Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(102)-1397/2022 21.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, vəkil tərəfindən tərtib edilməmiş və imzalanmamış kassasiya şikayəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı (təvəllüd:xx.xx.1985, FİN:xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə qarşı “ş əxsiyyət vəsiqəsinin yenilənməsi” barədə inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-2524/2021 nömrəli, 16 noyabr 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyü məsələsinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) 9303 nömrəli sənədinə 11 saylı əlavədə göstərilmiş, dini adətlər, tibbi göstərişlər və mədəni ənənələrlə bağlı pasportda (şəxsiyyət vəsiqəsində) istifadə edilən yaşıl xətlə işarələnmiş baş örtüyü ilə çəkilmiş fotoşəkil nümunələrinə uyğun olaraq baş örtüyü ilə çəkilmiş fotoşəkil yerləşdirməklə şə xsiyyət vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
2. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5434/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli qərarı ilə (hakim O.X.Həsənov) iddia rədd edilmişdir.
3. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2524/2021 nömrəli, 16 noyabr 2021-ci il tarixli qərarı ilə (hakimlər E.E.Nağıyeva /sədrlik edən və məruzəçi/, H.Ü.Həmidov, C.A.Yusifov) apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5434/2021 nömrəli, 09 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.
5. İddiaçı kassasiya şikayəti verərək həmin qərarın ləğv edi lməsini xahiş etmişdir.
6. Kassasiya şikayəti vəkil tərəfindən tərtib edilmədiyinə və imzalanmadığına, vəkilin orderi şikayətə əlavə edilmədiyinə görə iş kassasiya şikayətinin mümkünlüyünün yoxlanılmasına təyin edilmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 90.3. Bu fəsildə başqa qaydanın müəyyən edilmədiyi hallarda, şikayət üzrə məhkəmə icraatında birinci instansiya məhkəməsində icraatla bağlı bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosessual qaydalar, o cümlədən iddia ərizəsinin formasına və məzmununa dair tələblər və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin kassasiya instansiyası məhkəməsində icraatla bağlı müvafiq müddəaları tətbiq olunur. Maddə 95.1. Kassasiya şikayəti daxil olduqdan sonra apellyasiya instansiyası məhkə məsi şikayətlə bağlı aşağıdakı formal tələblərə kassasiya şikayəti verən şəxs tərəfindən əməl olunmasını yoxlayır: apellyasiya şikayəti verən şəxsin adının, soyadının, atasının adının və ünvanının göstərilməsini; barəsində şikayət verilən məhkəmə qərarı və ya qərardadının tarixi və nömrəsi barədə məlumatların göstərilməsini; şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin göstərilməsini; şikayətə əlavə edilən sənədlərin siyahısının olmasını. Maddə 95.2. Bu Məcəllənin 95.1-ci maddəsində göstərilən tələblərə əməl olunmaması ilə bağlı formal xətaların aradan qaldırılmasında məhkəmə kassasiya şikayəti verən şəxsə yardım etməlidir. Maddə 96.2. Ali Məhkəmə kassasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 96.3. Kassasiya mümkün sayılmadıqda Ali Məhkəmə şikayəti qəbul etməkdən imtina e dir və bu barədə əsaslandırılmış qərardad qəbul edir. Kassasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin olunmalıdır. Şikayətin qəbulundan imtina edildiyi hallarda, apellyasiya instansiyası məhkəməsinin qərarı və ya qərardadı qanuni qüvvəyə minir.
8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 407.3. şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Maddə 407.4. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYi
9. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda göstərilən səbəblərə görə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir.
10. Mübahisəyə dair işin materiallarından müəyyən olunur ki, iddiaçının verdiyi kassasiya şikayəti vəkil tərəfindən tərtib edilməmiş, imzalanmamış və şikayətə vəkilin orderi əlavə edilməmişdir.
11. Kassasiya şikayəti Ali Məhkəməyə daxil olduqdan sonra proses iştirakçılarının dinlənmə hüquqlarının təmin edilməsi ilə əlaqədar olaraq iş kassasiya şikayətinin mümkünlük məsələsinə baxılması üçün təyin edilmiş, iddiaçıya ünvanlanmış 18 iyul 2022-ci il tarixli, 2-1(102)-1397/2022 nömrəli bildirişdə yol verilmiş pozuntular göstərilməklə müəyyən edilmiş müddət başa çatanadək həmin pozuntuların aradan qaldırılması ona təklif olunmuş, həmçinin ona qüsurların aradan qaldırılmamasının doğura biləcəyi hüquqi nəticələr (kassasiya şikayətinin mümkün sayılmaması) a ydın şəkildə izah olunmuşdur. Lakin müəyyən olunmuş və ötmüş müddət ərzində iddiaçı məhkəməyə vəkil tərəfindən tərtib edilməklə imzalanmış kassasiya şikayəti təqdim etməmiş, eləcə də vəkilin orderi şikayətə əlavə olunmamışdır.
12. Bu qərarın 8-ci bəndində istinad olunan normaya görə, şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Şikayətə vəkilin orderi və dövlət rüsumunun ödənilməsini sübut edən sənəd əlavə olunur.
13. Beləliklə, kassasiya şikayəti qanunda nəzərdə tutulmuş tələblərə riayət edilmədən verildiyindən, eləcə də nəzərinə çatdırılmasına rəğmən yol verilmiş pozuntular iddiaçı tərəfindən aradan qaldırılmadığından, hazırkı kasasiyaya münasibətdə mümkünlük şərtləri ödənilməmişdir. Odur ki, iddiaçı tərəfind ən verilmiş kassasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir.
14. Yuxarıda qeyd olunanlara və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti mümkün sayılmır. Kassasiya şikayətinin qəbulundan imtina edilir.