Məhkəmə qərarları › İş №2-1(102)-1396/2020

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1396/2020

22.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1396/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin üzərinə vəkil sorğularına cavab verilməsi öhdəliyinin qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı-vəkil İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə qarşı “sorğulara cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-101/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı cavabdehə sorğu ilə müraciət edərək sorğuda göstərilən suallara cavab verilməsini xahiş etmiş, lakin müraciət təmin edilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı 2019-cu il 31 may tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun vəkil sorğusu olaraq ünvanladığı xx xxxxx 2019-cu il və xx xxx 2019-cu il tarixli sorğularında göstərdiyi məlumatlar üzrə cavabların təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

3. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.2019-cu il tarixli sorğunun 1, 2 və 3-cü suallarına, xx.xx.2019-cu il tarixli sorğunun 1-ci və 2-ci suallarına cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması:

4. İddiaçı iki dəfə analoji sorğu ilə inzibati orqana müraciət etsə də, inzibati orqan bu sorğulara cavab verməkdən əsassız olaraq imtina etmiş və qanunsuz olaraq onun vəkillik fəaliyyətini pozmaqla yanaşı, vətəndaşların da yüksək keyfiyyətli yardım almaq hüququnu pozmuşdur. Belə ki, iddiaçı, X2 ilə vəkillik müqaviləsi bağlayaraq sonuncunun cavabdeh X3 qarşı alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş bütün hüquqmüəyyənedici sənədlərin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə köməklik göstərir. Hüquqlarının müdafiəsini daha etibarlı həyata keçirmək məqsədilə cavabdehin əsasnaməsində xidmətin vəzifəsi kimi nəzərdə tutulan məsələlər üzrə cavab almaq istəsə də, həmin sorğuya çox etinasız və laqeyd yanaşılmaqla yanaşı, xidmətin öz vəzifələrini icra etməməsi nəticəsində onun vəkillik fəaliyyətinin pozulması ilə yanaşı, Konstitusiyanın 63-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, cavabdeh haqqında Əsasnamənin 1.1, 2.0.5, 3.0.16, 3.0.19, 3.0.24-cü bəndlərində xidmətin vəzifəsi kimi nəzərdə tutulan məsələlər üzrə cavab almaqla bağlı verdiyi sorğulara qanunsuz bir şəkildə imtina edilmişdir. Halbuki, o, sorğusunu onunla əsaslandırmışdır ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən təşkilati formasından asılı olmayaraq idarə, müəssi sə və təşkilatlar vəkillərə öz peşə borclarını yerinə yetirərkən yardım etməyə borcludurlar. Həmin Qanunun 15-ci maddəsinə əsasən peşə fəaliyyətini həyata keçirməklə əlaqədar müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışları və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin məlumatlarının alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək vəkilin hüquqlarına aid edilmişdir.

5. Bundan əlavə, “İnformasiya əldə etmək haqqında” Qanunun 21.1.1-ci maddəsinə əsasən, informasiya sahibi sorğu əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyaya aid olduqda, yaxud sorğu çunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda və ya bu Qanunla tələb edildiyi hallarda, sorğuçu şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədikdə; həmin Qanunun 21.1.2-ci maddəsinə əsasən informasiya sahibi sorğulanan informasiyaya malik olmadıqda və yaxud həmin informasiyanın sahibini müəyyənləşdirməkdə çətinlik çəkdikdə; həmin Qanunun 21.1.3-ci maddəsinə əsasən sorğuçunun hansı informasiyanı əldə etmək istədiyini aydınlaşdırmaq mümkün olmadıqda, informasiya sahibi sorğunun icrasından imtina edir. Lakin cavabdeh heç bir göstərilən hal olmadan əsassız olaraq onun sorğusundan imtina etmiş, habelə onun vəzifə səlahiyyətlərinə aid olan məsələlər üzrə məlumat verməkdən imtina etmişdir.

6. İstər “Vəkilik fəaliyyəti haqqında”, istər “İnformasiya əldə etmək haqqında” qanunlara, istərs ə də cavabdehin Əsasnaməsində həmin məlumatların təqdim edilməsini məhdudlaşdıran, habelə vəkilə təqdim etməkdən imtina edilməsinə, məlumatın yalnız məhkəmə vasitəsi ilə təqdim edilməsinə dair hər hansı bir göstəriş nəzərdə tutulmamışdır.

7. Cavabdehin Əsasnaməsinin 3.0.16-cı bəndində dövlət və yerli özünüidarəetmə orqanlarının, fiziki və hüquqi şəxslərin müraciətləri əsasında onlara daşınmaz əmlakın vahid dövlət kadastrı məlumatlarının, torpaq sahələrinin yerquruluşu planından və dövlət torpaq kadastrı məlumatlarından çıxarışların verilməsini təmin etmək vəzifəsi aid edilmişdir. Lakin cavabdeh iddiaçıya imtina məktubu verərkən müxtəlif cavablar vermiş, habelə son məktubunda Mülki Məcəllənin 148-ci maddəsinə istinad etməklə qeyd etmişdir ki, məlumatın əldə edilməsi Mülki Prosessual Məcəllə nin 78.2-ci maddəsinə əsəsən məhkəməyə müraciət edilməsi yolu ilə həll oluna bilər. Halbuki, qeyd edilən Mülki Məcəllənin 148-ci maddəsində nəzərdə tutulan arayışın verilməsi ümumiyyətlə xidmətin vəzifə səlahiyyətlərinə aid olmamaqla həmin məsələ Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətlərinə aid olub bu məsələ ilə bağlı məlumatın əldə edilməsi ümumiyyətlə onun sorğusunda göstərilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulan məsələ isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq edilmiş xx xxxxxx 2009-cu il tarixli 113 nömrəli əmri ilə olan Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında tə limatı və həmin təlimata uyğun olan əlavələrlə hazırlanan arayışları nəzərdə tutur ki, həmin arayışın ümumiyyətlə cavabdehə heç bir aidiyyəti yoxdur.

8. Bundan əlavə, inzibati orqan öz xidməti vəzifəsini icra etmək əvəzinə ona əsassız olaraq Mülki Prosessual Məcəllənin 78-ci maddəsinə istinad edərək məlumatın məhkəmə vasitəsi ilə təqdim edilməli olmasını göstərir. Halbuki, Bakı Apellyasya Məhkəməsinin icraatında olan mülki iş üzrə məhkəmə baxışı yekunlaşmış və iş hazırda Ali Məhkəmənin icraatındadır. Digər tərəfdən, bu hal cavabdeh inzibati orqana əsas vermir ki, öz xidməti vəzifəsi üzrə ona həvalə edilmiş məlumatları təqdim etməkdən imtina etsin.

9. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut e tməlidir. Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. İlk öncə qanunvericilik sübutların təmin edilməsini tərəfin üzərinə həvalə etmiş, mümkün olmadığı halda və yalnız qanunla tərəfə verilməsi mümkün olmayan sübutların məhkəmə tərəfindən əldə edilməsi müəyyən edilmişdir. Əks yanaşma qeyd edilən məhkəmə işlərinin yubanmasına, sürünməsinə, məhkəmənin formal həqiqət prinsipindən uzaqlaşmasına və nəticə etibarı ilə işlərin yubanması və süründürməçiliyə gətirib çıxarır. Cavabdehin etirazları:

10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı xx xxxxx 2019-cu il tarixli və xx xxx 2019-cu il tarixli müraciətlərlə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə müraciət edərək Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri barədə məlumatların təqdim edilməsini xahiş etmişdir. Sorğu verilərkən X1 hüquqi yardım göstərilməsi barədə orderin surəti təqdim edilmişdir. Vəkil İddiaçı tərəfindən verilmiş sorğuda Bakı şəhəri Binəqədi rayonu ərazisində yerləşən bir neçə torpaq sahələri barədə məlumat təqdim edilməsi tələb olunmuşdur. Həmçinin sorğuda cavablandırılması Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin səlahiyyətinə aid olmayan suallar qoyulmuşdur. Müraciət ilə əlaqədar vəkil İddiaçı qəbul olunarkən onun sorğusunda tələb etdiyi məlumatların digər şəxslərin mülkiyyət hüququ ilə, eləcə də dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı olduğundan həmin məlumatların verilməsinin mümkün olmadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2-1(103)-1894/2017 nömrəli müraciəti əsasında Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, C.Cabbarlı küçəsində yerləşən mübahisəli torpaq sahəsinə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri tərəfindən baxış keçirilmiş və məhkəmə tərəfindən mütəxəssis qarşısında qoyulmuş suallara dair mütəxəssis rəyi hazırlanaraq məhkəməyə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmişdir. İddiaçı tərəfindən tələb olunan dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələri barədə məlumatlar ın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilməsinin mümkünsüzlüyünü nəzərə alaraq, iddia əsassız olduğundan rədd edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 11. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2-1(81)2640/2019 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2019-cu il tarixli sorğunun 1 və 2-ci suallarına, xx.xx.2019-cu il tarixli sorğunun isə 1-ci sualına cavab verilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir.

12. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx xxxxx 2019-cu il tarixli sorğu üzrə 1-ci və 2-ci suallara, xx xxx 2019-cu il tarixli sorğu üzrə 1-ci suala cavab verilməsi xidmətin səlahiyyətləri daxilində olduğundan əsassız olaraq iddiaçıya mahiyyəti üzrə cavab verilməmiş, faktiki olaraq imtina cavabı verilmişdir.

13. İddia tələbinin rədd olunan hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin suallara cavabdeh tərəfindən xx xxxxx 2019-cu il tarixli **********47 saylı məktubla cavab verilərək, sorğuya cavab verilməsindən imtina edilməmiş, Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 24 may tarixli x nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na əsasən Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyindəki “xxxx” MMC-nin mütəxəssisləri tərəfindən x bələdiyyəsinin xəritələri tərtib edilərək M.Ə.Rəsulzadə bələdiyyəsi və B inəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması üçün təqdim olunacağı, həmin xəritələr təsdiq olunduqdan sonra müraciətə baxıla biləcəyi göstərilmişdir.

14. Cavabdeh həmin qərardan apelyasiya şikayəti verərək iddianın təmin olunan hissəsində qərarın ləğv edilməsini xahiş etmişdir. b. apelyasiya instansiyası məhkəməsindəki icraat

15. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 2-1(103)-101/2020 nömrəli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ləğv edilmiş, iddia rədd edilmişdir.

16. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin xx.xx.2019-cu il tarixli **********47 nömrəli imtinası qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inziba ti orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.

17. İddiaçı həmin qərardan kasasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a. kasasiya şikayətinin dəlilləri

18. Şikayətin dəlillərinin əsasını iddia ərizəsində göstərilənlər təşkil edir. Bundan başqa, şikayətdə qeyd edilir ki, “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanun 20.2-ci maddəsinə əs asən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanun 24-cü maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

19. Sorğuda göstərilən mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq olaraq iş mater iallarının 44 və 47-ci səhifələrində göstərilən çıxarışlar verilmiş, həmin çıxarışlarda artıq mübahisəli sorğuda qeyd edilən konkret ərazinin döngə nöqtələri, ərazi hüdudları, naturada yerləşdiyi yer daxil olmaqla torpaq sahəsinin statusu müəyyən edilməklə yaşayış məntəqəsinə aid torpaq sahəsi olduğu göstərilmişdir. Məhz bu mənada həmin torpaq sahəsinin hazırda hansısa cavabdeh inzibati orqanın istinad etdiyi və məhkəmənin də həmin istinada əsaslanıb qeyd etdiyi kimi müvafiq xəritənin hazır olubolmamasından asılı olmayaraq torpaq sahəsinin bələdiyyə və dövlət mülkiyyətində müəyyən olunmasını istisna edən hər hansı bir hal yoxdur.

20. Sorğuda iddiaçı kiminsə mülkiyyətində olan torpaq sahəsi barədə yox, həmin torpaq sahəsi xüsusi mülkiyyətə verilənə kimi dövlət və ya bələdiyyə mülkiyyətinə a id olubolmaması barədə sual vermişdir. Dövlət və Bələdiyyə mülkiyyətində olan torpaq sahələri ilə bağlı isə konkret olaraq “Torpaq islahatı haqqında” Qanunun və qüvvədə olan Torpaq Məcəlləsində torpaqların dövlət və bələdiyyə mülkiyyətində aid olub-olmaması təsnifatlaşdırılmışdır. Cavabdeh isə hər dəfə müxtəlif səbəb və bəhanələri əsas göstərməklə məlumatları yayınmaqla sorğuma cavab verməkdən əsassız imtina etmişdir. Belə ki, sorğuda qeyd edilən məsələnin cavabdeh inzibati orqanın vəzifə səlahiyyətlərinə aid olması aşağıdakı qanunun tələbləri ilə müəyyən edilir.

21. Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin (bundan sonra mətndə-İPM) 14.2-ci maddəsinə əsasən, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür.

22. Hazırkı halda inzibati orqan müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmədiyi halda məhkəmə əsassız olaraq iddiamı təmin etməmişdir.

23. İPM-in 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

24. İPM-in 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. b. məhk əmə icraatı iştirakçılarının izahatları

25. İddiaçı kasasiya şikayətinin məzmunu ilə eyni məzmunlu izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

26. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (İPM-in 62.3-cü maddəsi). TƏTBİQ EDİLƏN HÜQUQ

27. İPM: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifa yətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə

82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilm əsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apelyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.9. Ali Məhkəmə apelyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı v erilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

28. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

29. İş üzrə iddiaçı apelyasiya məhkəməsinin qərarının bütövlükdə ləğv edilməsini tələb etdiyindən, hazırkı icraat çərçivəsində məhkəmə aktının bütövlükdə qanuniliyi və əsaslılığı yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

30. Şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir.

31. Apellyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi barədə qənaətinin ə sası kimi qeyd etmişdir ki, “...sorğularda konkret olaraq hansı torpaq sahəsi ilə bağlı məlumatın tələb olunduğu göstərilməmiş, x küçəsində yerləşən torpaqlar barədə məlumat tələb edilmişdir.”; “...cavabdehin xx.xx.2019-cu il tarixli **********47 nömrəli məktubu ilə verilən “... Bakı şəhəri Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin xəritələri tərtib edilərək, M.Ə.Rəsulzadə bələdiyyəsi və Binəqədi Rayon İcra Hakimiyyəti ilə razılaşdırılması üçün təqdim olunacaqdır. Həmin xəritələr təsdiq olunduqdan sonra müraciətə baxıla bilər.” məzmunlu cavab əsaslandırılmış sayılmalıdır.”; ““Vəkillər və vəkillik fəaliyyəti haqqında” AR Qanununun 7-ci və 15-ci maddələrində vəkillərin istənilən məsələ ilə bağlı istənilən sorğusunun mahiyyəti üzrə cavablandırılmalı olması qaydası təsbit olunmamışdır.”.

32. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin həmin qənaətini işin faktiki hallarına, buradan, İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etmir.

33. İddiaçı sorğuda torpaq sahələrini ərazilər üzrə göstərmişdir.

34. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin əsası kimi istinad etdiyi **********47 nömrəli cavab məktubundakı cavabla bağlı (“...Həmin xəritələr təsdiq olunduqdan sonra müraciətə baxıla bilər.”) iddiaçının tələbi birinci instansiya məhkəməsi tərəfindən rədd edilmiş, iddiaçı qərarı mübahisələndirməmişdir. Cavabdeh isə qərarı iddianın təmin olunan hissəsində mübahisələndirmişdir. Yəni **********47 nömrəli məktubda əks olunan məzmunda cavab və həmin cavaba aid iddiaçının sualları üzrə birinci instansiya məhkəməsinin qərarı apelyasiya ic raatının baxış predmeti deyildi.

35. Cavabdeh iddiaçının “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “İnformasiya əldə etmək haqqında” Qanunların müddəalarından irəli gələn tələb hüququnun nə üçün müstəqil qaydada (peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar) deyil, məhz məhkəmə vasitəsi ilə həyata keçirilməli olduğunun səbəblərini əsaslandıra bilmədiyi halda, apelyasiya instansiyası məhkəməsi həmin səbəblər üzrə araşdırma aparmamışdır. Əgər cavabdehin yuxarıda qeyd edilən məzmunda cavabı iddiaçı tərəfindən sorğulanan məlumatın məhkəmə vasitəsi ilə əldə edilməsinin mümkünlüyünü özündə ehtiva edirsə, cavabdeh həmin məlumatın vəkil sorğusu əsasında verilməsini istisna edən və qanunvericilikdə bilavasitə nəzərdə tutulan əsasları cavab məktubunda göstərməli idi.

36. Məhkəmə kollegiyas ı nəzərə alır ki, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır (İPM-in 82-ci maddəsi). Apellyasiya instansiyası məhkəməsi də öz qərarının əsaslandırmasını apelyasiya şikayətinin dəlilləri üzərində qurmuş (qərarını şikayətin məzmununa uyğun əsaslandırmış), lakin işin faktiki hallarını, xüsusilə də apelyasiya şikayətində istinad edilən dəlillərin iddiaçının sorğusuna dair xx xxxxx 2019-cu il tarixli **********29 nömrəli və xx xxx 2019-cu il tarixli **********87 nömrəli cavab məktublarında göstərilənlərlə uzlaşmadığını nəzərə almamışdır.

37. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul ed ildiyindən ləğv ediməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün həmin məhkəməyə göndərilməlidir.

38. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 57.8 və 82-ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən və həmin normaların tələblərinin təmin olunması üçün iş təkrar apelyasiya baxışına göndərilməli olduğundan şikayət iddianın təmin edilməsi tələbinə dair hissədə təmin oluna bilməz.

39. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2020-ci il 16 yanvar tarixli 21(103)-101/2020 nömrəli qərarı ləğv edilir. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilir. Şikayət qalan hissədə təmin olunmur. Qərar qətidir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür: Hakim İlq ar Hüseynov imza imza imza İ.K.Hüseynov N.İ.Rəsulbəyova K.N.Bədəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar