Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1399/2019 17.04.2019 ALİ MƏHKƏMƏ Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ Hakimlər: Rəsulbəyova Nigar İmran qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Zakir Müslüm oğlu, Hüseynov İlqar Kamil oğlundan ibarət tərkibdə, İddiаçı Iddiaçı və vəkili Vəkil iştirakı ilə İddiаçı Iddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə qarşı “52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-238/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında 17.04.2019-cu il tarixdə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ **.**.****-ci il təvəllüdlü iddiaçı 27.01.1982-ci ildən 01.06.1988-ci ilədək 1 nömrəli Bakı Ayaqqabı Fabrikinin 6 saylı sexində ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı, 07.12.1988-ci ildən 11.05.1992-ci ilədək 2 nömrəli Bakı Ayaqqabı Fabrikinin 2 saylı sexində 1-ci dərəcəli “yapışqan çəkən” və 01.11.2011-ci ildən 02.12.2013-cü ilədək “Fayton LTD” MMM-nin BülBülə qəsəbəsində yerləşən 1 saylı İstehsalat sahəsində sifarişlər üzrə operator peşəsində işləmişdir. İddiаçı Iddiaçı 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh Az ərbaycan Respublikası Əmək və Əhalinin Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Cavabdeh 24.07.2017-ci il tarixli 18/04-3998 saylı imtina məktubu ilə bildirmişdir ki, iddiaçının əmək kitabçasına əsasən tələb olunan ümumi və xüsusi iş stajı olmadığından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. İddiaçı 27.01.1982-ci ildən 01.06.1988-ci ilədək 1 nömrəli Bakı Ayaqqabı Fabrikinin 6 saylı sexində ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı, 07.12.1988-ci ildən 11.05.1992-ci ilədək 2 nömrəli Bakı Ayaqqabı Fabrikinin 2 saylı sexində 1-ci dərəcəli “yapışqan çəkən” və 01.11.2011-ci ildən 02.12.2013-cü ilədək “Fayton LTD” MMM-nin Bül-Bülə qəsəbəsində yerləşən 1 saylı İstehsalat sahəsində sifarişl ər üzrə operator peşəsində işlədiyi dövrlər sığorta stajına daxil edilməklə 21.12.2014-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmələrin mövqeyi 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3840/2017 saylı, 13 oktyabr 2017ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-501/18 saylı 13 aprel 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayət i təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3840/2017 saylı, 13 oktyabr 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Məhkəməsinin 2-1(102)1556/2018 saylı 02.10.2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-501/18 saylı 13 aprel 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-238/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3840/2017 saylı, 13 oktyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi rədd edilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının qanunla tələb olunan 10 il güzəştli iş stajı olmadığından iddia tələbi əsassızdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-238/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayətinin dəlillərinə görə iddiaçının “ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı” və “yapışqan çəkən” işlədiyi peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.9-cu bəndində nəz ərdə tutulan “ayaqqabı istehsalında yapışqan və rezin qatışıqların hazırlanması ilə məşğul olan fəhlələr” peşəsinə uyğundur. Kassator Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 90-94-cü maddələrinə istinad edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(103)-238/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiаçı Iddiaçı və vəkili Vəkil kassasiya şikayət inin dəlillərini müdafiə edərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)238/18 saylı 10 yanvar 2019-cu il tarixli qərarının ləğv edilməsini və işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDIRICI HİSSƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-238/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarı ilə gəldiyi yuxarıda göstərilmiş nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırkı iş üzrə iddiaçının tələbi 27.01.1982-ci ildən 01.06.1988-ci ilədək 1 nömrəli Bakı Ayaqqabı Fabrikinin 6 saylı sexində ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı, 07.12.1988-ci ildən 11.05.1992-ci ilə dək 2 nömrəli Bakı Ayaqqabı Fabrikinin 2 saylı sexində 1-ci dərəcəli “yapışqan çəkən” və 01.11.2011-ci ildən 02.12.2013-cü ilədək “Fayton LTD” MMM-nin BülBülə qəsəbəsində yerləşən 1 saylı İstehsalat sahəsində sifarişlər üzrə operator peşəsində işlədiyi dövrlər sığorta stajına daxil edilməklə 21.12.2014-cü il tarixdən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 01.07.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müv afiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İşin apellyasiya instansiya məhkəməsi tərəfindən araşdırılan halları ilə müəyyən olunur ki, **.**.****-ci il təvəllüdlü iddiaçı 27.01.1982-ci ildə əmək fəaliyyətinə başlamış və əmək fəaliyyətini 02.12.2013-cü ilədək davam etdirmiş, o cümlədən 27.01.1982-ci ildən 01.06.1988-ci ilədək 1 nömrəli Bakı Ayaqqabı Fabrikinin 6 saylı sexində ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı, 07.12.1988-ci ildən 11.05.1992-ci ilədək 2 nömrəli Bakı Ayaqqabı Fabrikinin 2 saylı sexində 1-ci dərəcəli “yapışqan çəkən” və 0 1.11.2011-ci ildən 02.12.2013-cü ilədək “Fayton LTD” MMM-nin Bül-Bülə qəsəbəsində yerləşən 1 saylı İstehsalat sahəsində sifarişlər üzrə operator peşəsində işləmişdir. Hazırkı iş üzrə iddiaçının 10 il güzəştli iş stajının olmaması mübahisələndirilir. İddiaçı hesab edir ki, onun 01.06.1988-ci ilədək 1 nömrəli Bakı Ayaqqabı Fabrikinin 6 saylı sexində ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı və 07.12.1988-ci ildən 11.05.1992-ci ilədək 2 nömrəli Bakı Ayaqqabı Fabrikinin 2 saylı sexində 1-ci dərəcəli “yapışqan çəkən” peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.9-cu b əndində nəzərdə tutulan “ayaqqabı istehsalında yapışqan və rezin qatışıqların hazırlanması ilə məşğul olan fəhlələr” peşəsinə uyğundur. Kassatorun bu dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 27.01.1982-ci ildən 01.06.1988-ci ilədək işlədiyi “ayaqqabı altlığının və üzlüyünün kleylə yapışdırıcısı” peşəsi (06 il 04 ay 04 gün) və 07.12.1988-ci ildən 11.05.1992-ci ilədək işlədiyi “yapışqan çəkən” peşəsi (03 il 05 ay 04 gün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 26.9-cu bəndində nəzərdə tutulan “ayaqqabı istehsalında yapışqan və rezin qatışıqların hazırlanması ilə mə şğul olan fəhlələr” peşəsinə uyğun deyildir. Belə ki, qeyd olunan peşələr funksiya və xarakter baxımından fərqli peşələrdir. Əgər ayaqqabı yapışdıran fəhlə hazır yapışqandan istifadə etməklə ayaqqabını düzəldirsə, yəni ayaqqabının altlığını və üzlüyünü yapışqanla birləşdirirsə, yapışqan hazırlayan fəhlə, müvafiq kimyəvi preparatların birləşdirilməsi vasitəsilə, sırf ayaqqabı istehsalatında istifadə olunan yapışqanın düzəldilməsi ilə məşğul olur. Bundan əlavə iddiaçının 01.11.2011-ci ildən 02.12.2013-cü ilədək “Fayton LTD” MMM-nin Bül-Bülə qəsəbəsində yerləşən 1 saylı İstehsalat sahəsində sifarişlər üzrə operator vəzifəsi də “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmamışdır. Belə ol an halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının qanunla tələb olunan 10 il güzəştli iş stajı olmadığından iddia tələbi əsassızdır. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hazırki mübahisəni həll edərkən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edərək qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən, Ali Məhkəmə Kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunaraq qanuni və ədalətli qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsinə əsasən, şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 96.8-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiаçı Iddiaçı nın kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-238/19 saylı 10 yanvar 2019-cu il tarixli qərarı dəyişdi
Məhkəmə qərarları › İş №2-1(102)-1399/2019
Ali Məhkəmə Qərar — İş №2-1(102)-1399/2019
17.04.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver