Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1397/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR giriş hissəsi: Hakimlər: Nəbizadə Rahib Sahib oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Azər Soltanhəmid oğlu, Məmmədov Xəqani Səyyad oğlundan ibarət tərkibdə, Sarıyev Rauf Həsən oğlunun katibliyi, İddiaçı vəkili Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan son ra cavabdeh) qarşı “torpaq sahəsinə çıxarışın və plan ölçünün verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-218/2019 saylı, 13 fevral 2019-cu il tarixli qərarından iddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 30 may 2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. təsviri hissə: Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.10.2006-cı il tarixli qərarı ilə Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.metr torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə iddiaçıya verilməsi qərara alınmışdır. M.Ə.Rəsulzadə Bələdiyyəsi torpaqların alqı-satqısına dair 20.10.20 06-cı il tarixdə akt tərtib edərək möhürü ilə də təsdiq etmişdir. Lakin torpaq sahəsinin iddiaçının adına alqısatqı yolu ilə mülkiyyətə verilməsi haqqında müqavilə və torpaqların alqı-satqısına dair akt nə cavabdehə, nə də məhkəməyə təqdim edilməmişdir. Cavabdehə və məhkəməyə təqdim edilmiş torpaqların alqı-satqısına dair aktdan görünür ki, akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən iddiaçının adına sənədləşdirilmiş torpaq sahəsinin situasiya planı tərtib edilmişdir. Lakin torpaq sahəsi ilə bağlı iddiaçının adına sənədləşdirilən dövrdə (2006-cı il) mövcud olmuş Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinin alındığı iş materialları ilə müəyyən edilmir. İddiaçı 13.10. 2016-cı il tarixdə ona ayrılmış torpaq sahəsinə çıxarış almaq üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 14.08.2018-ci il tarixli məktubla bildirmişdir ki, iddiaçı tərəfindən qanuna müvafiq sənədlər təqdim edilməmişdir və yaxud təqdim edilmiş məhkəmə qətnaməsinin Bakı şəhər Ərazi İdarəsinə aidiyyəti yoxdur və torpaq sahəsinə dair idarənin mütəxəssisləri tərəfindən çöl ölçmə işlərinə şərait yaradılmamışdır. Ona görə də iddiaçının ərizəsinin icrası mümkün deyildir. İddiaçı cavabdehə qarşı 30 avqust 2018-ci il tarixdə iddia ərizəsi, sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində, Binəqədi şosesinin sol tərəfində yerləşən 5000 kv.metr torpaq sahəsinin şəxsi mülkiyyət hüququ ilə qeydi yyata alınaraq müvafiq çıxarışın verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdehin imtina məktubunda göstərdikləri tam qanunsuz və əsassız olduğu üçün cavabdehin 14.08.2018-ci il tarixli imtina məktubu ləğv edilməli və M.Ə.Rəsulzadə Bələdiyyəsi ərazisindən iddiaçıya ayrılmış 5000 kv.m torpaq sahəsinə dair çıxarışın verilməsi təmin edilməlidir. İş məhkəmənin icraatında olarkən məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə ekspertizası rəyinin tədqiqat hissəsində Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən, iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsinin Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə Bələdiyyəsi tərəfindən tərtib edilmiş planda göstərilən məlumatlara uyğun olduğu, eləcə də Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşdiyi müəyyən edilməsi qeyd edilmişdir. Daha sonra Bakı şəhər Ərazi İdarəsinin 04.08.2017-ci il tarixli məktubuna əsasən, ərazidə yüksək gərginlikli elektrik xətlərinin olmasına şablon xarakterli cavab olaraq göstərilsə də, işi aparan hakimin 31.07.2017-ci il tarixli X5 Təchizatı və Satış Sahəsinə məhkəmə tərəfindən göndərdiyi sorğuya cavab olaraq 19.09.2017-ci il tarixli X3 və Satış İdarəsi tərəfindən cavab olaraq bildirilir ki, həmin xətlər yüksək gərginlikli elektrik xətləri deyil. 6000 kilovat enerji təchiz edən xətt həmin torpaq sahəsinin yaxınlığında yerləşən komplekt transformator məntəqəsində qoşulan elektrik xəttidir ki, onları 220 və 380 kilovat enerji təchiz edən xətlər ayırır. Belə olan halda En erji Təchizatı və Satışı İdarə və Təşkilatının maraqlarına toxunmadığı adı çəkilən təşkilatın cavab məktubunda da öz əksini tapmışdır. İddiaçı 13.07.2018-ci il tarixdə cavabdehə istifadəsində olan torpaq sahəsinə dair çıxarışın verilməsi barədə ərizə ilə müraciətində Bakı Şəhər İcra Hakimiyyətinə qarşı və qüvvəyə minmiş 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı il tarixli icra olunmuş qərarı, ərizə rəylə birlikdə “Azərişıq”ın 19.09.2017-ci il tarixli məktubunun surəti, daha sonra Bakı Şəhər İcra Hakimiyyətinin 04.08.2017-ci il tarixli məktubu, bundan başqa Məhkəmə Mühəndis Texniki Ekspertizasının 01.06.2016-cı il tarixli rəyi yuxarıda sadalanan sənədlərə görə istifadəsində olan torpaq sahəsinə dair təqdim etdiyi sənədlərə baxmayaraq cavabdeh 14.08.2018-ci il tarixli məktu bu ilə çıxarışın verilməsindən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin (hakim X1, 2-1(81)-3980/2018 saylı iş) 25 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20.10.2006-cı il tarixli, 231/50 saylı qərarı ilə iddiaçının adına sənədləşdirilmiş 5000 kv.m torpaq sahəsi ilə bağlı müvafiq icra hakimiyyətinin rəyinin olmasına dair məhkəməyə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. Bundan əlavə, mübahisəli torpaq sahəsinin planlaşdırılması layihəsinin Bakı ŞİH Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılması, eləcə də iddiaçının müraciətindən çıxarışın torpaq sahəsinin planının hazırlanması üçün həmin dövrdə fəaliyyət göstər ən DT və XK-nin Bakı şəhər şöbəsinə göndərilməsi, sonuncunun bələdiyyənin və iddiaçının iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirməsi və ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu işlərini (planlama) aparması, həmin yerin planını (cizgisini) sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda hazırlaması iş materialları ilə təsdiqini tapmır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə razılaşan Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası (hakimlər X4məruzəçi, X6 və X2,2-1(103)-1917/2018 saylı iş) 13 fevral 2019-cu il tarixli qərarla iddiaçının apellyasiya şikayətini təmin etməmiş, birinc i instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. İddiaçı 22 fevral 2019-cu il tarixdə kassasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. kassasiya şikayətinin dəlilləri: İddiaçıya M.Ə.Rəsulzadə qəsəbəsinin hissəsində şimal hissəsində Binəqədi şosesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə alqı-satqı yolu ilə mülkiyyətinə verilməsi üçün hər kv.m-ə görə 4 manat 16 qəpik ödəmək şərti ilə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 231/50 sayda 20.10.2016-cı il tarixdə qərar verilmiş, torpaqların alqı-satqısına dair 20.10.2006-cı il tarixdə akt tərtib edərək möhürü ilə də təsdiq etmişdir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənə dlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinə əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icraya verilməsi bələdiyyələrin qərarı ilə sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara habelə yer quruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaq ayırmaq qaydasında həyata keçirilir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23.06.2016-cı il tarixli, 2-1(81)-1361/2016 saylı qərarı ilə sözügedən torpaq sahəsinə dair razılıq məktubunun (ərizə-rəyin) verilməsi Bakı şəhəri İcra Hakimiyyətinə həvalə edilmişdir ki, bu da iddiaçı tərəfindən müvafiq rəyin alınması deməkdir. X5 Təchizatı və Satış Sahəsinin məhkəmə tərəfindən göndərilən sorğuya cavab olaraq 19.09.2017-ci il tarixli məktubundan bildirilir ki, həmin xətlər yüksək gərginlikli elektrik xətləri deyil, 6000 kilovat enerji təchiz edən xətt həmin yaxınlıqda torpaq sahəsinin yerləşən komplekt transformator məntəqəsində qoşulan elektrik xətidir ki, onları 220 və 380 kilovat enerji təchiz edən xətlər ayırır. tərəflərin izahatları: İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə uyğun izahat verib şikayətin təmin olunmasını xahiş etmişdir. əsaslandırma hissəsi: Cavabdeh məhkəmə kollegiyasının iclasında təmsil olunmamasına baxmayaraq, məhkəmə işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, o, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və işə onun iştirakı olmadan da baxılmasının mümkünlüyü bildirilmişdir (İnz ibati Prosessual Məcəllənin (bundan sonra İPM) 62.3-cü maddəsi). İddiaçının kassasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində (İPM-in 94.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 94.2 və 94.4-cü maddələri). Şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Şikayət qismən əsaslıdır. Bu aşağıdakı səbəblərdən irəli gəlir. İPM-in 2.2.3-cü maddəsinə görə hazırkı iddia növü inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) aiddir. İşin hallarına görə Binəqədi rayonu M.Ə.Rəsulzadə Bələdiyyəsinin 20 oktyabr 2016cı il tarixli qərarı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün iddiaçıya Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsinin şimal hissəsində Binəqədi şossesinin sol tərəfində yerləşən ərazidən 5000 kv.m torpaq sahəsi verilmiş, bələdiyyə ilə iddiaçı arasında torpaqların alqı-satqısına dair 20.10.2006-cı il tarixdə akt tərtib edilib imzalanmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qərarı ilə 5000 kv.m torpaq sahəsinə dair razılıq məktubunun verilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. İddiaçı bələdiyyə qərarı ilə ona ayrılmış 5000 kv.m torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh imtinasını torpaq sahəsinin dövlət mülkiyyətində olması, torpaq sahəsi a yrılarkən qanunvericiliyin tələbinə əməl edilməməsi və alqı-satqı aktının torpaq şöbəsində qeydə alınmaması, torpaq sahəsinin plan və ölçüsünün olmaması, torpaq sahəsinin üzərindən elektrik xəttinin keçməsi ilə əsaslandırmış, mübahisə ilə bağlı yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. İd diaçı bələdiyyəyə məxsus torpaq sahəsinin özgəninkiləşdirilməsinə dair qərara və torpaqların alqı-satqısına dair akta istinad edərək hüququnun qeydə alınmasını xahiş etmişdir. Həmin hal hüququn qeydə alınması üçün qanuni əsaslardan biri kimi qeyd edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən, hüquqların dövlət qeydiyyatının aparılması barədə ərizəyə aşağıdakılar əlavə olunur: hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. “İnzibati icraat haqqında” Qanun un 5.1-ci maddəsinə əsasən, inzibati orqan öz səlahiyyətləri və imkanları daxilində digər inzibati orqana həmin orqanın müraciəti əsasında hüquqi yardım göstərməyə borcludur. Həmin Qanunun 5.1-1-ci maddəsinə əsasən, inzibati orqan, bu Qanunun 7.1-ci və 7.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, müraciət daxil olduğu gündən 15 gün müddətində hüquqi yardım göstərilməsini təmin etməlidir. Hüquqi yardım göstərilməsi üçün daha artıq müddət tələb olunduğu hallarda, inzibati orqan tərəfindən hüquqi yardımın göstərilməsi müddəti, ona bu məqsədlə müraciət etmiş digər inzibati orqana əsaslandırılmış yazılı məlumat verilməklə, 15 günədək uzadıla bilər. Torpaq sahəsinin plan və ölçüsünü hazırlayan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xi dmətinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin Layihə Tədqiqat İdarəsi cavabdehə münasibətdə subordinasiya baxımından tabeçilik münasibətində olan inzibati orqan olmasa da, hər ikisi Əmlak Məsələləri Dövlət Komitəsinə tabe olan qurumdur. “İnzibati icraat haqqında” Qanunun 5-ci maddəsinin tələbinə görə cavabdeh özü Layihə Tədqiqat İdarəsinə müraciət etməli və həmin idarə də cavabdehin müraciəti əsasında hüquqi yardım göstərməyə borclu olduğu halda, cavabdeh qanunun ona verdiyi bu səlahiyyətdən istifadə etməmişdir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun hazırda qüvvədə olan 32.2-ci maddəsinin redaksiyasına görə ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məlumatların təqdim olunmasını tələb edə bilər. Həmin Qanunun 32.2-1-ci maddəsinin hazırkı redaksiyasına görə inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. İnzibati orqanın həmin sənədlərin və ya məlumatların əldə olunmasını ərizəçidən tələb etməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati məsuliyyətə səbəb olur. Mübahisə öhdəliyin icrası haqqında iddia növü olmaqla, məhkəmə kollegiyasının qənaətinə görə qeyd edilən qanunvericiliyə əsasən cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.2-ci maddəsində nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünün alınması üçün aidiyyəti inzibati orqana müraciət etməli idi. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanındaDaşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamənin 3-cü bəndində qeyd edilir ki, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq (3.0.9-cu bənd); torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini təmin etmək (3.0.11-ci bənd); vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəç iliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək məqsədi ilə yerquruluşu işlərini aparmaq ( 3.0.12-ci bənd) Xidmətin vəzifələridir. İşin 52-ci səhifəsində olan 1 iyun 2016-cı il tarixli ekspertiza rəyində iddiaçıya satılan 5000 kv.m torpaq sahəsinin Binəqədi rayonu Rəsulzadə Bələdiyyəsinə aid olan torpaq sahələrinin ərazisində yerləşdiyi müəyyən edilmişdir. Cavabdeh isə hesab etmişdir ki, iddiaçıya satılan torpaq sahəsi dövlət mülkiyyətindədir. Cavabdeh dəlilini hər hansı sübutla əsaslandırmamışdır. Cavabdeh torpaq sahəsi üzərindən elektrik xətti keçməsini bildirmiş, məhkəmə aidiyyəti orqanlarının bu barədə işdə olan məktublarına münasibət bildirməmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinə əsasən torpaq s ahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalar, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının razılığı alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 09.08.2001-ci il tarixli 548 nömrəli Fərmanının 2-ci bəndi ilə müəyyən edilmişdir ki, həmin Qanunun 6.5ci maddəsində nəzərdə tutulmuş “müvafıq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini DT və XK-nın yerli qurumları (kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) həyata keçirirlər. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 23 iyun 2016-cı il tarixli qərarı ilə iddiaçıya sahibkarlıq fəaliyyəti üçün ayrılmış torpaq sahəsinə dair razılıq məktubunun verilməsi Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir. Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatı birinci instansiya məhkəməsinə ünvanladığı 4 avqust 2017-ci il tarixli məktubunda qeyd etmişdir ki, Bakı şəhər İcra Hakimiyyətinin razılıq məktubu məhkəmə prosesi zamanı hakimə təqdim olunmuş və məhkəmə qərarı qanuni qüvvəsini almışdır. Apellyasiya məhkəməsi bununla bağlı araşdırma və hüquqi qiymətləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi qərarında torpaq sahəsinin alqı-sat qısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilmədiyini bildirmiş, torpaq sahəsinin alqı-satqısına dair aktın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməli olması barədə hər hansı hüquq normasına istinad etməmiş, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il 534 №-li Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqı Qaydaları”na Əlavə olan Torpaqların alqı-satqısına dair Aktın formasının Prezidentin 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanı ilə qüvvədən düşməsinə münasibət bildirməmişdir. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edə n bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 58.1-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər (58.2-ci maddə). Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir (58.7-ci maddə). Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin qeyd edilən tələblərinə əməl etməmiş, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmamış, sübutları tam və hərtərəfli qiymətləndirməmişdir. Bəhs olunan hallar işin düzgün həlli üçün əhəmiyyət daşıyır. Odur ki, qərarın ləğv olunması barədə şikayətin dəlilləri əsaslı olduğun dan, şikayət təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə göndərilməli, yeni qərar qəbul edilməsi üçün əsaslar olmadığından bu hissədə şikayət təmin edilməməlidir. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96.5, 96.10, 96.11 və 98.1-ci maddələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-218/2019 saylı, 13 fevral 2019-cu il tarixli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Kassasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1397/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1397/2019
30.05.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver