Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1397/2020 29.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası İddiaçı cavabdeh Dövlət X8 X7 İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Müdafiə Nazirliyi) qarşı iş üzrə QƏRARİ (iş № 2-1(102)-1397/2020) Açar sözlər: (yaşa görə əmək pensiyası alan müharibə əlillərinə və müharibə iştirakçısı olan əlillərə əlavənin verilməsi, ƏPQ-nu 19.1.7-ci maddəsinin tətbiq edilmədiyi hallar). Bakı şəhəri xx xxxx 2020-ci il Giriş hissə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, Hüseynova Ülkər Hamlet qızını n katibliyi, İddiaçı, cavabdehin vəkili X3 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və X6 Nazirliyi yanında Dövlət X8 X7 İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası Müadafiə Nazirliyinə) qarşı “pensiyanın məbləğinə əlavənin hesablanması” tələbinə dair iş üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-494/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında xx xxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə İşin halları: İddiaçı xx.xx.1977-ci il ildə doğulmuşdur və Ağdam şəhəri, Füzuli küçəsi, ev 177-də qeydiyyatda olmaqla Bakı şəhərinin Xətai rayonunda yaşayır. İddiaçı xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılmışdır və həmin tarixdən ona "Əmək pensiyaları haqqında" Qanunun 2-.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilir. Pensiya təyin olunarkən və hesablanarkən Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli məlumat vərəqəsi əsas götürülmüşdür. Məlumat vərəqəsində iddiaçının təminat xərcliyi 837 manat, son vəzifəsi Aviabazanın MTT bölməsinin ərzaq xidməti rəisi göstərilmişdir. İddiaçıya xx.xx.2019-cu il tarixdə Əmək və X6 Nazirliyi X2 tərəfindən 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyin səbəbi kimi «hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik» yazılmışdır. İddiaçı xx.xx.2019-cu il tarixli ərizə ilə ƏƏSMN yanında DSMF-in X7 İdarəsinə mür aciət edərək, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq onun əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin hesablanması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi xahiş etmişdir. Lakin onun müraciətinə inzibati orqan cavab verməmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, «Əmək pensiyaları haqqında» Qanunun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyasının üzərinə 77 manat məbləğində əlavənin təyin olunub hesablanması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiql əşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, «Əmək pensiyaları haqqında» Qanunun 19.1.7.2-ci maddəsinə uyğun olaraq əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin hesablanması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh DSMF XŞTİ-nə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə tərəfindən iddianın dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdən ehtiyata buraxılmışdır və ona həmin tarixdən cavabdeh tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda ona yaşa görə əmək pensiyası ödənilir. xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi X2 tərəfindən ona 5 illik müddətə 2-ci dərəcəli əlillik qrupu təyin edilmişdir. Əlilliyinin səbəbi «Hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik» ifadəsi kimi göstərilmişdir. xx xxxxxx 2006-cı il tarixdən bu günədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 11.2.1 maddəsinə əsasən hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmış yara, kontuziya və ya zədə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirilməklə bağlı xəstəlik nəticəsində əlil olan hərbi qulluqçular müharibə əlilləri hesab olunurlar. «Əmək pensiyaları haqqında» Qanunun 19.1.7.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əli lləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan 2-ci qrup əlillərə 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavə hesablanır. Lakin belə bir əlavə onun pensiyasının üzərinə hesablanmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4577/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilərək, «Əmək pensiyaları haqqında» AzərbaycanRespublikası Qanununun 19.1.7.2-ci maddəsinə uyğun olaraq iddiaçının əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin hesablanması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdeh DSMF-nin X7 İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi qərarını onunla ə saslandırmışdır ki, cavabdehin imtina məktubunda iddiaçıya 562,02 manat pensiya ödənildiyi, iddiaçının ərizədə qeyd etdiyi əlavənin nəzərə alındığı qeyd edilsə də və cavabdeh iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik təyin edildiyi tarixdən qanunvericiliyin tələbinə uyğun olaraq 77 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavənin nəzərə alınmaqla pensiyanın yenidən hesablandığını göstərsə də, bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş və birinci instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş pensiya işindən də iddiaçının pensiyasının sığorta hissəsinə əlavənin nəzərə alındığı müəyyən olunmur. Cavabdehin nümayəndəsi həmin qərarın dəlilləri ilə razılaşmayaraq xx.xx.2019-cu il tarixdə apelyasiya şikayət i vermiş, qərarın ləğv olunmasını və iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-494/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə (hakimlər Ü.Mayılov (sədrlik edən və məruzəçi), M.Tağızadə və V.Həsənov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmış, əlavə olaraq göstərmişdir ki, şəxsin yaşa görə əmək pensiyasına əlavənin verilməsi üçün zəruri olan şərtlər onun əmək pensiyaçısı olması və müharibə əlili olmasıdır, bu şərtlərin mövcudluğu halında şəxs göstərilmiş əlavənin alınması hüququnu qazanmış olur və işin hallarına görə də, iddiaçıya təyin edilmiş pensiyanın növü yaşa görə əmək pensiyasıdır, o, İİ grup müharibə əlilidir və belə olan halda ona münasibətdə istinad edilmiş Qanunun 19.1.7-ci maddəsinin tətbiqini zəruri edən bütün şərtlərin mövcud olması iddiaçının tələbinin təmin edilməsinin hüquqi əsaslarını təşkil etmişdir. Qərarın surəti cavabdehə xx.xx.2020-ci ildə çatdırılmış və cavabdehin nümayəndəsi xx.xx.2020-ci ildə həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır, qərar qanunsuz və əsassızdır. Məhkəmə hesab etmişdir ki, hazırda iddiaçının istədiyi məqsəd onun bütövlükdə pensiya məbləğ inin (pensiyanın sığorta hissəsinin yox, bütövlükdə pensiya məbləğinin) üzərinə 77 manat əlavənin hesablanmasıdır. Bunu iddiaçı dəfələrlə aşağı məhkəmə instansiyalarında təsdiq etmişdir. Halbuki, iddiaçının istinad etdiyi maddə bütövlükdə pensiyanın deyil, onun sığorta hissəsinin üzərinə əlavənin gəlməsini nəzərdə tutur və iddianın həmin olunması ilə iddiaçının öz məqsədinə nail olması mümkün deyil. Əsas məsələ isə ondan ibarətdir ki, cavabdeh iddiaçının müraciətindən imtina etməmişdir. İddiaçının istinad etdiyi 77 manat məbləğində əlavənin ona ödənildiyi barədə iddiaçıya məlumat vermişdir. Belə olan halda məhkəmə tərəfindən ilk növbədə iddiaçının həqiqətən də hər hansı pozulan hüququnun olub-olmadığı aydınlaşdırılmalı idi. Tərəflərin izahatları: Cavabdehin vəkili X1 şikayətinin dəlillər inə uyğun izahat verərək kassasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasına vəkilsiz gəldiyi üçün onun izahatı dinlənilmədi. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91-ci maddəsinə əsasən Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası aşağıda göstərilənlərə əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilərək apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv olunmalı, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçıya xx.x x.2016-cı iltarixdən yaşa görə əmək pensiyası təyin edilmiş və ona xx.xx.2019-cı il tarixdə hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar ikinci qrup əlillik dərəcəsi təyin edilmişdir. İddiaçı onun əmək pensiyasının sığorta hissəsinə 77 manat məbləğində əlavənin hesablanması və həmin əlavənin xx.xx.2019-cu il tarixdən hesablanaraq ona ödənilməsini xahiş edir. İddia tələbinin hüquqi əsasını təşkil edən “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, əmək pensiyasının sığorta hissəsinə aşağıdakı əlavələr hesablanır: (...) 19.1.7. yaşa görə əmək pensiyası alan müharibə əlillərinə (Böyük Vətən müharibəsi əlilləri istisna olmaqla) və müharibə iştirakçıları sırasından olan əlillərə: (...) 19.1.7.2. İİ qrup əlillərə 77 manat məbləğində;... Normanın məzmunundan göründüyü kimi, i ddia olunan əlavə o şəxs barəsində tətbiq olunur ki, həmin şəxs: - müharibə əlilidir və ona yaşa görə pensiya təyin edilmişdir; - müharibə iştirakçısıdır, lakin onun əlilliyi müharibədə iştirakla bağlı deyil və yaşa görə pensiya alır. İddiaçı hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə pensiya alır. İddiaçıya hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar əlillik ilə bağlı İİ qrup əlillik təyin olunmuşdur. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 19.1-ci maddəsi iddiaçıya şamil oluna bilməz. Çünki bu kateqoriyadan olan şəxslərə əlilliklə bağlı güzəştlər (əmək pensiyasına əlavələr), “Əmək pensiyaları haqqında” Qanunun 20.16, 20.16.1-ci maddələrində nəzərdə tutulmuşdur. Həmin normada deyilir ki, bu qanunun 20.1.12-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr t əminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.16.1. İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin - 100 faizi, İİ qrup müharibə əlillərinə - 80 faizi, İİİ qrup müharibə əlillərinə - 55 faizi. Hərbi qulluqçüların əmək pensiyasına əlavələr edilməsinin əsasları və qaydaları adı çəkilən qanunun 20.14 - 20.16-cı maddələrində tənzimlənir. Həmin normaların müqayisəli təhlilindən görünür ki, əmək pensiyası təyin olunmuş hərbi qulluqçuların əmək pensiyasına əlavələr edilməsi üçün müxtəlif meyarlar və həmin meyarlara mütənasib olaraq təminat xərcliyinin faiz nisbətləri müəyyən olunmuşdur. Digər kateqoriyalardan olan hərbi qulluqçuların pensiyalarına əlavələr daha az müəyyən olunduğu halda, müharibə əlilləri üçün təminat xərcliyinin daha yüksək faizini təşkil edən əlavələr hesablanır. Hərbi qulluqçunun müharibə əlili sayılması, onun sosial təminat hüququnda imtiyaz yaradan hüquqi fakt kimi qəbul olunur. Bu imtiyaz onda ifadə olunur ki, müharibə əlilinə başqa şəxslərə nisbətdə daha yüksək məbləğdə sosial ödəniş edilməsi yolu ilə əlilliyi kompensasiya edilir. Müharibə əlili olan hərbi qulluqçulara da bu cür imtiyazlar "Əmək pensiyaları haqqında" qanunun 20.16-cı maddəsində nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçı “Əmək pensiyaları haqqında” qanunun 19.1.7.2-ci maddəsinin onun barəsində tətbiq olunmasını və həmin maddə ilə nəzərdə tutulmuş əlavə nəzərə alınmaqla pensiyasının yenidən hesablanmasını iddia etməkdə haqlı deyil. Azərbaycan Respublikası İnzibati-Prosessual Mə cəlləsinin 96.5-ci maddəsinə əsasən, şikayətin əsaslı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Nəticəvi hissə Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 95 və 96-cı maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdehin kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-494/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilməsin. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1397/2020
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1397/2020
29.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver