Məhkəmə qərarları › İş №2-1(102)-1395/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1395/2023

13.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1395/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pensiyanın dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi; qərarın ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Bədəlov Kəmaləddin Nurəddin oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1960-cı il təvəllüdlü; FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalini n Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarın ləğv edilməsi və ödənilməmiş pensiyanın hesablanaraq verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-600/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən iddiaçıya 57 yaşı tamam olduğu, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edi lmişdir. İddiaçı xx.xx.2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək əmək pensiyasını almağa davam etmişdir. Sonradan cavabdeh həmin dövr ərzində iddiaçıya ödənilmiş 11267,33 manat pul vəsaitdən onun əsassız faydalandığını və bunu Fonda vurulmuş zərər kimi qiymətləndirərək artıq ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə 5 oktyabr 2021-ci il tarixli, **********79 nömrəli qərar qəbul etmişdir.

2. İT-İ ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən, iddiaçı xx.xx.1978ci il tarixdə əmək fəaliyyətinə başlamışdır və hal-hazıradək işləyir. 3. "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən verilən 30 noyabr 2021-ci il tarixli 07 nömrəli arayışa əsasən, iddiaçı həmin İdarədə xx.xx.1996-cı il tarixdən bir sıra güzəştli peşələrdə işləmişdir. Bu peşələr Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 5-ci bəndinə əsasən güzəştli sayılır. İddiaçı xx.xx.1996-ci il tarixindən xx.xx.2004-cü il tarixinədək Bakı Kanalizasiya şəbəkələrinin istismarı müəssisəsində qəzabərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı ixtisasa əsasən 08 il 6 ay 1 gündür. xx.xx.2004-cü il tarixindən xx.xx.2011-ci il tarixinədək "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəzabərpa işləri üzrə çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 6 il 05 ay 29 gündür. xx.xx.2011-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək hə min müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 10 ay 1 gündür. xx.xx.2012-ci il tarixindən xx.xx.2016-cı il tarixinədək həmin müəssisədə eyni adlı vəzifədə işləmişdir, güzəştli əmək stajı 4 il 8 ay 19 gündür. xx.xx.2016-cı il tarixindən xx.xx.2017-ci il tarixinədək "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 1 il 1 ay 26 gündür. xx.xx.2017-ci il tarixindən xx.xx.2021-ci il tarixinədək "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsinin Su və Kanalizasiya şəbəkələrinin istismarı sahəsində çilingər peşəsində işləmişdir, güzəştli əmək stajı 3 il 11 ay 11 gündür.

4. İddiaçı 12 noyabr 2021-ci il tarixdə cavabdehə müraciət edərək, cavabdehin 5 oktyabr 2021-ci il tarixli, **********9 nö mrəli qərarının ləğv edilməsini və ona təyin olunan pensiyanın ödənilməsinin bərpa edilməsini xahiş etmiş, lakin müraciəti cavablandırılmamışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı 14 dekabr 2021-ci il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi və pensiya ödənişlərinin verilməyən günlərə görə hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2017-ci il tarixdən hesa blanmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, sonradan isə təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Buna səbəb kimi cavabdeh “Əmək pensiyaları haqqında” Qanunun 37.8.3-cü maddəsinə istinad edərək, onun "xxxx" ASC-nin Nəsimi rayon Su-kanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində, qəza-bərpa işləri çilingəri peşəsində işləməsinin yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun olmadığını göstərmişdir. Bu əsasdan çıxış edən cavabdeh 5 oktyabr 2021-ci il tarixli, **********79 nömrəli qərarla, 21 fevral 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixə kimi olan müddət ərzində ona artıq ödənilmiş 11.627,33 manat pensiya məbləğinin 10 gün müddətində cavabdehin hesabına ödən ilməsini tələb etmişdir. Hesab edir ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanunsuz və əsassızdır. Belə ki, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlədiyi sahənin birbaşa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007- ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na aid olduğuna dair "xxxx" ASC-nin Xətai rayon Sukanal İdarəsi tərəfindən 30 noyabr 2021-ci il tarixli, 7 nömrəli, güzəştli arayış verilmişdir.

7. Məhkəmənin sorğusuna əsasən, cavabdeh tərəfindən iddiaçının pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri təqdim edilmiş, o cümlədən Dövlət Sosial Mudafiə Fondu Suraxanı şöbəsi tərəfindən tərtib olunan iddiaçının uçot vərəqi, həmin orqan tərəfindən verilən iddiaçının pensiya işi, həmin orqanın iddiaçıya xx.xx.2017-ci il tarixdən 214,94 manat pensiya təyin olunmasına dair 759 nömrəli qərarı, iddiaçının həmin orqana ünvanladığı pensiyanın təyin olunması barədə xx.xx.2017-ci il tarixli ərizəsi, "xxxx" ASCnin Bakı Sukanal İdarəsinin iddiaçının xx.xx.1996-cı il tarixdən çilingər vəzifəsində işləməsinə dair xx.xx.2017-ci il tarixli arayışı, "xxxx" ASC-nin Bakı Sukanal İdarəsinin Dövlət Sosial Müdafiə Fondu Suraxanı şöbəsinə göndərdiyi iddiaçının əmək kitabçasının doldurulma tarixini özündə əks etdirən xx.xx.2017-ci il tarixli təqdimatı, Dövlət Sosial Müdafiə Fondunun İri Sığortaedənlərlə İş Şöbəsinin iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2016-cı i l tarixədək 8 il 2 ay sosial sığorta stajı və fərdi hesabın sığorta hissəsində 6106,35 manat pensiya kapitalı olması barədə xx.xx.2017-ci il tarixli arayışı, Dövlət Sosial Müdafiə Fondu Suraxanı şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2017-ci il tarixli bildirişi, iddiaçının əmək pensiyası hüququna yenidən baxılacağına dair bildirişin təsdiq edilmiş surətləri təqdim olunmuşdur.

8. Bakı İnzibati Məhkəməsinin (hakim M.T.Hacıbəyova) 2-1(112)-4602/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılmasının əsassız və qanunsuz hesab edilməsi, artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında 5 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərarın ləğv edilməsi, iddiaçıya pensiya ödənişlə rinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsinin əsaslandırması:

9. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının, “Əmək pensiyaları haqqında” Qanunun, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Suraxanı rayon şöbəsinin 11 aprel 2017-ci il tarixli qərar qüvvədə olduğu halda, həmin qərar əsasında 21 fevral 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan dövr üçün hesablanmış və iddiaçıya ödənilmiş əmək pensiyasının 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ilə ondan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuşdur.

10. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsində göstərilmişdir ki, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

11. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı) ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil. Belə ki, inzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.

12. Eyni zamanda, məhkəmə “İnzibati icraat haqqında” və “Əmək pensiyaları haqqında” Qanununun müvafiq maddələrinə istinad edərək qeyd etmişdir ki, cavabdehin iddiaçıya artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələbi qanunvericilik normalarına ziddir.

13. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olun masını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

14. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər: C.A.Yusifov /sədrlik edən və məruzəçi/, P.A.Hüseynov və Ş.A.Məmmədova) 2-1(103)-600/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4602/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

16. Cavabdeh kassasiya şikayəti verərək həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri

17. Cavabdeh kassa siya şikayətində qeyd etmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu Filial tərəfindən araşdırılmış və məlum olmuşdur ki, ona vaxtilə əmək pensiyası təyin edilərkən təqdim edilmiş sənədlərdən “Azərsu" ASC-nin Nəsimi rayon Su-kanal İdarəsinin Su və kanalizasiya şəbəkələrinin istismarı sahəsində qəzabərpa işləri çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın yeraltı kanalizasiya şəbəkələrində daim məşğul olan qəza-bərpa işlərinin çilingəri və ustaları peşəsinə uyğun deyildir.

18. Göstərilən uyğ unsuzluğa baxmayaraq, ona Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 21 fevral 2017-ci il tarixində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu səbəbdən, iddiaçıya təyin edilən pensiya ödənişinin qanunvericiliyə zidd olduğu üçün geri qaytarılması tələb edilmişdir.

19. Cavabdeh apellyasiya instansiyası məhkəməsində işə baxılarkən maddi və prosessual hüquq normalarının pozulduğunu qeyd edərək şikayətin təmin olunmasını xahiş etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır.... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 22. “Əmək pensiyaları haqqında” Qanun: Maddə

37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə

39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını t əyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 23. “İnzibati icraat haqqında” Qanun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2. 0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan for mada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qan unsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlv erişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.

24. İnzibati Prosessual Məcəllə: Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafi q apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8 Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN M ÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. X1 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

29. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdı rılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

30. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə, apellyasiya məhkəməsi artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında qərarın ləğv edilməsi və pensiya ödənişlərinin ödənilməyən günlərə görə hesablanaraq ödənilməsi ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi və prosessual hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

31. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2).

32. Məhkəmə ko llegiyası qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin tabeliyində olan inzibati orqan Suraxanı rayon şöbəsinin xx.xx.2017-ci il tarixli qərarının) ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt mövcud deyil.

33. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə təyin olunmuş pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. 34. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə, icraatın nəticəsi olaraq bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci ma ddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı.

35. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır.

36. Yuxarıda qeyd edildiyi kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə DSMF-nin Suraxanı rayon şöbəsinin 11 aprel 2017-ci il tarixli qərarı qüvvədə olduğu halda, həmin qərar əsasında 21 fevral 2017-ci il tarixdən 28 fevral 2021-ci il tarixədək olan dövr üçün hesablanmış və iddiaçıya ödənilmiş əmək pensiyasının 05 oktyabr 2021-ci il tarixli, **********9 nömrəli qərar ilə ondan artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması tələb olunmuşdur.

37. «İnzibati icraat haqqında» Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun cavabdehin mübahisələndirilən 05 oktyabr 2021-ci il tarixli qərarı qəbul olunarkən qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanı n qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir.

38. Lakin cavabdeh apellyasiya şikayətində olduğu kimi, kassasiya şikayətində də inzibati icraat haqqında hüquq normalarının tələblərinə istinadən hesab edir ki, həmin qərarı qəbul etmək onun diskresion səlahiyyətidir. Qeyd edilənlərdən isə göründüyü kimi, cavabdeh, əsasında pensiya təyin etdiyi, yəni pensiya təyin edərkən əldə rəhbər tutduğu Qanunun qeyd olunan tələblərini nəzərə almadan, başqa qanunvericiliyə istinadən, mübahisələndirilən qərarı qəbul etməyin onun diskresion səlah iyyəti olduğunu bildirir. Halbuki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya Qanunun 10.3-cü maddəsinin tələbinə görə, ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir.

39. Əmək pensiyaları sahəsində ictimai münasibətləri tənzimləyən “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin qeyd olunan imperativ tələbindən göründüyü kimi, yalnız pensiyaçının razılığı olduqda pensiya təyin edən orqan ondan artıq pulun tutulması barədə qərar qəbul edir. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir.

40. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razıl ığını almadan, 05 oktyabr 2021-ci il tarixli qərarı qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında 11.627,33 manat pensiya məbləğinin 10 gün müddətində hesabına ödənilməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur.

41. Belə olan halda isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mind iyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.

42. Beləliklə də, cavabdehin mübahisələndirilən qərarının ləğv edilməsi və tutulmuş pulların geri qaytarılmasının on a həvalə edilməsi işin hallarına, maddi və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur.

43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, kassasiya şikayətinin təmin olunması üçün əs aslar olmadığından, kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-600/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar