Məhkəmə qərarları › İş №2-1(102)-14/2023

Ali Məhkəmə Qərar — İş №2-1(102)-14/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(102)-14/2023 18.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Kərimov Səyyad Əli oğlu (məruzəçi), Quliyev Zakir Müslüm oğlu və Nəbizadə Rahib Sahib oğlundan ibarət tərkibdə, İddiaçı (xx.xx.1955-ci il təvəllüdlü; FİN-xxxxxxx) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ına qarşı “gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1859/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ona məxsus əmək kitabçasına əsasən, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1978-ci l tarixədək, xx.xx.1978- ci il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1985-ci il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cı il tarixədək müxtəlif peşələrdə işləmiş, xx.xx.1990-xx.xx.1991-ci illərdə və xx.xx.1992xx.xx.1992-ci illərdə təhsil almış, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək mühasib vəzifəsində işləmiş, xx.xx.1993-cü il tarixdən Biləsuvar gömrükxanasının MaliyyəTarif Şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, xx.xx.1995-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2005-ci il tarixdən xx.xx.2012-ci il tarixədək, xx.xx.2012-ci il tarixdən-xx.xx.2017-ci il tarixədək müxtəlif peşələrdə işləmişdir.

2. İddiaçının pensiya işinin surətinə əsasən, iddiaçıya xx.xx.2017-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsi tərəfindən sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir.

3. İddiaçının müraciətinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli cavab məktubuna əsasən, İddiaçı 21 yanvar 1993-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 226 saylı əmri ilə Biləsuvar gömrükxanasının Maliyyə - tarif şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, Gömrük Komitəsi Mərkəzi Attestasiya Komissiyasının 6-7 mart 1995-ci il tarixlərində keçirilən iclasının Biləsuvar gömrükxanası üzrə qərarına əsasən, Azərbaycan Respublikası ƏM-nin 38-ci maddəsinin 2-ci bəndinin tələblərinə uyğun olaraq 28 aprel 1995-ci il tarixində 339 saylı əmrlə tutduğu vəzifədən azad edilmişdir. Xidmət etdiyi dövrdə ona gömrük xidməti xüsusi rütbəsi verilməmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ birinci instansiya məhkəməsində birinci icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilm əsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona 2017-ci ilin iyun ayında dövlət qulluqçusu kimi pensiya təyin edilmişdir. Ona dövlət qulluqçusu kimi 14 il 2 ay staj hesablanmaqla orta aylıq gəlirinin 75% miqdarında, 340 manat məbləğində pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən pensiyaların artırılması ilə əlaqədar dövlət qulluqçularının pensiyası 40% artırılaraq, pensiya məbləği 465,50 AZN təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 01 sentyabr 2005-ci il tarixli, 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət-sovet və partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1.6-cı bəndinə əsasən, onun 1991-ci il oktyabrın 18-dək Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) komitəsinin aparatında işlədiyi təlimatçı (instruktor) vəzifəsi yerli icra hakimiyyətinin aparatında böyük məsləhətçi vəzifəsinə uyğundur. Rayon İcra Hakimiyyəti aparatının böyük məsləhətçinin aylıq vəzifə maaşı hal-ha zırda 495 manat təşkil edir. Bu da onun işlədiyi sonuncu iş yeri üzrə (rayon icra hakimiyyətinin ərazi nümayəndəliyinin baş məsləhətçisi, baş mühasibi vəzifəsinin) aldığı aylıq maaşla müqayisədə 50 manat fərq təşkil etmişdir. Bunu nəzərə alaraq aldığı 465.50 AZN pensiyanın artırılması ilə əlaqədar cavabdehə müraciət etmiş, pensiyanı artırmaq əvəzinə gömrük orqanlarında çalışdığına görə 3 il stajı dövlət qulluğu stajına aid edilməmişdir və bu da pensiyasının 15% azalmasına səbəb olmuşdur. 6. "Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi qaydalarının” 3-cü bəndinə əsasən, dövlət qulluqçusuna dövlət qulluğunda 10 ildən 15 ilədək qulluq stajına görə aylıq vəzifə maaşına 20% əlavə haqq ödənilməlidir. Araşdırmalar zaman ı onun üçün nəzərdə tutulan 11 ildən yuxarı staja görə 19.58% hesablanmışdır. Bu da ciddi qanun pozuntusuna səbəbdir. Azərbaycan Respublikası Məhkəmə-hüquq Şurasının Aparatının 23 avqust 2017-ci il tarixli, 1133 nömrəli cavab məktubunda ona bildirilmişdir ki, ərizəsində qeyd etdiyi məsələ dövlət qulluğuna dair qanunvericiliyə əsasən müəyyən olunur.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon şöbəsi tərəfindən 16 iyun 2017-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinə əsasən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, 16 iyun 2017-ci il tarixində vaxtilə qullu q keçdiyi vəzifə üzrə vəzifə maaşı 260,00 manat, qulluq stajına görə vəzifə maaşının 19,58 faizi miqdarında əlavə 50,91 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 86,67 manat olmaqla orta aylıq əmək haqqı 452,58 manat təşkil etmişdir.

8. Bununla əlaqədar iddiaçının əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olan 20.11.3-cü maddəsinə əsasən 11 il 11 ay 8 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (452,58 manat) 60 faizi - 271,55 manat müəyyən edilmişdir. Lakin, xx.xx.2017-xx.xx.2018ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 340,25 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də, həmin dövr müddətində ona 583,95 manat artıq pul v əsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə əsasən, 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikası Prezidenti tərəfindən müəyyən edilir.

9. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən, əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqə dar iddiaçının 11 il 11 ay 8 gün dövlət qulluğu stajına görə əmək pensiyasının müəyyən edilməsi üçün orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 39,72 faiz təşkil edir.

10. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 285,00 manat, qulluq stajına görə vəzifə maaşının 19,58 faizi miqdarında əlavə 55,80 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 95,00 manat olmaqla orta aylıq əmək haqqı 490,80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qay dada 1 mart 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (452,58 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqı (490,80 manat) arasındakı fərq məbləğinin (38,22 manat) 39,72 faizi-15,18 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (271,55 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 286,73 manat müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 358,65 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində ona 1294,56 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixi ndən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 430,00 manat, qulluq stajına görə vəzifə maaşının 19,58 faizi miqdarında əlavə-84,19 manat, ixtisas dərəcəsinə görə əlavə 55,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavə 143,33 manat olmaqla orta aylıq əmək haqqı 712,52 manat təşkil etmişdir.

11. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli, 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək olan vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (490,80 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqı (712,52 manat) arasındakı fərq məbləğinin (221,72 manat) 39,72 faizi-88,07 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (286,73 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 374,80 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən ona xx.xx.2019-xx.xx.2021- ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 6746,40 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 8339,14 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 1592,74 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir.

12. Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2017-xx.xx.2021-ci il tarixləri arasındakı dövr üzrə ümumilikdə 3471,25 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 3471,25 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığının Mərkəzi Filiala təqdim edilməsi barədə cavab dehə tərəflərindən xx.xx.2021-ci il tarixli məktubla müraciət edilmiş, əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Məlumat üçün bildirirlər ki, Mərkəzi Filial tərəfindən cari ilin mart ayından etibarən iddiaçının əmək pensiyası 374,80 manat müəyyən edilməklə onun müvafiq kart hesabına köçürülür.

13. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubun dan görünür ki, Azərbaycan Respublikasının gömrük orqanlarında və təşkilatlarında (bundan sonra “gömrük orqanları” adlanacaq) xidmətin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsasları Azərbaycan Respublikasının 7 dekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir. Qeyd edilən Əsasnamənin 1-ci maddəsinə görə, gömrük orqanlarında xidmət – Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Əlavə olaraq bildirilmişdir ki, İddiaçı tutduğu vəzifə yuxarıda qeyd olunan Əsasnamənin 8ci maddəsi nin 1-ci hissəsinin 2-ci bəndinə əsasən orta rəis heyətinə daxildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli, 44 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci bəndinin birinci abzasına əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti də daxildir.

14. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, məhkəmənin Yardımlı rayon Partiya Komitəsində təlimatçı vəzifəsinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sent yabr tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda nəzərdə tutulub-tutulmaması, nəzərdə tutulduğu halda uyğunlaşdırıldığı dövlət qulluğu vəzifəsi haqqında məlumatın təqdim edilməsi haqqında 28 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5157/2021 nömrəli sorğusuna X1 baxılmışdır və Azərbaycan Kommunist Partiyasının şəhər (rayon) Komitəsinin aparatın da instruktor vəzifəsinin adıçəkilən Siyahının 1.6-cı bəndində nəzərdə tutulduğu müəyyən olunmuşdur. Qeyd edilən vəzifə rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (Bakı şəhər İcra Hakimiyyəti başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsinə uyğunlaşdırılmışdır.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-768/2022 nömrəli, 27 yanvar 2022-ci il tarixli qərarı ilə (hakim A.A.Abdullayeva) iddianın təmin edilmiş, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi öhdəliyi cavabdehə həvalə olunmuşdur.

16. Məhkəmə qeyd etmişdir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutul muş dövlət qulluğunun xüsusi növündə qulluq illəri onun dövlət qulluğu stajına daxil edilməlidir.

17. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. apellyasiya instansiyası məhkəməsində icraat

18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1859/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı ilə (hakimlər H.Ü.Həmidov /sədrlik edən və məruzəçi/, A.V.Tanrıverdiyev və C.A.Yusifov) apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

20. Cavabdeh kassasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ Kassasiya şikayətinin dəlilləri

21. Cavabdehin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Gömrük Komitəsinin arayışından da göründüyü kimi, iddiaçı xx.xx.1993 - xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində xüsusi rütbəli şəxs olmamışdır. Belə olan halda məhkəmənin həmin dövrün dövlət qulluğunun xüsusi növündə qulluq stajına daxıl edilməklə dövlət qulluğu stajına əlavə olunması barədə gəldiyi nəticə tamamilə əsassızdır.

22. Göründüyü kimi, apellyasiya məhkəməsi maddi və prosessual hüquq normalarının pozuntusuna və işdəki sübutların qiymətləndirilməsində səhvə yol vermişdir. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTBİQ EDİLƏN HÜQUQ 24. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2.3. Prokurorluq, ədliyyə, müdafiə, fövqəladə hallar, dövlət təhlükəsizliyi xidməti, xarici kəşfiyyat xidməti, sərhəd xidməti, səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti, xüsusi dövlət mühafizə xidməti, miqrasiya xidməti, daxili işlər, gömrük, vergi və xarici işlər orqanlarında, Azərbaycan Respublikasının Mərkəzi Bankında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsi plərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Bu orqanların (Azərbaycan Respublikasının Mərkəzi Bankı istisna olmaqla) aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.

25. İnzibati Prosessual Məcəllə Maddə

91. Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Maddə 94.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı və ya qərardadı barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Maddə 94.4. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir. Maddə 96.8. Şikayət əsassızdırsa, Ali Məhkəmə şikayətin təmin edilməməsi barədə qərar qəbul edir. Maddə 96.9. Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsinin qərarını (qərardadını) dəyişdirmədən saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin qərarı, həmin qərara qarşı verilmiş şikayətlə tələb edilən həddə (həcmdə) dəyişdirilə bilər. Maddə 98.1. Ali Məhkəmənin inzibati mübahisələrə dair iş üzrə qərarı qətidir. KASSASİYANİN MÜMKÜNLÜYÜ, KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

26. Kassasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

27. Apellyasiya instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq norm aları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, məhkəmə kollegiyası apellyasiya məhkəməsi tərəfindən iş üzrə yekun qərar qəbul edilərkən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini də qanuni və əsaslı sayır. Apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

29. X2 Məhkəməsinin hüquqi mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan Hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə qərarı).

30. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, kassasiya şikayətinin dəlilləri mahiyyətcə apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Apellyasiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də apellyasiya şikayətinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

31. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının gömrük orqanlarında xidmət illərinin dövlət qulluğu stajına daxil edilməsi ilə bağlı məsələ apellyasiya məhkəmə si tərəfindən lazımi qaydada və hərtərəfli araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, apellyasiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

32. Bununla belə, məhkəmə kollegiyası kassasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.

33. Hazırkı mübahisədə iddiaçının hüquqi marağı və çatmaq istədiyi məqsəd onun xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət etdiyi illərin dövlət qulluğu stajına daxil edilməsinə və bunun üzərindən pensiya təminatı ilə bağlı hüquqi vəziyyətinin yaxşılaşdırılmasına nail olmaqdan ibarətdir. 34. “Dövlət qulluğu haqqın da” Qanunun 2.3-cü maddəsinə əsasən, gömrük, orqanlarında qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin orqanların aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan işçilər – xadimə, dalandar, bağban, gözətçi, ocaqçı, ixtisas dərəcəsi olmayan fəhlə və s. istisna olmaqla) bu Qanun şamil edilir.

35. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 yanvar 2006-cı il tarixli, 44 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinin və bununla əlaqədar onlara verilən əlavələrin hesablanması Qaydası”nın 2-ci bəndinin birinci abzasına əsasən, gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə gömrük orqanlarında vəzifəyə təyin olunduğu gündən başlayaraq sonrakı xidmət müddəti də daxildir. 36. “Dövlət qulluğu haqqında” Qanuna 31 may 2021-ci il tarixli, 340-VİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə əlavə edilmiş 22.7-1-ci maddənin tələbinə görə, dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir.

37. Yuxarıda istinad olunan normaların məzmunundan göründüyü kimi, gömrük orqanlarının aparatlarında çalışan və hərbi və ya xüsusi rütbəsi olmayan şəxslərə “Dövlət qulluğu haqqında” Qanunun müddəaları şamil edilir. Həmçinin gömrük orqanlarının vəzifəli şəxslərinin fasiləsiz xidmət illərinə gömrük orqanlarında vəzifəyə təyin olunduğu gü ndən başlayaraq sonrakı xidmət müddəti də daxil edilir. Beləliklə, qeyd olunan normalar hazırkı mübahisəyə münasibətdə iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət etdiyi illərin dövlət qulluğu stajına daxil edilməsinin mümkünlüyünü təsbit edir. İddiaçının hüquqi marağı da həmin illərin onun dövlət qulluğu stajı kimi nəzərə alınmasını ehtiva edir.

38. Bununla bağlı nəzərə almaq lazımdır ki, iddiaçının gömrük orqanında işlədiyi dövrdə xüsusi rütbəyə malik olmaması, yuxarıda istinad olunan normaların mənasına görə həmin dövrün onun dövlət qulluğu stajına daxil edilməsini istisna edə bilməz. Belə ki, Dövlət Gömrük Komitəsinin iş üzrə materiallara əlavə olunmuş xx.xx.2021-ci il tarixli məktubuna əsasən, iddiaçının xidmət dövründə tutduğu vəzifə 7 d ekabr 1999-cu il tarixli, 768-İQ nömrəli Qanunla təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 8-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə əsasən orta rəis heyətinə daxildir. Başqa sözlə, xidmət dövründə xüsusi rütbəyə malik olmasa da, iddiaçı vəzifəli şəxs statusuna malik olmuş və onun vəzifəsi orta rəis heyətinə aid edilmişdir.

39. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən gömrük orqanlarında xidmət etdiyi illərin onun dövlət qulluğu stajına daxil edilməsini tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.

40. Beləliklə, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək gömrük orqanlarında xidmət etdiyi illərin dövlət qulluğu stajına daxil edilməsindən cavabdehin imtinası qanunazidd olmuş və onun Azərba ycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

41. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün olmuşdur. Nəticə etibarı ilə, mübahisələndirilən məhkəmə qərarı kassasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından, şikayət təmin edilməməli, apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır

42. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin kassasiya şikayəti təmin edilmir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1859/2022 nömrəli, 29 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılır. Qərar qətidir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar