Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1398/2024 02.05.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Zakir Quliyev (məruzəçi), Nigar Rəsulbəyova və Kəmaləddin Bədəlovdan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlə rlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya güzəştli şərtlərlə təqaüdün (pensiyanın) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər (yəni 43 ay 16 gün) təyin edilməsi” tələbinə dair iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-878/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək, xx.xx.1980-ci ildən xx.xx.1980-ci ilədək, xx.xx.1983-cü ildən xx.xx.1991-ci ilədək, xx.xx.1991-ci ildən xx.xx.1998-ci ilədək, xx.xx.1998-ci ildən xx.xx.2006-cı ilədək, xx.xx.2006-cı ildən xx.xx.2007-ci ilədək, xx.xx. 2007-ci ildən xx.xx.2007-ci ilədək, xx.xx.2007-ci ildən xx.xx.2010-cu ilədək, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilədək, xx.xx.2010-cu ildən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur.
2. İddiaçı məxsus HЗ ******* saylı hərbi biletin surətinə əsasən, o, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilədək hərbi xidmətdə olmuşdur.
3. Azərbaycan Respublikası Dövlət Arxivinin 23 avqust 2022-ci il tarixli arxiv çıxarışının surətinə əsasən, İddiaçı xx.xx.1995-ci il tarixdən “Azərkimyatəmir” Trestinin “Əlvanmetalqaynaq” Xüsusi Quraşdırma İdarəsi üzrə 3 №-li sahə rəisi vəzifəsinə təyin edilmişdir və xx.xx.1998-ci ildən öz xahişi ilə işdən azad olunmuşdur. 4. "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 07 fevral 2023-cü il tarixli arayışda qeyd edilmişdir ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci ilədə k, xx.xx.1983-cü il tarixindən xx.xx.1991-ci ilədək zərərli peşə şəraitində çalışmışdır.
5. Məlumat vərəqəsinə əsasən, xx.xx.1962-ci il təvəllüdlü iddiaçıya xx.xx.2023cü il tarixdən ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin edilmişdir.
6. Cavabdehin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh isə iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. İmtinaya səbəb kimi təqdim etdiyi sənəddə zərərli əmək şəraitində işlədiyi dövrün AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun (aid) olduğunun göstərilmədiyi qeyd edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “iddiaçıya 57 yaşı tamam olduğu tarixdən, yəni 07 iyul 2019-cu ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “iddiaçıya güzəştli şərtlərlə təqaüdün (pensiyanın) xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər (yəni 43 ay 16 gün) təyin edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1979-cu ildə başlamışdır. xx.xx.1979-xx.xx.1980-ci ildə 41 saylı orta Texniki Peşə məktəbində təhsil almışdır. Təyinat la 2 saylı Sumqayıt Texniki Quraşdırma İdarəsinə işə göndərilmişdir. Orada 3cü dərəcə ilə təmirçi çilingər peşəsinə işə qəbul edilmişdir. 1980-ci il oktyabr -1982-ci il dekabr aylarında Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra yenidən əvvəlki iş yerinə qayıtmış, həmin iş yerində xx.xx.1991-ci ilə qədər işləmiş, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində fəaliyyət göstərən M.Əzizbəyov adına "Kimya Sənayesi” İB-nin "Kimyasənayetəmirtikinti Quraşdırma" Trestində 6-cı dərəcə ilə çilingər-santexnik işinə qəbul edilmiş, həmin Trestdə xx.xx.1998-ci ilədək işləmişdir. xx.xx.1998-xx.xx.2006-cı illərdə 7 saylı İxtisaslaşdırılmış “Əlvanmetalqaynaq" sahəsində işləmişdir. xx.xx.2006-xx.xx.2007-ci illərdə “Raksan" firmasında, xx.xx.2007-ci ildən hal-hazıradək Sum qayıt Qaz İstismar İdarəsində usta vəzifəsində işləmişdir. Ümumi iş stajı 43 ildən artıqdır. İşlədiyi iş dövrünün xx.xx.2006-cı ilə qədər olan hissəsinin 26 ili zərərli iş stajına aiddir. O, güzəştli şərtlərlə pensiya təyini üçün cavabdehə müraciət etmişdir. Cavabdeh həmin müraciətdən imtina etmişdir. O cavabdehin pensiya təyinindən imtinasını əsassız hesab edir.
10. Cavabdeh tərəfindən verilmiş etirazın əsaslarını imtina məktubunda göstərilənlər təşkil edir.
11. Sumqayıt İnzibati Məhkəməsinin 21 avqust 2023-cü il tarixli, 2-1(118)1185/2023 nömrəli qərarı ilə (hakim L.Mirzəyeva) iddia tələbi təmin edilmiş, İddiaçı xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixinə qədər güzəştli şərtlərlə əmək pensiyasının təyin edilərək ödənilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulması qər ara alınmışdır.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün həm ümumi, həm də xüsusi iş stajına malik olduğundan ona tələbi üzrə xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan əmək pensiyası təyin edilməlidir. İddiaçıya da pensiya təyini ilə bağlı sözügedən Qanun tətbiq edilməli olduğundan cavabdehin imtinası əsassızdır. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixində ikinci dərəcə əlillik təyin edilmiş, ona xx.xx.2019-cu ilədək pensiya ödənişi edilmiş, daha sonra əlilliyi ləğv edilmişdir. İddiaçıya 17 iyun 2023-cü il tarixdən yenidən ikinci qrup əlilliyə görə pensiya ödənilir. Belə olan halda iddiaçıya xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il (ona əlillik təyin edilənə qədər) tarixi nədək olan dövr üzrə ödənilməli olan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası cavabdeh tərəfindən ödənilməlidir.
13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b. Apellyasiya instansiyası məhkəməsində icraat
14. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)878/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: Z.Məmmədov sədrlik edən və məruzəçi, H.Babayeva və G.Cabbarova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
16. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. Kassasiya şikayətinin dəlilləri
17. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı işlədiyi “quraşdırıcı çilingər” vəzifəsi məhkəmə tərəfindən “təmirçi çilingər” vəzifəsi ilə eyniləşdirilmişdir. Lakin hər iki siyahıya da nəzər yetirilsə aydın şəkildə görünür ki, “təmirçi çilingər” vəzifəsi müxtəlif istehsalat sahələrində və müxtəlif kateqoriyalar üzrə təsnifləşdirilmiş şəkildə siyahıda nəzərdə tutulmuşdur. (2- ci, 3-cü, 4 cü, 7-ci, 10-c u müxtəlif istehsalat sahələr və bölmələrdə və s bir çox sahələr üzrə təmirçi çilingərlər). “Çilingər” vəzifəsinin isə ümumiyyətlə təsnifatı çoxluq təşkil etdiyi üçün siyah ıda müxtəlif kateqoriyalar üzrə qruplaşdırılmışdır. (keçiddə elektrik çilingəri, 2-ci bölmədə təmirçi çilingərlər, etil mayesi olan çənlərin təmiri ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər, çənlərin təmiri, doldurulması və klapanların dəyişdirilməsi ilə məşğul olan hərəkətli tərkibin təmiri üzrə çilingərlər, keşsonçular — çilingərlər, buxarsoyutma sistemlərinin çilingərləri, nəzarət-ölçü cihazları və avtomatika üzrə çilingərlər, keçirici çilingərlər, isti iş sahələrində, həmçinin üyüdücü, doğrayıcı və presləmə-qəlibləmə avadanlığının təmiri ilə məşğul olan təmirçi çilingərlər və.s) 18. “Quraşdırıcı çilingər” vəzifəsi hər iki siyahıda da nəzərdə tutulmamışdır. Eyni zarıdanda bu vəzifədə onun işlədiyi sahə “metallurgiya istehsalatı (qara metallar)” sahəsinə aid deyildir. Həmin siyahının quruluşundan da göründüyü kimi, ilk növbədə “istehsalat” sahələri aşkar surətdə fərqləndirilmiş, yalnız bundan sonra həmin istehsalat sahəsinə aid iş, peşə və vəzifələr təsbit olunmuşdur. İddiaçının bilavasitə çalışmış olduğu “iş, peşə və vəzifə” isə rezervuarların, bakların, sistemlərin və gəmi bölmələrinin daxili işlərində məşğul olan qaz kəsiciləri sahəsinə aid olmuşdur.
19. Belə ki, güzəştli arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
20. Bir daha bildirir ki, “quraşdırıcı çilingər” vəzifəsinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, nə də 23 yanvar 2007-ci il tarixli qərarları ilə təsdiq olunmuş siyahılarında nəzərdə tutulmamışdır. b. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Kassasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 22. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.1. əmək pensiyası- bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduq dan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əm ək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orq anı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblə rə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə
13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) Əmək şəraiti zə rərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
24. Azərba ycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısı”.
25. İnzibati Prosessual Məcəllə: Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasi təsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. (-). 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat (-). Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. (-). 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. (-). Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mü bahisələrə dair iş üzrə qərarı qətidir KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
26. Kassasiya şikayəti vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
28. Məhkəmə kollegiyası işin materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq m ünasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
29. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
30. Bununla bağlı, məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə apellyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
31. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün apellyasiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
32. Bununla belə, apellyasiya instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası həmçinin aşağıdakıları nəzərə aldığını qeyd etməyi zəruri sayır.
33. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına görə, hazırkı mübahisəyə münasibətdə iddiaçının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması üçün göstərilən dispozisiya şərtləri mövcud olmalıdır: xx.xx.2006-cı il tarixədək 25 ildən az olmayan ümumi, o cümlədən 1 yanvar 2006-cı il tarixədək azı 12 il 6 ay güzəştli iş stajına malik olmalıdır.
34. İddiaçının 57 yaşa çatması işin mübahisəsiz halıdır. Eləcə də iddiaçının xx.xx.2006-c il tarixədək 25 il ümumi iş stajına malik olması iş materialları ilə təsdiq olunduğundan cavabdeh tərəfindən ümumi iş stajı mübahisələndirilmir.
35. Cavabdeh iddiaçının güzəştli iş stajını mübahisələndirərək bildirmişdir ki, AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun (aid) olduğunu göstərməmişdir.
36. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajı ilə bağlı qeyd edir ki, əmək kitabçasından, iş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 06 saylı və xx.xx.2019-cu il tarixli "xxxx" MMC tərəfindən verilmiş 03 saylı, 07 fevral 2023-cü il tarixli arayışlara əsasən, iddiaçı “Azərtikinti” Trestində Metallurgiya sahəsində “çilingər” və “sahə rəisi” kimi çalışmışdır.
37. Həmçinin məhkəmə kollegiyası id diaçının işlədiyi vəzifələrin güzəştli peşə olması ilə bağlı qeyd edir ki, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eynilik) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanl ardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
38. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi “təmirçi çilingər” və “sahə rəisi” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 №-li Siyahısında (KOD 2040100a—18559 və 2040100b—24097 ) öz əksini tapmışdır.
39. Beləliklə, məhkəmə kollegiyası şikayətdə qeyd edilən dəlilləri apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinin əsası kimi qəbul etmir. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgündür. Şikayətin təmin olunması üçün əsaslar yoxdur.
40. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-878/2023 nömrəli, 29 dekabr 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.