Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1396/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: ( kirayə haqqının ödənilməsi ) Hakimlər: Səyyad Kərimov - sədrlik edən və məruzəçi hakim, Rahib Nəbizadə, 18.08.2021 Nigar Rəsulbəyovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseynova Ülkər Hamlet qızının katibliyi, İddiaçı, cavabdehin vəkili Vəkil Voroşil oğlunun iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı yaşayış sahəsinin kirayəsi üçün kompensasiyanın ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.202 1-ci il tarixli, 2-1(105)-180/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 10.10.1993-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmış və həqiqi hərbi xidmətini başa vurduqdan sonra müddətdən artıq hərbi xidmət qulluqçusu qismində 04.04.2015-cü il tarixə kimi Müdafiə Nazirliyinin tabeliyində olan müxtəlif hərbi hissələrdə baş gizir rütbəsində hərbi xidmətdə olmuşdur. Xidmət müddəti başa çatdığına görə 28.02.2015-ci il tarixdə müvafiq qaydada ehtiyata buraxılmışdır. Sumqayıt şəhər İH Başçısının 20.09.2016-cı il tarixli sərəncamı ilə iddiaçı 4 nəfərlik ailə tərkibi ilə birlikdə yaşayış sahəsinə ehtiyacı olan ailə kimi qeydiyyata alınmışdır. Bundan əlavə, ona evlə təmin olunmadığına görə müvəqqəti mənzil kirayəsi üçün Sumqayıt şəhər İH tərəfindən pul kompensasiyası təyin edilərək ödənilmişdir. Lakin 2019-cu ilin avqust ayından kompensasiya ödənişi dayandırılmışdır.
2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona mənzil alanadək müvəqqəti mənzil kirayəsi üçün kompensasiya ödənişinin bərpa olunmasını xahiş etmiş, lakin imtina cavabı almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə (bundan sonra mətndə birinci instansiya məhkəməsi) iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ona müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsinin dayandırıldığı müddətdən, yəni 2019-cu ilin iyun ayından hesablanaraq ödənil məsi vəzifəsinin, sonradan ilkin iddiasını dəqiqləşdirərək mənzil növbəsinə götürülməsi və kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
4. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək bildirmişdir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə əsasən (xidmət müddəti başa çatdığına görə) ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır.
5. Birinci instansiya məhkəməsinin 16.10.2020-ci il tarixli 2-1(118)-770/2020 nömrəli (sədrlik edən hakim Vəfa Əzizova) qərarı ilə iddia təmin edilməmişdir.
6. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “a” bəndinə, yəni xidmət müddəti baş a çatdığına görə ehtiyata buraxılmışdır. Odur ki, iddiaçının mənzil kirayəsi xərclərinə görə ona kompensasiyanın ödənilməsi barədə tələbi əsassızdır.
7. İddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. apelyasiya instansiyası məhkəməsində icraat
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (bundan sonra apelyasiya instansiya məhkəməsi) müraciət edərək, ona mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün 2019-cu ilin avqust ayından dayandırılmış kompensasiya ödənişinin bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
9. Apelyasiya instansiya məhkəməsinin 07.05.2021-ci il tarixli, 2-1(105)-180/2021 nömrəli (hakimlər Hökümə Babayeva - sədrlik edən və məruzəçi, Fuad Məmmədov və Məhəmmədəli Rzayev) qərarı ilə apelyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin 16.10.2020-ci il tarixli, 2-1(118)-770/2020 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin olunmuş, iddiaçıya mənzil alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün təyin olunmuş kompensasiya ödənişinin 2019-cu ilin avqust ayından bərpa edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
10. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutan normada qanunverici ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, ehtiyata və ya istefaya buraxılmış şəxslərin belə bir hüququnun olduğunu təsb it edir. Bu baxımdan “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 2-chi hissəsinin 4-cü bəndi Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş ehtiyata və ya istefaya buraxılmış şəxslərin mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququnu nəzərdə tutur.
11. Cavabdehə məhkəmə qərarı 19.05.2021-ci il tarixdə təqdim olunmuşdur.
12. Cavabdeh 16.06.2021-ci il tarixində kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
13. Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, e htiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarının müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli, 174 saylı qərarına əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün kompensasiya ödənilir. Göstərilən n ormada xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmış zabitlərə müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdehin vəkili kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.
16. İddiaçı məhkəmə iclasında vəkillə iştirak etmədiyinə görə onun izahatı dinlənilməmişdir. Kassasiya şikayətinin mümkünlüyü, kassasiya baxışının hədləri
17. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
18. Apelyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçü n hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Tətbiq edilən hüquq 19. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Hərbi qulluqçuların məsuliyyəti onların statusunun xüsusiyyətləri nəzə rə alınmaqla Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilir. Azərbaycan Respublikası “Hərbi qulluqçuların statusu haqqında” Qanununun 12-ci maddəsinin 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olan hərbi qulluqçular mənz ili müəyyən edilmiş qaydada təhvil verməyə borcludurlar. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Sil ahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Ehtiyata və ya istefaya buraxılmış şəxslərin seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərclərini bu şəxslərin müvəqqəti yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə və qaydada ödəyirlər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06.08.2012-ci il tarixli “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Qərarının birinci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən art ıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir. 1.1. Bakı şəhərində – 150 manat; 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat; 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat; 1.3. digər yaşayış məntəqələrində –55 manat.
21. İnzibati Prosessual Məcəllənin 96.8-ci maddəsinə əsasən şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Kassasiya məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, apelyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apelyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmamışdır.
23. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
24. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı kassasiya şikayətinin əsasını mahiyyət etibarilə cavabehin etirazı, habelə cavabdehin apelyasiya instansiyası məhkəməsi tərəfindən artıq qiymət verilmiş dəlilləri təşkil edir. Məhkəmə kollegiyası AİHM-nin yuxarıda göstərilən hüquqi mövqeyinə uyğun olaraq həmin dəlillər üzrə apelyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onların təsdiqi ilə kifayətlənməyi məqsədəuyğun sayır.
25. Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, yuxarıda istinad olunan normalara və digər hərbi qanunvericilik aktlarına əsasən hərbi qulluqçunun statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikas ının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir.
26. İstinad olunan qanunvericiliyə həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçular üçün müəyyən güzəştlər, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı güzəştlər, habelə onlar mənzillə təmin edilənədək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi ilə bağlı güzəştlər nəzərdə tutulmuşdur.
27. Qeyd olunmalıdır ki, qanunla müəyyən olunmuş qaydada həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərə münasibətdə belə güzəştləri müəyyən etməkdə qanunvericinin məqsədi hərbi xidmətin və konstitusion h ərbi vəzifə borcunun əhəmiyyətini və xarakterini, onun cəmiyyətdə xüsusi rolunu nəzərə alaraq, hərbi xidmətdən sonrakı dövrdə həmin şəxslərin sosial müdafiəsini gücləndirmək, onların layiqli həyat və yaşayış səviyyəsini təmin etməkdən ibarətdir.
28. Məhkəmə kollegiyası hesab edir ki, istinad olunan normalar qanunvericinin güddüyü həmin məqsədlər kontekstində təfsir olunmalı və ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsini müəyyən edən qayda iddiaçıya münasibətdə də tətbiq olunmalıdır.
29. Belə ki, istinad olunan Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin 4-cü bəndində ehtiyata və ya istefaya buraxılmış şəxslərə mənzil sahəsi əldə edənədək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi nəzərdə tutulmuşdur. Qanunver ici mənzil kirayəsi xərcləri üzrə kompensasiya hüququnu müəyyən edən həmin normada ehtiyata buraxılmanın səbəblərini ayırd etmədən, qanunvericiliyin tələblərinə uyğun olaraq ehtiyata və ya istefaya buraxılmış şəxslərin (zabitlərin, gizirlər və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının) belə bir hüququnun olduğunu təsbit edir. Yəni həmin normada qanunverici bu qaydanın, yalnız müəyyən üzrlü səbəblərə görə, məsələn, yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərə, gizirlərə və miçmanlara aid olduğunu konkret göstərməmişdir.
30. Yuxarıda istinad olunan normada qanunverici belə fərqləndirməni zəruri hesab etdiyi hallarda, öz iradəsini konkret ifadə edərək müəyyən güzəştlərin bütün hərbi qulluqçulara deyil, y alnız onların müəyyən kateqoriyalarına aid olduğunu xüsusi olaraq vurğulamışdır. Buna misal olaraq, qanunverici tərəfindən yalnız yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitlərin, gizirlərin və miçmanların, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının mənzillə və ya pulsuz torpaq sahəsi ilə ilk növbədə təmin olunması hüququnun nəzərdə tutulmasını göstərmək olar.
31. Bu qərarın 21-ci bəndində qeyd edilən norma məhkəmənin gəldiyi nəticəni bir daha təsdiqləyir. Belə ki, həmin qərara əsasən yaşayış sahəsinin kirayə xərcləri üçün kompensasiya üç kateqoriyadan olan şəxslərə ödənilir: yaşa, xəstəliyə və ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş z abitlərə, gizirlərə və miçmanlara; 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara; habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına. Həmin kateqoriyadan olan şəxslərə seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş məbləğlərdə nağdsız qaydada kompensasiya ödənilir. Hazırkı mübahisəyə münasibətdə də bu qaydanın tətbiqi məqbul sayılmalı və Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili xidmət etmiş və qanunla müəyyən olunmuş qaydada ehtiyata bura xılmış iddiaçıya mənzil sahəsi əldə edənədək müvəqqəti yaşayış sahəsinin kirayə xərclərinin ödənilməsi təmin edilməlidir.
32. Beləliklə, cavabdeh iddiaçıya mənzil sahəsi alanadək müvəqqəti mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsini dayandırmaqda haqlı olmamışdır. İddiaçıya, yuxarıda istinad olunan hüquq normalarına əsasən və yuxarıda qeyd olunan səbəblərdən mənzil kirayəsi xərcləri üzrə kompensasiyanın ödənilməsi qanunvericiliyin tələblərinə uyğundur. 33.Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgündür. Şikayətin təmin olunması üçün əsaslar müəyyən edilməmişdir.
34. Yuxarıda şərh edilənlərə və Azərbaycan Respublikası İPM-nin 96-cı və 98-ci maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilmir. Sumqa yıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 07.05.2021-ci il tarixli 21(105)-180/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.