Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1399/2022 09.08.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: “hüququn ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının Hakimləri Nəbizadə Rahib Sahib oğlu (məruzəçi), Dadaşov İlqar Ağababaş oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1942-ci il təvəllüdlü, FİN: xxxxxxx) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirli yi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21(103)-1018/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və X10 bağlar sahəsindəki 241 nömrəli kooperativinin 46 nömrəli orderinə əsasən, X5, Bakı şəhər İcraiyyə Komitəsinin 1 iyul 1992-ci il tarixli, 795 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 241 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 2233 nömrəli bağ ayrılmışdır. 2. 474943 nömrəl i ölüm haqqında şəhadətnamənin surətinə əsasən, X7 28 mart 1996-cı ildə vəfat etmişdir.
3. Bakı şəhər 15 saylı xüsusi notariat kontorunun 20 dekabr 2018-ci il tarixli, 844 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ünvanladığı məktuba əsasən, 26 mart 1996-cı il tarixdə X3 ölümü ilə əlaqədar vərəsəsi İddiaçı ərizəsi əsasında 9 sentyabr 2012ci il tarixdə tərəflərindən vərəsəlik işi açılmışdır. 241 nömrəli kooperativin 46 nömrəli orderinə əsasən miras qoyan X3 adına olan Bakı şəhəri, Ləhiş bağ sahəsində 0.12 ha torpaq sahəsinin özəlləşdirilməsinə və çıxarış verilməsinə etiraz edilməmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatının 12 fevral 2019-cu il tarixli, H-6-112 nömrəli arxiv arayışına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının arxiv sənədləri arasında xx.xx.1992-ci il tarixli, 795 saylı sərəncamından çıxarış: Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komitəsinin 14 iyun 1988-ci il 6/333 nömrəli və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il, 195 nömrəli Qətnaməsinə əsasən; aşağıdakı vətəndaşlara fəaliyyətdə olan bağ-tikinti kooperativlərinin tərkibində bağ sahəsi ayrılsın; 46 - X7.
5. İddiaçı 23 noyabr 2019-cu il tarixdə cavabdehə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 241 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X5 məxsus olması barədə arayışın verilməsini xahiş etmişdir.
6. Cavabdehin 2 dekabr 2019-cu il tarixli, **********34 nömrə li məktubu ilə iddiaçıya bildirilmişdir ki, qeyd olunan bağ sahəsi Bakı şəhəri İcraiyyə Komitəsinin 1 iyun 1992-ci il tarixli 795 nömrəli qərarına əsasən X5 ayrılmış və 46 nömrəli order verilmişdir. Qeyd edilmişdir ki, qeyd olunan bağ sahəsinə dair sənədlərin surətlərinin verilməsi müvafiq məhkəmə qərarı əsasında mümkündür.
7. Bundan sonra, İddiaçı 12 dekabr 2019-cu il tarixdə cavabdehə qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112) -446/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərardadı ilə (hakim M.T.Hacıbəyova) iddia mümkün sayılmamışdır.
9. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə yenidən baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1421/2021 nömrəli, 22 iyun 2021-ci il tarixli qərardadı ilə (hakimlər: S.İ.Bəktaşi /sədlik edən və məruzəçi/, A.B.Nuriyeva və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, 23 fevral 2021-ci il tarixli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) birinci instansiya məhkəməsində icraat
11. İddia tələbi onunla əsaslandırı lmışdır ki, Bakı şəhəri, Sovet İcraiyyə Komitəsinin xx.xx.1988-ci il tarixli, 6/333 saylı və Azərbaycan SSR Nazirlər Kabinetinin xx.xx.1988-ci il tarixli, 195 saylı qətnaməsinə, habelə Bağlar Təsərrüfat İdarəsinin 46 saylı orderinə əsasən iddiaçının həyat yoldaşı Rəfiqə Hüseynovaya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0.12 ha-dan ibarət 2233 saylı bağ sahəsi ayrılmışdır. Həmin bağ sahəsi onlara verildiyi vaxtdan fasiləsiz olaraq həmin bağdan istifadə etmişlər. Orada ağaclar əkmişlər, sahəsi 26 kv.metrdən ibarət olan 1 otaqlı ev tikdirmişlər. İddiaçı bağa hərbi maşın kuzovu gətirib qoymuş, onun içərisində müxtəlif təsərrüfat alətləri olmuşdur. Qeyd edilmişdir ki, iddiaçı yay aylarında ailəsi ilə birlikdə həmin bağ sahəsində mütə madi olaraq istirahət etmişdir. Həyat yoldaşı xx.xx.1996-cı ildə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra bağ sahəsinə iddiaçı sahiblik etmişdir. İddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22.2-ci maddəsinə istinad edərək qeyd edilən torpaq sahəsinə dair hüququn mərhum həyat yoldaşına məxsus olması barədə arayışın və bu barədə müvafiq sənədlərin surətlərinin verilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Lakin cavabdeh orqan iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Bundan başqa bildirilmişdir ki, o, çıxarışın verilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apelyasiya Məhkəməsinin 18 dekabr 2018- ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarı ləğv edilmiş, iddia tələbi mümkün sayılmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərardadında qeyd edilmişdir ki, iddiaçı əvvəlcə müvafiq bağ sahəsinə dair mərhum həyat yoldaşının mülkiyyət hüququnun təsdiq edən arayışın verilməsi barədə cavadehə müraciət etməlidir. Həmin arayış əsasında bağ sahəsini vərəsəlik hüququnu təsdiq edən sənədlər ilə öz adına rəsmiləşdirə bilər. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
12. Cаvаbdеh iddiа tələbinə qarşı еtirаz təqdim edərək bildirmişdir ki, aparılan araşdırmaya əsasən, qeyd olunan bağ sahəsi sxematik xəritə ilə u yğunsuzluq təşkil edir. Belə ki, göstərilən sahə digər fiziki şəxsin ( **********71 ) reyestr nömrəsi ilə X8) adına Daşınmaz əmlakın dövlət reyestrdən qeydiyyatdan keçmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********69 saylı cavab məktubu ünvanlanmışdır. Bildirilmişdir ki, daha sonra iddiaçı sənəd surətlərinin verilməsi ilə bağlı İdarəyə müraciət etmişdir. Bakı şəhəri İcraiyyə Komitəsinin 01,06.1992ci il tarixli 795 nömrəli qərarına əsasən 241 nömrəli bağ tikinti kooperativi nəzdində Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisində yerləşən 2233 nömrəli bağ sahəsi X5 ayrılmışdır və 46 nömrəli order verilmişdir. Bu səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə vətəndaşa xx.xx.2019-cu il tarixli, **********47 saylı cavab məktubu ünvanlanmışdır. Əlavə olaraq, sözügedən torpaq sahəsi Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi tərəfindən verilən 04 nömrəli order əsasında X6 adına ilkin qeydiyyatdan keçmişdir. Daha sonra X13 tərədindən X1 və alqı-satqı müqaviləsi əsasında X9 adına qeydiyyata alınmışdır. X14 tərəfindən alqı-satqı müqavilə əsasında X2 xx.xx.2015-ci il tarixində qeydiyyata alınmışdır. Bundan başqa, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,1178 ha torpaq sahəsindən ibarət olan 2232 saylı bağ sahəsinin yerinin sürüşdürülməsi və həmin bağ sahəsinin koordinatlarının dəyişdirilərək 2233 saylı bağ sahəsinin üzərində otuzdurulması barədə İdarənin hərəkətlərinin qanunsuz hesab edilməsi, DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,1178 ha torpaq sahəsindən ibarət olan 2232 saylı bağ sahəsinə dair X9 adına verilmiş xx.xx.2013-cü il tarixli, seriya RX ******* saylı çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün qanunsuz hesab edilərək ləğv edilməsi, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən ibarət olan 2233 saylı bağ sahəsinin həqiqi yerinin müəyyən olunaraq ona yerində təhvil verilməsi və həmin bağ sahəsinə dair mərhum arvadı X3 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin İdarənin üzərinə qoyulması barədə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin icraatında 2-1(82)-67/2018 saylı işi ol muşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı, 27 sentyabr 2018-ci il tarixli qərarına əsasən, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi və çıxarışın verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi kollegiyasının 2-1(103)-2892/2018 saylı xx.xx.2018-ci il tarixli qərarına əsasən İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-67/2018 saylı xx.xx.2018-ci il qərarının ləğv edilməsi, İddiaçı Azərbaycan Respublikasinin Əmlak Məsələləri Dövlət Komitəsi yaninda Daşınmaz əmlakı n Dövlət Reyestri Xidmətinin 1 saylı Baki Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində yerləşən 0,1178 ha torpaq sahəsindən ibarət olan 2232 saylı bağ sahəsinin yerinin sürüşdürülməsi və həmin bağ sahəsinin koordinatlarının dəyişdirilərək 2233 saylı bağ sahəsinin üzərində otuzdurulması barədə cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Sabunçu rayonu, Ləhiş bağlar sahəsindən ibarət olan 2233 saylı bağ sahəsinin həqiqi yerinin müəyyən olunaraq ona yerində təhvil verilməsi və həmin bağ sahəsinə dair mərhum arvadı X3 adına dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmiş dir.
13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2021 nömrəli, 29 oktyabr 2021-ci il tarixli, qərarı ilə (hakim M.T.Hacıbəyova) iddia təmin edilmiş, iddiaçıya “Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 142 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X4 məxsus olması barədə arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının arvadı vəfat edənə qədər qanuni əsaslarla mübahisəli bağın torpaq sahəsi üzərində mülkiyyət hüququnu əldə etdiyi, lakin həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü üçün qanun üzrə vərəsə olan iddiaçının qanunvericiliyə əsasən qeyd edilən bağ sahəsinin üzərində vəfat etmiş arvadı X3 adına arayı ş tərtib edilərək verilməsini cavabdehdən tələb etmək hüququ mövcuddur. Eyni zamanda, iddiaçının arvadı olmuş X3 mübahisəli bağın torpaq sahəsi üzrə hüquqları Azərbaycan Respublikası Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin iş materiallarında olan orderi ilə təsdiqlənir və cavabdeh həmin orderin mötəbərsizliyini məhkəmədə sübuta yetirə bilməmişdir.
15. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1018/2022 nömrəli, 31 mart 2022-ci il tarixli qərarı ilə (hakimlər: A.P.Oruczadə /sədrlik edən və məruzəçi/, X.A.Cəmilova və M.N.Tağızadə) apellyasiya şikayəti təmin ed ilmədən, birinci instansiya məhkəməsinin 29 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.
18. Cavabdeh kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a) kassasiya şikayətinin dəlilləri
19. Kassasiya şikayətində iddia tələbinə qarşı təqdim olunmuş etirazın dəlilləri və işin halları sadalanmışdır. Əlavə olaraq qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmadan və maddi hüquq normalarının düzgün tətbiqini təmin etmədən qərar qəbul etmişdir. b) kassasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:... 25.2. Fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır.... 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.... 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.... 152.9. Əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir.... 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsəl ərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.... 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:... 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.... 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;... 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd... 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.... Maddə
15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallard a imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandır ılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.... 22.2.. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir....
23. İnzibati Prosessual Məcəllə:... Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, o nların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.... Maddə
91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.... Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatla r göstərilməli və şikayət əsaslandırılmalıdır.... Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.... Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər.... Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir.... KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya şikayəti vaxtında verilmişdir. Kassasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə kassasiya mümkün hesab edilmişdir.
25. Apellyasiya instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya in stansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).
28. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
29. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağlar sahəsində 241 saylı bağ tikinti kooperativinin tərkibində 0,12 ha-dan ibarət 2233 saylı bağ sahəsinin mərhum həyat yoldaşı X 5 məxsus olması barədə arayışın verilməsi ilə bağlı məsələni apellyasiya məhkəməsi lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır. Apellyasiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də kollegiya, apellyasiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
30. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1018/2022 nömrəli, 31 mart 2022-ci il qərarı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir.