Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1398/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Hüseynov İlqar Kamil oğlu (sədrlik edən və məruzəçi), Rəsulbəyova Nigar İmran qızı və Quliyev Zakir Müslüm oğlundan ibarət tərkibdə, İddiaçı x1 iştirakı ilə, İddiaçı x1 cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-1(103)-206/2019 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərar ı qəbul etdi. Təsviri hissə: İşin halları: İddiaçı 1958-ci il xx.xx. tarixdə doğulmuş, əmək fəaliyyətinə 1975-ci il 11 sentyabr tarixdə ünvan 1 başlamış, 1976-cı il 10 noyabr tarixdən 1978-ci il 20 noyabr tarixədək həqiqi hərbi xidmətdə olmuş, 2001-ci il 2 yanvar tarixədək əmək fəaliyyətini davam etdirmişdir. Suraxanı Rayon Məhkəməsinin 2018-ci il 2 may tarixli 2(010)-1911/2018 nömrəli qətnaməsi ilə x1 hüquqi faktın müəyyən edilməsinə dair ərizəsi təmin edilmiş, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi 25 illik əmək stajına (12 il yarım güzəştli olmaqla) daxil olan, 1975-ci il 11 sentyabr tarixdən başlayaraq 2001-ci il 2 yanvar tarixə qədər işlədiyi 25 illik ümumi əmək fəaliyyətinin, eləcə də 1985-ci il 18 dekabr tarixdən 2001-ci il 2 yanvar tarixə qədər (1985-1990-cı illərdə tikinti ustası, 1990-2001-ci illərdə iş icraçısı olmaqla) güzəştli əmək fəaliyyətinin müəyyən edilməsi qət edilmişdir. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdeh 2018-ci il 22 fevral tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 saylı Qərarı ilə təsdiq olunan siyahı üzrə) çalışan sığorta olunanlar ın kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12,6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının tələb olunan güzəştli iş stajı və güzəştli işlədiyi barədə araşdırıcı arayışı olmadığından, ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi mümkün olmamışdır İddiaçı 2018-ci il 27 fevral tarixdə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək onun güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi 25 illik (1975-ci il 11 sentyabr tarixdən başlayaraq 2001-ci il 2 yanvar tarixə qədər) və 12 il 6 aydan çox güzəştli olan əmək stajı (1985-ci il 18 dekabr tarixdən 2001-ci il 2 yanvar tarixə qədər tikinti ustası və iş icraçı sı kimi) olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki,iddiaçı 1975-ci il 11 sentyabr tarixdən ünvan 1 fəhlə kimi əmək fəaliyyətinə başlamış, həmin vaxtdan 2001-ci il 2 yanvar tarixədək müxtəlif istehsalat sahələrində işləməklə, ümumilikdə 25 ildən artıq əmək stajı yaranmışdır. Əmək fəaliyyətinin 15 ilə yaxın müddətində tikinti ustası və iş icraçısı kimi işləmiş, yəni ümumilikdə 25 il stajının olması və bunun 12 il yarımdan artıq müddətində güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən istehsalatda işləməsinə görə 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2018-ci il 11 sentyabr tarixli 2-1(82)1643/2018 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün zəruri olan ümumi 25 illik (1975-ci il 11 sentyabr tarixdən başlayaraq 2001-ci il 2 yanvar tarixə qədər) və 12 il 6 aydan çox güzəştli olan əmək stajı (1985-ci il 18 dekabr tarixdən 2001-ci il 2 yanvar tarixə qədər tikinti ustası və iş icraçısı kimi) olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının 57 yaşı 2015-ci il 12 fevral tarixdə tamam olmuş, həmin tarixədək onun 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq güzəştli iş stajı vardır. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-1(103)-206/2019 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Məhkəmənin qərarı cavabdehə 2019-cu il 4 fevral tarixdə təqdim edilmişdir. Cavabdeh həmin qərardan 2019-cu il 21 fevral tarixdə kassasiya şikayəti vermişdir. O, qərarın ləğv edilməsini və iddianın rədd olunmasını tələb edir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiya məhkəməsi işi tam, hərtərəfli və obyektiv a raşdırmamış, iş üzrə toplanmış sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, 2006-cı il 1 yanvar tarixdən qüvvədə olan (2010-cu il 1 yanvar tarixdən əlavə və dəyişikliklərlə) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 57 yaşına çatmış sığorta olunan kişilərin azı 25 il ümumi iş stajının və bunun azı 12 il 6 ayının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanının qərarı ilə təsdiqlənmiş siyahısında nəzərdə tutulmuş işlərdə tam iş günü ərzində çalışdıqda yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilir. İşçinin güzəştli şərtlərlə əmək pensiya hüququnun yaranmasından ötrü onun müəyyən olunmuş müddətdə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən i stehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında adı göstərilmiş işlərdə tam iş günü ərzində çalışması zəruri şərtdir. İddiaçının əmək kitabçasında qeyd edilən peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığından, bu peşələrdə çalışmaq güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranmasına səbəb ola bilməz. İşdə iştirak edən şəxslərin izahatları: Cavabdeh məhkəmə iclasında təmsil olunmamışdır. İddiaçı məhkəmə iclasında vəkil ilə təmsil olunmadığından çıxışlarda iştirak etmədi. Əsaslandırma hissəsi: Cavabdehin məhkəmə iclasında təmsil olunmadığına b axmayaraq, məhkəmə işə baxmağı və iş üzrə qərar qəbul etməyi mümkün hesab etmişdir. Belə ki, icraat iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində onların iclasa gəlmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin /bundan sonra mətndə - İPM/ 62.3-cü maddəsi). Kassasiya şikayəti vaxtında, yəni apellyasiya instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 1 ay müddətində verilmiş (İPM-in 94.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 94.2ci və 94.4-cü maddələri). Lakin şikayət əsaslı deyil. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun (2017-ci il 1 iyul tarixədək qüvvədə olan redaksiyada) 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:... b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa... Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq olunur. İş stajını təsdiq edən əs as sənəd əmək kitabçasıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, iddiaçı 2001-ci il yanvarın 2-dək 25 ildən artıq iş stajına malik olmuşdur. İddiaçı həmin tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda nəzərdə tutulmuş işdə (XXXVİİ. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri. (b) rəhbə rlər və mütəxəssislər: /2290000b—23419/ yeni tikinti və quraşdırma işlərinin ustaları; /2290000b—24441/ iş icraçıları) çalışmaqla xüsusi iş stajını (ümumi iş stajının 12,5 ilini) 2001-ci il yanvarın 2-dək qazandığından ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən şərtlərin ödənildiyi qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 96, 98-ci maddələrinə əsasən, məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin olunmur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2019-cu il 16 yanvar tarixli 2-1(103)-206/2019 nömrəli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir.
Məhkəmə qərarları › İş №2-1(102)-1398/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1398/2019
24.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver