Məhkəmə qərarları › İş №2-1(102)-1397/2024

Ali Məhkəmə Qərar — İş №2-1(102)-1397/2024

24.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1397/2024 24.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: əmrin qismən ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Hüseyn Aida Əli qızı və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrin ona aid hissədə ləğv olunması” tələbinə dair iş üzrə Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-6/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı məhkəmə icraatı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Gözəlov X5 Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri vəzifəsində işləmişdir.

2. Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli 08 “k” əmri ilə İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1.1, 4.1.6, 4.1.8-ci maddələrinin, 18.0.1, 18.0.4, 18.0.12-ci maddələrinin və 25.3-cü maddəsinin tələblərinə əməl etmədiyi üçün “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2.6-cı maddəsinə əsasən 19 aprel 2023-cü il tarixdən dövlət qulluğundan azad edilmiş, o cümlədən onunla bağlanmış əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir.

3. Əmrdə İddiaçı vəzifədən azad edilməsinin səbəbi kimi, Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin 19 aprel 2023-cü il tarixli 08 “k” əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə zidd şəkildə dövlət qulluğuna qəbul edilən, əmrin 2-ci hissəsində adları çəkilən şəxslərin 2021ci ildə daimi dövlət qulluğuna qəbul edilməsinə və ixtisas dərəcəsinin verilməsinə səbəb olan, o cümlədən 2023-cü ildə təkrarən ixtisas dərəcəsi verilməsinin qanunvericiliyə zidd olduğunu bilə-bilə rəhbərliyə yanlış məlumat verərək qanunvericiliyə uyğunluğuna dair rəhbərlik etdiyi işçi qrup tərəfindən imzalanmış təklifləri (hazırda itirilən sənəd) və işçilərin ixtisas dərəcələrinin verilməsi ilə bağlı ərizələrin (hazırda itiril ən sənəd) təqdim edilməsi göstərilmişdir.

4. Əmrin verilməsinə əsas kimi Naxçıvan Muxtar Respublikası X17 07 aprel 2023cü il tarixli 01/422 nömrəli və 01/423 nömrəli məktubları, X1, X14, X18, X6 və X7 xx.xx.2023-cü il tarixli arayışları, Nazirliyin İqtisadiyyat və Maliyyə şöbəsinin baş mühasibi X11 04 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin ümumi işlər və kadrlar sektorunun müdiri Raifə Babayevanın 05 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin ümumi işlər və kadrlar sektorunun baş məsləhətçisi Ruhəngiz Novruzovanın 04 aprel 2023-cü il tarixli təhriri məruzələri, Nazirliyin baş məsləhətçi-hüquqşünası Gülşən Hacıyevanın 04 aprel 2023-cü il tarixli izahatı, Nazirlikdə 05 aprel 2023-cü ildə keçirilən iclasın protokolu göstərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ A KTLARİ a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrin ona aid hissədə ləğv olunmasını xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2015-ci ildən Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri vəzifəsində işləmiş, 2017-ci ildən 22 nömrəli əmrlə ona 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi, 2020-ci ildə isə dövlət qulluqçusunun kiçik müşaviri ixtisas dərəcəsi verilmişdir. 8 il fasiləsiz olaraq Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində aparat rəhbəri vəzifəsində işləmişdir. 202 3-cü ildə işdə heç bir nöqsanı olmadan onu 08 ”k” nömrəli əmrlə işdən azad etmişlər.

7. Cavabdehin iddia tələbinə yazılı etirazının dəlilləri ondan ibarətdir ki, 2023-cü il 2 mart tarixində Nazirliyin Aparat rəhbəri vəzifəsində çalışmış iddiaçı özünün 2023-cü ilin 1 mart tarixində dövlət qulluğunda 15 il qulluq stajının tamam olmasına dair ona əmək haqqının 30%-i məbləğində əlavə haqq verilməsinə və Heyvandarlıq, damazlıq işi və otlaqlar şöbəsinin aparıcı məsləhətçisi X19, İqtisadiyyat və maliyyə şöbəsinin aparıcı məsləhətçisi X2, Texniki nəzarət və aqroservis sektorunun aparıcı məsləhətçisi X12, Bitkiçilik məhsullarının istehsalı, toxumçuluq və aqrokimyəvi xidmət şöbəsinin aparıcı məsləhətçiləri X20 və X9 növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı rəhbərlik etdiyi işçi qrupunun (ko missiyanın) imzalanmış təkliflərini, o cümlədən ərizələri kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavininə təqdim etmişdir. Kənd təsərrüfatı naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin üzərinə “Araşdırılsın” dərkənarı qoyaraq aidiyyəti üzrə baxılmasını tapşırmışdır. Bundan sonra iddiaçı dövlət qulluğunda 15 il qulluq stajının cari ilin mart ayının 1-də deyil 13-də tamam olacağı, digər şəxslərə isə növbəti ixtisas dərəcələrinin verilməsinin vəzifəyə təyin olunduqları tarixindən hazırkı vaxtadək hesablanmış müddətə görə uyğun olduğunu bildirmişdir. Bu səbəbdən qeyd edilən 5 əməkdaşa növbəti ixtisas dərəcələrinin verilməsi təmin olunmuşdur. Sonradan məlum olmuşdur ki, X24, X3, X22, X13, X16 Naxçıvan Muxtar Respub likasının Kənd Təsərrüfatı Nazirliyində staja, o cümlədən daimi dövlət qulluğuna qəbul edilərkən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilmişdir. Belə ki, həmin şəxslər dövlət qulluğuna qəbul olunarkən “X25” publik hüquqi şəxs tərəfindən keçirilmiş müsabiqə və müsahibə mərhələsində iştirak etmədən sabiq kənd təsərrüfatı naziri Bəhruz Bayramovun əmri ilə dövlət qulluğu vəzifəsinə qəbul edilmişlər. İddiaçı işçi qrupunun rəhbəri və Aparat rəhbəri kimi işə qəbul edilən, eyni zamanda ixtisas dərəcələri verilən əməkdaşlarla bağlı hazırlanmış sənədləri qanunvericiliyin müddəalarını nəzərə almadan razılaşmışdır (vizalamışdır) ki, nəticədə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezide ntinin 2001-ci il 3 sentyabr tarixli, 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələbləri pozulmuşdur. Qanunvericiliyin tələblərinin pozulması nəticəsində 5 əməkdaş dövlət qulluğuna qəbul edilməklə onlara müvafiq ixtisas dərəcələri verilmişdir. Həmin əməkdaşların qanunsuz olaraq işə qəbul edilməsi faktı Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası “X25” publik hüquqi şəxsə ünvanladığı məktuba cavab olaraq publik hüquqi şəxs tərəfindən təqdim edilən 2023-cü il 7 aprel tarixli, 01/422 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Sözügedən məsələlərin araşdırılması zamanı məlum olmuşdur ki, iddiaçı tərəfindən cari ildə rəhbərliyə təqdim olunan sənədlər itirilmişdir. Rəhbərlik tərəfindən həmin sənədlərin tapılması ilə bağlı verilmiş tapşırığa iddiaçı tərəfindən sərt reaksiya vermiş, həmçinin rəhbərliyə qarşı etik davranış qaydalarını pozmuşdur. Sənədlərin itirilməsi ilə bağlı iddiaçıdan izahat verilməsi tələb olunsa da o, bu barədə izahat verməkdən imtina etmişdir. İddiaçı 2023-cü il 5 aprel tarixində Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyində verilmiş tapşırıqlarla bağlı keçirilmiş iclasda yüksək səslə aqressiv şəkildə iclasa müdaxilə edərək Nazirliyin rəhbərliyinə qarşı etik davranış qaydalarını pozmuşdur. Nazirliyin rəhbərliyi tərəfindən sakitləşməyi tələb olunsa da, o, bu tələbə də fikir verməyərək səsini daha da ucaltmışdır. “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri pozulmaqla işə götürülən şəxsl ər, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımi səviyyədə icra etməyən və bu kimi məsələlərə şərait yaradan şəxslər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli, 08 K nömrəli əmri ilə tutduqları vəzifələrdən azad edilmişdir. Qanunvericiliyin tələbinə zidd dövlət qulluğuna qəbul edilmiş və ixtisas dərəcələri verilmiş şəxslərə görə dövlət büdcəsindən 2023-cü il 1 aprel tarixinə 192136,68 manat pul vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 3 may tarixli, 1/66 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinin tələbinə görə dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində 25.2.1-ci (töhmət), 25.2.2-ci (bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması), 25.2.3-cü (həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi), 25.2.4-cü (daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi), 25.2.5-ci (ixtisas dərəcəsinin bir pillə aşağı salınması) və 25.2.6-cı (dövlət qulluğundan azad edilməsi) maddələri ilə təsbit olunmuş intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər. İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 18.0.1-ci (qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli), 18.0.2-ci (rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli), 18.0.3-cü (dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli), 18.0.6-cı (lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli) və 18.0.12-ci (etik davranış qaydalarına əməl etməli) maddələrinin tələblərini pozduğundan onun sözügedən Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edilməsi qərara alınmışdır. İddi açı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını lazımı səviyyədə icra etmədiyindən, eyni zamanda etik davranış qaydalarını pozduğuna görə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 19 aprel tarixli, 08 “k" nömrəli əmri ilə onun əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilmişdir. İddiaçının əmək müqaviləsinə və dövlət qulluğuna xitam verilərkən Nazirlik tərəfindən qanunvericiliyin tələblərinə tam əməl edilmiş və hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Bildirilir ki, iddiaçı müvafiq dövlət qulluğu vəzifəsinə Naxçıvan Muxtar Respublikası “X25” publik hüquqi şəxs tərəfindən keçirilən daxili və ümumi müsahibədə iştirak etmədən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini kobud şəkildə pozulmaqla təyin edilmişdir. Bu fakt Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Naxçıvan Muxtar Respublikası “X25” publik hüquqi şəxsə ünvanladığı məktuba cavab olaraq publik hüquqi şəxs tərəfindən təqdim edilən 2023-cü il 23 may tarixli, 01/525 nömrəli cavab məktubunda öz əksini tapmışdır. Bunun nəticəsində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələbi pozulmaqla yanaşı dövlət büdcəsinin 60633,56 manat məbləğində vəsaiti xərclənmişdir. Dövlət büdcəsindən xərclənmiş vəsaitlə bağlı məsələlərin araşdırılaraq qanun pozuntusunun müəyyən edilməsi və təqsirkar şəxs barədə müvafiq tədbirlərin görülməsi üçün Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2023-cü il 7 iyun tarixli, 1/103 nömrəli məktubu ilə Naxçıvan Muxtar Respublikasının Prokurorluğuna müraciət edilmişdir.

8. N axçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsinin (hakim: Elnur Hüseynov) 2-1(122)-551/2023 nömrəli, 07 noyabr 2023-cü il tarixli qərar ilə iddia təmin edilməmişdir.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xidməti fəaliyyətində birbaşa və yuxarı rəhbərin səlahiyyətləri daxilində ona verilmiş tapşırıqları lazımınca yerinə yetirməmiş, etik davranış qaydalarını pozmuşdur. Məhkəmə hesab etmişdir ki, qanunun tələblərinə uyğun olaraq iddiaçının xidməti vəzifələrinin icrası zamanı nöqsanlara yol verib mövcud olan qanunvericiliyin tələblərini pozduğu barəsində qəbul olunmuş əmrdə öz hərəkətləri ilə konkret olaraq qanunvericiliyin müddəalarının pozulması hallarına yol verildiyi və həmin pozuntu hallarının nədən ibarət olduğu ətraflı şəkildə əsaslandırılmışdı r. Həmçinin iddiaçının iş fəaliyyəti ilə əlaqədar tənqidi fikirlərdən düzgün nəticələr çıxarmadığı, birbaşa və yuxarı rəhbərinin səlahiyyətləri daxilində verdiyi tapşırıqları yerinə yetirmədiyi müəyyən olunmuş, ondan izahat və arayış verməsi tələb olunduqda, “heç bir arayış və izahat yazan deyiləm”, bildirən etik davranış qaydalarını pozan ifadələr işlətmişdir. Bununla da, təsbit olunan məlumatlarla təsdiq olunur ki, iddiaçı həqiqətən tutduğu vəzifə öhdəliklərinə, subordinasiya və etik davranış qaydalarına uyğun olmayan hərəkətlərə yol vermişdir ki, onun xidmət zamanı yol verdiyi bütün bu hərəkətləri əmək intizamı qaydalarının pozuntularını təşkil edir. İddiaçının işdən azad edilməsinin hüquqi əsaslarından biri “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsid ir. Həmin Qanunun 52.2 və 25.2.6-cı maddələrinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi intizam tənbeh tədbiri tətbiq edilə bilər.

10. Qeyd olunmalidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbinə görə, inzibati akt, inzibati və maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməsi ilə qəbul edildiyi halda qanunsuz sayılır. Eyni zamanda, İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinin mənasına görə inzibati akt o halda ləğv oluna bilər ki, qanuna zidd olduğu sübuta yetirilsin.

11. Mübahisələndirilən əmrdə istinad edilən “Dövlət qulluğu haqqında” Qanunun 18.0.1, 18.0.4 və 18.0.12-ci maddələrinin tətbiqinə gəldikdə, bu normalarda göstəril ən hallar həmin Qanunun 25.2-ci maddəsində intizam tənbeh tədbirlərinin tətbiqinin əsaslarından biri kimi çıxış etməklə, Qanunun məhz 25.2.6-cı maddəsində nəzərdə tutulmuş tədbirin (dövlət qulluğundan azad edilmənin) seçilməsi haqqında qərarın qəbul edilməsi cavabdehin (inzibati orqanın) diskresion səlahiyyətlərinə aid məsələ olmuşdur. Bununla da, cavabdehin mübahisələndirilən əmrinin iddiaçıya dair hissədə ləğv edilməsi üçün əsaslar müəyyən olunmur. Məhkəmə hesab etmişdir ki, hazırkı iddia mübahisələndirmə haqqında iddialara aid olduğundan göstərilən normanın məzmununa uyğun olaraq cavabdeh inzibati orqan iddiaçının barəsində Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi xx.xx.2023-cü il tarixli, 08k nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir.

12. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

13. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-6/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı ilə (hakimlər Yusifəli Qurbanov (sədrlik edən və məruzəçi), Sənan Qarayev və Səxavət Novruzov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

15. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xa hiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri:

16. İddiaçının kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

17. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ

18. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

60. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.... Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.... 19. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 11.1. İnzibati o rqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.... Maddə 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 19.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır.... 20. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.1.1. Dövlət qulluğu - Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmətdir.... 1.1.3. Dövlət qulluqçusu – yal nız bu Qanunun 1.1.4-cü maddəsində nəzərdə tutulan mənbələrdən dövlət məvacibi alan, bu Qanunla müəyyən edilmiş qaydada inzibati və ya yardımçı dövlət qulluğu vəzifəsini tutan və ixtisas dərəcəsi verilən, inzibati vəzifə üzrə ilk dəfə daimi dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən, Azərbaycan Respublikasının vətəndaşı olan dövlət orqanının işçisidir.... 4.1. Dövlət qulluğu aşağıdakı prinsiplərə əsaslanır: 4.1.1. qanunçuluq;... 4.1.3. dövlət orqanlarına və dövlət qulluqçularına nəzarət və onların hesabat verməsi;... Maddə

18. Dövlət qulluqçuları vəzifədə olaraq aşağıdakıları etməlidirlər: qanunvericiliyi və dövlət orqanlarının qəbul etdikləri başqa normativ hüquqi aktları həyata keçirməli; rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli; dövlət orqanında müəyyən edilmiş qulluq reqlamentinə riayət etməli; başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli; vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli; lazım gəldikdə öz ixtisası hüdudunda rəhbərin göstərişi ilə əlavə iş görməli; dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən dövlət qulluğuna xitam verildikdən sonra da saxlamalı; vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna ed ilməklə, belə məlumatların verilməsini tələb etməməli; qulluq keçdiyi orqanın rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında maliyyə hesabatı verməli, orada əlavə gəlirlərin mənbəyini, növünü və məbləğini göstərməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada müvəqqəti olaraq başqa yaşayış yerinə keçməli, başqa yerdə qulluq keçməli və ya başqa vəzifələri icra etməli; qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi komissiyalarda müayinə keçməli; etik davranış qaydalarına əməl etməlidir. Maddə 25.1. Dövlət qulluqçusuna həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi və ya lazımi şəkildə yerinə yetirilməməsi, habelə bu Qanunla müəyyən edilmiş məhdud iyyətlərə əməl olunmaması, qanunda başqa qayda nəzərdə tutulmayıbsa, intizam məsuliyyətinə səbəb olur.... 25.2. Dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər:... 25.2.6. dövlət qulluğundan azad edilməsi.... 25.3. Bu Qanunun 25.2-ci maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə əsaslar olduqda, müvafiq dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılır, dövlət qulluqçusundan yazılı izahat alınır. Zərurət olduqda, müvafiq dövlət orqanının rəhbəri xidməti yoxlama təyin edir. Dövlət qulluqçusunun yazılı izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və bu, intizam tənbehinin tətbiqinə mane olmur. 25.4. Xidməti yoxlamanın aparılması qaydası müvaf iq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 25.5. Dövlət qulluqçularına intizam tənbehi bu Qanunun 25.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. Dövlət qulluqçusunun məzuniyyətdə, ezamiyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət işinin istintaqı aparıldığı vaxt həmin müddətə daxil edilmir. 25.6. Bu Qanunun 25.2.6-cı maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri vəzifələrin icrası zamanı kobud və ya mütəmadi olaraq pozuntulara yol verildikdə və ya bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş məhdudiyyətlərə əməl edilmədikdə tətbiq oluna bilər. 25.7. Bu Qanunun 25.2.1-25.2.6-cı maddələrində nəzərdə tutulmuş intizam tənbeh tədbirləri dövlət qulluqçusunun qulluq keçdiyi dö vlət orqanının rəhbəri tərəfindən, 25.2.1-ci maddəsində nəzərdə tutulmuş intizam tənbeh tədbiri isə, habelə dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanının rəhbəri tərəfindən səlahiyyət verilmiş vəzifəli şəxs (şəxslər) tərəfindən tətbiq oluna bilər.... 25.10. Dövlət qulluqçusu onun təqsiri üzündən dəymiş zərər üçün qanunvericiliklə müəyyən edilmiş qaydada maddi məsuliyyət daşıyır. Dövlət qulluqçusunun qanuna uyğun hərəkətləri nəticəsində dəymiş zərərin əvəzi tam həcmdə Azərbaycan Respublikasının dövlət büdcəsinin və Naxçıvan Muxtar Respublikasının büdcəsinin vəsaiti hesabına ödənilir.... 21. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4.2. Dövlət qulluqçusu bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır.... M addə 5.1. Dövlət qulluqçusu öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur.... Maddə 7.1. Dövlət qulluqçusu Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa borcludur. 9-cu maddəsinə əsasən dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və yuxarı rəhbəri ilə və ya tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbrli olmalıdır.... Maddə 11.1. Dövlət qulluqçusu xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən qərəzsiz olmalı və bu zaman irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, əqidəsinə, ictimai və ya hər h ansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməməlidir.... Maddə 23.1. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır....

22. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə

12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəru ri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. … Maddə

58. Sübutların araşdırılması qaydası... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.... Maddə

91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə

94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə

96. Ali Məhkəmədə icraat... 96.4. Kassasiya mümkün sayıldıqda, Ali Məhkəmədə işə yazılı icraat qaydasında baxılır. Məhkəmə hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etdikdə, işə məhkəmə iclasında baxılması barədə qərardad qəbul edir. Bu barədə proses iştirakçılarına məlumat verilir.... 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərarda dını) dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə

98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

23. Kassasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsas lılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzah ir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

27. Apellyasiya instansiyası məhkəməsi istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmiş, həmçinin mübahisənin müəyyən olunmuş faktiki hallarına maddi hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin maddi hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

28. Bununla belə, məhkəmə kollegiyası işin mübahisələndirilən hallarına və kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş X26, X4, X23, X15 və X8 daimi dövlət qulluğuna qəbul edilmələri və onlara müvafiq ixtisas dərəcələrinin verilməsi ilə bağlı 01 mart 2021-ci il tarixli və 19 mart 2021-ci il tarixli əm rlərdə, həmçinin həmin şəxslərə növbəti ixtisas dərəcələrinin verilməsi barədə olan 01 mart 2023-cü il və 17 mart 2023-cü il tarixli əmrlərdə iddiaçının Aparat rəhbəri kimi vizasıimzası mövcuddur.

29. Eyni zamanda, xx.xx.2023-cü il tarixdə keçirilmiş müşavirənin nəticəsinə dair tərtib edilmiş protokolun mötəbər sübut kimi qəbul edilməli olmaması ilə bağlı kassasiya dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş müşavirənin nəticəsinə dair həmin tarixli 3 nömrəli protokol iclasa sədrlik edən və katib tərəfindən, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları-iclasın iştirakçıları tərəfindən imzalanmaqla protokolda əks olunan məlumatların düzgünlüyü təsdiq edilmişdir. İddiaçı protokolda qeyd olunmuş məlumatların düzgün olmamasını göstərsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunan hallarla əlaqədar cavabdehin əmri əsasında araşdırma aparılmış, araşdırma zamanı iddiaçı tərəfindən “Dövlət qulluğu haqqında” Qanunun istinad olunan maddələrinin tələblərinin pozulması, iddiaçıya həvalə olunmuş vəzifələrin yerinə yetirilməməsi müəyyən edilmiş, bununla bağlı iddiaçıya təklif edilsə də o, yazılı izahat verməkdən imtina etmişdir.

30. Məhkəmə kollegiyası, nazirliyin əməkdaşları X19, X2, X12, X20 və X9 növbəti ixtisas dərəcələrinin verilməsi ilə bağlı öz vəzifələrinin icrası zamanı nöqsanlara yol verməməsi barədə iddiaçının dəlillərinə münasibətdə xüsusi olaraq qeyd edir ki, əmək müqaviləsi üzrə iddiaçının funksiyaları: Nazirliyin mərkəzi fəaliyyətinin həyata keçirilməsi; Nazirlik qarşısında duran vəzi fələrin yerinə yetirilməsi; Nazirlikdə əmək intizamına əməl olunmasına nəzarət edilməsi.

31. Bununla yanaşı, iddiaçı dövlət qulluğu məsələləri üzrə işçi qrupunun (komissiyanın) rəhbəri olmuşdur. Bu vəzifə ondan, növbəti ixtisas dərəcəsinin verilməsi üçün təqdimat verilən hər bir şəxsin dövlət qulluğunda fəaliyyətinə dair şəxsi işin öyrənilməsini, əsaslar olduqda ixtisas dərəcəsinin verilməsi üçün təklif verilməsini, o cümlədən qanunsuz olaraq dövlət qulluğuna qəbul olunma faktını müəyyən etdiyi halda, buna uyğun rəhbərliyə məruzə edilməsini tələb edirdi.

32. Göründüyü kimi, iddiaçıya münasibətdə intizam icraatının qanunvericiliklə müəyyən olunmuş tələblərə uyğun aparıldığı, iddiaçıya dövlət qulluğu vəzifəsindən azad edilmə intizam tənbehi tədbiri tətbiq edilərkən inzibati orqan tərəfindən diskresion səlahiyyətlərin qanunla müəyyən edilmiş hədlərinə və diskresion səlahiyyətlərin qanuni məqsədlərinə uyğun həyata keçirildiyi, iddiaçının dövlət qulluğu vəzifəsindən qanunvericiliyin tələblərinə uyğun qaydada azad edilməsi iş üzrə toplanmış materiallarla təsdiq olunur. Başqa sözlə, mübahisələndirilən əmri qəbul etmiş cavabdeh inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, iddiaçı isə bunu təkzib edən hər hansı sübut təqdim etməmişdir.

33. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilmədən, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə ko llegiyası QƏRARA ALDİ: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21(108)-6/2024 nömrəli, 17 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar