Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1396/2022 13.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: informasiya sorğusuna cavab verilməsi; iş üzrə icraata xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu, Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1982, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “informasiya sorğusuna cavab verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-264/20 22 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ərizə ilə cavabdeh orqana müraciət edərək nümayəndəsi olduğu Elmir Həşimovun iddiası əsasında Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə iclasında iştirak etmiş Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsinin təqdim etdiyi etibarnamə ilə bağlı ziddiyyətli halların aradan qaldırılması üçün 20 noyabr 2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyində müvafiq kitabda qeydiyyatı ilə bağlı çıxarışın verilməsini xahiş etmişdir.
2. Cavabdeh orqan 30 aprel 2019-cu il tarixli, 18-18-409/10 nömrəli məktub ilə “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Q anununun 21.1.1-ci maddəsinə uyğun olmadığını bildirməklə sorğunun icrasından imtina etmişdir.
3. İddiaçı 13 may 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi, 20 noyabr 2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 4. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2126/2019 nömrəli, 31 iyul 2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.
5. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)2516/2019 nömrəli, 08 oktyabr 2019-cu il tarixli qərardad ı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (82)-2126/2018 nömrəli, 31 iyul 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)-3498/2019 nömrəli, 17 dekabr 2019-cu il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2516/2019 nömrəli, 08 oktyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-712/2020 nömrəli, 28 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, 2 saylı Bakı İnzibati-İq tisadi Məhkəməsinin 2-1(82)-2126/2018 nömrəli, 31 iyul 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-963/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qərarı ilə (hakim E.Ə.Əliyev) iddia tələbi təmin edilərək cavabdehin 30 aprel 2019-cu il tarixli imtinası əsassız hesab edilmiş, 20 noyabr 2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur.
9. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının informasiya sorğusuna cavab olaraq təqdim edilən “çıxış sənədlərinin qeydiyyat vərəqəsi” ilə bağlı qeyd etmişdir ki, iddiaçının barəsində məlumat tələb etdiyi etibarnamənin nömrəsi "01-1864” olduğu halda, cavabdehin təqdim etdiyi çıxış sənədlərinin qeydiyyat vərəqəsində etibarnamənin nömrəsi “01-18-64/12” göstərilmişdir. Odur ki, həmin “çıxış sənədlərinin qeydiyyat vərəqəsi”ni hazırkı iş üzrə cavablandırılması tələb edilən informasiya sorğusuna cavab kimi qəbul edilə bilməz.
10. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbi üzrə icraata xitam verilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-264/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov və C.A.Y usifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-963/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı “cavabdehin 30 aprel 2019-cu il tarixli imtinasının əsassız hesab edilməsi, 20 noyabr 2018-ci il tarixli, 01-18-64 nömrəli etibarnamənin Təhsil Nazirliyinin kargüzarlıq bölməsində müvafiq kitabdakı qeydiyyatı ilə bağlı məlumatın təqdim edilməsi vəzifəsinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, inzibati iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nümayəndə X1 verilmiş 20 noyabr 2018-ci il tarixli etibarnamənin nömrəsi 01-18-64/12 olmuş, iddiaçı tərəfindən qeyd edilən 01-18-64 nömrəli etibarnamə isə ümumiyyətlə iş materiallarında mövcud deyildir. İddiaçı tərəfindən müvafiq işlə bağlı 20 noyabr 2018-ci il tarixli etibarnamənin nömrəsi 01-18-64/12 olduğundan və 01-18-64 nömrəli etibarnamə mövcud olmadığından cavabdeh inzibati orqan haqlı olaraq 20 noyabr 2018-ci il tarixli, 0118-64/12 nömrəli etibarnamənin qeydə alındığı “çıxış sənədlərinin qeydiyyat vərəqəsi”nin təsdiq olunmuş surəti hazırkı iş üzrə məhkəmənin hazırlıq iclasında təqdim etmişdir. Cavabdeh inzibati orqan tərəfindən 20 noyabr 2018-ci il tarixli, 01-18-64/12 nömrəli etibarnamə ilə bağlı məlumat verildiyindən (etibarnamə məhkəmə icraatı zamanı təqdim edildiyindən) tərəflər arasında artıq mübahisə mövcud olmadığın dan, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-963/2021 nömrəli, 28 iyul 2021-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir.
13. İddiaçı kassasiya şikayəti verərək qərardadın ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
14. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, işə baxan məhkəmələr mövcud qanunvericiliyin tələblərinə məhəl qoymayaraq işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, işin obyektiv araşdırılmasına laqeyd yanaşmaqla Azərbaycan Respublikası Konstitusiyasının 12, 25, 26. 60. 68, 71, 125, 129-cu, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 6 və 13-cü, “Vəki llər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 7 və 15-ci, İnzibati Prosessual Məcəllənin 10-15, 18, 19, 35, 52, 68. 75, 80-ci və Mülki Prosessual Məcəllənin 2, 4, 5, 7, 8, 9, 14-cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.
15. Cavabdehin müvafiq məlumatı, həqiqətən də, təqdim edib-etməməsinə əhəmiyyət verməyən məhkəmə, 20 noyabr 2018-ci ilin tarixli sənədin nömrəsinin sonuncu iki rəqəminin olmamasını rəhbər tutub uzun müddət araşdırma aparması, bunun üçün arxivdən 2-1(103)-576/2019 saylı işi tələb edib öyrənməsinə heç bir lüzum yox idi.
16. İddia ərizəsi hələ birinci instansiya məhkəməsinə təqdim edilərkən bu xüsusat dəqiqləşdirilmişdir və tərəflər arasında bununla bağlı heç bir mübahisə yoxdur, bu hal ümumiyyətlə, iddianın əsassız olmasına dəlalət etmir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ
18. İnzibati Prosessual Məcəllə (İPM): Maddə
12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə
58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə
67. İddiaçının tələblərinin təmin olunması... 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.... Maddə
91. Mübahisə ilə bağlı işə kasasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq nor malarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən ) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.
19. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaq dır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarş ı” işi üzrə qərarı).
24. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
25. Məlum olduğu kimi, İnzibati Prosessual Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməs i barədə qərardad qəbul edir.
26. Apellyasiya instansiyası məhkəməsinə aparılan icraat zamanı müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən nümayəndə X1 verilmiş 20 noyabr 2018-ci il tarixli etibarnamənin nömrəsi 01-18-64/12 olmuş, iddiaçı tərəfindən qeyd edilən 01-18-64 nömrəli etibarnamə isə ümumiyyətlə araşdırılmış iş materiallarında mövcud olmamışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdeh inzibati orqan tərəfindən 20 noyabr 2018-ci il tarixli, 01-18-64/12 nömrəli etibarnamə ilə bağlı məlumat verildiyindən (etibarnamə məhkəmə icraatı zamanı təqdim edildiyindən) tərəflər arasında artıq mübahisənin mövcud olmadığı barədə mövqeyi əsaslı olmuşdur.
28. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-264/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.