Məhkəmə qərarları › İş №2-1(102)-1396/2019

Ali Məhkəmə Qərardad — İş №2-1(102)-1396/2019

01.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1396/2019 01.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası İddiaçı “xxxx” İstehsalat Birliyi 18 saylı Çörəkbişirmə Müəssisəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iş üzrə QƏRARDAD (kassasiya şikayətinin mümkünlüyü barədə) iş № 2-1(102)-1396/19 Bakı şəhəri 01 may 2019-cu il Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakim Sevda Hüseynovanın sədrliyi, hakimlər Gündüz Quliyev və Əsəd Mirzəliyevdən ibarət tərkibdə, məhkəmə iclasının katibi Elgün Lətifovun, iddiaçı “xxxx” İstehsalat Biriyi İddiaçı nümayəndəsi X2in və vəkili xxx3in, üçüncü şəxs Vəkil iştirakları ilə, iddiaçı “xxxx” İstehsalat Biriyi İddiaçı dire ktoru Qanuni nümayəndə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 21(103)-155/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəyə baxılmışdır. TƏSVİRİ HİSSƏ İddiaçı “xxxx” İstehsalat Biriyi İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı (bundan sonra mətndə cavabdeh) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsinə xitam verilməsinə dair 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 1 ünv anında yerləşən ümumi sahəsi 187,0 kv.metr olan icarə obyektinə dair bağlanmış 23 sentyabr 2014-cü il tarixli, 6979/6190 saylı icarə müqaviləsinin ləğv edilməsi bəndinə dair cavabdehin 24 dekabr 2014-cü il tarixli, 395 saylı sərəncamının ləğv edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 aprel 2016-cı il tarixli, 2-1(82)82/2016 saylı qərardadı (hakim Zaur Tağıyev) ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Sənayedə X1 və Daş-mədən X3 Azərbaycan Dövlət Əməyin Mühafizəsi və X2-Tədqiqat İnstitutu üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 16 sentyabr 2016-cı il tarixli, 2-1(82)82/2016 saylı qərarı (hakim Zaur Tağıyev) ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, onun ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 yanvar 2017-ci il tarixli, 2-1(103)-153/17 saylı qərarı ilə (sədrlik edən Valeh Ağayev, hakimlər Ülvi Mayılov və Cahangir Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2017-ci il tarixli, 2-1(102)-957/2017 saylı qərarı ilə (sədrlik edən hakim İlqar Dadaşov, hak imlər Kəmaləddin Bədəlov və Azər Hüseynov) kassasiya şikayəti qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli, 2-1(103)-1835/17 saylı qərarı ilə (sədrlik edən Afaq Nuriyeva, hakimlər Elmira Nağıyeva və Həmid Həmidov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qərarı ləğv edilmiş, iddia tələbi təmin edilmişdir. Həmin qərardan cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda kassasiya şikayətləri verməklə onun ləğv edilməsini xahiş etmişdirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 mart 2018-ci il tarixli, 2-1(102)-603/2018 saylı qərarı ilə (sədrlik edən hakim Xəqani M əmmədov, hakimlər Rahib Nəbizadə və Ələsgər Əliyev) kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 17 may 2018-ci il tarixli, 2-1(103)-1245/18 saylı qərarı ilə (sədrlik edən Vidadi Məmmədov, hakimlər Səriyyə Seyidova və Sənan Hacıyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli, 2-1(102)-1613/2018 saylı qərarı ilə (sədrlik edən hakim İlqar Hüseynov, hakimlər Zakir Quliyev və Nigar Rəsulbəyova) kassasiya şikayətləri qismən təmin olunmuş, apellyasiya məhkəməsinin qərarı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarixli, 2-1(103)-155/19 saylı qərarı ilə (sədrlik edən Vüsalə Baxışova, hakimlər Aidə Hüseyn və İlham Əhmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Sonuncu qərardan iddiaçı kassasiya şikayəti verməklə onun ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinə daxil olduqdan sonra onun mümkünlüyü məsələsinə 01 may 2019-c u il tarixdə baxılacağına dair məhkəmə bildirişi iddiaçı və vəkilinə göndərilmişdir. Bildirişdə iddiaçının nəzərinə çatdırılmışdır ki, kassasiya şikayəti qanunla müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Bu səbəbdən təyin olunan vaxta qədər göstərilmiş nöqsanın aradan qaldırılması, prosessual müddətin ötürülmədiyini təsdiq edən sübutların və ya müddətin bərpasına dair əsaslandırılmış vəsatətin təqdim olunması iddiaçıya təklif edilmişdir. İddiaçı tərəfindən məhkəməyə ərizə təqdim olunmuş və müddətin ötürülmədiyi və müddətin bərpa edilməsi xahiş edilmişdir. Tərəflərin iştirakı və izahatları Məhkəmə kollegiyasının İclasda iştirak edən iddiaçının nümayəndəsi və vəkili kassaiya şikayətinin verilməsi üçün müddətin bərpa olunmasının xahiş etmişdirlər. Məhkəmə kollegiyasının iclasda iştirak edən üçüncü şəxsin vəkili kassaiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması məsələsinin məhkəmənin mülahizəsinə verildiyini bildirmişdir. İclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsaslanmaqla işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Kassasiya şikayətini nəzərdən keçirərək hesab edirəm ki, kassasiya şikayəti aşağıdakı hüquqi əsaslara görə mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: - 90.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin inzibati-iqtisadi kollegiyasına şikayət verilə bilər; - 94.1-ci maddəsinə əsasən, kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. - 89-cu maddəsinə əsasən, bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. - 96.2.-ci maddəsin əəsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır; - 96.3-ci madd əsinə əsasən, kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtinae dildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir. Maddələrdən göründüyü kimi, kassasiya icraatı zamanı şikayətin mümkünlüyü məsələsi həll olunmalı və kassasiya şikayətinin verilməsinə dair tələblərə riayət edilibedilməməsi yoxlanılmalıdır. Bu tələblərə həmçinin kassasiya şikayətinin apellyasiya məhkəməsinin qərarının alındığı gündən 1 ay - 30 gün müddətində verilməsi aiddir. Bu müddət ötürüldükdə isə, proses iştirakçısı onun bərpasını xahiş edə bilər. Müddəaları tətbiq edərkən müəyyən olunmuşdur ki, kassasiya şikayəti prosessual müddət buraxılmaqla verilmişdir. Belə ki, işin 84-cü səhifəsində olan sifarişli məktubun çatdırılmasına dair xəbərnamədən göründüyü kimi, iddiaçıya apellyasiya məhkəməsinin qərarı 23 yanvar 2019-cu il tarixdə təqdim edilmişdir. İşin 93-cü səhifəsində olan kassasiya şikayətinin göndərilməsinə dair zərfin üzərində olan möhürdən göründüyü kimi, şikayət məhkəməyə 22 fevral 2019-cu il tarixdə göndərilmişdir. Bununla da müəyyən edililir ki, kassasiya şikayəti iddiaçı tərəfindən qərardaddan şikayətin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 ay -30 günlük prosessual müddət ötürülməklə verilmişdir. Prosessual müddətin bərpasına dair Azərbaycan Respublikası İPM-nin müddəalarında aşağıdakılar müəyyən olunmuşdur: - 24.1-ci maddəsinə əsasən, müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; - 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; - 24.3-ci maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir. Buraxılan prosessual müddətin iddiaçının təqsiri olmadan buraxılmasını əsaslandırarkən, iddiaçı tərəf kassasiya şikayəti verilməsi üçün müəyyən edilmiş 1 aylıq müddətin bir təqv im ayı kimi anlaşıldığı üçün prosessual müddətin ötürülmədiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş ərizədə göstərilmiş əsas buraxılmış müddətin bərpası üçün yetərli deyildir. Belə ki, yuxarıda istinad edilmiş Məcəllənin 94.1-ci maddəsində kassasiya şikayətinin məhkəmə qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilməsi müəyyən edilsə də, lakin Məcəllənin 89-cu maddəsində məhkəmə qərarının onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minməsi müəyyən edilmişdir. Hər iki maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, inzibati prosessual qanunvericilikdə kassasiya şikayətinin verilməsi müddəti 1 ay kimi nəzərdə tutulmuş, lakin həmin ayın günlərlə hesablanması 30 gün kimi müəyyən edilmişdir. Hər hansı bir ayın 31ci günü mö vcud olduqda belə, bu istisna kimi qəbul edilməməli və hər bir halda şikayətin verilməsi müddəti 1 ay və ya 30 gün kimi qəbul edilməlidir. Şikayətin 31-ci gün verilməsi artıq onu ehtiva edir ki, apellyasiya məhkəməsinin qərarının alındığı gündən 30 gün keçdiyi üçün, o, qanuni qüvvəyə minmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdehin ərizəsində istinad edilmiş hal qanunvericiliklə müəyyən edilmiş proses iştirakçısının təqsiri olmadan buraxılması kimi qiymətləndirilmir və bu səbəbdən ərizə təmin edilməməli, kassasiya şikayətinin verilmə müddəti buraxıldığından, kassasiya mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-nin 96.2-ci və 96.3-cü maddələrinə əsasən, Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina edir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minir. Bu səbəbdən şikayətin qəbulundan imtina edilməli, apellyasiya instansiyası məhkəməsinin qərarı isə iddiaçıya münasibətdə qanuni qüvvəyə minməlidir. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 24.1, 24.2, 24.3, 89, 94.1, 96.2, 96.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: iddiaçı “xxxx” İstehsalat Biriyi İddiaçı direktoru Qanuni nümayəndə tərəfindən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 10 yanvar 2019-cu il tarix li, 21(103)-155/2019 saylı qərarından kassasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmasın, kassasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Hakimlər (imzalar) “Əsli ilə düzdür” Ali Məhkəmənin hakimi Sevda Hüseynova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar