilə qaynaq aparan və elektrik qaynaqçı peşəsi iddiaçıya güzəştli şərtlərlə pensiya hüququ verir. Həmin arayışda qeyd olunan 22 il 07 ay güzəştli iş stajı faktına əsasən güzəştli şərtlərlə yaşa görə pensiya hüququ 52 yaşdan deyil, 57 yaşından yaranır. Beləliklə, hər 3 instansiya məhkəmə qərarlarından göründüyü kimi, vətəndaşın istinad edilən iş yerindən onun ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, onun işlədiyi peşələrin 1 nömrəli Siyahıda qeyd olunmuş uyğunluğu dəqiqləşdirilməd ən iddia tələbi təmin edilmişdir. Habelə Ali Məhkəmənin qərarında qeyd olunanların birinci instansiyanın qərarının mətnində olduğu kimi təkrarlandığı müşahidə edilmişdir. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2014- cü il tarixədək iddiaçının 5 il əvvəl, yəni 2009-cu ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşdan güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Əmək kitabçasına və əmək kitabçasına tikilmiş seriyası l/İT-l № ******* olan əlavə vərəqə əsasən İddiaçı xx.xx.1975-xx.xx.1979-cu il və xx.xx.1980-xx.xx.1995-ci il dövrləri ərzində “Xəzərdənizneftqaztikinti” Tikinti Quraşdırma Trestinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsində 4, 5 və 6-cı dərəcəli elektrik və elektrik qaz qaynaqçısı, xx.xx.1996-xx.xx.1997ci il dövrü ərzində Təhsil Nazirliyinin Avtomobil Nəqliyyatı Müəssisəsində gözətçi, xx.xx.1997-xx.xx.2006-cı il və xx.xx.2006-cı il tarixdən “Xəzərdənizneftqaztikinti” Tikinti Quraşdırma Trestinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2014-cü il tarixədək elektrik qaynaqçısı peşələrində işləmişdir. Pensiya işinə tikilmiş hərbi biletin surətinə əsasən iddiaçı xx.xx.1976- xx.xx.1979-cu il tarixdə hərbi xidmətdə olmuşdur. Məhkəmə qərarları şöbəyə daxil olduqdan sonra şöbənin pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin Pensiya üzrə komiss iyası tərəfindən rəsmiləşdirilmiş sərəncamla əmək kitabçası üzrə 2006-cı ilədək hesablanmış 29 il 1 ay sosial sığorta stajı nəzərə alınmaqla “Xəzərdənizneftqaztikinti” Trestinin 3 №-li İxtisaslaşdırılmış Tikinti Quraşdırma Filialı tərəfindən iddiaçının adına tərtib edilmiş 20042005-ci illərin əməkhaqqı cədvəlinə əsasən Qanunun 9.1-ci maddəsinin şərtlərinə əsasən 1 №-li Siyahıya istinad etməklə 52 yaşının tamam olduğu xx.xx.2009-cu il tarixdən 687,38 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2009-cu il tarixdən təyin edilmiş əmək pensiyasının aylıq məbləği müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməklə və baza hissəsinə artımlar nəzərə alınmaqla xx.xx.2017-ci il tarixdən 1146,46 manat məbləğində ödən işinə başlanılmışdır. İddiaçıya əmək pensiyası təyin edildikdən sonra əmək fəaliyyətini davam etdirdiyi üçün Qanunun 37.3.1-ci maddəsinə əsasən 6 illik pensiya kapitalı əsasında pensiya məbləğinin yenidən hesablanması üçün ərizəsi olmadığı halda xx.xx.2017-ci il tarixdən pensiyasının məbləği yenidən hesablanaraq 1146,46 manatdan 1369,66 manata çatdırılaraq ödənişə göndərilmişdir. xx.xx.2008-ci ildən xx.xx.2017-ci ilədək olan dövr üzrə 74847,56 manat ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləğindən xx.xx.2017- xx.xx.2018-ci il aralığı ərzində 9 ay üzrə 34800,00 manat, xx.xx.2018-xx.xx.2019-cu il aralığında müxtəlif yüksək məbləğlərlə cəmi 29632,16 manat vəsait aylıq pensiyanın üzərinə əlavə olunmaqla ödənilmiş, xx.xx.2019-cu il tarixdə isə ötən dövrlər üçün hesablanmış fərq məbləğinin 10415,40 manat qalıq hissəsi birdəfəlik vətəndaşın plastik kart hesabına köçürülmüşdür. Vətəndaşın aylıq pensiyasının indeksləşdirmə nəticəsində xx.xx.2018-ci il tarixdən 1447,73 manata, xx.xx.2019-cu il tarixdən 1491,16 manata çatdırılmış və xx.xx.2020-ci il tarixədək ödənişi aparılmış, araşdırma ilə əlaqədar həmin tarixdən ödəniş dayandırılmışdır. Ödənişi davam etdiriləcəyi təqdirdə xx.xx.2020-ci il tarixdən pensiya məbləği 2019-cu il üçün müəyyənləşdirilmiş indeksləşdirmə faizi nəzərə alınmaqla 1738,69 manat ola bilərdi. xx.xx.2014-xx.xx.2020-ci il aralıq dövr üzrə təyin edilmiş və yenidən hesablanaraq ödənilmiş aylıq pensiyanın cəmi məbləği isə 56035,25 manat təşkil etmişdir. Qeyd olunduğu kimi, məhkəmə qərarları nəzərə alınmadan iddiaçının pensiya təyin edilməsi zama nı yalnız şöbəyə təqdim etdiyi əmək kitabçasının surətindəki qeydlər nəzərə alındıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ qanunvericiliklə xx.xx.2014-cü il tarixdən yarandığı müəyyən olunur. Həmin tarixdən vətəndaşın aylıq pensiya məbləği baza hissəsi, 29 il 1 ay stajına uyğun hesablanmış sığorta hissəsi və xx.xx.2006-xx.xx.2014-cü il dövr üzrə fərdi hesabında qeydə alınmış pensiya kapitalı ilə birlikdə 251,67 manat, sonrakı baza hissəsinə artımlar indeksləşdirmələr nəzərə alınmaqla xx.xx.2015-ci ildən 253,79 manat, 01.01,2016-cı ildən 259,94 manat, 01,02.2016-cı ildən 269,94 manat, xx.xx.2017-ci ildən 289,77 manat, 01.01,2018-ci ildən 306,29 manat, xx.xx.2019-cu ildən 315,48 manat, ödənişi davam etdiriləcəyi təqdirdə 01.01 2020-ci il tarixdən 367,85 manat təşkil etməlidir. xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə cəmi ödənilməli məbləğ 17992,15 manat təşkil edəcək. Göründüyü kimi, iddiaçının pensiyasının aylıq məbləğinin xx.xx.2020-ci il tarixi vəziyyətinə 367,85 manata qarşı 1738,69 manatla (5 dəfəyə yaxın) təyin olunmasına nail olunmuşdur. Nəticədə, məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 130882,81 manat müəyyən edilmiş, yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 17992,15 manat, əsassız ödənilmiş məbləğ 112890,66 manat (130882,81- 17992,15=112890,66) təşkil etmişdir. Beləliklə, Fondun Suraxanı rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında iddiaçıya pensiyanın təyin edilməsi, yenidən hesablanması və xx.xx.2020-ci il tarixədək ödən ilməsi nəticəsində plastik kart hesabına köçürülmüş cəmi əsassız məbləğ 112890,66 manat təşkil etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1938/2017 nömrəli, 14 dekabr 2021-ci il tarixli qərardadı ilə (hakim F.İ.Mədətli) cavabdehin yeni açılmış hallarda bağlı iş üzrə icraatın təzələnməsinə dair ərizəsi mümkün sayılmamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından görünür ki, ərizəçinin məhkəməyə təqdim etmiş olduğu yeni açılmış hallara dair 06 aprel 2021-ci il tarixli ərizəsində xx.xx.2020-ci il tarixədək vətəndaşın aylıq pensiya məbləğinin köçürüldüyü qeyd edilmişdir. Beləliklə, ərizənin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqan artıq xx.xx.2020-ci il tarixdə sözügedən hallarla bağlı məlumatlı olsa da, lakin yeni açılmış hallarla bağlı ər izə qanunvericiliklə nəzərdə tutulmuş 3 aylıq müddət ötürülməklə, 1 il 02 ay sonra, xx.xx.2021-ci il tarixdə verilmişdir. Yeni açılmış hallarla bağlı ərizə həmçinin 3 illik müddətin ötürülməsi ilə, yəni xx.xx.2021-ci il tarixdə təqdim edilməklə, yəni 3 il 05 ay vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı” ərizənin verilməsini məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır.
10. Ərizəçi apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1938/2017 nömrəli, 26 aprel 2017- ci il tarixli qərarın ləğv edilməsi, iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məh kəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1478/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, C.A.Yusifov və H.Ü.Həmidov) ərizəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1938/2017 nömrəli, 14 dekabr 2021ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
13. Ərizəçi kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və ərizəyə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. Kassasiya şikayəti yeni açılmış hallara dair ərizə ilə eyni məzmunda əsaslandırılmaqla, eləcə də İnzibati-Prosessual Məcəllənin müvafiq maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 28 dekabr 2015-ci il tarixli Qərarının müvafiq bəndlərinə istinad edilməklə əlavə olaraq qeyd edilmişdir ki, mümkünlük şərtlərini nəzərdə tutan normalar yalnız iddialar üzrə tətbiq edilməklə cavabdeh inzibati orqana qarşı iddianın mümkünlük şərtlərin i yoxlayır. Hazırki mübahisə isə yeni açılmış hallara dair ərizədir. Eyni zamanda qanunda müddətin ötürülməsinin nəzərdə tutulmaması mümkün hüquq müdafiə vasitələrindən istifadəni məhdudlaşdıran qərarın qəbul edilməsi yolverilməz hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
16. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətin in verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qəra rı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. Maddə
100. Mübahisə ilə bağlı iş üzrə icraatın təzələnməsi üçün əsaslar Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə
101. Məhkəmə aidiyyəti Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tər əfindən baxılır. Maddə
102. Yeni açılmış hallar üzrə icraatın iştirakçıları Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. Maddə
103. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə ilə müraciət etmək üçün müddət 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin ic raat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə
104. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin məzmunu 104.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə aşağıdakılar göstərilməlidir: 104.1.1. mübahisə edilən məhkəmə qərarı haqqında məlumat; 104.1.2. icraatın təzələnməsi üçün əsaslar; 104.1.3. məhkəmə qərarının mübahisə edilən hissəsi və ya həcmi barədə məlumat; 104.1.4. ərizənin bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə verildiyini təsdiq edən sübutetmə vasitələri haqqında məlumat. 104.2. Ərizəyə yeni sübutlar və hallar bar ədə sənədlərin, habelə başqa müvafiq sənədlərin əsli və ya surəti əlavə olunur. Maddə
105. Məhkəmə qərarının icrasının yalnız ərizə (vəsatət) əsasında dayandırılması 105.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi məhkəmə qərarının icrasını dayandırmır. Lakin vəsatət əsasında məhkəmə qərarın icrasının dayandırılması barədə qərardad qəbul edə bilər. 105.2. Məhkəmə qərarının icrasının dayandırılması ilə bağlı ərizəyə (vəsatətə) baxılarkən bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş müvafiq qaydalar tətbiq olunur. Maddə
106. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmu ş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. Maddə
107. Yeni açılmış hallar üzrə icraat 107.1. Müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. 107.2. Mübahisə ilə bağlı iş üzrə məhkəmənin yeni qərarı ilkin qərarı əvəz edir. Məhkəmə həmin qərarda yeni açıl mış hallar üzrə icraatla əlaqədar prosessual xərclər haqqında məsələni də həll edir.
17. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
19. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
20. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mü bahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
22. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfind ən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
23. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
24. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1478/2022 nömrəli, 05 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.