Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1395/2024 06.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: iş illərinin sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (məruzəçi), Məmmədov Xəqani Səyyad oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iş illərinin sosial sığorta stajına daxil edilməsi və ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-729/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçının mərhum əri X8 xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək hərbi xidmətdə olmuşdur.
2. X8 xx.xx.1983-cü il, 250u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat" fakültəsinin əyani şöbəsinə qəbul olmuş, xx.xx.1985-ci ildə həqiqi hərbi xidmətə getmiş, xx.xx.1987-ci ildə həqiqi hərbi xidmətdən sonra Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat" fakültəsinin əyani şöbəsinə bərpa olmuş, xx.xx.1990-cı ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun "İnşaat" fakültəsinin əyani şöbəsinin "Sənaye və mülki tikinti" ixtisası üzrə tam kursu bitirmişdir. 3. xx.xx.1990-cı il tarixli, İT-l ******* nömrəli əmək kitabçasının məlumatlarına əsasən X8 xx.xx.1990-cı il tarixdən xx.xx.2017-ci il tarixədək 32 saylı Tikinti Quraşdırma İdarəsində işləmişdir.
4. X1 Sara Cəfər qızı ilə xx.xx.1994-cü ildə nikah bağlamış, arvada “Əhmədova” soyadı verilmişdir.
5. İddiaçı ilə X4 birgə nikahlarından xx.xx.2006-cı il tarixdə doğulmuş X3 doğum akt qeydində ata qrafasında X8, ana qrafasında İddiaçı qeyd olunmuşdur.
6. X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür.
7. İddiaçı cavabdehə müraciət edərək ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir.
8. Dövlət So sial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2022-ci il tarixli, **********7 nömrəli məktubundan görünür ki, iddiaçının övladı X5 ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
9. İmtinada qeyd edilmişdir ki, iddiaçının mərhum ərinin əmək fəaliyyəti dövrü, o cümlədən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinədək hərbi xidmət dövrü, eyni zamanda əmək kitabçasında qeyd edilən digər dövrlər nəzərə alınmaqla sığorta stajı 6 il 3 ay təşkil edir və bu, qanunvericiliklə tələb olunan müddətdən (11 il 8 ay) azdır.
10. Həmçinin xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X6 məxsus əmək kitabçasının, hərbi biletin və diplomun surətlərinə əsasən sığorta stajı (xx.xx.1983-cü il tarixindən xx.xx.1985-cı il tarixinədək və xx.xx.1987-ci il tarixindən xx.xx.1990-cı il tarixinədək təhsil aldığı dövrlər, xx.xx.1985-ci il tarixindən xx.xx.1987-ci il tarixinədək hərbi xidmətdə olduğu dövr) 11 il 4 ay 27 gün olmaqla tələb olunan müddətdən (11 il 8 aydan) azdır. Mərhum E.Əhmədovun əmək kitabçasının surətində qeyd edilmiş 02.10 1996-cı il tarixindən xx.xx.2006-ci il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Qarabağ regional filialının xidməti məktubuna əsasən "xxxx" ASC-nin xx.xx.1997-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək sənədləri Bərdə rayon Dövlət arxivinə təhvil verilmədiyindən mərhum E.Əhmədovun həmin dövrlərdə əmək fəaliyyətinin araşdırılması və sığorta stajına daxil edilməsi mümkün olmayıb. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsind əki icraat
11. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, mərhum əri X4 1990-cı il tarixdən 2006-cı il tarixədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində olan əmək fəaliyyətinin sosial sığorta stajına daxil edilməsi və övladı X5 xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:
12. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1994-cü ildə X8 ilə ailə həyatı qurmuş, birgə nikahdan 3 uşaq dünyaya gəlmişdir. İddiaçının həyat yoldaşı xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. X2 xx.xx.1983-cü il tarixdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun İnşaat fakültəsinin əya ni şöbəsinə qəbul olmuş, xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixinədək hərbi xidmətdə olmuş, xx.xx.1987ci il tarixdən təhsilinə davam etdirməyə başlamış, xx.xx.1990-ci il tarixdə təhsilini müvəffəqiyyətlə bitirmişdir. xx.xx.1990-cı il tarixdən Bərdə rayon sabiq 32 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli betonçu vəzifəsinə qəbul edilmiş, müəssisə ləğv edildiyi üçün xx.xx.2017-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı xx.xx.2006-cı il təvəllüdlü azyaşlı övladı X5 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi üçün müvafiq sənədlərlə cavabdehə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Cavabdehin etirazları:
13. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya ailə başçısını i tirməyə görə əmək pensiya təyin olunması üçün 2 element mövcud olmalıdır: 1. övladlarının 18 yaşının olmaması; 2. vəfat edən şəxsin 11 il 8 ay (51 (vəfat etdiyi yaş)- 15x4:12) sığorta stajının mövcud olması.
14. Hazırki iş üzrə müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə hüququ yarandığını iddia edir. Mərkəzi filiala təqdim etdiyi mərhum əri E.Əhmədova məxsus əmək kitabçasının, hərbi biletinin, diplomunun və arxiv arayışının surətinə əsasən sığorta stajı 9 il 6 gün təşkil edir. Bu da qanunvericiliklə tələb olunan müddətdən (11 il 8 aydan) azdır.
15. E.Əhmədovun əmək kitabçasının surətində və arxiv arayışında qeyd olunmuş xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində əmək fəaliyyəti dövrünün mötəbərliyinə əsaslı şübhələr olmuş və araşdırılması zərurəti yaranmışdır. Belə ki, 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti zamanı 1992-ci ilə aid əməkhaqqı cədvəli yararsız olduğundan və 1994-1998-ci illər üzrə əməkhaqqı cədvəlləri mühafizə olunmaq üçün X10 filialına təhvil verilmədiyindən həmin dövrlərin araşdırılması və sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
16. Əlavə olaraq, cavabdeh tərəfindən yazılmış xx.xx.2022-ci il tarixli **********2 nömrəli xidməti məktub əsasında Fondun Qarabağ regional filialı tərəfindən qarşılıqlı yoxlama aparılmış, xx.xx.2022-ci il tarixli akt tərtib olunmuşdur. xx.xx.2022-ci il tarixli qarşılıqlı yoxlama aktı ilə E.Əhmədovun 1992-ci ilə aid əməkhaqqı cədvəlinin ya rarsız olması bildirilmişdir. Lakin iddiaçının təqdim etdiyi əməkhaqqı cədvəlində E.Əhmədovun "Bərdə 32 nömrəli Tikinti Quraşdırma idarəsi"-ndə iş ustası işlədiyi və əməkhaqqı barədə məlumatları öz əksini tapmışdır. Qeyd olunan arayışda E.Əhmədovun 1992-ci ilə dair yanvar-dekabr ayları üzrə 12 ay əməkhaqqı aldığı göstərilsə də, yuxarıda qeyd olunan qarşılıqlı yoxlama aktında 1992-ci ilə aid əməkhaqqı cədvəlinin yarasız olduğu bildirilmişdir. Hesab edirik ki, bu həmin əməkhaqqı cədvəli barədə arayışın mötəbər olmaması şübhəsini yaradır. birinci instansiya məhkəməsinin gəldiyi nəticə:
17. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1353/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, X4 1990-cı il tarixdən 2006-cı il tarixədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsi ndə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və iddiaçının övladı xx.xx.2006-cı il təvəllüdlü X5 ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
18. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, əmək kitabçasında iddiaçının mərhum ərinin xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək sabiq 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi qeyd edilmişdir. 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən hə min sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
20. Məhkəmə cavabdehin etirazına münasibətdə qeyd edir ki, arxiv sənədlərinin yararsız olması və əməkhaqqı cədvəllərinin mühafizə olunmaq üçün X10 filialına təhvil verilməməsi iddiaçının ziyanına şərh edilə bilməz, çünki sözügedən sənədlərin mühafizə olunması, eləcə də arxivə təhvil verilməsi iddiaçının deyil işəgötürənin vəzifəsidir və əmək kitabçasında olan məlumatlarla təsdiq olunur ki, cavabdeh tərəfindən mübahisələndirilən dövrdə iddiaçının mərhum əri işləmişdir.
21. Beləliklə, iddiaçının mərhum ərinin iş stajını təsdiq edən müvafiq sənədlərə əsasən müəyyən olunur ki, onun xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədək müddətli həqiqi hərbi xidmət müddəti -1 il 1 0 ay 20 gün, xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək və xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək təhsil müddəti – 4 il 10 ay 27 gün, eləcə də cavabdeh tərəfindən mübahisələndirilən xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək işlədiyi müddətlər- 7 il 5 ay 7 gün nəzərə alındıqda ümumilikdə 14 il 2 ay 24 gün sığorta stajı yaranır. 22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək a ylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
23. Həmin qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir.
24. Müəyyən olunur ki, iddiaçının mərhum əri xx.xx.2018-ci il tarixdə vəfat etdiyindən övladına təyin olunacaq ailə başçısını itirməyə görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsini tələb edir. Məhkəmə iddiaçının qeyd olunan tələbini də əsaslı hesab edir.
25. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsindəki icraat
26. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-729/2023 nömrəli qərarı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Bərdə rayon ləğv olunmuş 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsinin X4 5-ci dərəcəli betonçu götürülməsinə dair 79 nömrəli, xx.xx.1990-cı il tarixli əmri, xx.xx.1991-ci il tarixindən xx.xx.1990/1991-ci ilin növbəti məzuniyyətinə buraxılmasına dair 101 nömrəli, xx.xx.1991-ci il tarixli əmri, müvəqqəti iş icraçısı vəzifəsinə keçirilməsinə dair 15 nömrəli, xx.xx.1992-ci il tarixli, əmək haqqından inventarizasiya aparılarkən 336-pul tutulub İdarənin hesabına ödənilməsinə dair 55 nömrəli, xx.xx.1993-cü il tarixli əmri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli, 106 saylı sərəncamı ilə İdarədə məsul işçilərdən ibarət növbətçiliyin təmin olunmasına dair 35 nömrəli, xx.xx.1994-cü il tarixli əmri, yanacaq anbarı üzrə siyahıda iş ustası kimi adının qeyd olunmasına dair xx.xx.1996-cı il tarixli 22 nömrəli əmrləri olmuşdur.
28. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, mərhum E.Əhmədov 14 il 2 ay 24 gün sığorta stajına malikidir və bu staj 11 il 8 ay tələb olunan sığorta stajından çoxdur.
29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
30. Şikayətin dəlillərin in əsasını imtina məktubunda və iddiaya qarşı etirazda göstərilənlər təşkil edir.
31. Bundan başqa, şikayətdə qeyd edilir ki, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Bərdə Rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 54 nömrəli məktubunda göstərilən məlumatlara əsasən, E.Əhmədov xx.xx.1992-ci il tarixdə iş icraçısı vəzifəsinə keçirilmişdir. Həmin qeyd mərhumun əmək kitabçasında öz təsdiqini tapmamışdır. Həmçinin sözügedən arayışa əsasən iddiaçının mərhum həyat yoldaşı 1990-cı ildə 6 ay, 1991-ci ildə 12 ay, 1993-cü il tarixdə 12 ay əməkhaqqı almışdır. İdarənin 1994-1995-ci illər üzrə İdarə işçilərinin əməkhaqqı cədvəlləri, 1996-1998-ci illər üzrə bütün əməkhaqqı cədvəlləri arxivə təhvil verilməmişdir. İddiaçının mərhum həyat yoldaşının əmək kitabçası ilə 54 nömrəli arxiv arayışı a rasında uyğunsuzluq həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr yaratmışdır.
32. Apellyasiya instansiyası məhkəməsi göstərilən halları düzgün qiymətləndirməmiş, iddiaçının mərhum əri E.Əhmədovun xx.xx.1990-cı il tarixdən xx.xx.1998-ci il tarixədək 32 saylı Bərdə Tikinti Quraşdırma İdarəsində işlədiyi dövrləri sosial sığorta stajına daxil edilərək iddiaçının azyaşlı övladına xx.xx.2018-ci il tarixdən ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Mərkəzi filialın üzərinə qoyulmuşdur. 33. “Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi qaydası barədə xx.xx.1991-ci il tarixli Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının qərarı qəbul olunan tarixədək Azərbaycan ərazisində “Azərbaycan əlifbasının latınd an rus əlifbasına keçirilməsi” haqqında” xx.xx.1939-cu il tarixli Azərbaycan SSR-in Qanunu qüvvədə olmuşdur. Həmin Qanuna əsasən 1991-ci il tarixədək Azərbaycan ərazisində rus əlifbasından istifadə olunurdu. xx.xx.1991-ci il tarixli həmin Qanuna əsasən. latın qrafikalı əlifbaya, həmçinin möhür, ştamp və blank şəxslərinin yenidən qurulması və bütün təşkilatların möhürlərinin, blanklarının dəyişdirilməsinə 1992-ci ildə başlanılmışdır. İş üzrə mübahisələndirilən dövrlər üzrə əmək kitabçasındakı qeydlər xx.xx.2017-ci il tarixə aid qeyd kiril qrafikalı əlifba ilə yazılmışdır. Həmçinin E.Əhmədova məxsus xx.xx.1990-cı il tarixli əmək kitabçası latın qrafikalı möhürlə təsdiq edilmişdir. Halbuki, 1990-cı ildə latın qrafikalı möhürlərdən istifadə edilmirdi. Belə hallar iddiaçının əmək kitabçasının s onradan doldurulmasına, mötəbər hesab edilməməsinə əsaslı şübhələr doğurmuşdur.
34. Göründüyü kimi, məhkəmə cavabdeh orqan tərəfindən mübahisələndirilən dövrlərin iddiaçının mərhum ərinə məxsus əmək kitabçasında qeyd edildiyinə əsaslanaraq həmin illərin onun sosial sığorta stajına əlavə edilməli olduğu nəticəsinə gəlmiş, mübahisələndirilən dövrlərlə bağlı iş materiallarına əlavə edilən sənədlərə düzgün hüquqi qiymət verməyib tam araşdırmamışdır. Halbuki, məhkəmə xidməti vəzifə borcuna görə iş üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməli, mübahisəli məqamları aydınlaşdırmalı idi.
35. Məhkəmə sübutları tam, hərtərəfli araşdırmalı və araşdırmanın nəticəsi olaraq düzgün qiymətləndirməlidir. Sözügedən iş üzrə apellyasiya instansiyası məhkəməsi iddiaçının mərhum ərinin əmək kitab çasındakı qeydlərlə Bərdə rayon Dövlət arxivinin 54 nömrəli arayışı arasındakı ziddiyyətli məqamları araşdırmamış, əmək kitabçasının latın qrafikalı möhürlə təsdiq olunma məsələsinə hüquqi qiymət verməmişdir. c. kassasiya şikayətinə etirazın dəlilləri
36. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
37. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində mü vafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
38. Kassasiya şikayəti vaxtında verilmiş, forma l baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
39. Şikayətdə apellyasiya instansiyası məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsi tələb edildiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə apellyasiya məhkəməsi iddia tələbinin əsaslarının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir.
42. Apellyasiya instansiyası məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya apellyasiya instansiyası məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. İddiaçı öz tələbinin əsası kimi onun mərhum ərinin adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanır.
44. Bundan əlavə, cavabdeh iddiaçının əsaslandığı əmək kitabçasındakı məlumatların mötəbərliyini şübhə altına alsa da, mərhumun övladına ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi üçün zəruri olan sığorta stajının olduğu, həmçinin arxiv aray ışları ilə də müəyyən olunur.
45. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
46. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə əsas vermir.
47. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Kassasiya şikayəti təmin edilmir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Ko llegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-729/2023 saylı qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.