Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-1399/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: güzəştli stajla bağlı işin hallarının hərtərəfli araşdırılmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Rəsulbəyova Nigar İmran qızı (məruzəçi), Hüseynov İlqar Kamil oğlu və Bədəlov Kəmaləddin Nurəddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Döv lət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iltşəzüg“ şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı xx.xx.1961-ci il təvvəlüdlüdür. 2. 2 aprel 1982-ci il tarixli, DT-İ 756196 nömrəli diploma əsasən İddiaçı 1978-ci ildə Kirovbad politexnik texnikumuna daxil olmuş, 1982-ci ildə həmin texnikumun sənayə müəssisələrin və qurğularının elektrik avadanlığı ixtisası üzrə tam kursu bitirmiş, Dövlət İmtahan Komissiyasının 27 fevral 1982-ci il tar ixli qərarı ilə ona texnik-elektrik ixtisası verilmişdir.
3. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 20 avqust 2018-ci il tarixli, 371/5 nömrəli arayışda, Əliyeva (Asadazəri) Nərgiz Dəmir qızının xx.xx.1986-cı ildən xx.xx.1987-ci ilədək sanitar, xx.xx.1987-ci il tarixdən 16 iyul 1987-ci il tarixədək aşpaz, 16 iyul 1987-ci ildə isə mətbəx işçisi vəzifəsində işləməsi qeyd olunmuşdur. 4. 29 oktyabr 2018-ci il, ******* nömrəli əmək kitabçasına əsasən X9 xx.xx.1988-ci tarixdən xx.xx.1992-ci il tarixədək “X14” İB-də süpürgəçi, daha sonra "xxxx" ASC–də (keçmiş Kirovobad Alüminium zavodu) xx.xx.1992-ci il tarixdən xx.xx.1999-cı il tarixədək Məişət Xidmət Sahəsində iş paltarlarının yuyulması ilə məşğul olan maşinist, xx.xx.1999cu il tarixdən, xx.xx.2006-cı il tarixədək X5 4- cü dərəcə ilə elektrik çilingər, xx.xx.2006-cı il tarixdən, xx.xx.2013-cü il tarixədək X5 elektrik sazlayıcı işləmişdir (xx.xx.2009-xx.xx.2013cü il tarixləri arasında ödənişsiz məzuniyyətdə olmuşdur). 5. 26 iyul 2013-cü il tarixli, 54 nömrəli "xxxx" ASC tərəfindən verilmiş arayışda qeyd edilmişdir ki, İddiaçı "xxxx" ASC Gəncə X1 xx.xx.1992-ci il tarixindən xx.xx.1999-cu il tarixədək maşinist işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2110A030-14042 kodu il ə nəzərdə tutulmuş zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinist peşəsinə (X bölmə, yarımbölmə 10a. Kimya istehsalatı) və xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsi həmin Siyahıda 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə, yarımbölmə 13a.Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur.
6. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir.
7. Cavabdeh 28 oktyabr 2021-ci il tarixli məktubla müraciətin təmin olunmasından imtina etmiş və bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş iltşəzüG“ şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın metallurgiya istehsalatı bölməsinin müvafiq bəndində elektrik çilingəri vəzifəsi nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli staja daxil edilməsi mümkün deyildir. Güzəştli staj 12 il 06 aydan az olduğundan (06 il 11 ay 03 günxx.xx.1992-xx.xx.1999) İddiaçı güzəştli şərtlərlə pensiya hüququ yoxdur. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a. birinci instansiya məhkəməsində icraat
8. İddiaçı 10 noyabr 2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ümumi və güzəştli iş stajını təsdiq edən sənədlər təqdim edildiyi halda, cavabdeh əsassız olaraq pensiya təyin edilməsindən imtina etmişdir.
10. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim etmiş, etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir.
11. Gəncə İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli, 2-1(114)-232/2022 nömrəli qərarı (hakim: X13) ilə iddia rədd edilmişdir.
12. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC tərəfindən təqdim edilmiş güzəştli arayışda vətəndaşın müvafiq vəzifəsi (elektrik çilingəri) Azərbaycan Respublikasının Nazirlər K abinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsinin müvafiq bəndində olan elektrik çilingəri vəzifəsi (2140000a-18455) ilə uyğunlaşdırılmışdır. Halbuki, "xxxx" ASC-nin fəaliyyət sahəsi metallurgiya sahəsi üzrədir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş iltşəzüG“ şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın metallurgiya istehsalatı (əlvan metallar) bölməsinin (7) giltorpaq istehsalatı bəndində (7.29) təmirçi çilingər vəzifəsi nəzərdə tutulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi yuxarıda qeyd olunan təmirçi çilingər vəzifəsinə uyğun deyil. Bu səbəbdən də, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin Gəncə X1 X5 elektrik çilingəri vəzifəsində işlədiyi müddətin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına daxil edilməsi və bu əsasla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir.
13. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b. apellyasiya instansiyası məhkəməsində icraat
14. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarı (hakimlər: X2 (sədrlik edən və məruzəçi), X12, X3) ilə Gəncə İnzibati Məhkəməsinin 5 may 2022-ci il tarixli qərarı ləğv edilmiş, apellyasiya şikayəti təmin edilmiş, İddiaçı xx.xx.1999-cu il tarixdən, xx.xx.2006-cı il tarixədək Gəncə X1 işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
15. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, "xxxx" ASC-nin 26 iyul 2013cü il tarixli arayışına əsasən, İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin X1 X5 elektrik çilingəri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarının növbətçi və avandanlığın təmiri üzrə elektrik çi lingəri vəzifəsi (2140100a-19931) ilə uyğunlaşdırılmışdır. Həmçinin "xxxx" ASC-dən daxil olmuş məktuba görə İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin struktur vahidi olan Gəncə “Gil-Torpaq” X4 Elektrik Mərkəzində elektrik montyoru peşəsində işləmişdir. Bu sahə metallurgiya istehsalat sahəsinə aid buxar güc, qazanxana, turbin avandanlıqları və s. olan təsərrüfat sahəsidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarında (2 saylı siyahısı, 8-ci bölmə, 13a yarımbölmə, 214000a-18455) İddiaçı işlədiyi peşənin adı güzəştli şərtlərlə pensiya təyini üzrə nəzərdə tutulmuş siyahıda əksini tapmışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddiaçının işlədiyi sahə üzrə müvafiq koda və "xxxx" ASC-nin məktubunda qeyd olunan koda aydınlıq gətirilməmişdir. Bununla bağlı apellyasiya məhkəməsi "xxxx" ASC-yə sorğu ünvanlamış, lakin həmin müəssisə də məhkəmənin soruğularına aydınlıq gətirməmişdir ki, bu hal isə iddiaçının ziyanına şərh edilə bilməz.
16. Buna görə də iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingər vəzifəsinə (2140100a-19931) uyğundur və birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsassızdır.
17. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ a. kassasiya şikayətinin dəlilləri
18. Kassasiya şikayətinin dəlillərinin əsasını imtina məktubunda və iddia tələbinə qarşı yazılı etirazda göstərilənlər təşkil edi r. Bundan əlavə, şikayətdə qeyd edilmişdir ki, iddiaçının xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" ASC-nin Gəncə Giltorpaq X4 Elektrik Mərkəzində işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığından həmin dövrlərin güzəştli iş stajı kimi nəzərə alınması mümkün hesab edilməmişdir. Həmçinin iddiaçıların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı həmin tarixədək əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, əmək pensiyasının minimum məbləğindən az olmayan p ensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 38640.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18998.78 manat təşkil edir. Bundan başqa iddiaçının xx.xx.2006-cı il tarixinədək ümumi iş stajı 18 il 5 ay 8 gün, güzəştli iş stajı isə 6 il 11 ay 3 gün təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. b. kassasiya şikayətinə etirazın dəlilləri
19. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ 20.“Əmək pensiyaları haqqında” Qanun: Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaş a görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixdən etibarən qüvvədə olan redaksiyaya əsasən: Maddə
9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosia l Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”
22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısı
23. İnzibati Prosessual Məcəllə: Maddə
91. Mübahisə ilə bağlı işə kassasiya qaydasında yenidən baxılmasının hədləri Ali Məhkəmə mü bahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə
94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır.... 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə
96. Ali Məhkəmədə icraat... 96.5. Şikayətin əsas lı olduğu hallarda Ali Məhkəmə, bir qayda olaraq, mübahisə ilə bağlı işə dair özü qərar qəbul edir. Mübahisə ilə bağlı iş üzrə araşdırmanın davam etdirilməsinin zəruri olduğu hallarda, Ali Məhkəmə mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır. 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə
98. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYA HƏDL ƏRİ ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN
24. Kassasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
25. Apellyasiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
27. Belə ki, hazırkı iş üzrə iddiaçının tələbi iş illərinin sosial sığorta stajına daxil edilməsi və güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır. Eyni zamanda, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən də iddia tələbi aşağıdakı kimi təmin edilmişdir: “İddiaçı xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək Gəncə X1 işlədiyi illəri nəzərə alıb, ona güzəştli şərtlərlə pensiya təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun”
28. İlk növbədə qeyd olunmalıdır ki, iddiaçının tələbi pensiya təyini ilə bağlı olduğundan, onun hansı yaşdan pensiya hüququnun yarandığı məsələsinə aydınlıq gətirilməli və bu istiqamətdə iddiaçıya iddia t ələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım edilməlidir. Eyni zamanda, işə baxan apellyasiya instansiya məhkəməsi tərəfindən qərarın nəticə hissəsində iddiaçının pensiya hüququnun yarandığı tarix göstərilməməklə yanaşı, pensiya ödənişinin də hansı tarixdən aparılmalı olduğu qeyd edilməmişdir (bu halda “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi nəzərə alınmalıdır).
29. Bundan əlavə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə onun 25 il ümumi və 12 il 06 ay güzəştli iş stajı olmalıdır. 30.İddiaçının ümumi stajının mövcudluğu tərəflər arasında işin mübahisələndirilməyən hallarına aiddir. Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyinindən imtina zamanı yalnız güzəştli iş stajının tələb olunan müddətdən az olmasına istinad etmişdi r ki, bu zaman onun xx.xx.1999-cu il tarixdən xx.xx.2006-cı il tarixədək işlədiyi elektrik çilingəri vəzifəsinin Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş iltşəzüG“ şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığına istinad etmişdir.
31. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının işlədiyi illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəric ilərin” 2 nömrəli Siyahısı qüvvədə olmuşdur.
32. Bundan əlavə, iddiaçının cavabdeh orqana pensiya təyini ilə bağlı müraciət etdiyi zaman qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndinə görə, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər təqdim edilməlidir. Eyni zamanda, həmin Qaydalara 2 nömrəli Əlavədə (2.4.1-ci bənd) göstərilir ki, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir.
33. Beləliklə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
34. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
35. Hazırkı iş üzrə iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim edilmiş arayış mövcuddur (iş v. 11-12) və həmin arayışa əsasən müba hisəli dövrdə iddiaçının işlədiyi elektrik çilingəri vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında 2140000a-18455 kodu ilə nəzərdə tutulmuş qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı) vəzifəsinə uyğundur.
36. Göründüyü kimi, arayışda iddiaçının işlədiyi elektr ik çilingəri vəzifəsinin 2140000a-18455 koduna uyğunlaşdırıldığı qeyd edilmişdir. Buna baxmayaraq, apellyasiya instansiya məhkəməsinin qərarında iddiaçının işlədiyi vəzifənin arayışda 2140100a-19931 koduna uyğun olduğu qeyd edilmişdir (iş v. 162). Halbuki, arayışın məzmununda belə bir uyğunlaşdırma qeyd edilməmişdir. Bununla yanaşı, işə baxan məhkəmənin özü də iddiaçının işlədiyi vəzifəni həmin koda uyğunlaşdırmışdır.
37. İlk növbədə qeyd olunmalıdır ki, 2140100a-19931 kodu ümumiyyətlə 2 nömrəli Siyahıda nəzərdə tutulmayıb. Ehtimal ki, məhkəmə texniki səhvə yol verərək 2040100a19931 kodu əvəzinə “2140100a-19931” qeyd etmişdir.
38. Bununla yanaşı, 2040100a-19931 kodu ilə də “növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər)” nəzərdə tutulmuşdur ki, həmin kod Metallurgi ya bölməsinin (qara metallar) Domna istehsalı yarımbölməsinə aiddir.
39. Hazırkı halda iş materiallarında iddiaçının işlədiyi elektrik çilingəri peşəsinin nə qazanxana, turbin avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işinin təmin edən ölçü vasitələri və elektrik montyorları, bütün adlarda elektrik çilingərləri (Xİİİ bölmə-Elektrik stansiyaları, enerji qatarları və buxar güc təsərrüfatı; kod:2140000a-18455) vəzifəsinə uyğunluğunu, nə də, növbətçi və avadanlığın təmiri üzrə elektrik çilingərləri (çilingərlər) vəzifəsinə (İİİ bölmə -Metallurgiya(qara metallar);Domna istehsalı yarımbölməsi; kod: 2040100a-19931) uyğunluğunu təsdiq edən sənədlər yoxdur.
40. Onu da nəzərə almaq lazımdır ki, məhkəmə iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut k imi qəbul etmək vəzifəsi daşımır. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.
41. Bundan əlavə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğunu (eyniliyini) işin konkret hallarına (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) ist inad edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.
42. Lakin, işə baxan apellyasiya instansiya məhkəməsi yuxarıda qeyd olunan qaydada hərəkət etməmiş, güzəştli arayışın məzmunu, o cümlədən özünün uyğunlaşdırdığı vəzifə ilə bağlı müvafiq araşdırma aparmamış, sorğuya verilmiş cavabın aydın olmaması halını iddiaçının xeyrinə şərh edərək iddia tələbini təmin etmiş, bununla da, İPM-in 12.1-maddəsi nin tələbləri pozmaqla işə baxmışdır.
43. Odur ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
44. İşə təkrar baxan apellyasiya instansiya məhkəməsi hazırkı qərardakı hüquqi mövqeni nəzərə almaqla işin hallarını hərtərəfli araşdırmalı və iş üzrə yekun qərar qəbul etməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 26 yanvar 2023-cü il tarixli, 2-1(104)-35/2023 nömrəli qərarı ləğv edilsin. İş təkrar baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir.