Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1396/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası 26.07.2023 hakimlər Quliyev Zakir Müslüm oğlu (məruzəçi), Nəbizadə Rahib Sahib oğlu və Kərimov Səyyad Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə qarşı “torpaq sahəsinin yerləşmə cizgisinin verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1132/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan ünvanda yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair ********** nömrəli, xx.xx.2021-ci il tarixli müraciətə baxılaraq bildirilmişdir ki, elektron kadastr məlumatlarına əsasən torpaq sahəsi yüksək gərginlikli elektrik xəttinin mühafizə zolağında yerləşir. Həmçinin, torpaq sahəsinin ayrılması barədə Suraxanı rayon İcra Hakimiyyətinin 03 avqust 1999-cu il tarixli, 1606 saylı sərəncamına istinad olunmuş yerləşmə sxemi təqdim edilməmişdir.
2. Azərişıq” ASC tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş DX-18/12 22 nömrəli, 27 mart 2018-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, şimal-şərqində 26 saylı sahədə yerləşən torpaq sahəsinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması üçün müvafiq arayış verilməsinə dair ərizəsinə baxılaraq bildirilmişdir ki, göstərilən ünvan "xxxx" ASC-yə məxsus elektrik verilişi xəttinin mühafizə zonasında yerləşmir. Buna nəzərə alaraq, qeyd olunan torpaq sahəsinin və fərdi yaşayış evinin üzərində hüququnun daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasına etiraz etmirlər.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 12 sentyabr 2022ci il tarixli, BA-05805-2022 nömrəli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamın ın və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 ərizəsi əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 870 nömrəli, 27 iyun 1997-ci il tarixli sərəncamı ilə X2 fərdi yaşayış evi tikmək üçün Yeni–Suraxanı qəsəbəsinin şimal-şərqində 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır.
4. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 iyul 2022-ci il tarixli, BA-04047-2022 nömrəli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1606 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 və İddiaçı əri zələri əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı, xx.xx.1999-cu il tarixli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamının 1-ci və 2- ci bəndində dəyişiklik aparılması və İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi sxem əlavə edilməmişdir.
5. İddiaçı cavabdeh orqana müraciət edərək, Yeni Suraxanı qəsəbəsində yerləşən torpaq sahəsinə dair cizginin verilməsinə köməklik göstərilməsini xahiş etmişdir.
6. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda bildirilmişdir ki, RİH-nin sənədləri 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verildiy ini və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmadığını nəzərə alaraq, müraciətin müsbət həlli səlahiyyətləri xaricindədir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsinə cizginin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamı 03 avqust 1999-cu il tarixdə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı sərəncamı ilə dəyişiklik edilərək ona fərdi yaşayış evi tikmək üçün Yen i Suraxanı qəsəbəsi şimal-şərqində 26 nömrəli sahədə 600 kv.m torpaq sahəsi ayrılmışdır. 2018-ci il tarixli "xxxx" ASC-nin rəsmi məktubuna əsasən ayrılan torpaq sahəsinin "xxxx" ASC-nə məxsus elektrik verilişi xəttinin mühafizə zolağında yerləşmədiyi göstərilməklə torpaq sahəsinin dövlət reyestrində qeydiyyata alınmasına etiraz edilməmişdir. 2022-ci il tarixdə ona ayrılan torpaq sahəsinin cizgisinin verilməsi üçün cavabdeh orqana rəsmi qaydada müraciət etmişdir. Cavabdeh orqanın xx.xx.2022-ci il tarixli rəsmi məktubunda göstərilmişdir ki, bu barədə Suraxanı rayon İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Bu səbəbdən də, müraciətinə imtina cavabı verilmişdir. Nəticədə məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Onu da, bildirir ki, həmin torpaq sahəsi tərəf indən hasarlanmışdır. Qonşularla heç bir mübahisə yoxdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8993/2022 nömrəli, 12 oktyabr 2022-ci il tarixli qərarı ilə (sədrlik edən hakim A.A.Abdullayeva) iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 3 avqust 1999-cu il tarixli, 1606 nömrəli sərəncamına əsasən Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsinin şimal şərqində 26 nömrəli sahədə yerləşən 600 kv.m torpaq sahəsinin yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır.
10. Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməs i, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur.
11. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
12. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1132/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı ilə (hakimlər: F.F.Babayev /sədrlik edən və məruzəçi/, N.Ş.Cəfərov və G.T.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
14. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi iddia tələbini ta m, hərtərəfli və obyektiv araşdırmadan formal bir qərar qəbul etmişdir. Apellyasiya məhkəməsi hazırki mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir.
16. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyətləri haqqında Əsasnaməmdə Rayon İcra Hakimiyyətləri tərəfindən ayrılmış torpaq sahələrinin yerini və koordinatlarını müəyyənləşdirmək, o cümlədən həmin sahələrə dair cizgilər, xəritədən çıxarışlar vermək səlahiyyəti nəzərdə tutulmamışdır.
17. Eyni zamanda bildirilmişdir ki, Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edi lməsi barədə Azərbaycan Respublikası Prezidentinin 04.08,1999-cu il tarixli, 176 nömrəli Fərmanına əsasən həmin Məcəllənin 65-ci maddəsinin 5-ci bəndində nəzərdə tutulmuş, “müvafiq icra hakimiyyəti orqan”ın səlahiyyətləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələblərinə əsasən yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilməsinə baxmayaraq hər iki məhkəmə instansiyası inzibati m əhkəmə icraatında iddianın mümkünlüyünü nəzərə almadan qərar qəbul etmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
19. Torpaq Məcəlləsi: (Azərbaycan Respublikasının 25 iyun 1999-cu il tarixli, 695-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş və hazırda qüvvədə olan) Maddə 65.5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Maddə 65.8. torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. Maddə 68. torpaq s ahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Maddə 84.1. torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
20. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər... 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam fo rmada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. 96.10. Ali Məhkəmə bütün hallarda qərarını əsaslandırmağa borcludur. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
25. Məhkəmə kollegiyas ı xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Bununla belə, məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
27. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 nömrəli, 03 avqust 1999-cu il tarixli sərəncamına əsasən İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsini n şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi əlavə edilməmişdir.
28. İddiaçı cavabdehə müraciət edərək, sözügedən sərəncam əsasında ona yerləşmə cizgisinin verilməsini xahiş etsə də, cavabdeh tərəfindən onun müraciətindən RİH-nin sənədlərinin 2016-cı il daxil olmaqla Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilməsi və bu barədə Suraxanı RİH-də heç bir məlumat olmamasına istinad edilərək imtina edilmişdir.
29. Eyni zamanda apellyasiya məhkəməsi qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 04 iyul 2022-ci il tarixli məktubla Suraxanı rayon İH-nin arxiv fondu üzrə xx.xx.1999-cu il tarixli, 1606 saylı sərəncamının və həmin sərəncama əlavə olunmuş sənədin təsdiq edilmiş surətlər i məhkəməyə təqdim edilmiş və həmin sənədlərə baxış keçirilərkən müəyyən edilmişdir ki, X1 və İddiaçı ərizələri əsasında Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının 1606 saylı, xx.xx.1999cu il tarixli sərəncamına əsasən Suraxanı rayon İcra Hakimiyyəti başçısının xx.xx.1997-ci il tarixli, 870 saylı sərəncamının 1 və 2-ci bəndində dəyişiklik aparılması və İddiaçı fərdi yaşayış evi tikmək üçün Yeni Suraxanı qəsəbəsinin şimal-şərqində, 26 nömrəli sahədə, 600 kv.m torpaq sahəsi ayrılmışdır. Sərəncama cizgi sxem əlavə edilməmişdir.
30. Beləliklə apellyasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, qüvvədə olan qanunvericiliyin normalarında torpaq sahəsi ayrılan zaman ayrılmış torpaq sahəsinin naturada bölünüb iddiaçıya təhvil verilməsi, sərhədlərinin yerində və xəritədə müəyyən edilməsi, buna dair yerləşmə cizgisinin hazırlanması, daha sonra torpaq sahəsinin sərhədləri yerində yoxlanıldıqdan sonra hazırlanmış yerləşmə cizgisinin təsdiq edilməsi cavabdehin səlahiyyətlərinə aid olmuşdur. Lakin, cavabdeh iddiaçıya ayırdığı torpaq sahəsinə dair yerləşmə cizgisinin təsdiq edilmiş surətini verməmişdir, bu hal isə həmin torpaq sahəsi üzərində iddiaçının gözlənilən mülkiyyət hüquqlarının məhdudlaşdırılmasına səbəb olmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin hazırki iş üzrə hərəkətləri inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının pozulmasına səbəb olmuşdur.
31. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayə t təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
32. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1132/2023 nömrəli, 15 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.